Demokratiyanın əsas şərtləri
və insan hüquq və azadlıqlarının müdafiəsi
R.Dahl yazır: "XX yüzillikdə demokratiya dönə-dönə məğlubiyyətə uğrayıb. Demokratik idarəetmə forması yetmiş dəfədən çox yerlə yeksan olub və onun yerini avtoritar rejimlər tutub. Bununla belə, bu dövr demokratiyanın möhtəşəm uğurları dövrü olub, başa çatmaqda olan XX yüzillik demokratiyanın təntənəsi əsri kimi yadda qalıb, demokratik ideyalar, institutlar və prosedurların dünya miqyasında yayılması və hər şeyi əhatə edən təsiri yaşadığımız yüzilliyi bəşər tarixi ərzində demokratiyanın inkişafının on faydalı dövrünə çevirib.
Qarşımızda iki nöqteyi-nəzəri əhatə edən iki, daha doğrusu, bir sual durur. Dünyanın bütün bölgələrində olan ölkələrdə bu qədər demokratik institutların yaradılmasını nəylə izah etmək olar? Və demokratiyanın məruz qaldığı uğursuzluqları nəylə izah elmək olar? Bu sualın bitkin cavabı olmasa, demək olar ki, bu və ya digər halda qarşılıqlı əlaqədə olan iki faktorlar qrupu xüsusi əhəmiyyət daşıyır.
Birincisi, XX yüzillik ərzində bütün əsas alternativlər demokratiya ilə yarışda "böyük hesabla" uduzublar. Artıq XX əsrin 20-ci illərindən sonra ideyaları və praktikası çox qədim, az qala bütün dünyada bərqərar olmuş qeyri-demokratik idarəetmə formaları - monarxiyalar, irsi aristokratiyalar, oliqarxiyalar öz legitimliyini və ideoloji qüdrətini həmişəlik itirməyə başladı. Onları daha geniş sosial bazası olan antidemokratik alternativlər əvəz etdi ki, bunların arasında da, ilk növbədə italyan faşizmi, alman nasizmi, leninizm və digər avtoritar ideologiya va rejimlərin müxtəlif növləri göstərilə bilər, lakin onların çiçəkləmə dövrü uzun sürmədi. Faşizm və nasizm İkinci Dünya müharibəsində "Ox ölkələri"nin (Almaniya, İtaliya, Yaponiya - red.) məğlubiyyəti ilə ölümcül yaralar aldı. Sonra hərbi diktaturalar iqtisadi, diplomatik və hərbi (Argentinanı yada salaq) uğursuzluqların yükü altında bir-birinin ardınca çökməyə başladı (ilk növbədə, Latın Amerikasında) və XX yüzilliyin sonuncu onilliyi astanasında demokratiyanın axırıncı və ən güclü rəqibi - sovet kommunist sistemində təcəssüm etmiş leninizm daxili deqradagiya və xarici təzyiq nəticəsində "kindən çürüyərək" yıxıldı".
Müəllif qeyd edir: "Soruşula bilər: bundan sonra demokratiya bütün Yer kürəsində özünü təhlükəsiz hiss edə bilərmi? Doğrudanmı 1919-cu ildə, Birinci Dünya müharibəsi qurtardıqdan sonra "demokratiyanı daha heç nə hədələmir" söyləmiş ABŞ prezidenti Vudro Vilsonun nikbin "peyğəmbərliyi" (indi məlum olduğu kimi, yanlış mülahizəsi) gerçəkləşməyə başlayıb?
Təəssüf ki, yox. Demokratiya qəti qələbə çalmayıb və buna heç yaxınlaşmayıb da. Dünyanın ən qüdrətli dövlətlərindən biri və ən çox əhalisi olan Çin hələ də demokratikləşməyib. Bu böyük sivilizasiyanın hökm sürdüyü dörd min il ərzində çinlilər bir dəfə də olsun demokratiya "meyvəsindən dadmayıblar" və Çinin tezliklə demokratik ölkə olacağına çox az ümid var. Dünyanın başqa hissələrində - Afrikada, Cənub-Şərqi Asiyada, Yaxın Şərqdə, dağılmış Sovet İttifaqının bəzi keçmiş respublikalarında hələ də qeyri-demokratik rejimlər qalmaqdadır. Bu ölkələrin böyük bir hissəsində demokratiya üçün çox da əlverişli olmayan vəziyyət yaranıb, buna görə aydın deyil ki, onlar nə vaxt demokratiyaya keçəcəklər və ümumiyyətlə, keçəcəklərmi? Həm də bu cür keçidi gerçəkləşdirmiş və özündə poliarxik demokratiya institutlarını qurmuş bir sıra ölkələrdə vəziyyət o qədər də əlverişli deyildir ki, orada demokratiyanın uzun müddət qorunub saxlanılacağına zəmanət vermək mümkün olsun".
Bəs burada təyinedici şərtlər hansılardır? Yenə təkrar edirəm ki, ölkədə demokratik institutların sabitliyi üçün şərait yaradan şərtlərin olması zəruridir. Bu şərtlər zəif ifadə olunmuşsa və ya ümumiyyətlə yoxdursa, demokratiyanın yaranacağına az ümid var, o, meydana gəlsə belə, mövqeyi möhkəm olmur. İndi də aydınlaşdırmağa çalışaq ki, bu şərtlər nələrdən ibarətdir?
Bu sualın cavabını tapmaq üçün üç qrup ölkənin son əsr ərzində topladığı xeyli önəmli və zəngin təcrübəyə müraciət etməliyik. Bu ölkələr aşağıdakılardır:
1. Demokratiyaya keçid etmiş, öz demokratik institutlarını möhkəmlətmiş və onların mövcudluğunu bir neçə onilliyə təmin etmiş ölkələr.
2. Demokratiyaya keçiddən sonra kollapsa (fəaliyyətin birdən dayanması) uğramış ölkələr.
3. Hələ də demokratiyaya keçməmiş ölkələr.
Demokratiyaya keçid, möhkəmlənmə və iflas - bu məqamlar ölkədə demokratiyanın bərqərar olma imkanına ən çox təsir göstərən beş şərti (ola bilsin ki, bunların sayı daha çoxdur) fərqləndirməyə imkan verir.
Demokratik institutlar üçün hansı şərtlər
əlverişlidir? Demokratiya üçün ən vacib olan şərtlər:
1. Ordu və
polis üzərində seçilmiş vəzifəli şəxslər
tərəfindən həyata keçirilən nəzarət.
2. Demokratik əqidə və siyasi mədəniyyət.
3.
Demokratiyaya düşmən kəsilmiş xarici dövlətdən
güclü asılılığın olmaması.
Demokratiya
üçün əlverişli olan şərtlər:
4. Müasir bazar iqtisadiyyatı və
müasir cəmiyyət.
5. Zəif ifadə olunmuş submədəni
plüralizm.
Ölkənin
demokratik hökumətinə düşmən olan başqa
ölkə tərəfindən xarici müdaxiləyə məruz
qalmış dövlətdə demokratik institutların
inkişafı az inanılandır.
Bəzən bir şərtin, yəni xarici müdaxilənin
mövcudluğu, bütün qalan şərtlərin xeyli əlverişli
olduğu ölkədə nə üçün demokratik
institutların inkişaf edə və ya qorunub saxlana bilmədiyini
izah etmək üçün kifayətdir. Məsələn,
İkinci Dünya müharibəsi qurtarandan sonra Sovet
İttifaqının hərbi müdaxiləsi olmasaydı, indi
Çexoslovakiya "qocaman demokratiya" ölkələri
sırasında özünə layiq yer tutmuş olardı.
Polşa və Macarıstanın nə
üçün öz demokratik institutlarını inkişaf
etdirə bilməməsi də bununla izah oluna bilər.
Nə qədər
təəccüblü olsa da, əsrimizin axırıncı
onilliyinə qədər Amerika Birləşmiş Ştatları
da Latın Amerikası dövlətlərinin daxili işlərinə
müdaxilənin intensivliyinə görə, ona şərəf
gətirməyən rekord müəyyən etmişdi. O, bu
ölkələrdə Amerika biznesi və ya (rəsmi versiyaya
görə) öz milli təhlükəsizlik naminə, hətta
bütün xalq tərəfindən seçilmiş hökumətlərin
devrilməsini dəstəkləməkdən də çəkinməmişdi.
Qoy olsun ki, demokratiyanın inkişafının
kökündən kəsildiyi Latın Amerikası dövlətləri
demokratiyanın bütün tələblərinə cavab
vermirdi, lakin onlar Amerika müdaxiləsinə məruz
qalmasaydı (bundan da yaxşısı - onların demokratiya
yolunda ilk addımlarına əsaslı dəstək verilsəydi),
orada demokratik institutlar öz təbii axarı ilə
inkişaf etmiş olardı. Bu cür
müdaxilənin yolverilməz nümunəsi kimi 1964-cü ildə
Qvatemalada baş vermiş hadisələr götürülə
bilər. O vaxt ABŞ Mərkəzi Kəşfiyyat
İdarəsinin agentlərinin gizli iştirakı ilə hərbi
çevriliş nəticəsində Qvatemalanın qanuni
seçilmiş prezidenti - solçulara rəğbət bəsləyən
populist Xakopo
Arbensin başçılıq etdiyi hökumət
devrilmişdi.
Sovet İttifaqı parçalandıqdan sonra Mərkəzi
Avropa ölkələrində və Baltikyanı dövlətlərdə
demokratik institutların sürətlə yaradılması
prosesi başlandı. Bundan əlavə, ABŞ və
bütün dünya birliyi Latın Amerikasında və digər
regionlarda diktator üsul-idarələrinə qarşı
çıxış edərək, Yer kürəsində
demokratik institutların inkişafına hərtərəfli dəstək
verməyə başladı. Bəşər
tarixində ilk dəfə olaraq beynəlxalq qüvvələr
tərəfindən bütün istiqamətlərdə -
siyasi, iqtisadi və mədəni sahələrdə demokratik
ideyalara və institutlara bu cür güclü kömək
göstərilirdi. XX əsrin sonuncu onilliyi
dünyanın siyasi iqlimində demokratik inkişafın
perspektivlərini köklü şəkildə
yaxşılaşdırmış çox mühüm dəyişikliklərlə
əlamətdar oldu.
Nə qədər ki, demokratik qaydada seçilmiş vəzifəli
şəxslər silahlı qüvvələri və polisi
öz nəzarətləri altına almayıblar, demokratik
siyasi institutlar çətin ki, inkişaf edə və ya
duruş gətirə bilsinlər.
P.Dahl
yazır: ''Əcnəbi dövlətlərin müdaxiləsi
demokratiya üçün əsas xarici təhdid olsa da, ən
qorxunc daxili təhlükə fiziki məcburiyyətin
başlıca mənbələrindən - ordudan və polisdən
istifadə etmək imkanı əldə etmiş liderlərdən
baş alıb gəlir. Əgər demokratik qaydada
seçilmiş məmurlar bu strukturlar üzərində
effektiv nəzarətə nail ola bilsələr,
onda bu təşkilatların əməkdaşları, ilk
növbədə də zabitlər onların iradəsi ilə
hesablaşmağa marağı və bu qərarlar barədə
bilgiləri, öz milli hökumətlərinin siyasi kursu barədəki
maraq və bilgi qədərində olmalıdır. Vətəndaşların
məlumatlandırılması üçün beynəlxalq təşkilatın
siyasi və "informasion" elitası ümumi diskussiyalar və
müxtəlif alternativ variantların müzakirəsini təşkil
etməlidir, özü də elə etməlidir ki, bu
diskussiyalar auditoriyada canlı maraq oyatsın, onların qəlbində
əks-səda vermiş olsun. Bu ümumi
diskussiyaların baş tutması üçün bir növ
hakimiyyət orqanlarında partiyalar və seçkili vəzifələrə
namizədlər arasında gedən mili-siyasi rəqabətin
beynəlxalq ekvivalentini yaratmaq lazım gələcəkdir.
Müəyyən demokratik ölkənin daxilində
qanunverici hakimiyyət icra hakimiyyətinə nəzarət
etdiyi kimi, beynəlxalq təşkilatlarda da seçilmiş
nümayəndələr korpusu və ya analoji funksiyaları
olan məmurlar mühüm bürokratik strukturlar iizərində
nəzarəti həyata keçirməlidir".
Müəllif göstərir ki, əlavə olaraq belə
bir problem yaranır ki, bu fərz olunan seçilmiş vətəndaşlar
korpusu müxtəlif ölkələrin sakinlərini necə
təmsil edəcəkdir. Əhalinin sayı arasında
böyük fərq olduu üçün heç bir nümayəndəlik
sistemi hər bir vətəndaş üçün eyni səs
"çəkişini" təmin edə və iri ölkələrin
rəylərinin kiçik ölkələrin rəyləri
üzərindəki daimi üstünlüyünə mane ola
bilməyəcəkdir və deməli, nisbətən
kiçik miqyaslı demokratik sistemlər üçün məqbul
olan bütün qərarlar irimiqyaslı qurumların
arasındakı siyasi bərabərliyi pozacaqdır. Belə ki, məsələn, Amerika Birləşmiş
Ştatları və federativ quruluşlu digər ölkələr
üçün yararlı olan qərarlar Avropa İttifaqı
ölkələrinə zorla qəbul etdiriləcəkdir.
Hətta kompromis əldə edilmiş olsa belə,
xüsusən həmin ölkələr özlərini vahid
tamın hissəsi olduğunu aydın surətdə dərk
etmədikdə, yuxarıda göstərilmiş amil
asanlıqla daxili gərginlik mənbəyinə çevrilə
bilər.
Fikir
ayrılığı başqa səbəbdən də yarana
bilər: bayaq demişdim ki, milli demokratiya miqyaslarında
hökumətin qəbul etdiyi qərarının çoxu
hökmən kimlərinsə maneələrini pozur. Beynəlxalq strukturlarda da bu cür vəziyyət
baş verir. Hansısa qərarların ən
ağır yükünü müəyyən qruplar, regionlar
və ölkələr daşımalı olur. Yaranan gərginliyin öhdəsindən gəlmək
üçün beynəlxalq təşkilatın spesifik
institutlarına dəstək verməli olan siyasi mədəniyyətin
varlığı vacibdir. Lakin onun
inkişafı vaxt tələb edir, bu, neçə-neçə
nəslin görə biləcəyi işdir. Bundan əlavə, bu və ya digər qərardan
"ziyan çakənlər"in əvvəl-axır bu qərarı
qəbul edib, onu həyata keçirmək istəməsi
üçün ayrıca demokratik ölkədə artıq
förmalaşmış vahid birliyə mənsub olma
şüuruna oxşar şüur yetişməlidir.
Doğrusu, inanmıram ki, beynəlxalq təşkilatlar
demokratikləşmənin irəli sürdüyü bu
mühüm tələblərə cavab verə bilsinlər. İşdir,
onlar bu tələblərə cavab verə bilməsələr,
onda beynəlxalq qərarların qəbul edilməsi prosesi necə
keçəcəkdir? Düşünürəm ki, bu
proses, əsasən siyasi və bürokratik elitanın, yəni
icra hakimiyyətinin ali vəzifəli şəxslərinin,
nazirlərin, diplomatların, hökumət və qeyri-hökumət
bürokratik strukturlarının üzvlərinin, iri
sahibkarların və sairənin əldə etdikləri
razılaşmalar əsasında həyata keçiriləcəkdir.
Demokratik prosedurlar bəzən
razılığa gələn elitaların aşa bilməyəcəkləri
müəyyən zahiri hüdudları təyin etməyə
qabil olsalar da, beynəlxalq sistemlərin siyasi
praktikasını "demokratik" adlandırmaq bu termini hər
cür mənadan məhrum etmək demək olardı.
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2016.- 5 may.- S.15