Azərbaycan - multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının

VII Qlobal Forumu ölkəmizə vəd edir?

 Multikulturalizm... Elə ilk baxışdan, bu sözun bəşəriyyət üçün əhəmiyyəti və özünəməxsusluğu insanların fikirlərində çoxsaylı assosiasiyalar doğurur. Belə ki, özündə bir çox fərqli mədəniyyətlərin bir arada yaşaması amilini ehtiva edən bu söz son dövrlər dünyada baş verən qlobal hadisələr fonunda daha qabarıq fonda görünməkdədir. Xüsusilə, ötən əsrdə və hazırkı dövrdə baş verən çoxsaylı müharibələr, etnikiqri ayrıseçkiliklər, məzhəb savaşları və s. qlobal xarakterli məsələlər dünya xəritəsinin bir neçə dəfə dəyişməsinə, milyonlarla insanların ölümünə, total dağıntılara səbəb olmuşdur. Təbii ki, normalsivil düşüncəyə malik olan istənilən bəşər övladı heçbütün bunların marağında deyilsülh, əmin-amanlıq çərçivəsində yaşamağı, yaşatmağı, inkişaf etməyi həyatın əsas qayəsi kimi seçməkdədir. Lakin təəssüf ki, qeyd edilən faktorlar bir-biri ilə uzlaşmamaqla yanaşı, həm də çarpazlaşır. Nəticədə itirən yenə də bəşər övladı olur - mədəniyyətlər, xalqlara, millətlərə məxsus tarixi milli-mənəvi dəyərlər və s. kimi amillər get-gedə məhv olur.

Biz dünyada baş verən multikulturalizm dəyərlərinə vurulan zərbələri araşdırmamışdan öncə, uzağa getməyərək, nankor qonşumuz Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq faktını önə çəkə bilərik. Tarixlər boyu Azərbaycan xalqına qarşı düşmənçilik mövqeyində dayanan erməni millətçiləri, paytaxt Bakımız da daxil olmaqla, ölkəmizin bir çox ərazilərində dəfələrlə tarixi, mədəni, mənəvi, dinis. dəyərlərimizə qarşı vəhşiliklər edib, bu dəyərlərin məhv olunmasına, yaxud da özünküləşdirməsinə çalışıblar. Həmin mənfur siyasət davam edir. İğşal altında olan ərazilərimizdə dünya mədəniyyətinə əsrarəngiz töhfələrini vermiş milli kultural dəyərlərimiz məhvə uğradılıb. Təkcə bir qism rəqəmlərə müraciət etsək, deyilənlərin nə qədər real olduğunu görmüş olarıq.

Erməni terrorçuları tərəfindən işğal olunmuş Dağlıq Qarabağdaona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri qalmışdır. Həmçinin bu siyahıya 40 mindən artıq əşyanın toplandığı 22 muzeyi, 4,6 milyon kitab fondu olan 927 kitabxananı, 808 klub, 4 teatr və 2 konsert müəssisəsini, 8 mədəniyyət və istirahət parkını, 4 rəsm qalereyasını və 85 musiqi məktəbini də daxil etmək mümkündür. Bu siyasət hazırkı Ermənistan adlandırılan Qərbi Azərbaycandakı əzəli torpaqlarımızda da yürüdülüb.

O cümlədən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış  materiallardan aydın olur ki, işğal edilmiş ərazilərdə mövcud olan milli-mədəniyyət abidələrimiz  "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyasına zidd olaraq erməni işğalçıları tərəfindən dağıdılmış və ya qəsdən korlanmışdır. Bütün bunlar isə bilavasitə dünyanın mulkultural ailəsinə verilə biləcək mənbələr idi.

Halbuki Ermənistandan fərqli olaraq, Azərbaycan hər zamanbütün dövrlərdə multikulturalizmə malik olan ölkələrdən biri kimi tanınıb, özünəməxsusluğu ilə seçilib. Əbəs yerə deyil ki, Azərbaycanın paytaxtı Bakı bütün dövrlərdə beynəlmiləlçi şəhər kimi təqdim olunub, indi də belədir. Buna isə kifayət qədər əsaslı səbəblər var. Belə ki, Azərbaycan xalqı heç də özünə qapanıb yaşayan xalqlardan deyil, xalqımız öz istiliyi, mehribanlığı, qaynayıb-qarışmaq bacarığı ilə hər zaman seçilib. Azərbaycanlılar hər zaman qapıbir yaşadığı qonşusuna mənəvi dəstək olub. Başqa xalqlara, dinlərə mənsub olan insanlar ölkəmizdə bizdən heç bir zərər görməyib. Əksinə, xalqımız və dövlətimiz onlara simsar olublar. Başda ölkə rəhbəri Prezident İlham Əliyev Cənabları olmaqla, multikultural dəyərlərin qorunması və inkişafında mütərəqqi addımlar atılıb. O cümlədən, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO -nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın dünyanın bir çox yerlərində reallaşdırdığı çoxşaxəli xeyriyyəçilik işləri, muzeylərdə, dini məbədlərdə həyata keçirdiyi uğurlu təmir-bərpa layihələri də belə deməyə zəmin yaradır ki, bu, bizim xalqımızın multikultural dəyərlərinin tərənnüm olunması istiqamətində atılan çox mühüm addımı kimi qiymətləndirilir.

Bəli, Azərbaycan çoxmillətli bir məkan olduğu kimi, həm də dünyaya, xalqlara, millətlərə tərəf açılan bir dost məkanıdır. Burada tarixən bizimlə üz-üzə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər, çünki onlar özlərinə həmişə dözümlü münasibət görüb, sıxılmadan, əzilmədən yaşayıblar, yaşayırlar, müxtəlif nəsillərin timsalında mədəniyyətlərini, dinlərini yaşadırlar. Azərbaycanda bu kimi prinsipin qorunub-saxlanması, inkişaf etdirilməsi xalqımızın bu dəyərlərə hörmət göstərməsindən irəli gəlib. Bu gün bizim ölkədə bir çox dinlər, məzhəblər bir arada dövlətçilik faktoru üzərində cəmləşiblər. Bu, dünyanın multikultural dəyərlərinə örnək olacaq danılmaz həqiqətdir. Bu gün bizlər əminliklə deyə bilərik ki, Azərbaycan beynəlxalq aləmin multikultural dəyərlərinə doğru açılan qapıdır. Əbəs yerə deyil ki, digər mövzularla yanaşı, bu mövzuda da böyük konfransların, sammitlərin ünvanı Azərbaycandır.

Dünyanın bütün aparıcı mərkəzlərinə də bəllidir ki, mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə, qloballaşma şəraitində Azərbaycanın davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktik əhəmiyyət kəsb edir. Çünki multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri vasitəsidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqonu qurmaq mümkün deyil. Belə bir məqamda isə hər kəs görür, dərk edir ki, Azərbaycanın hər bir qarışında multikulturalizmin izləri yaşayır və yaşadılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müxtəlif tədbirlərdə, irimiqyaslı beynəlxalq toplantılarda çıxışı zamanı mütləq multikulturalizm məsələsinə yer ayırır. Əbəs yerə deyil ki, 2016-cı il Azərbaycanda "Mulkulturalizm ili" kimi elan olunub. Bu baxımdan, ölkə başçısının fikirlərinə diqqət yetirmək əhəmiyyətlidir: "Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir".

Ölkə başçısı həmçinin qeyd edib ki, XXI əsrdə multikulturalizmin alternativləri, demək olar ki, yoxdur: "Bunun alternativi ayrıseçkilikdir, ksenofobiyadır, rasizmdir, faşizmdir. Mən hesab edirəm ki, XXI əsrdə mütərəqqi bəşəriyyət bu xoşagəlməz meyillərin qarşısının alınması üçün daha da fəal olmalıdır. Əfsuslar olsun, bəzi hallarda biz başqa fikirləri eşidirik ki, multikulturalizmin gələcəyi yoxdur. Bəzi ölkələrdə isə bu məsələ ilə bağlı çox bədbin əhval-ruhiyyə hökm sürür. Halbuki dünyanın əksər ölkələrində çoxmillətli cəmiyyətlər mövcuddur müxtəlif dinlərin, müxtəlif xalqların birgə yaşaması zamanın tələbidir. Bizim əsas amalımız multimədəniyyətli cəmiyyətlərin inkişafına öz töhfəmizi verməkdən ibarət olmalıdır. Biz bu məsələdə dünyaya müsbət təcrübə göstərməliyik. Çünki Azərbaycanda bu sahədə qazanılan təcrübə müsbət təcrübədir".

İlham Əliyev Cənabları Azərbaycanın multikulturalizm məkanı olmasını şərtləndirən amillərdən biri kimi dövlətin bütün sağlam dinlərə, onların nümayəndələrinin ibadətgahlarına isti münasibətini göstərib: "Biz bütün dini abidələri bərpa edirik. Azərbaycan elə bir ölkədir ki, orada müxtəlif dinlər mövcuddur, xalqlar həmişə sülh, həmrəylik, əməkdaşlıq şəraitində yaşayıblar... Bakıdakı "Atəşgah" da bizim tarixi keçmişimizin, zərdüştilik dövrünün abidəsidir. Katolik kilsəsi bərpa edilib, sinaqoqlar da tikilir. Yəni bunlar bizim cəmiyyətimizin inkişafının göstəricisidir, ilk növbədə cəmiyyətin durumunun, həmçinin dövlət siyasətinin göstəricisidir. Sevindirici haldır ki, bu məsələlərdə cəmiyyətin durumu da, dövlətin siyasəti , necə deyərlər, yanaşı dayanır".

Artıq bəlli olduğu kimi, Azərbaycan Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına müvafiq olaraq, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı qərar qəbul edilib. Aprelin 25-dən 27-dək keçiriləcək forumda 195 ölkənin və 26 beynəlxalq təşkilatın iştirak edəcəyi gözlənilir. Kifayət qədər nəhəng və əhəmiyyətli faktorları özündə cəmləşdirən bu tədbirin paytaxtımıza keçirilməsi isə bir sübutdur - Azərbaycanın dünya birliyindəki nüfuzunun, multikultural ideyalarındakı inkişafının, tolerantlığın danılmaz sübutu!

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də, öz növbəsində BMT Radiosuna verdiyi müsahibədə BMT-nin Sivilizasiyalar Alyansının bu il aprelin axırlarında Bakıda keçiriləcək VII Qlobal Forumuna münasibətibi bildirərək vurğulayıb ki, bu forumun təşkilatçıları sırasına BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, İSESCO və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar daxildir. Məhz bu faktın özüsübut edir ki, müasir Azərbaycan hər zaman mədəniyyətlər arasında körpü salmaq, müxtəlif mədəni ənənələr arasında qarşılıqlı anlaşma səviyyəsini yaxşılaşdırmaq ənənələrinə və imkanlarına malik olan ölkə kimi qəbul olunmaqdadır. Belə ki, forumun keçiriləcəyi müddətdə dünyada baş verən bütün proseslər nüfuzlu təşkilatlar, dövlət rəhbərləri tərəfindən qiymətləndiriləcək. O cümlədən, Azərbaycanın təcavüzkar Ermənistan tərəfindən məruz qaldığı işğalçılıq faktı, işğal nəticəsində multikultural dəyərlərə vurulan zərbələr haqqında növbəti dəfə ən yüksək tribunadan dünya dövlətlərinin nəzərinə çatdırılacaq. Əbəs yerə deyil ki, forumun işinə BMT-nin Baş katibi Pan Gi Mun da qatılmaq istədiyini bildirib.

Beləlkilə, sonda bu cür qənaətə gələrək deyə bilərik ki, Azərbaycanda müxtəlif dini- milli dəyərlərə məxsus insanların siyasihüquqi bərabərliyinin təmin olunması, etnik azlıqların milli-mədəni inkişafına qanunla əsas yaradılması, cəmiyyətin də bu prosesə adi normal yaşayış qaydası kimi baxması ölkədə birliyin sarsılmazlığını təmin edir. Bu gün ölkəmizdə sağlam tarixi köklərə malik multikulturalizm dövlət rəhbərliyinin siyasəti ilə daha da inkişaf edir, yeni pozitiv çalarlarla zənginləşir. Söz yox ki, forum başa çatdıqdan sonra Azərbaycan digər sahələrlə yanaşı, həm də multikulturalizmin əsas məkanlarından biri kimi hələ uzun əsrlər sonra da nümunə olaraq qalacağını təsdiqləyəcək.

 

Rövşən RƏSULOV

Səs.- 2016.- 8 mart.- S.11