Azərbaycanın meliorasiyasu təsərrüfatı kompleksinin inkişafındakı uğurlar Heydər Əliyevin ideyaları ilə bağlıdır

 

    

    

     Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndərimiz müstəqil Azərbaycan dövlətinin qurucusu və bəşəriyyətin yetirdiyi ən böyük şəxsiyyətdir. "Meliorasiyasu təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik" sözlərini tarixə yazmış  Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiyasu təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır.

     Böyük rəhbərin respublikanın ağır iqtisadi, siyasi və mənəvi böhran keçirdiyi bir vaxtda, 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ölkəni işıqlı gələcəyə doğru aparan yolun başlanğıcına çevrildi. O illərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan bütün sahələrdə sıçrayışa necə sürətlə nail olmuşdur. Belə ki, 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilən Heydər Əliyev heç bir ay keçməmiş Mərkəzi Komitənin avqust plenumunu keçirdi, iqtisadiyyatı bərbad vəziyyətdə olan respublikanı dircəltmək üçün qarşıda duran vəzifələri müəyyənləşdirdi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan Azərbaycanın kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, xalq təsərrüfatının bütün sahələrində xüsusi canlanma başlandı. Kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul olundu. Bunlardan "Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında" (1970-ci il), "Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında" (1975-ci il), "1976-1980-cı illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında" (1976-cı il) və "Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında" (1979-cu il) qərarları xüsusi əhəmiyyət kəsb edirdi. Bu qərarlarda Azərbaycanda kənd təsərrüfatı istehsalının yüksəldilməsi və ixtisaslaşdırılması əsasında gələcək üçün respublika iqtisadiyyatının dinamik inkişaf proqramları qəbul olundu. Qeyd etmək lazımdır ki, hələ o vaxtlar hər hansı bir İttifaq respublikasında bu həcmdə işlərin görülməsini nəzərdə tutan belə böyük qərarlar çox nadir hallarda verilirdi. Bu qərarların qəbul edilməsi yalnız Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi, dahiliyinüfuzunun, bilavasitə nəticəsi idi.

      Meliorasiyasu təsərrüfatının respublikamızın iqtisadiyyatının, xüsusən kənd təsərrüfatının inkişafında mühüm rolu olmasını ilk gündən tarixi uzaqgörənliklə müəyyən edən dahi rəhbərimiz Heydər Əliyev bu sahəyə əsaslı vəsait qoyulmasını İttifaq hökuməti qarşısında bir vəzifə kimi qoydu. Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı, əsasən suvarılan torpaqlarda olduğundan, bu torpaqların daimi mühəndisi suvarmakollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur. Müasir meliorasiya və irriqasiyanın təməlinin hələ keçən əsrimizin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafı Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci  illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu illərdə Onun şəxsi təşəbbüsü və bilavasitə, köməkliyi ilə bu sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikintiistismar təşkilatlarına, elmi-tədqiqat və layihə-axtarış institutlarına malik ixtisaslaşmış meliorasiyasu təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır. 1971-1975-ci illərdə meliorasiya işlərinə 580 milyon manatdan artıq vəsait xərcləndi ki, bu da 1966-1970-ci illərdəkinə nisbətən iki dəfə çox idi. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırıldı, 88 min hektar sahədə torpaqların yuyulması, o cümlədən 48 min hektarda əsaslı yuma, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması və su təchizatının yaxşılaşdırılması, 133,2 min hektar sahədə hamarlama işlərinin aparılması təmin olundu, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri inşa edildi. Bu illər ərzində bir sıra iri irriqasiyameliorasiya obyektləri, o cümlədən Araz çayı üzərində həcmi 1 milyard 350 milyon kubmetr olan Araz su anbarı elektrik stansiyası ilə birlikdə, İran İslam Respublikası və Azərbaycan Respublikası ərazilərində 400 min hektar sahəni suvaran Mil-Muğan Hidroqovşağı, Baş Mil Kanalı, Yuxarı MilYeni Xan qızı kanalları, Naxçıvan MR-də 6 min hektar sahəni suvaran üçpilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansiyaları, Naxçıvan Suvarma Sistemi, Abşeron Suvarma Sistemi, Qusar rayonunda Caqar-Cibir Magistral Kanalı, Şamaxı rayonunda həcmi 3,5 milyon kubmetr olan Zaqolovoçay Su Anbarı, Lənkərançay Su Qovşağı, Mərkəzi Muğan  və Cənubi-Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri və s. obyektlər tikilib istismara verildi.

      1976-1982-ci illərdə respublikanın rəhbəri Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində su təsərrüfatı və meliorasiya tikintisi, torpaq fondunun sağlamlaşdırılması və suvarma-drenaj sistemlərinin yenidən qurulması sahəsində aparılan işlərin miqyası daha da genişləndirildi. Bu illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin həcmi 1971-1975-ci illərdəkinə nisbətən 2,4 dəfə artdı və 1 milyard 382 milyon manata çatdı, 1,2 milyard manata yaxın əsas fondlar işə salındı, 89,6 min hektar  yeni suvarılan torpaqlar istifadəyə verildi, 605 min hektar sahədə suvarma sistemləri yenidən quruldu, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırıldı, 274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparıldı. Bu dövrdə Tərtərçay üzərində 143 min 500 hektar sahəni suvara biləcək həcmi 565 milyon kubmetr olan Sərsəng Su Anbarı su elektrik stansiyası ilə birlikdə, həcmi 5,86 milyon kubmetr olan Madagiz Su Anbarı, Tərtərçay magistral kanalları, Naxçıvan MR-də Arpaçay üzərində həcmi 150 milyon kubmetr olan Arpaçay Su Anbarı və magistral kanallar, Naxçıvançay çayından qidalanan həcmi 12,7 milyon kubmetr olan Sirab Su Anbarı, Füzuli rayonunda Aşağı Köndələnçay Su Anbarı, Lənkəran rayonunda həcmi 52 milyon kubmetr olan Yuxarı Xanbulançay Su Anbarı kompleksi, Tovuz rayonunda 3 pilləli nasos stansiyası, və digər obyektlər tikilib istismara verildi. Kür çayı üzərində Şəmkir Su Anbarının, Şəki rayonunda Əyriçay Su Anbarının, Qazax rayonunda Coqazçay Su Anbarının, Füzuli rayonunda Qozluçay, Naxçıvan MR-də Qıvraq və Həmzəli nasos stansiyalarının və s. obyektlərin inşasına başlanıldı. Ümummilli Lider Heydər Əliyevin respubllikamıza rəhbərlik etdiyi dövrdə (1969-1982-ci illər) meliorasiyasu təsərrüfatı kompleksinə 2,5 milyard manatdan artıq vəsait yönəldilmişdir ki, bu da sovet hakimiyyəti dövrünün 50 ili ərzində bu sahəyə qoyulan vəsaitdən 2 dəfədən artıqdır. Bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektara yaxın sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiyameliorasiya sistemləri yaradılmışdır. Həmin müddətdə uzunluğu 20 min kilometrə yaxın olan suvarma kanalları, 15 min kilometrdən  çox kollektor-drenaj şəbəkəsi, 350 nasos stansiyası, 4 min subartezian quyusu tikilib istifadəyə verilmiş, ümumi həcmi 3 milyard kubmetr olan su anbarları inşa edilmişdir. Bu illərdə Azərbaycanda xalq təsərrüfatının yeni ixtisaslaşmış sahəsi-meliorasiya və su təsərrüfatı kompleksi yaradıldı. Bu kompleks ölkə iqtisadiyyatının güclü istehsal bazasına, respublikanın, demək olar ki, bütün bölgələrində iri tikintiistismar təşkilatlarına, elmi-tədqiqat və layihə-axtarış institutlarına malik olan müstəqil sahələrindən birinə çevrildi.

      Respublikamız üçün son dərəcə vacib olan Tərtərçay hidrokompleksinin, Xanbulançay Su Anbarının və Samur-Abşeron kanalının yenidən qurulması obyektlərinin açılışında Ümummilli Lider Heydər Əliyevin şəxsən iştirakı onun meliorasiyasu təsərrüfatına, bu sahənin inkişafına qayğı və diqqətin əyani sübutudur. 1983-cü ildə kənd təsərrüfatında faktiki istifadə olunan suvarılan torpaqların sahəsi 1970-ci ildəkinə nisbətən 265,1 min hektar artmışdı, eyni zamanda istifadə olunmayan suvarılan torpaqların sahəsi 89,7 min hektara qədər azalmışdır. Azərbaycanda su axınını bölüşdürən və tənzimləyən suvarma sistemləri, kollektor-drenaj şəbəkələri, nasos stansiyaları və su anbarlarından ibarət geniş və mürəkkəb su təsərrüfatı kompleksi fəaliyyət göstərir. Bu böyük meliorasiya potensialının əsas hissəsi Ulu Öndərimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi əvvəlki dövrdə yaradılmışdır.

      Hazırda Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi sututumu 22 milyard kubmetr olan 138 su anbarından istifadə edilir, 19 hidroqovşaq, 51800 km suvarma kanalı, 31700 km kollektor-drenaj şəbəkəsi, 1004 nasos stansiyası, 131 min müxtəlif hidrotexniki qurğu, 7279 subartezian quyusu, 2073 km-dən artıq sel və daşqınlardan mühafizə bəndi, 1025 min ha qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı sistemləri və qurğuları istismar olunur. Onların sırasında Ağstafaçay, Arpaçay, Xanbulançays. su anbarları, Mil-Muğan, Bəhrəmtəpə, Samurçay hidroqovşaqları, Samur-Abşeron, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Cənubi Muğan  magistral kanalları, Baş Mil-Muğan, Baş Şirvan, Mil-Qarabağ, Aşağı Şirvan magistral kollektorları, Tovuz, Şəmkir, Cənubi Muğan nasos stansiyaları, başqa vacib irriqasiyameliorasiya sistemləri və qurğuları vardır. Heydər Əliyevin müntəzəm nəzarəti və bilavasitə, köməkliyi ilə bu illərdə respublikada iri su təsərrüfatı obyektləri, o cümlədən Füzuli və Beyləqan rayonlarının 19 min 600 hekatr suvarılan əkin sahələrinə xidmət edən Yuxarı Mil Kanalı, Masallı rayonunun 11 min hektar əkin sahələrini suvarma suyu ilə təmin edən ümumi həcmi 46 milyon kubmetr olan Viləşçay Su Anbarı sağ sahil kanalı ilə birlikdə, Qax və Şəki rayonlarında 17 min 300 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən ümumi həcmi 80,6 milyon kubmetr olan Əyriçay Su Anbarı solsağ sahil magistral kanalları ilə birlikdə, Biləsuvar və Cəlilabad rayonlarında 32 min hektar sahəni suvara biləcək Cənubi Muğan Kanalının maşın qolu, Şəmkir, Xanlar, SamuxGoranboy rayonlarında 100,9 min hektar sahəni su ilə təmin edən Şəmkir Maşın Kanalı, İmişli və Saatlı rayonlarının 17 min 500 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən Rəsul-arx Kanalı, Beyləqan, Ağcabədi və Ağdam rayonlarında 57 min 300 hektar sahəni suvarma suyu ilə təmin edən Xan qızı Kanalı, digər obyektlər tikilib istismara verilmişdir.

      Respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını, meliorasiyasu təsərrüfatı sahəsini inkişaf etdirmədən müvəffəq olmağın mümkünsüzlüyünü göstərən Ulu Öndərimiz Heydər Əliyev bu sahəyə xüsusi diqqət yetirməsi və həyata keçirilən böyük tədbirlər nəticəsində kənd təsərrüfatı sahəsində görkəmli nailiyyətlər əldə olundu. Belə ki, 1970-ci ilə nisbətən 1980-cı ildə respublikada taxıl istehsalı 2,1, pambıq 2,6, üzüm 4,6, tərəvəz və tütün 2,3, meyvə 4,4, çay yarpağı 2,2, mal-qaraquş 1,4, süd 1,8 dəfə artmışdır. 1987-ci ildən sonra respublikanın iqtisadiyyatında yaranmış ağır vəziyyətlə əlaqədar büdcə vəsaitinin çatışmazlığı üzündən dövlət əhəmiyyətli sistemlərin istismarında ciddi çətinliklər yaranmış, bir sıra mühüm əhəmiyyətli su təsərrüfatı kompleksləri qəza vəziyyətinə düşmüşdür. Tikinti işləri demək olar ki, dayandırılmışdır. Meliorasiyasu təsərrüfatının maddi-texniki bazası da xeyli zəifləmişdir.

      Xalqın dəvəti, taleyin hökümü ilə müdrik rəhbərimiz, dünya miqyaslı siyasətçimiz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə meliorasiyasu təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və  dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Azərbaycanda mövcud meliorasiya potensialı qorunub saxlanıldı. Sahənin normal fəaliyyətini təmin etmək məqsədilə kompleks tədbirlərin işlənib həyata keçirilməsi və islahatların sürətləndirilməsi olduqca vacib idi. Buna görə də, ilk növbədə meliorasiyasu təsərrüfatı sahəsində islahatların  əsas məqsədi və vəzifələri müəyyənləşdirildi. Məlumdur ki, 1993-1995-ci illərdən Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər ölkədə əvvəllər baş alıb gedən özbaşınalıqlara və xaosa son qoymuş, ictimai-siyasi sabitliyi təmin etmiş, respublikada hərtərəfli sosial-iqtisadi siyasət aparmaq və beynəlxalq iqtisadi sistemə inteqrasiya olunmaq üçün əlverişli şərait yaratmışdır. Bir çox sahələrdə, xüsusilə aqrar sahədə yüksək nəticələrə nail olunmuşdur. Aqrar islahatının bir hissəsi olaraq meliorasiyasu təsərrüfatı sahəsində islahatların torpaq islahatı ilə birlikdə, kompleks şəkildə aparılması nəzərdə tutuldu. İslahatların normativ-hüquqi bazası yaradıldı və bu məqsədlə 30-dan artıq normativ-hüquqi sənəd hazırlandı. Bu sənədlərdən ən mühümü Ümummilli Lider tərəfindən 1996-cı ildə imzalanmış "Meliorasiyairriqasiya haqqında" Azərbaycan Respublikasının Qanunuonun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1996-cı il tarixli Fərmanıdır.

      Ulu Öndərin göstərişlərini əsas tutaraq, respublikaya qoyulan xarici investisiyalar, ilk növbədə meliorasiyasu təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçildionlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin - Baş Mil-Muğan Kollektorunun tikintisinin, Samur-Abşeron Suvarma Sisteminin yenidən qurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır Su Anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alındı.  Ümummilli Lider Heydər Əliyevə islam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq, İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan Kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kreditSamur-Abşeron Suvarma Sisteminin yenidən qurulması sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırdı.

      Çox böyük fəxr ilə qeyd etmək olar ki, Ulu Öndərimizin, Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin siyasi xətti və ideyaları Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatımızın yenidən qurulmasında, inkişaf yoluna çıxmasında, milli adət-ənənələrimizin qorunub saxlanılmasında və digər istiqamətlərdə böyük nailiyyətlər əldə olunur. Çox fərəhli haldır ki, 2005-ci ilin dekabr ayında Heydər Əliyev adına Vayxır Su Anbarının istismara verilməsi Ulu Öndərimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən həyata keçirilmişdir. Ölkə Prezidenti İlham Əliyev 2004-cü ilin iyul ayında respublikamızın şimal bölgəsinə  səfəri zamanı Xanarx Kanalının tikintisi ilə tanış olmuş, burada görülən işləri yüksək qiymətləndirmişdir. Samur-Abşeron Kanalının yenidən qurulması kompleksində həyata keçirilən bütün işlərlə və tikintisi gələcəkdə nəzərdə tutulmuş tədbirlərlə ətraflı tanış olmuş, bu işlərin müvəffəqiyyətlə davam etdirilməsi üçün müvafiq tapşırıqlar vermişdir. Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin su təchizatının yaxşılaşdırılmasında Taxtakörpü Su Anbarının tikintisinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Möhtərəm Prezident xarici maliyyə qurumlarının dəstəyini gözləmədən bu obyektin layihələndirilməsi və tikintisi üçün respublika büdcəsindən vəsait ayrılması barədə göstəriş vermişdir.

     Möhtərəm Prezidentimiz İlham Əliyevin Sədrliyi ilə 2005-ci ilin sentyabr ayında respublikamızda su təchizatı və meliorasiya sahəsində görülən işlər və perspektiv layihələrlə bağlı keçirilən müşavirə dövlət başçısının bu sahəyə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 8 noyabr 2007-ci il tarixində təməli qoyulmuş Taxtakörpü Su Anbarının su elektrik stansiyası ilə birlikdə tikintisi 2013-cü ildə müvəffəqiyyətlə  başa çatdırılmış və ölkə Prezidenti onun açılışında iştirak etmişdir.

      Qaçqınların və məcburi köçkünlərin bəzi sosial problemlərinin həlli məqsədilə Dövlət Neft Şirkətindən ayrılmış vəsait hesabına Füzuli rayonunun Harami düzündə məskunlaşmış məcburi köçkünlərin suvarma suyuna olan tələbatını ödəmək üçün Yuxarı Mil Kanalının 4,23 kilometr hissəsinin onun üzərindəki hidrotexniki qurğularla birlikdə tikintisi 2006-cı ildə başa çatdırılmışdır. Ağcabədi rayonu ərazisində yerləşən Laçın qış otlaqlarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün ayrılmış torpaq sahələrinin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması məqsədilə Qarqarçay çayı üzərində suaşıran tipli yan sugötürücü qurğununuzunluğu 8 kilometr olan kanalın tikintisi 2006-cı ildə tam başa çatdırılmışdır. Füzuli rayonunda 2006-cı ildə "Qayıdış-2" qəsəbəsində 137 hektar əkin sahələrinin suvarılması üçün kanal üzərində nasos stansiyasının və təzyiqli boru kəmərinin tikintisinə başlanılmış və  tikinti işləri 2007-ci ildə başa çatdırılaraq istismara verilmişdir. Tikintisinə 2009-cu ildə başlanılmış Şəmkirçay üzərində ümumi sututumu 164,5 milyon kbm olan Şəmkirçay Su Anbarının su elektrik stansiyası ilə birlikdə inşası başa çatdırılmış və Möhtərəm Prezidentimiz İlham Əliyev onun 15 noyabr 2014-cü il tarixində keçirilmiş açılış mərasimində iştirak etmişdir.

     Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük əzm və səbrlə davam etdirilir. Azərbaycan xalqının Ümummilli Liderə, bu dahi şəxsiyyətə ehtiramı və ümumxalq sevgisi əbədidir. Bu gün hər bir Azərbaycan vətəndaşı dərin iftixar hissi ilə qeyd edir ki, müstəqil Azərbaycan dövləri Ümummilli Liderimizin şah əsəridir, Onun öz xalqı qarşısında tarixi xidmətidir.

    

     ƏHMƏD ƏHMƏDZADƏ,

     Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC-nin sədri

Səs.- 2016.- 3 may.- S.8-9