Ulu Öndər Heydər Əliyev
ideyalarına sadiq gənclik
Müstəqil Azərbaycan Respublikasının memarı Ümummilli Lider Heydər Əliyev Azərbaycan gəncliyinə xüsusi diqqət və qayğı göstərərək, onlara böyük inamını ifadə etmiş, ölkənin gələcəyinin onların çiyinləri üzərində qurulacağını bildirmiş, ictimai-siyasi həyatın bütün sferalarında gənclərin daha aktiv iştirakının təmin edilməsini prioritet istiqamət kimi müəyyən etmişdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. "Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanı XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq." Bu sözlərlə gəncliyə olan etimadının, diqqətinin sonsuz olduğunu göstərən Ulu Öndər Azərbaycan gəncliyinin üzərinə böyük vəzifələr qoydu.
Bu gün Azərbaycan gəncliyi Ulu Öndər yolunun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyində, ictimai həyatın müxətlif sahələrdə aktiv şəkildə iştirak edir, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edirlər. Ulu Öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyasını Gənclər Birliyində toplaşan böyük gənclik ordusu Azərbaycan gəncliyinin avanqard hissəsini təşkil edir. Onlar dahi şəxsiyyət Heydər Əliyev siyasi xəttinə sadiq qalaraq Cənab Prezidentin ətrafında sıx şəkildə birləşib Azərbaycanın uğurlarında yaxından iştirak edirlər. SİA YAP Gənclər Birliyi Ofisinin koordinatorlarının fikirlərini təqdim edir:
Aytən Hüseynova, YAP Gənclər Birliyi Ofisinin koordinatoru:
- "Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcəkdir". Ulu Öndər Heydər Əliyevin söylədiyi bu fikirlər heç də təsadüfi deyil. Hazırkı dövrdə Azərbaycanın bütün sahələrdəki inkişafı, daxili və xarici siyasəti, dünyada yürütdüyü siyasi mövqeyi bu fikrin təzahürüdür. Çünki bu siyasi kursun əsasını Ümummilli Lider Heydər Əliyev qoymuşdur. Həmin siyasi xətt-fəaliyyət prinsipi 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiyanın əsas qayəsi idi. Məhz həmin dövrdən etibarən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə başlanıldı. Azərbaycanın Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan Heydər Əliyev zəngin idarəçilik təcrübəsi sayəsində o dövrdə sovet Azərbaycanının tarixində böyük dönüş yaratmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu siyasi kurs daha dərindən davam etmişdir. Hal-hazırda Cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən Ulu Öndərin qoyduğu siyasi xətt Azərbaycanı daha da inkişaf etdirir, gücləndirir və beynəlxalq nüfuzunu artırır.
Elmar Məmmədov, YAP Gənclər
Birliyi Ofisinin koordinatoru:
-1993-cü
ildə Azərbaycan xalqını rəzalətdən
və qardaş qırğınından, Azərbaycan
dövlətini iflas və parçalanmaq təhlükəsindən xilas
edən Heydər Əliyev illər sonra bizə möhkəm özüllü,
istiqrarlı, sabit inkişafı təmin edilmiş bir dövlət qoyub getdi. Heydər Əliyevin hakimiyyətə
qayıtdığı 1993-cü ilin 15 iyunu Azərbaycanın
yeni tarixini bütün mənalarda ikiyə böldü.
Arxada
total psixoz, dərəbəylik
"hakimiyyəti" və
siyasi hikkələrin
girovuna çevrilmiş
Azərbaycan dövlətçiliyinin
qaranlıq perspektivi, irəlidə isə sabitlik, inam, arxayınçılıq və
Azərbaycan dövlətçiliyinin
qurtuluşu vardı.
Heydər Əliyevin Azərbaycanın
rəhbərliyinə qayıtması
tarixi zərurətin,
sabitlik, qanunçuluq
və ədalət intizarında olan milyonlarla insanın çağırışının gerçəkləşməsi idi. Ən böyük nailiyyət
isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan
müstəqil dövlət
quruculuğu prosesində
iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli-
Azərbaycan modeli yaradılmasıdır. "Mən Azərbaycanın müstəqilliyini Azərbaycan
xalqı üçün
böyük nailiyyət
hesab etmişəm və bu müstəqilliyin
əldə olunmasına
xidmət etmişəm.
Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə,
inkişaf etməsinə
sərf edəcəyəm"
- Heydər Əliyev hakimiyyətə bu sözlərlə qayıtmışdı
və ömrünün
sonunadək bu sözlərə sadiq qaldı. Azərbaycan xalqı illərdir
ki, qəlbində əbədi heykəlini qoyduğu Ulu Öndərin cismani yoxluğunu Onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək
yad edir. Heydər Əliyevin həyatdan gedişi bizim üçün nə qədər ağır olsa da, özümüzü bir tarixi gerçəklə
ovundura bilərik: bu, Heydər Əliyevin qurduğu və bizlərə etibar etdiyi Azərbaycan
dövlətidir. Bu dövlət
hər ili
başa vurduqca, onun hər uğurunun
üzərinə yenisi
əlavə olunduqca, Heydər Əliyevin ruhu şad olacaq.
Xalqımız Heydər
Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də,
təskinliyini onda tapır ki, bu gün Ulu
Öndərin şah əsəri olan müstəqil Azərbaycan
etibarlı əllərdədir,
davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından
"Ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər
bəsləyirəm", - qiymətini alan
Prezident İlham Əliyev Azərbaycanın
bugünkü və gələcək inkişafının
təminatçısıdır. O, Azərbaycanın çağdaş
tarixinə yeni missiya ilə daxil olmuşdur.
Fərid
Nəsibov, YAP Gənclər
Birliyi Ofisinin koordinatoru:
- Tarixi şəxsiyyət, böyük ideoloq, ictimai-siyasi xadim, zəngin mənəviyyat daşıyıcısı, təmiz əxlaq nümunəsi, azərbaycançılıq etalonu sayılan Heydər Əliyev bu gün Azərbaycanın bu cür çiçəklənməsi üçün, güclü inkişafı üçün qurduğu münbit və sağlam Azərbaycan artıq dünya miqyasında sözünü deməyə qadir bir ölkəyə çevrilib. Heydər Əliyevi böyük siyasətçilərdən fərqləndirən üstün cəhətlərdən biri Onun öz ideologiyasını real həyata tətbiq etməklə, ictimai-sosial prosesləri xeyirli istiqamətə yönəltmək, alınan nəticələri elmi şəkildə ümumiləşdirmək bacarığına sahib olması idi. Heydər Əliyevin Azərbaycanın Prezidenti (1993-2003-cü illər) və Yeni Azərbaycan Partiyasının Sədri olduğu müddətdə (1992-2003-cü illər) əldə olunmuş təcrübə bayaq söylədiyim fikrin tam sübutudur. Say etibarilə Heydər Əliyev ölkənin 3-cü (və 4-cü) prezidenti hesab olunsa da, əslində o, suveren, demokratik Azərbaycan Respublikasında prezident idarəçilik instititunun ilk yaradıcısı, banisi olmuşdur.Heydər Əliyevdən əvvəlki prezidentlərin müstəqil elmi ideologiyaların və buna uyğun siyasətlərinin olmaması, onların labüd məğlubiyyətləri ilə nəticələndi. Hər ikisi vəzifələrini qoyub xəlvəti yolla prezident aparatını tərk etmişdir. Biri Rusiyaya, ikincisi isə Kələki kəndinə qaçıb xalqdan gizlənmişdi. Hər ikisi ölkənin ən ağır dövründə dövləti başsız qoymuş, öz başlarının hayına qalmışdı. Ona görə xalq Heydər Əliyevin dövlət başına gətirilməsini tələb etdi və istəyinə nail oldu. Azərbaycan dövlətinin başçısı seçilməsi Azərbaycan xalqının taleyində dönüş oldu. Heydər Əliyevin Prezidentliyinin Azərbaycana, Azərbaycan xalqına, etnik azlıqlara, Azərbaycan ailəsinə, hər bir Azərbaycan vətəndaşına, bütün dünya azərbaycanlılarına, ümumən insanlığa nə verdiyini misallarla göstərmək, gündəlik olaraq qarşılaşdığımız, gördüyümüz suverenlik, sabitlik və s. məhz Onun zəhmətinin bəhrəsidir. Heydər Əliyevin prezidentlik fəaliyyətinə, ümumiyyətlə Onun həyat və fəaliyyətinin mahiyyətinə bu qədər marağın yaranması da təsadüfi deyil. Nəzərə alsaq ki, Heydər Əliyev XX əsrdə və XXI əsrin əvvəllərində ictimai-siyasi və sosial məkanda birgə fəaliyyət göstərdiyi şəxslər arasında müqayisə oluna bilməyən özünəməxsusluğunun zənginliyi, dərin dərrakəsi, güclü məntiqi, nümunəvi davranışı ilə fərqlənən tarixi şəxsiyyət idi və ən çətin vəziyyətlərdən uğurla çıxmağı bacarmışdı. Deməli, həyatda uğur qazanmağa cəhd göstərən istənilən şəxs istər-istəməz Heydər Əliyev irsinə üz tutmağa məhkumdur.
Əli Qənbərli, YAP Gənclər
Birliyi Ofisinin koordinatoru:
- Ölkədəki acınacaqlı
durum, böhranlı vəziyyət,
anarxik şərait. Bütün bunlar 20-ci əsrin son onilliyinin əvvəlində
yenicə müstəqillik
əldə etmiş Azərbaycan adlı ölkənin real mənzərəsini
canlandırırdı. Müstəqilliyini yenicə qazanmış
respublikanın, bu müstəqilliyi uzun müddət qoruya biləcəyi hər kəsdə şübhə
doğururdu. Belə bir
vəziyyətdə uzun
illər ərzində
Azərbaycana müstəsna
xidmətlər göstərmiş
bir şəxsiyyət,
Heydər Əliyev xilaskarlıq missiyasını
üzərinə götürdü.
Zəngin təfəkkürə malik, ideyalarına sadiq, xalqa xidməti
özünün həyat
amalına çevirən
bu şəxsiyyət
Azərbaycan adlı güclü bir dövlət yaratdı.
Ulu Öndər Heydər Əliyev hakimiyyətə
gəldiyi gündən
etibarən, Azərbaycanın
bütün sahələrində
inkişaf hiss olunmağa
başladı. Ölkədəki durğunluq siyasi və sosial-iqtisadi yüksəlişlə əvəz
olundu.Yüksək potensiallı,
istedadlı, kütlə
maraqlarını şəxsi
maraqlardan üstün
tutan şəxslər
dövlət idarəçiliyində
yüksək vəzifələrə
təyin olundular.
Heç
şübhəsiz ki,
Azərbaycan adlı dövlətin uğur nərdivanının ilk pillələri-təməli
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyuldu.
O öz arzusuna çatdı. Azərbaycanı müstəqil, güclü,
çiçəklənən bir dövlətə çevirdi. Azərbaycan adı
səslənəndə, balacadan-böyüyə
hər kəs məhz Onu düşünür.
Bu gün Ulu
Öndər Heydər
Əliyev cismani aramızda olmasa da, Onun ideyaları
yaşayır. Nə
qədər ki, Azərbaycan xalqı var, bu ideyalar
əbədi olacaqdır!
Tofiq
Abdulla
Səs.- 2016.- 5 may.- S.10