Qanunvericilikdə məhkəmə
aktlarına hüquq və
azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə
baxılmasının əsasları
Cinayət-prosessual qanunvericilikdə göstərildiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu öz təşəbbüsü ilə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu həmin normativ-hüquqi aktların hər hansı şəxsin konstitusiyada nəzərdə tutulmuş əsas hüquq və azadlıqlarını pozduğunu; həmin normativ-hüquqi aktların müddəaları ilə daha yüksək hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ-hüquqi aktları arasında ziddiyyətin mövcud olmasını; həmin normativ-hüquqi aktların hər hansı müddəalarının rəsmi təfsirə ehtiyacı olduğunu və nəhayət, həmin normativ-hüquqi aktların hər hansı müddəaları Azərbaycan Respublikasında qanunverici, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlərin bölüşdürülməsinə dair mübahisələr doğurduğunu müəyyən etdikdə, öz təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərə bilər.
Beləliklə, haqqında söhbət aparılan sorğu ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən konkret qərar qəbul edilir və bu qərarla bağlı müəyyən hüquqi nəticələr meydana çıxır.
M.Cəfərquliyev yazır: "Nəzərə almaq lazımdır ki, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxılması hüququna yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu malikdir.
Qanunvericilikdə məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması üçün aşağıdakı əsaslar göstərilmişdir:
a) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmadığı hesab edildikdə;
b) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın müddəalarının pozulduğu müəyyən edildikdə;
c) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən məhkəmənin tətbiq etdiyi normativ-hüquqi aktın Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş normativ-hüquqi aktlara uyğun olmadığı hesab edildikdə.
Yuxarıda sadaladığımız "a" və "b" bəndlərində nəzərdə tutulan əsaslar yarandıqda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı yalnız hüquqi məsələlər üzrə işlərə baxır".
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqda Ali Məhkəmənin sədri hakimlərin birinə işin plenumun məhkəmə iclasına hazırlanmasını və məruzə edilməsini tapşırır. Qanunvericiliyin tələbinə görə işə plenumun məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqdan sonra 3 aydan gec olmayan müddətdə baxılmalıdır.
Müəllifin fikrincə, bir qədər əvvəl göstərdiyimiz "c" bəndi ilə nəzərdə tutulan əsaslar meydana çıxdıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmə aktlarına ərizə əsasında hüquqi məsələlər üzrə yenidən baxır. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxılması haqqında ərizənin verilməsi, ərizəyə dair tələblər və ərizənin ilkin öyrənilməsi məsələləri CPM-in 464- 466-cı maddələrinə müvafiq olaraq həll edilir. Haqqında söhbət gedən ərizənin ilkin öyrənilməsi müddəti də qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Belə ki, ərizənin ilkin öyrənilməsi onun Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqdan sonra (1) bir aydan çox olmayan müddət ərzində həyata keçirilir. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin rəyi alındıqdan sonra Ali Məhkəmənin sədri qanunvericiliyin tələbinə əsasən (3), üç ay müddətində işə baxılması barədə məsələni plenumun gündəliyinə daxil etməlidir.
Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun iş qaydasına uyğun olaraq həyata keçirilir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmadığı hesab edilməsi ilə bağlı yeni hallar üzrə məhkəmə aktına yenidən baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul edə bilər:
a) müvafiq birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin, habelə əlavə kassasiya qaydasında hüquq və azadlıqların pozulması ilə çıxarılmış məhkəmə aktlarının tam və ya qismən ləğv edilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yenidən baxılması üçün aidiyyəti üzrə müvafiq birinci və ya apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə;
b) kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması barədə.
M.Cəfərquliyev daha sonra yazır: "Yuxarıda şərh etdiyimiz prosessual qayda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrində cinayət təqibi üzrə icraat zamanı, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın pozulduğunun müəyyən edilməsi ilə əlaqədar hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə işə yenidən baxmaqla əlaqədar icraata da aiddir. Belə ki, yuxarıda şərh etdiyimiz halla bağlı məhkəmə aktına yenidən baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı 3 (üç) qərardan birini qəbul etmək səlahiyyətinə malikdir:
a) müvafiq birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin, habelə əlavə kassasiya qaydasında hüquq və azadlıqların pozulması ilə çıxarılmış məhkəmə aktlarının tam və ya qismən ləğv edilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yenidən baxılması üçün aidiyyəti üzrə müvafiq birinci və ya apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə;
b) kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması barədə.
Müəllifin qeyd etdiyi kimi, yuxarıda şərh etdiyimiz prosessual qayda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrində cinayət təqibi üzrə icraat zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın pozulduğunun müəyyən edilməsi ilə əlaqədar hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə işə yenidən baxmaqla əlaqədar icraata da aiddir. Belə ki, yuxarıda şərh etdiyimiz halla bağlı məhkəmə aktına yenidən baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı 3 (üç) qərardan birini qəbul etmək səlahiyyətinə malikdir:
a) müvafiq birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin, habelə əlavə kassasiya qaydasında hüquq və azadlıqların pozulması ilə çıxarılmış məhkəmə aktlarının tam və ya qismən ləğv edilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yenidən baxılması üçün aidiyyəti üzrə müvafiq birinci və ya apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə;
b) CPM-in 421.1.2 və 421.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın dəyişdirilməsi barədə;
c) kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması barədə.
M.Cəfərquliyev göstərir ki, eyni ilə belə bir prosessual qayda CPM-in 455.0.3-cü maddəsi ilə nəzərdə tutulan hallarda başlanmış icraatda Ali Məhkəmənin Plenumu tərəfindən tətbiq olunur. Belə ki, məhkəmənin tətbiq etdiyi normativ-hüquqi aktın Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən normativ-hüquqi aktlara uyğun olmadığı hesab edilməsi ilə əlaqədar hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına yenidən baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu CPM-in 460-cı maddəsinə müvafiq olaraq aşağıdakı qərarlardan birini qəbul edə bilər:
a) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya uyğun olmayan normativ-hüquqi akt əsasında birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin aktlarının, habelə əlavə kassasiya qaydasında çıxarılmış qərarın tam və (və ya) qismən ləğv edilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yenidən baxılması üçün müvafiq olaraq birinci və ya apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə;
b) CPM-in 421.1.2 və 421.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın dəyişdirilməsi barədə;
c) kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması barədə;
ç) birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsinin aktlarının, yaxud əlavə kassasiya qaydasında çıxarılmış qərarın dəyişdirilmədən saxlanılması barədə.
Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraatı nizamlayan cinayət-prosessual qanunvericiliyin müvafiq normalarının tətqiqi onu deməyə əsas verir ki, doğrudan da adıçəkilən icraatın mövcudluğu, onun tətbiqi ilə bağlı təminatların CPM-də dəqiq və konkret şərh edilməsi respublikamızda insan hüquq və azadlıqlarının qorunmasında və eyni zamanda pozulmuş hüquq və azadlıqların bərpa olunmasında əvəzsiz bir rol oynayacaqdır.
Vahid ÖMƏROV fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.-
2016.-3 mart.- S.15