Azərbaycan Misir
ilə dostluq əlaqələrinin inkişaf etdirilməsinə böyük
önəm verir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı Əhməd İbrahim Məhəmməd İbrahimini qəbul edib. Əhməd İbrahim Məhəmməd İbrahimi Misir Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycanın Misirə dost ölkə olduğunu vurğuladı. Misirin ölkələrimiz arasında əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi.
İki ölkənin sərhəd xidmətlərinin əməkdaşlığına toxunan Əhməd İbrahim Məhəmməd İbrahimi Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisinin Misirə, özünün isə Azərbaycana bu səfərinin ölkələrimizin sərhəd xidmətləri arasında əlaqələrin inkişafına töhfə verəcəyini söylədi. Ölkələrimizin müvafiq qurumlarının uğurlu əməkdaşlıq həyata keçirdiklərini deyən qonaq bu əməkdaşlığın təhlükəsizlik, hərbi-texniki və digər sahələri əhatə etdiyini dedi. Azərbaycanın hərbi-texniki sahədə və təlimlərin keçirilməsində yaxşı təcrübəyə malik olduğunu vurğulayan Əhməd İbrahim Məhəmməd İbrahimi sərhəd xidmətləri arasında təcrübə mübadiləsinin önəmini də qeyd etdi. O, ölkəmizə sabitlik, firavanlıq və bütün sahələrdə inkişaf arzularını çatdırdı.
Dövlətimizin başçısı Azərbaycan
ilə Misir arasında ikitərəfli əlaqələrin
uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev
Azərbaycanın ölkələrimiz arasında dostluq əlaqələrinin daha
da inkişaf etdirilməsinə
böyük önəm verdiyini
dedi. Dövlətimizin
başçısı iki ölkənin sərhəd
xidmətləri arasında uğurlu əməkdaşlığa
toxunaraq, ölkələrimizin hərbi, sərhəd
xidməti, təhlükəsizlik sahələrində əlaqələrinin
inkişaf etdirilməsinin əhəmiyyətini
vurğuladı. Azərbaycan Prezidenti
yüksək səviyyəli qarşılıqlı səfərlərin
bu əlaqələrin genişləndirilməsi
işinə töhfə verəcəyini dedi.
Prezident İlham
Əliyev Misir Prezidenti
Əbdülfəttah əs-Sisinin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Misirin
dövlət başçısına
çatdırmağı xahiş etdi.
Səs.-
2016.- 30 mart.- S.1