Fransada Xocalı ilə bağlı tarixi konfrans baş tutdu

"Xocalı: Qətliam haqqında həqiqətlər" adlı konfrans-debat keçirildi, erməni müzakirələri aparıldı cəmiyyətə çağırış olundu

     Fransa Milli Assambleyasında Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə "Xocalı: Qətliam haqqında həqiqətlər" adlı konfrans-debat keçirilib. Konfransa Fransa Milli Assambleyasının deputatı, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Manselin moderatorluq edib. Konfransda məruzə ilə Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev, münaqişə zonalarında geosiyasət üzrə ekspert Didye Şode tarixçi- alim Maksim Quen çıxış ediblər. Konfransı giriş sözü ilə açan Jan-Fransua Mansel qeyd edib ki, Xocalı faciəsinin ildönümünə həsr olunan tədbirlərin təşkilində əsas məqsəd Azərbaycan reallıqlarını Fransa ictimaiyyətinə çatdırmaqdır. O bildirib ki, konfransın əsas məqsədi Xocalı qətliamı haqqında həmvətənlərinə ətraflı məlumat verməkdir. Məruzələrdən öncə "Heydər Əliyev Fondu"nun hazırladığı "Xocalı soyqırımı" sənədli filmi nümayiş etdirilib. Daha sonra Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev regionun Xocalı qətliamına qədərki tarixi ilə bağlı məruzə ilə çıxış edib. Çıxışına Qafqaz regionunun tarixini şərh etməklə başlayan Cavanşir Feyziyev bu regionda XIII əsrədək dövlətçilik ənənəsinə malik olan yeganə ölkənin məhz Azərbaycan olduğunu vurgulayaraq "Gülüstan" "Türkmənçay" müqavilələrinin Azərbaycan dövlətçiliyinin xalqının tarixində oynamış olduğu faciəvi rolunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. C.Feyziyev XVIII əsrin 2-ci yarısından başlayaraq son iki yüz il ərzində Azərbaycan torpaqlarının getdikcə erməniləşdirilməsi bu prosesin ərazinin aborigen əhalisi olan azərbaycanlıların kütləvi qırğını deportasiyası hesabına həyata keçirildiyini tarixi faktlarla, bunu əks etdirən xəritələrin təqdimatı ilə konfrans iştirakçılarına danışıb: "1918-ci ildə cəmi 9000 kv km ərazidə Azərbaycan torpaqlarında yaradılmış ilk erməni dövlətinin ərazisinin keçən 100 il ərzində xarici güclərin bilavasitə dəstəyi ilə məhz Azərbaycan torpaqlarının etnik təmizlənməsi hesabına təxminən 40.000 kv.km-ə çatdırılıb". Deputat konfrans iştirakçılarına Xocalı soyqırımı ilə bağlı faktları da çatdırıb. O, erməni silahlılarının 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərini işğal etməsindən, erməni millətçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətindən danışıb. Bu faciə ilə bağlı Serj Sarkisyanın söylədiyi fikirləri xatırladan deputat dünya birliyinin bu hadisələrə biganə münasibət sərgilədiyini soyqırımı aktını həyata keçirən şəxslərin bu gün Ermənistanı idarə etdiyini bunun dözülməz olduğunu vurğulayıb. Xocalıda insanlığa qarşı dəhşətli cinayət aktının törədildiyinə bu qətliamın Cenevrə Konvensiyalarının müvafiq maddələrinə müvafiq olaraq soyqırımı aktı olduğuna əminliyini bildirən deputat Cavanşir Feyziyev Xocalı qətliamının artıq dünyanın bir sıra ölkələri tərəfindən, eləcə Amerikanın 20-dən çox ştatı tərəfindən soyqırımı aktı kimi tanındığını bildirib. Çıxışının sonunda Milli Məclisin deputatı beynəlxalq siyasətdə ənənəvi olaraq insan haqlarının müdafiəçisi kimi çıxış edən Fransanı onun Parlamentini Xocalı soyqırımını tanımağa bununla da Xocalıya ədalətin təmin olunmasına öz dəstəyini verməyə çağırıb".

Tarixçi Maksim Quen erməni ASALA terror təşkilatından, onun həyata keçirdiyi amansız qətllərdən, qanlı cinayətlərdən söz açıb. O, ermənilərin daim insanları qətlə yetirməsinə, onlara işgəncə verməsinə baxmayaraq özlərini qurban kimi qələmə verdiklərini bildirib. Tarixçi ASALA erməni təşkilatının müxtəlif ölkələrdə törətdiyi terror aktlarından danışıb bu terror aktlarının erməni lobbisi tərəfindən ört-basdır edildiyini bildirib. Parisdə Orly aeroportunda baş verən terror aktının qurbanlarının sayının göstərildiyindən çox olmasına baxmayaraq, bu günədək onların əbədiləşdirilməsi üçün heç bir xatirə lövhəsinin qoyulmadığını bildirib bu terror aktının, eləcə Xocalı soyqırımının lazımi səviyyədə qiymətləndirilməməsinin səbəblərinin eyni olduğunu vurğulayıb. O, ASALA erməni təşkilatının Azərbaycan türk xalqlarına qarşı törətdikləri kütləvi qırğınlardan danışıb.

Münaqişə zonalarında geosiyasət üzrə ekspert Didye Şode , öz növbəsində Dağlıq Qarabağ münaqişəsi onun nəticələri haqqında məlumat verib. Münaqişə nəticəndə Azərbaycanın ərazisinin 20 % -inin işğal olunduğunu 800 000-dən çox insanın Dağlıq Qarabağ onun ətrafındakı rayonlardan, 250 000 azərbaycanlının isə Ermənistandan - öz doğma yurdlarından qovulduğunu bildirib.Azərbaycan hökumətinin 1 milyondan çox qaçqın məcburi köçkünün yerləşdirilməsi ilə bağlı üzləşdiyi çətinliklərdən danışıb. Geosiyasət üzrə ekspert Azərbaycanın regionda ən güclü orduya malik olmasına baxmayaraq, hələ səbrlə münaqişənin sülh yolu ilə həllinə ümid etdiyini söyləyib.

D.Şode ölkəmizin geosiyasi mövqeyini yüksək qiymətləndirərək, onun qərbyönümlü olmasından Avropanın eneji mənbələrinin şaxələndirilməsindəki rolundan bəhs edib. Ölkəmizin təkcə öz enerji ehtiyatlarını deyil, eyni zamanda Turkmənistan İranın enerji ehtiyatlarının da Avropaya çıxışında roluna regionda sabitliyinin əhəmiyyətinə toxunaraq, böyük dövlətlərin mövcud münaqişəyə ikili standartlarla yanaşdığını bildirib. O, status-kvonun qəbuledilməz olduğunu vurğulayıb.

Məruzələrdən sonra davam edən müzakirələr zamanı senator Natali Qule Minsk Qrupunun təkcə həmsədr dövlətlərinin yox, eləcə digər üzv dövlətlərinin məsələyə münasibətinin vacib olduğunu qeyd edib. Vəkil Olivye Pardo Xocalı faciəsi ilə bağlı "Figaro" qəzetində məqalə vermək istədiyini bu məqsədlə qəzetin baş redaktoru ilə bu haqda danışmasına baxmayaraq, erməni diasporunun məqalənin dərc olunmasına hər vəchlə mane olduğunu bildirdi. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Xocalı soyqırımının 24 - ildönümünə həsr edilmiş konfransın təşkilinə görə təşəkkür edib 26 fevralın Azərbaycan xalqı üçün həm matəm, həm ümid günü olduğunu bildirib. Bu gün Xocalı qurbanlarının anım günü, eləcə həmrəylik günüdür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində təşkil olunan bu tədbirin əsas məqsədi regionda ədalətin bərqərar olunması fransız ictimaiyyətinin faciə ilə bağlı müfəssəl məlumatlandırılmasıdır. Səfir bildirib ki, faciə ilə bağlı cəzasızlıq Ermənistana müttəfiqlərinin köməyi ilə etnik təmizləmə aparmaqda Azərbaycan ərazilərinin işğalını davam etdirməsinə imkan verib. Səfir Ermənistanın qeyri-konstruktiv təcəvüzkar mövqeyi ilə danışıqlar prosesini pozduğunu, vasitəçilərin təkliflərinin heç birini qəbul etmədiyini diqqətə çatdırıb. Səfir E.Əmirbəyov bildirib: "Xocalı bütün dünyada eşidilməli olan bir haraydır. Ermənistanı Azərbaycanın ərazilərini qeyri-qanuni işğal etməsinə son qoymağa, Xocalıda digər ətraf rayonlarda törətdikləri faciələrdən qaçıb qurtaran bir milyon qaçqın-köçkün azərbaycanlının insan hüquqlarına riayət etməyə məcbur etmək lazımdır. Azərbaycan bir qarış torpağını da güzəştə getməyəcək. Bugünkü statu-kuo isə nəinki qəbuledilməz, həm dözülməzdir. Avropada dəyərlərdən, insan hüquqlarından danışılır. Əgər bir neçə jurnalistin hüququndan danışırıqsa, nəyə görə öz doğma torpaqlarından didərgin salınmiş bir milyon dinc əhalinin hüquqlarından danışılmır? Ermənistanı yüz minlərlə azərbaycanlının insan hüquqlarına hörmət etməyə məcbur etmək lazımdır." Türkiyənin Fransadakı səfiri Hakki Akil Xocalı soyqırımı zamanı Parisdə olduğunu bu faciənin fransız mətbuatında yetərincə işıqlandırılmadığını qeyd edib. Konfransda həm məruzəçilər, həm iştirakçılar Fransa mətbuatının hadisələrə ikili standartlar əsasında yanaşdığını diqqətə çatdırıb.

Samir

Səs.- 2016.- 3 mart.- S.11