Xalqın parlaq ziyalısı

Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi rəhbərliyə qayıtdaqdan sonra elm və təhsil sahəsində böyük uğurlara nail olundu. Dahi Öndərin 1993-cü il sentyabırn 21-də Elmlər Akademiyasına gəlməsi və alimlərlə  görüşməsi elmin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.

İslahatların davamı olaraq 1993-cü ilin ikinci yarısından etibarən milli təhsil sistemində dövlət təminatı gücləndirildi. Ulu Öndər Heydər Əliyev 1998-ci ilin mart ayında "Azərbaycan Respublikasında İslahatlar üzrə Dövlət Komissiyası" yaradılması haqqında Sərəncam imzaladı. Komissiyanın hazırladığı və dövlət başçısının 1999-cü ilin iyununda imzaladığı "Azərbaycan Respublikasının təhsil sahəsində islahatlar Proqramı" uğurla həyata keçirilir. İslahat Proqramı 3 mərhələni əhatə edirburada 130-dək tədbirin reallaşdırılması nəzərdə tutulmuşdur.

1994-cü ildə Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə orta məktəb şadirglrinin dərsliklərində dövlət təminatı haqqında qərar qəbul olunmuşdur. İndi də Təhsil Nazirliyi "Dərsliklərin hazırlanması nəşri və sahəsində Dövlət Proqramına" uyğun olaraq dərslik islahatını davam etdirir. Dərsliklərin dövrün tələblərinə uyğun hazırlanmasına, onların məzmununu yeniləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılmasına müsbət nəticələr verir.

Ulu Öndər Heydər Əliyev latın qrafikalı əlifbanı reallığa çevirməsi müstəqil Azərbaycanın təhsil sahəsində verdiyi başlıca töhfələrdən biridir. Ulu Öndər Heydər Əliyev bu barədə deyirdi: "Bizim bu günümüz və gələcəyimiz məhz latın şrafikası ilə bağlıdır". Ulu Öndər "Azərbaycanda gənc istedadlara Dövlət Qayğısı Haqqında" Fərman imzalamışdır. Fərmana uyğun olaraq, istedadlı uşaqlar "Qızıl Kitab" və Prezidentin xüsusi təqaüdü təsis edilmişdir. Dövlət başçısı 2000-ci il 13 iyun tarixində "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Fərman imzaladı. Həmin Fərmana uyğun olaraq ölkənin 4 aparıcı ali təhsil müəssisəsinə - Bakı Dövlət Universitetinə, Azərbaycan Dövlət Neft Akademiyasına, Azərbaycan Tibb Universitetinə və Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına maliyyə müstəqilliyi, ayrı-ayrı ali məktəblərə isə "universitet" statusu verilmişdir. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 15 may tarixində akademiyanın Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) adlandırılması haqqında Fərman imzalanması elmə verilən yüksək dəyərlərdən biridir. Ümummilli Liderimiz Heydər Əliyev elmin, təhsilin, xalqın, ölkənin həyatındakı misilsiz rolunu yüksək dəyərləndirərək bu sahələri özünəməxsus müdriklilə müasir inkişaf yolunu istiqamətləndirmişdir. Bu yolun - Ulu Öndərimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Mən bir ziyalı kimi Prezident İlham Əliyevin bu siyasi kursun davam etdirilməsinə sevinirböyük fərəh hissi ilə ADUP-da dərs dediyim tələbələrə mühazirələrimdə elmə dövlət başçımız İlham Əliyevin ən yüksək dəyər kimi qiymətləndirilməsinə və tələbələrin elmimizin gələcəyinə nikbin baxmağa sövq etmələrini bildirirəm.

Artıq 13 ildir ki, Prezident İlham Əliyev respublikamızda, həyatın digər sahələrində olduğu kimi, təhsildə də dövlət siyasəti təməlini Ümummilli Liderimiz qoyduğu və möhkəmləndirdiyi etibarlı zəmin üzərində davam etdirir. "Uşaqlar çox yaxşı şəraitdə oxumalı, yaxşı bilik almalıdırlar". Ölkə Prezidentinin söylədiyi bu sözlər dövlətimizin təhsil və gənc nəslin təhsili ilə bağlı siyasətinin davam etdirilməsinə, bu sahədə ümummilli strateji kursu özündə əks etdirir. Hazırda müstəqil Azərbaycan öz inkişafının güc mərkəzindədir. Regionların sosial-iqtisadi inkişaf proqramının uğurla reallaşması bütün ölkənin mənzərəsini dəyişdirmişdir. Dünyanın aparıcı neft şirkətləri ilə bağlanan müqavilələrin müvəffəqiyyəti nəticələrinə respublikamıza böyük məbləğdə valyuta axını başlayıb. Dövlət başçısı İlham Əliyev ölkənin maliyyə imkanlarının genişlənməsində məmnunluq ifadə etməklə paralel surətdə bu potensialdan Azərbaycanın milli maraqlarının qorunması şərtilə səmərəli istifadə olunmasında zəruriliyi xüsusi vurğulamışdır. Dövlət başçısı ölkənin daxili siyasətinin prioritetlərini, ilk növbədə cəmiyyətin intellektual inkişafı, yeni insan yetişdirməsi ilə bağlı olduğunu bildirmişdir. Bu sahədə böyük işlər görülməkdədir. Ölkədə milli təhsilin konsepsiyası müəyyənləşdirilmiş, təhsilin inkişafı ilə bağlı elmi cəhətdən əsaslandırılmış dövlət proqramları hazırlanmışdır. Azərbaycanda dərsliklərin orta məktəb şagirdlərinə dövlət təimnatı yolu ilə paylanması vurğulanır. Ölkəmizdə məktəb tikintisinin geniş vüsət almasının, təhsildə yeni keyfiyyət göstəricisi nümunədir. Dövlətimizin başçısı İlham Əliyev maddi-texniki bazanın möhkəmləndirilməsi ilə paralel surətdə keyfiyyəti də təhsildə ən mühüm amillərdən biri kimi xarakterizə edir. Bu gün təhsilə yönəldilən investisialar sabah intellektual sərvət şəklində üzə çıxacaqdır. Təhsil sahəsində Prezident İlham Əliyevin ardıcıl şəkildə həyata keçirdiyi islahatlar, hazırlanan yeni məzmunlu dərsliklər vəsaitlərinin hazırlanması bu istiqamətdə aparılan dəyərli işlərin nümunəsidir.

    

Ofeliya Mürsəlova

Səs.- 2016.- 15 iyun.- S.12