2016-cı il də Azərbaycan üçün uğurlu il olacaq

Prezident İlham Əliyev: “Azərbaycan demokratik inkişafa görə bu gün bir çox ölkələr üçün nümunə ola bilər”

Ötən illərdə olduğu kimi, bu il də Azərbaycan dinamik sosial-iqtisadi inkişafını davam etdirir, makroiqtisadi sabitlik qorunur, qlobal iqtisadi-maliyyə böhranının təsirlərinə, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ölkədə adekvat korreksiya siyasəti həyata keçirilir.

Çox sevindirici haldır ki, iqtisadi sarsıntılar yaşayan dünyada Azərbaycan rəhbərliyinin düzgün siyasətinin nəticəsi olaraq, “Fitç Reytinqs”, “Standart and Puers”, “Mudis” beynəlxalq agentliklər ölkəmizin investisiyakredit reytinqlərini yüksək qiymətləndirirlər. Eyni zamanda, “Duinq Biznes-2016” hesabatında Azərbaycan 5 göstərici üzrə 189 ölkə arasında 40-lıqda yer alıb. Qlobal rəqabət qabiliyyətliliyinə görə isə 140 ölkə arasanda Azərbaycan 40-cı yerdə qərarlaşıb. Bir sözlə, mürəkkəb şərait olsa da, Azərbaycan Cənab Prezident İlham Əliyevin rəhbərliyilə qarşısına qoyduğu vəzifələri uğurla reallaşdırır, mühüm vəzifələr həyata keçirilir.

Əlbəttə ki, bütün bunlar əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyevin uğurlu şəkildə şaxələndirərək davam etdirməsi nəticəsində mümkün olub. Bütün əldə olunan nailiyyətləri nəzərə alaraq demək olar ki, 2016-cı il də böhranın təsirlərinə baxmayaraq, Azərbaycan üçün uğurlu il olacaq.

Novruz bayramı münasibətilə keçirilmiş tədbirdə çıxışı zamanı ölkədəki social-iqtisadi vəziyyətə toxunan Prezident İlham Əliyev bildirib ki, 2016-cı ildə siyasiiqtisadi islahatlar daha da dərinləşir. Azərbaycan demokratiya yolu ilə gedir. Azərbaycanda bütün azadlıqlar təmin edilir, insan haqları yüksək səviyyədə qorunur. Səmimi deyə bilərəm ki, Azərbaycan demokratik inkişafa görə bu gün bir çox ölkələr üçün nümunə ola bilər: “İqtisadi sahədə aparılan dərin islahatlar əminəm ki, neft amilindən asılılığımızı tamamilə aradan götürəcək. Bu, bizim məqsədimizdir. Biz bu məqsədə doğru gedirik. Keçən ilin sonlarından başlayaraq bu ildavam edən islahatlar siyasəti artıq gözəl nəticələr verir. Qanunvericilikdə dəyişikliklər edilmişdir. Mənim tərəfimdən müvafiq sərəncamlar imzalanmışdır. Azərbaycanın uzunmüddətli, dayanıqlı iqtisadi inkişafının təmin edilməsi üçün konkret addımlar atılır. Əminəm, ilin sonuna qədər davam edən əsas islahatlar, yəni, qəbul ediləcək qərarlar ondan sonra elə şərait yaradacaq ki, Azərbaycan iqtisadiyyatı neft amilindən asılılığını azaldacaqdediyim kimi, tam aradan götürəcəkdir. Dayanıqlı inkişaf bizim hədəfimizdir. Onu da qeyd etmək istəyirəm ki, biz ancaq öz resurslarımıza əsaslanırıq. Düzdür, bəzi kütləvi informasiya vasitələrində yazılıb ki, Azərbaycan xarici dəstək, xarici maliyyə yardımı istəyib. Bu, tamamilə yalan və mötəbər mətbu orqanlara yaraşmayan təxribatdır. Biz öz hesabımıza yaşamışıq, yaşayacağıq. İndi bizim nə qədər imkanımız varsa, iqtisadi inkişafı o qədər də təmin edəcəyik. Ancaq qeyd etməliyəm ki, mötəbər beynəlxalq qurumlar, xüsusilə Beynəlxalq Valyuta Fondu bizim siyasətimizi, iqtisadi islahatlarımızı dəstəkləyir və bu siyasətimizə çox yüksək qiymət verir. Onu da qeyd etməliyəm ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 40-cı yerə layiq görübdür. Bu da çox böyük göstəricidir. İslahatlar dərinləşəcək, bütün sahələrdə şəffaflıq tam təmin ediləcək. Biz gələcək iqtisadi fəaliyyətimizi, siyasətimizi yeni iqtisadi model üzərində aparacağıq və əminəm ki, yaxın zamanlarda daha da böyük nəticələrə nail olacağıq.

Onu da qeyd etmək istəyirəm ki, dövlət tərəfindən qəbul edilmiş təcili tədbirlər nəticəsində təkcə ilin birinci rübündə, - hələ ki, rüb başa çatmayıb, - dövlət sektorunda 30 minə yaxın yeni yeri açılmışdır. Bu, mənim göstərişimlə həyata keçirilən tədbirlərdir. Əlbəttə, biz yaxşı başa düşürük, hər bir ölkə çalışmalıdır ki, özəl sektorda yerləri açılsın. Bu istiqamətdə də işlər gedir. Biznes qurumlarına müvafiq tövsiyələr verildi. Onlara maliyyə dəstəyi də veriləcək. Xüsusilə, bu il icrası nəzərdə tutulan layihələrin həcmi təxminən 1,5-2 milyard manat ətrafındadır. Yəni bu, on minlərlə yeni yerinin yaradılmasına gətirib çıxaracaq. Ancaq təcili tədbirlərin görülməsi də labüd idi. Yenə də deyirəm, dövlət sektorunda, dövlət şirkətləri və dövlət qurumları tərəfindən 30 minə yaxın yeri açılmışdır. Bax, budur bizim sosial siyasətimiz. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Baxmayaraq ki, gəlirlərimiz azalıb, neftin qiyməti kəskin şəkildə aşağı düşüb, biz maaşların, pensiyaların artırılması ilə bağlı qərar qəbul etmişik, 10 faiz artıbdır. Hələlik, bizim buna imkanımız çatır. Ancaq onu da qeyd etmək istəyirəm ki, əgər ətrafa baxsaq görərik ki, bu da nadir bir haldır, çünki xüsusilə, dünya böhranı zamanı maaşlar artırılmır, kəsilir, verilmir. Biz isə sosial siyasətimizi bir daha göstəririk. Göstəririk ki, Azərbaycan inamla inkişaf edəcək. Bu əminlik var. Heç bir böhran, neftin qiymətinin ucuzlaşması bizim siyasətimizə təsir etməyəcək. Bizim kifayət qədər resurslarımız, valyuta ehtiyatlarımız var, iqtisadi göstəricilərimiz çox müsbətdir. Əlbəttə ki, aparılan islahatlar bizi daha da gücləndirəcəkdir”.

Biz yeni sahələri işə salırıq ki, o sahələr ölkəmizə böyük siyasiiqtisadi mənfəət gətirəcək” - deyə bildirən Prezident İlham Əliyev qeyd edib ki, bu gün Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin yaradılması üzərində işlər gedirilkin nəticələr də var: “Apardığımız siyasət, irəli sürdüyümüz təşəbbüslər nəticə verir. Biz Şərq-Qərb nəqliyyat dəhlizinin cəlbediciliyini artırmaq üçün qonşu ölkələr olan Gürcüstan və Türkiyə ilə vahid tarif siyasəti aparmaq barədə təşəbbüs irəli sürmüşük. Bu təşəbbüs müsbət qarşılanıb. Artıq işlər görülür. Keçən ilin sonlarında mənim Gürcüstana, Çinə və bu yaxınlarda Türkiyəyə səfərlərim çərçivəsində həmin məsələlər müzakirə edilmişdir. Biz yeni dəhliz yaradırıq. Asiyadan Avropaya ən qısa yol Azərbaycan ərazisindən keçəcək. Buna nail olmaq üçün biz lazımi infrastrukturu yaratmışıq və yaradırıq, eyni zamanda, qonşu ölkələrlə vahid tarif siyasəti aparılmalıdır ki, burada xərclər daha da azalsın.

Şimal-Cənub nəqliyyat dəhlizinin bu yaxınlarda icrasının sürətlənməsi yenə də bizim təşəbbüsümüzlə bağlıdır. İndi həm İran, həm Rusiya ilə danışıqlar aparılır və yenə də Azərbaycan burada öz önəmli rolunu oynayır. Əminəm ki, bu dəhlizibiz yaradacağıq. Beləliklə, bu dəhlizlər yaranandan sonra onilliklər ərzində Azərbaycan böyük siyasiiqtisadi mənfəət götürəcək. Nəqliyyat sektorunun gəlirləri neftdən fərqli olaraq tükənən sərvət deyil”.

Karbohidrogen ehtiyatların nəqli məsələlərinə də münasibət bildirən Prezident İlham Əliyev əlavə edib ki, neft-qaz sektoru ilə bağlı bu ilin fevral ayında Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısı keçirilib: “Çox böyük uğurla keçirilmişdir. Azərbaycan bir daha öz liderlik rolunu göstərmişdir. Məşvərət Şurası toplantısının yekunları ilə bağlı Birgə Bəyannamə imzalanmışdır. Bu Bəyannaməni 11 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Xorvatiya, Monteneqro, Amerika Birləşmiş Ştatları, Böyük BritaniyaAvropa Komissiyası imzalamışdır. Yəni bu Bəyannaməni 12 tərəf imzalayıb. Bəyannamənin əsas mahiyyəti ondan ibarətdir ki, əlaqələndirmə işləri bundan sonra da davam etdiriləcək. Sənəddə Azərbaycanın bu işlərdə aparıcı, strateji, liderlik rolu qeyd edilib. Yəni bu, artıq bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilirbilinir, tanınır ki, əgər biz təşəbbüs göstərməsəydik, əgər biz maliyyə vəsaiti ayırmasaydıq, “Cənub Qaz Dəhlizi” gözəl ideya kimi hələ qalacaqdı, bunu onilliklər bundan sonra da müzakirə edəcəkdik. Biz bu ideyanı reallığa çeviririk. “Cənub Qaz Dəhlizi” bizim üçün çox böyük əhəmiyyətə malik olan bir layihədir və imkan verəcək ki, zəngin qaz resurslarımızı ixrac edək. Əgər bu layihə icra edilməsəydi, bu ehtiyatlar dənizin dibində qalacaqdı. Biz onları çıxarırıq, minlərlə, on minlərlə yeri yaradılmaqdadır. Azərbaycanın ixrac potensialı güclənəcək. Bizim önəmimiz daha da artacaq. Azərbaycan Avropa üçün əvəzolunmaz ölkəyə çevrilir. Bizim maraqlarımız təmin ediləcək, gücümüz daha da artacaq”.

Göründüyü kimi, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyilə qlobal böhranın təsirlərinə baxmayaraq inkişafını təmin edir, transmilli layihələr reallaşdırır, hətta təhlükəsizlik məsələlərinə böyük diqqət ayırır. Bu baxımdan, əminliklə demək olar ki, Azərbaycan 2016-cı iliuğurla başa vuracaq və ölkəmizin uğurlu inkişafı təmin ediləcək.

Səs.- 2016.- 29 mart.- S.1-2