Con Stüart Mill insan azadlığı və hüquqları haqqında

 

             Con Stüart Mill müasir dövr demokratiyasının ingilis nəzəriyyəçiləri arasında ən hörmətli simalardan biridir. Millin atası Ceyms yeni liberal təlim olan utilitarizmin yaradıcısı Ceremi Bentamın yaxın dostu və məsləkdaşı idi. Mill öz atasından mükəmməl klassik təhsil almış, psixologiyaRoma hüququnu isə müstəqil öyrənmişdi.

          Mill təxminən 20 il Şərqi Hind şirkətində nəzarətçi işləməklə yaşayışı üçün çörəkpulu qazanmışdır. Həmin dövrdə və sonrakı illərdə Con Mill müasir liberal nəzəriyyəni inkişaf etdirən və onu ictimai həyatın müxtəlif sahələrinə tətbiq edən külli miqdarda fəlsəfı əsər çap etdirmişdir. Mill belə hesab edirdi ki, insan hüquqları hər cür hörmətə layiqdir, təkcə ona görə yox ki, bu hüquqlar yaranışdan ona məxsusdur, insan hüquqlarına, həm də ona görə hörmət edilməlidir ki, bunlar cəmiyyətin sabit inkişafı və ümumi xoşbəxtliyin əldə edilməsi üçün zəruridir.

          Mill özünün "Azadlıq haqqında" (1859), "Nümayəndəli hökumət haqqında düşüncələr" (1861), "Utilitarizm" (1863), "Qadınların əsarətə alınması" (1869) esselərində fərdi çoxluğun tiraniyasından müdafiə etməyə çalışır və inandırıcı şəkildə sübut edirdi ki, millətin uğurlu inkişafı üçün dövlət tərəfındən siyasi təqibləri dayandırmaqla yanaşı, cəmiyyətin şəxsi həyata müdaxiləsinə də son qoymaq gərəkdir.

          19-cu yüzilliyin sonlarında Millinonun sələflərinin ideyaları İngiltərədə və ABŞ-da təhsil, sosial təminat sahələrində, məhkəmə-islah sistemində və şəxsi həyatın hüquqi müdafiəsində liberal islahatların həyata keçirilməsi üçün ideoloji əsas olmuşdur.

          Fərdin... yalnız özü üçün zərərli olan, lakin birya digər fərdə birbaşa ziyan gətirməyən hərəkətlərinə gəldikdə isə, cəmiyyət digər Ali Xeyirin - fərdi azadlığın qorunub saxlanılması naminə bu bəlaya dözməlidir...

          Xalqın guya özünün öz üzərindəki hakimiyyətini məhdudlaşdırmağa heç bir ehtiyacının olmaması haqqında fıkir xalq idarəçiliyinin hələ də arzu, yaxud çoxdan keçmiş günlərin xatirələri olduğu vaxtlar üçün aksion kimi görünə bilərdi. Bu fıkri Fransa inqilabı üçün xarakterik olanümumi axardan kənara çıxan qeyri-adi hadisələr də sarsıda bilməmişdir. Belə ki, bu hadisələr hakimiyyəti ələ almış azlığın işi idibu hadisələrdə günahkar xalq təsisatları deyil, bu cür konvulsiv partlayışa səbəb olmuş aristokratiyamonarxiya istibdadı idi. Lakin həqiqi demokratik respublika yaradıldıqdan və beynəlxalq birlikdə onun ən qüdrətli üzvlərindən biri kimi öz yerini tutduqdan sonra, seçilən və məsul hökumət hər hansı əhəmiyyətli fakt kimi müşahidə və tənqid hədəfınə çevrildi. Bu vaxt gördülər ki, özünüidarə və xalqın özünün öz üzərindəki hakimiyyəti kimi ifadələr o qədər də dəqiq deyildir. Hakimiyyət verilmiş xalq heç də həmişə bu hakimiyyətə tabe edilmiş xalqla eyniyyət təşkil etmir və özünüidarə deyilən şey hər kəsin özünü idarə etməsi demək olmayıb, hər kəsin yerdə qalanların hamısını idarə etdiyi idarə üsuludur. Bundan başqa, xalqın iradəsi nə isə başqa bir şeydir, xalqın daha çoxsaylı, yaxud daha fəal hissəsinin iradəsi, yəni əksəriyyətin, yaxud özünü əksəriyyət kimi qəbul etdirməyə nail olanların iradəsi kimidir - burada da xalq hakimiyyəti xalqın bir hissəsini əzmək istəyində ola bilər və buna görə də istənilən hakimiyyətin sui-istifadə cəhdlərinə qarşı olduğu kimi, bu hakimiyyətin də sui-istifadə meyillərinə qarşı tədbirlər görülməlidir. Deməli, fərdlər üzərində dövlət hakimiyyətinin məhdudlaşdırılması hakimiyyət verilmiş adamların xalq, yəni xalqın əksəriyyəti qarşısında məsul olduğu halda da, öz əhəmiyyətini itirmir. Bu baxış mütəfəkkirlər tərəfındən etiraz doğurmadı və Avropa cəmiyyətinin həqiqi, yaxud ötəri mənafeləri demokratiyanın maraqlarına uyğun gəlməyən sinifləri tərəfindən rəğbətlə qarşılandı, buna görə də o, heç bir çətinliklə rastlaşmadan yayıldı və hazırda siyasi mükalimələrdə "əksəriyyətin istibdadı" adətən elə bəlaların sırasına daxil edilir ki, cəmiyyət onlara qarşı sayıq olmalıdır.

          Lakin düşünən insanlar dərk edirlər ki, cəmiyyət özü, yəni kollektiv şəkildə onu təşkil edən ayrı-ayrı fərdlərə münasibətdə tirana çevriləndə, onu tiranlığa doğru aparan vasitələr yalnız hakimiyyətin malik ola biləcəyi vasitələrlə məhdudlaşmır. Cəmiyyət özü öz qərarlarını yerinə yetirə bilər və yerinə yetirir və əgər o, yanlış qərarlar, yaxud müdaxilə etməli olmadığı şeylərə müdaxiləyə təhrik edən qərarlar qəbul edirsə, onun tiranlığı bütün mümkün siyasi tiranlıqlardan daha qorxuludur, çünki onun tiranlığı, düzdür, hər hansı ifrat cinayət vasitələrinə söykənmir, lakin ondan xilas olmaq daha çətindir - o, şəxsi həyatın bütün incəliklərinə qədər işləyir və ruhun özünü əsarət altına alır. Bax, buna görə də yalnız hakimiyyət tiraniyasından qorunmağa nail olmaq kifayət deyildir, həm də cəmiyyətdə hakim olan fıkir, yaxud hissin - cəmiyyətə xas olan meyilin - onun cinayət vasitələri ilə olmasa da, hər halda, zorla öz ideya və qaydalarını başqa cür düşünən fərdlərə qəbul etdirməsindən ibarət meyilin tiraniyasından da, onun hakim istiqamətə uyğunlaşmayan belə fərdlərin nəinki inkişafının qarşısını almaq, hətta mümkün olarsa, fərdləri öz xarakterini məlum nümunələrə uyğun dəyişməyə məcbur edərək, onların təhsil almasına yol verməmək və ümumiyyətlə, bütün fərdi xüsusiyyətləri silib yox etmək istəmələrindən də qoruna bilməyi bacarmalıyıq. Elə bir hədd vardır ki, ictimai rəy qanunla ondan o tərəfə fərdi müstəqilliyə müdaxilə edə bilməz bu hədd müəyyən olunmalıdır, onun pozulmasına imkan verilməməlidir - siyasi despotizmdən qorunmaq vacib olduğu kimi, bu da vacibdir.

          İnsan həyatının yalnız fərdin özünə aid hissəsi ilə başqa adamlara aid olan hissəsi arasında etdiyimiz fərq, şübhəsiz, çoxlu əleyhdar doğuracaqdır. Bizə etiraz edə bilərlər ki, fərdin hərəkətləri heç bir halda onunla bir cəmiyyətdə yaşayan digər fərdlərə çox, yaxud az dərəcədə toxunmaya bilməz. Fərd heç bir halda başqa adamlardan tamamilə kənarlaşa bilməz və əgər o özünə pislik edirsə, bu, heç olmasa, ona xüsusilə, yaxın olan adamlara, hətta çox vaxt onunla o qədər də yaxın münasibətdə olmayan adamlara da çox, yaxud az dərəcədə ziyan verməyə bilməz. Nəhayət, əgər fərd öz qüsurları, yaxud düşüncəsiz hərəkətləri ilə digər adamlara birbaşa ziyan vurmursa da, hər halda, pis nümunəsi ilə ziyan yetirməmiş olmur, ona görə də, o, başqalarını haqq yolundan sapdıra, yaxud aldada biləcək hərəkətlərdən çəkinməyə ədalətli olaraq məcbur edilə bilər. Onlar deyə bilərlər ki, burada söhbət şəxsiyyətin sıxışdırılmasından, yaxud hər hansı yeni, orijinal ideyanın sınaqdan çixarılmasına mane olmaqdan deyil, çoxdan sınaqdan çıxarılmış və təcrübənin özü ilə rədd edilmiş şeylərin, təcrübə nəticəsində hər hansı fərd üçün sərfəli, yaxud yararlı olmadığı aşkar edilmiş şeylərin qarşısının alınmasından gedir...

          Mən tamamilə razıyam ki, insanın özünün-özünə etdiyi pislik ona yaxın olanların xeyli dərəcədə, hətta az dərəcədə olsa da, bütün cəmiyyətin hiss və maraqlarını təhqir edə bilər. Lakin məsələ burasındadır ki, əgər insan öz hərəkətləri ilə digər fərdlərə, yaxud başqa insanlara münasibətdə öz öhdəliklərini pozursa, bu halda onun hərəkətləri yalnız onun özünə aid olan hərəkətlər sırasına daxil olmuro, bu hərəkətlərinə görə, sözün tam mənasında, mənəvi məzəmmətə məruz qalmalıdır. Çox vaxt belə olur ki, adam öz pis vərdişləri ilə ailəsinə məyusluq gətirir. Bu halda da o, əlbəttə, həssas olmadığına, yaxud nankorluğuna görə məzəmmət edilməlidir. Lakin əgər o öz-özlüyündə qüsurlu olmayan, amma onunla birlikdə yaşayanları, yaxud xoşbəxtliyi ondan asılı olanları məyus edən vərdişlərə uyarsa, bu halda da eyni dərəcədə məzəmmətlənməlidir. Kim başqa adamların hiss və maraqlarına lazımi hörmət göstərmirsə və əgər bunu etməyə hər hansı ali borcun tələbləri ilə məcbur olmayıbsa, yaxud özünə bəraət qazandırmaq üçün hər hansı qanuni şəxsi istəklərə malik deyilsə, o, haqlı olaraq mənəvi məzəmmətə layiq görülməlidir. Lakin bu məzəmmət şəxsən ona aid olanonu bu hərəkətlərə sövq edə biləcək səbəb, yaxud əqidəyə görə deyil, yalnız onun nümayiş etdirdiyi hörmətsizliyə görə verilməlidir. Elə bunun kimi, əgər insan eqoist həyat tərzinin nəticəsi olaraq cəmiyyətə münasibətdə onun üzərinə düşən hər hansı öhdəliyi yerinə yetirmək qabiliyyətini itirirsə, o, cəmiyyət qarşısında günahkardır. Hər hansı adamı yalnız sərxoş olduğuna görə cəzalandırmaq olmaz. Lakin əsgər, yaxud polis işçisi xidməti borclarını yerinə yetirərkən sərxoşluğa yol verirsə, onda onları cəzalandırmaq lazımdır. Bir sözlə, fərdə, yaxud cəmiyyətə birbaşa ziyan gətirən və yaxud onlar üçün özündə birbaşa ziyan təhlükəsi gəzdirən hər şey fərdi azadlıqlar dairəsindən çıxarılmalı və mənəviyyat, yaxud qanun dairəsinə aid edilməlidir.

          Müəllifin fikrincə, fərdin digər hərəkətlərinə onun cəmiyyət qarşısında müəyyən öhdəlikərin pozulması ilə bağlı olmayan, onun yalnız özü üçün zərərli olan, lakin buya digər fərdə birbaşa ziyan gətirməyən hərəkətlərinə gəldikdə isə, bu hərəkətlərin cəmiyyətə yetirə biləcəyi bəla yalnız təsadüf nəticəsində ola bilər. Yaxud əgər belə demək mümkündürsə, bu bəla "yozulandır" və cəmiyyət digər Ali Xeyirin - fərdi azadlığın qorunub saxlanılması naminə bu bəlaya dözməlidir...

          İnsanların hərəkətlərinə təsir etmək üçün pis vasitələrə əl atılmasından başqa heç nə inamın itirilməsinə və bunun üçün məlum yaxşı vasitələrin təsirinin zəiflədilməsinə bu qədər səbəb olmur. Əgər zorla ağıllı olmağa, yaxud özü saxlamağa məbur etmək istədikləri adamların içərisində güclü və müstəqil xarakterli adamlara çevrilmək keyfıyyətlərinə malik olanlar olarsa, həmin adamlar mütləq bu zora qarşı qalxarlar, çünki heç vaxt barışa bilməzlər ki, onların başqa adamlara toxunan hərəkətlərinə nəzarət etdikləri kimi, kimsə onlara özlərinə aid olan məsələlərə də nəzarət edə bilsin. Bu cür zor, adətən belə bir nəticəyə gətirib çıxarır ki, insanlar kiminsə birbaşa hakimiyyətə qarşı çıxmasını və hakimiyyətin tələb etdiklərinin qəsdən əksinə getməsini ağıl və qəhrəmanlıq əlamətləri kimi qəbul etməyə başlayırlar. Belə bir nümunə II Karl dövründə olub -  o vaxt puritanların fanatizm həddinə çatdırılmış əxlaqi dözümsüzlüyü və digər kobud xasiyyətliliyi dəbdə idi...

          Lakin fərdi dairəyə ictimai müdaxiləyə qarşı ən güclü dəlil ondan ibarətdir ki, bu cür müdaxilə əksər hallarda ziyan gətirir, adətən yerli-yersiz və vaxtlı-vaxtsız həyata keçirilir. Söhbət ictimai əxlaqdan, ya da başqa adamlara münasibətlə bağlı fərdin üzərinə düşən öhdəliklərdən gedəndə ictimai rəy, yəni hakim əksəriyyətin fıkri çox vaxt səhv olsa da, hər halda, düzgün mövqe kimi təqdim oluna bilir, ona görə ki, burada insanlar hər hansı başqa bir şey haqqında deyil, yalnız öz şəxsi maraqları haqqında (əgər fərdlərin buya digər hərəkətlərinə icazə verilərsə)  bunun onların maraqlarına necə təsir edə biləcəyi haqqında mühakimələr yürüdürlər. Lakin söhbət fərdin yalnız özünə aid olan hərəkətlərindən gedəndə, çoxluğun azlığa qanun kimi qəbul etdirdiyi fikir eyni dərəcədə səhv, yaxud düzgün olmaq imkanına malik olur. O, bu halda bir qism adamın başqaları üçün nəyin yaxşı, yaxud pis olması haqqında, hətta çox vaxt daha əhəmiyyətsiz şey haqqında fikrindən başqa bir şey deyildircamaat öz mühakimələrində məzəmmət etdiyi adamların xoşbəxtlik, yaxud rahatlığına tam biganəliklə yanaşaraq, yalnız öz şəxsi istəklərini əsas götürür. Bir çox adamlar vardır ki, kimlərinsə tərəfindən onların bəyənmədikləri hərəkətlər edildikdə, özlərini təhqir olunmuş kimi hiss edir, bundan inciyirlər. Məsələn, bir qatı mövhumatçı onu başqalarının dini hisslərinə hörmət etməməkdə qınayanlara cavab verirdi ki, əksinə, başqaları onun hisslərinə hörmət etmir, çünki öz yanlışlıqları üzərində israr edirlər. Lakin insanın öz şəxsi fikrinə münasibətdə keçirdiyi hisslə özünü təhqir olunmuş hesab edən digər adamın bu fikrə münasibətdə keçirdiyi hiss müqayisə eisək, bu iki hiss arasındakı münasibət-oğrunun pul kisəmi götürmək istəyi ilə mənim onu qoruyub saxlamaq istəyim arasındakı münasibətin eynidir...

          Artıq bir qədər çeynənmiş faktı yada salın ki, etiqad və mərasimlərindəki fərqlərin müqabilində xaçpərəstin heç bir hərəkəti onun donuz əti yeməsi kimi müsəlmanın ona qarşı güclü nifrətini doğura bilmir. Az nümunə tapa bilərik ki, xaçpərəst, yaxud avropalı ona qarşı müsəlmanın aclığın bu cür öldürülməsinə münasibətdə keçirdiyi hissdən daha güclü nifrətə malik olsun. Bu nifrətin səbəbi islam dininin donuz ətini yeməyi yasaq etməsində deyildir. Çünki şərab da bu din tərəfindən yasaq olunmuşdur və müsəlman şərabdan istifadə olunmasını pisləyir, lakin bununla yanaşı şərab onda nifrət hissi doğurmur. "Murdar heyvan"ın ətinə münasibətdə müsəlmanın keçirdiyi ikrah hissi tam qeyri-iradi antipatiya xarakterli xüsusiyyətdən ibarətdir.

         

          Vahid Ömərov,

          fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 4 may.- S.15