Haqq və hüququn oxşar və fərqli
cəhətləri
Şübhəsiz ki, müasir dünyada çox geniş həcmli, bəzən mürəkkəb, izahatları mübahisəli və müxtəlif cür yozulan, verilən bütün hüquqi məsələlərin daha ətraflı əhatə edilməsini məqsəd olaraq qarşıya qoymamışıq. Z.Həbibbəyli və İ.Cəmilbəyli yazırlar: "İstənilən hüquqi anlayışın bünövrəsi haqdan və hüquqdan keçir. Odur ki, insan haqlarından, onun da "haqq" və "hüquq" sözləri bünövrəsi üzərində duran bu fikirdən və onlar arasındakı fərq anlamının şərhindən söhbət açmaq istərdik.
Belə ki, həqiqətdə
"hüquq" sözü "haqq" sözünün cəmi
olub hər ikisi də ərəb sözü olmaqla,
"doğru" mənasını verir. Elə
hamımızın, yeri gələndə, işlətdiyimiz
"doğru davranmaq" anlamı, qanuna uyğun
davranmağı nəzərdə tutur. İstər millətin milli
mentalitetinə aid olsun, istərsə də həmin millətin
dövlət qanunlarına aid olsun.
Digər
tərəfdən, "doğru" sözü "istiqamət",
"tuş olmaq" anlamını verir ki, bu da "filan
şəhərə, meşəyə, kəndə doğru
yollandı" və s. kimi işlədilir.
Yəni qanunauyğun şəkildə fəaliyyət
göstərmək, işləmək, davranmaq-elə sənin
hərəkətlərinin qanunun cızdıqlarına tuş
gəlməsi kimi dərk edilməlidir. Ərəblərdə
hüququn "haqq" ("doğru") kəlməsindən
doğması da, ingilislərdə hüququn "right", yəni
"düz", "doğru" mənasını verən
sözdən olması da bununla əlaqədardır.
"Haqq" və "hüquq" ifadələrini
mütəxəssislər ayrı-ayrı mənalarda işlədirlər. Ayrı-ayrı
millətlərin də dil və dilçiliyində belə məqamlara
təsadüf etmək mümkündür. Analoji olaraq sahənin mütəxəssisləri də
bilə-bilə bir dil fəndindən bəzən istifadə
edirlər. Sosioloqlar, insan haqlarını müdafiə
təşkilatları, mətbuat işçiləri və s.
tez-tez "insan haqqı" ifadələrini dilə gətirirlər.
İfadənin məğzi ən çox Allaha
inanan demokratlar üçün bu haqlar elədir ki, onlar kimlərinsə
istəyi, arzusu və iradəsi ilə insana verilmiş, hədiyyə
olunmuş kimi qəbul edilməməlidir. Hesab
edilməlidir ki, onların insana, Allah-Taala anadan olandan, əzəldən
verib, tarixən isə onları cəllad siyasi rejimlər
pozub, imkan verməyib. İnsan
haqqının beləcə Tanrı ilə əlaqələndirilməsi,
onu da təbii edir ki, insan bunu yüksək anlamda başa
düşür, doğrulara da elə haqq deyirik. İnsan Allaha haqq deyəndə, onun ən yüksək
Həqiqət, Gerçək, Doğru olmasını göz
önünə gətirir. "İnsan
haqları" deyəndə isə inanılmış demokrat
bu haqların İlahi Doğrunun törəməsindən və
doğmasından gözləyirik".
Müəlliflər göstərirlər ki, "insan
kimdir" -sualının da cavabı -"insan
azadlığı olan canlıdır", "insan ədalətə
gərəyi olan canlıların ən alisidir" anlamı
kimi dərk edilməlidir. "Hüquq"
sözünə, ideyasına gəldikdə isə, o,
konvensionaldır, şərtidir. Prezident Fərmanında,
şah göstərişində, parlamentdə və ya hər
hansı başqa razılaşmalarda əldə olunmuş
müəyyən müddətli bir ifadə, bir sənəddir.
Məsələn, beynəlxalq hüquqdan bir
misal. İndinin özündə də beynəlxalq
hüququ-müxtəlif ictimai quruluşlu dövlətlərin
mübarizə və əməkdaşlıq şəraitində
qarşılıqlı münasibətlərdə rəhbər
tutduqları və onların aralarındakı iqtisadi, siyasi və
mədəni münasibətləri, ümumi sülhü və
dinc yanaşı yaşamağı təmin etmək məqsədilə
tənzim edən ümumtanınmış prinsiplərin və
normaların məcmuyu adlandırmaq olar. Bu hüququn
qüvvədə olan əsas prinsipləri 1945-ci il iyunun 26-da
San-Fransisko konfransında SSRİ, ABŞ, İngiltərə,
Fransa və Çinin iştirakı ilə 50 dövlətin
nümayəndələri tərəfindən
imzalanmış BMT Nizamnaməsində təsbit edilmişdir. 149-dan çox dövləti əhatə edən BMT,
beynəlxalq sülhü və təhlükəsizliyi
mühafizə etməlidir. Quruluş sistemindən
asılı olmayaraq, bu dövlətlərin əmin-amanlıq
şəraitində yaşaması, hər bir dövlətin
beynəlxalq münasibətlərdə zor işlətməmək
(amma həmişə belə olmur) və ya zor işlətməklə
hədələməmək, beynəlxalq mübahisələrin
dinc yolla həlli, bir-birinin daxili işinə qarışmamaq,
bütün xalqların suveren bərabərliyi və öz
müqəddəratını təyin etmək hüququnu
tanımaq, başqa ölkələrin dövlət suverenliyinə,
ərazi bütövlüyünə və siyasi istiqlaliyyətinə
hörmət etmək, öz beynəlxalq öhdəliklərini
vicdanla yerinə yetirmək BMT Nzamnaməsinin əsas məqsədləri
və prinspləridir. Digər bir misal isə, əgər
vergi qanunu tez-tez dəyişməyə ehtiyac olursa, insan
haqlarını belə pozmaq, tez-tez dəyişdirmək olmaz.
İnsan hüquqları isə zaman içində
dəyişir. Dövlətlər, cəmiyyətlər
insana yeni hüquqlar verib, hansı əvvəlki hüququ isə
alırlar və bu zaman diskussiyalar gedirsə, onun mənası
nə dərəcədə bu yeni hüquq gərəklidir,
toplumun yaxşı vəziyyətdə olması
üçün lazımdır. "Haqq"
və "hüquq" ifadələrinin bir-birindən
ayrı çalarlarını söyləsək də, onun
yaxınlaşma məqamlarını da bilmək bu gün daha
vacibdir. Keçmiş sosialist dövlətlərində
və hazırkı Şərq dövlətlərində və
s. söz, düşüncə, informasiya əldə etmək,
yaymaq azadlıqları hüququ xeyli dar çərçivəyə
salınmışdır.
Z.Həbibəyli
və İ.Cəlilbəyli bir daha yazırlar: "İnsan
haqlarının hüquqlaşdırılması demokratik
hesab edilən dövlətlərdə də tam və bitkin
deyildir. Amerikanın özündə insanın
bilmək haqqına düz desələr də, yalnız
1967-ci ildə Konqres bu haqqı hüquqa çevirdi, informasiya
azadlığı haqqında qanun qəbul etdi.
Hazırda demokratik quruluşlu hesab edilən dövlətlərdə
insan haqqı ilə hüquq arasında məlum bir gərginlik
qalsa da, ümumi durum xalqların xeyrinədir. Burada, nəinki
insan haqları yüksək dərəcədə
hüquqlaşıb, insan haqları, həm də yeni qanunlar
yaradılanda, onları dəyərləndirmək
üçün ölçü vahidinə çevrilib.
İnsan haqlarına uyğun gəlməyən,
onları pozmaq potensialı daşıyan qanunlar güclü tənqidə
məruz qalır və çox keçmədən aradan
qaldırılır.
Etiraf edək ki, Azərbaycanda nə vətəndaşlar,
nə də hüquq- mühafizə orqanları işçilərinin
əksəriyyəti çağdaş dünyada insan
haqlarının hüquq üzərində bu nüfuzunu
yaxşı bilmirlər. Hansı ki, respublika konstitusiyasının
151-ci maddəsinə görə ölkənin qanunvericilik
aktları ilə Azərbaycanın tərəfdar
çıxdığı beynəlxalq hüquq sənədləri
bir-birinə uyğun gəlməyəndə, ikinciyə
üstünlük verilməlidir.
Əslində,
Azərbaycan dövləti, onun prezidentləri, dövlətimizi
təmsil edən xüsusi səlahiyyətli şəxslər,
insan haqları və hüquqları ilə bağlı bir
çox sənədlərə qol çəkiblər, onlara
Azərbaycanda əməl olunacağına sənədlə
qarant durublar, məmur dəyişsə də, qanun icraatı
yerinə yetirilməlidir.
Bu əsasda
da hüquq-mühafizə orqanlarının nümayəndələri
insan haqları və hüquqları ilə bağlı beynəlxalq
müqavilələri "boş" bir kağız sayanda -
haqqı pozulmuş Azərbaycan vətəndaşı
özünün əsl haqqını tələb etmə
mübarizəsinə qalxmalıdır və deməlidilər:
Siz bu hərəkətlərinizlə, dövlətin, dövlət
başçısının öz qolu, öz şərəfi
ilə verdiyi sözü pozursunuz, onların şərəfinə
ləkə vurursunuz, siz qanunu pozursunuz, deməli, cinayət
edirsiniz. Cinayət etmiş adamın isə
kiminsə cinayətkar olub-olmaması məsələsi ilə
məşğul olmağa mənəvi haqqı və
ixtiyarı yoxdur".
Müəlliflər göstərirlər ki, insan
haqları ilə bağlı digər bir özəlliyi də
insanlarımız yaxşıca yadda saxlamalıdırlar. Hakimiyyət insanları əllərindəki
rıçaqlardan "başlarını itirib" korlananda,
özbaşnalıq edəndə, insanın
azadlığını qorumaq, şəxsə məlum bir
muxtarlıq, asılılıqsızlıq əldə etmək
üçün "dayaqlardan" məharətlə istifadə
vacibdir. Demokratiyanın belə prinsipinin öz hikməti var. Vətəndaşlarda
bəlli bir asılılıqsızlıq, muxtarlıq olanda,
onlar dövlətin xırda vintciyinə çevrilmirlər,
ortaya iradə qoyub parlamenti, prezidenti, hökumət
başçısını və s. başqaları ilə əvəz
edirlər. Təbii ki, "yuxarılar" isə
öz vətəndaşlarının bu iradəsini hiss etdikdə,
onların xoşuna gəlməyə
çalışırlar, heç olmasa, müəyyən
güzəştlərə gedirlər ki, bəlkə yenidən
seçilmək şansını əllərindən verməsinlər.
Arzu edək ki, hər birimiz öz haqq və
hüquqlarımızı biləcək və onu müdafiə
etmək əzmində olacağıq.
Demokratiya təməl prinsipi kimi qəbul edilən
ölkələrdə insan haqları vətəndaşı
hakimiyyətindən, hakimiyyət insanlarının, onun
ayrı-ayrı orqanlarının
özbaşınalıqlarından qoruyan ən başlıca
dayaqlardan birincisidir, başlıcasıdır. Bəzi Avropa ölkələrində,
ABŞ-da və digər bu tipli ölkələrdə dövlətin
baş sənədi, Anayasası, yəni konstitusiyası, məhz
dövlətin imkanlarına, iradəsinə bir "dur"
demək, onun insan üzərində tam xaqanlıq etməsinə
yol verməmək üçün yazılmışdır.
Azərbaycanın da konstitusiyası əvvəlkindən
xeyli yaxşı olsa da, haqq və hüququn insana verməli
olduğu azadlıqların hamısını verməkdə
acizdir. Deməli, mübarizə istiqamətlərinin biri də
Anayasa ilə birbaşa bağlı olmasındadır.
Haydı mübarizəyə!
Beynəlxalq hüquq öz mənbələrinə
görə də dövlətlərin daxili
hüquqlarından fərqlənib, maddi və hüquqi mənada
mənbələri spesifik xüsusiyyətə malikdir. Beynəlxalq
hüquqi mənbələri dedikdə, biz geniş maddi mənada
və dar huquqi mənada olan mənbələri nəzərdə
tuturuq. Birinci mənada, beynəlxalq
hüququn mənbəyi, bütün başqa hüquq sahələrində
olduğu kimi, onu meydana gətirən əsas qüvvəyə,
bünövrəyə deyirik. Yəni
dövlətlərin, dövlət orqanlarının və
nümayəndələrinin beynəlxalq meydanda əxlaq
qaydalarını nizama salan üsullara, metodlara və formalara
beynəlxalq hüququn mənbəyi deyilir ki, BMT Beynəlxalq
Məhkəmə statusunda xüsusi maddəyə rəsmi
istinad edilir.
Z.Həbibbəyli
və İ.Cəlilbəyli yazırlar: "Beynəlxalq
hüququn başlıca və əsas mənbələrindən
biri də beynəlxalq müqavilədir ki, bu da dövlətlərin
suveren hakimiyyətinə və hüquqlarına əsasən,
öz hüquq və vəzifələrinə dair
bağladıqları sazişdir.
Siyasi, iqtisadi və başqa münasibətlər sahəsində
iki və ya bir neçə dövlət arasında
qarşılıqlı hüquq və vəzifələrin
yaradılmasına, dəyişdirilməsinə, ləğv
edilməsinə dair müəyyən formada tərtib
edilmiş saziş beynəlxalq müqavilə adlanır.
Müqavilə dövlətlər arasındakı əməkdaşlığın
ən geniş yayılmış və mühüm hüquqi
forması sayılır. Bu şərt BMT nizamnaməsində də
öz əksini tapmışdır.
Beynəlxalq müqavilə, iştirakçı tərəflər
üçün hüquq və vəzifələr yaradan
ümumi hüquqi aktdır, bu akta məcburi surətdə riayət
edilməsi, onların şərtsiz və sözsüz icra
edilməsi müasir beynəlxalq hüququn əsas prinsiplərindən
biri sayılır. Digər tərəfdən, beynəlxalq
müqavilə müəyyən dövrdə beynəlxalq aləmdə
gedən mübarizə və əməkdaşlıq şəraitində
mövcud siyasi qüvvələrin qeyd edilməsinin və
möhkəmlənməsinin hüquqi formasıdır.
Həyatda özünə yer tutmuş beynəlxalq hüquq
formalarından biri də beynəlxalq adətdir. Dövlətlər
və millətlər tərəfindən uzun müddət təcrübədə
tətbiq edilərək, hüquqi zəruriyyət əhmiyyəti
kəsb etmiş əxlaq qaydaları beynəlxalq adət
sayılır. Beynəlxalq adət də
müasir beynəlxalq hüququn əsas mənbələrindən
biridir.
BMT
Nizamnaməsi və Beynəlxalq Məhkəmənin Statusu
üzrə də beynəlxalq hüququn qüvvədə olan
bir norması olub, xüsusi maddələri var. Belə adətlərin
bəziləri, uzun müddət təcrübədə etiraf
və tətbiq edildiyindən, ümumi prinsiplərə
çevrilir, hətta məcəllələşdirilir. Adət, davamlı bir forma olaraq qalarsa və tətbiq
edilərsə, o, norma-qanun kimi qəbul olunur. Lakin burada müasir beynəlxalq hüququn mütərəqqi
demokratik prinsiplərinə zidd olmayan beynəlxalq adətlər
nəzərədə tutulmalıdır".
Müasir beynəlxalq hüququn normaları çoxdur,
müxtəlifdir, mürəkkəbdir, lakin müəyyən
bir sistemə gələndir. Bu sistem beynəlxalq
hüquqa dair qanunların və digər normativ aktların, sadəcə,
xronoloji cəmlənməsi deyil, qüvvədə olan beynəlxalq
hüquq normalarının təyinatına görə
yaxınlığı nəzərə alaraq, onların
ayrı-ayrı sahələr üzrə vahid bir qaydada sistemləşdirilməsi
başa düşülməlidir. Başqa
hüquq sistemi kimi beynəlxalq hüququn sistemi də müəyyən
iqtisadi sistemə və mülkiyyət formasına uyğun
olmalıdır.
Vahid
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2016.- 23 iyun.- S.15.