Quba
məzarlığı ermənilərin
Azərbaycan xalqına
qarşı soyqırımı
siyasətinin tarixi təsdiqidir
Yeni Azərbaycan
Partiyası Xaçmaz
rayon təşkilatının
gənclər birliyinin
üzvləri Quba məzarlığını ziyarət
ediblər
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz
rayon təşkilatının
gənclər birliyinin
üzvləri 31 Mart Azərbaycanlıların
Soyqırımı ilə
bağlı Quba məzarlığını ziyarət
ediblər. Tədbir iştirakçıları soyqırımı
qurbanlarının əziz
xatirəsini bir dəqiqəlik sükutla yad edərək, məzarlığa tər
qərənfinlər düzüblər.
Quba Soyqırımı
Memorial Kompleksini ziyarət edən gənclərə qan yaddaşımızın ən
ağrılı səhifələri
soyqırımı, deportasiya,
azərbaycanlıların tarixi
torpaqlarından çıxarılması
haqqında ətraflı
məlumat verilib. Bildirilib ki, Qudyalçayın sağ sahilində tikinti ilə əlaqədar qazıntı işləri
aparılan zaman kütləvi qətlləri
təsdiq edən xeyli sayda insan
sümükləri aşkar
olunmuş və ilkin araşdırmalardan sonra bunların 1918-ci ildə erməni silahlı birləşmələrinin
Qubaya basqını zamanı öldürülmüş
yerli sakinlərə məxsus olduğu müəyyən edildi. Təhqiqat zamanı ərazidə sümüklə
dolu iki quyu və iki
arx müəyyən edilib. Kəllə sümüklərində aşkar
olunan küt alət izləri onların zorakılıqla
qətlə yetirildiyini
təsdiq edir. Yerli sakinlər şəhərdən kənarda
qətlə yetirildikdən
sonra gələcəkdə
daşqınlar zamanı
izin itirilməsi məqsədi ilə meyitlər çay kənarına gətirilərək
yamacda qazılmış
bu quyulara doldurulub. Bu fakt 100 ilə yaxın bir dövrdə ermənilərin
türklər tərəfindən
soyqırımına məruz
qaldığı barədə
iddialarının yalan
olduğunu birbaşa sübut edir.
Ziyarət zamanı
bildirildi ki, ermənilər tərəfindən
xalqımıza qarşı
törədilmiş vandalizm
aktlarına uzun müddət obyektiv qiymət vermək mümkün olmayıb. Yalnız Azərbaycan dövlət müstəqilliyinə
qovuşduqdan sonra soyqırımı barədə
həqiqətlərin beynəlxalq
təşkilatlara və
dünya ictimaiyyətinə
çatdırılması istiqamətində məqsədyönlü
iş aparılmış,
Ümummilli Lider Heydər Əliyevin 1998-ci
il martın 26-da imzaladığı Fərmanla
erməni millətçilərinin
hərəkətlərinə hüquqi-siyasi qiymət verildi. Ulu Öndərin
layiqli davamçısı
Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması uğrunda informasiya mübarizəsində hücum
taktikası daha əzmlə davam etdirilməli, ermənilərin
əsl simasının
bütün xalqlara tanıdılması, bu soyqırımı hadisələrinə
beynəlxalq ictimaiyyət
tərəfindən hüquqi-siyasi
qiymət verilməsi üçün ardıcıl
iş aparılmalıdır.
Tədbirdə mövzu ilə bağlı ətraflı
fikir mübadiləsi aparılıb.
İ.ƏSGƏROV
Səs. - 2016.- 30 mart.-
S.- 5.