Müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir

 

 

 

"Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək"

 

HEYDƏR ƏLİYEV

 

Bugünkü reallıqlara və baş verənlərə əsasən demək olar ki, dünyamız tamimilə dəyişib. Fərqli düşüncələr, fərqli yanaşmalar bəzən xalqları və bunların fonunda dövlətlərin parçalanmasına, lokal münaqişələrin, müharibələrin baş verməsinə gətirib çıxarır. Belə bir ziddiyyətli, qarışıq məqamda dünyada liderlik keyfiyyətlərinə malik olan şəxsiyyətlərə tələbkarlıq artır, xalqları irəli apara və dövlətləri inkişaf etdirə biləcək liderlərə ehtiyac duyulur.  Bu baxımdan,  Azərbaycan xalqı o, xoşbəxt xalqlardandır ki, nəsibinə Heydər Əliyev kimi fenomen, dahi şəxsiyyət çıxıb. Müstəqil Azərbaycanı qorumaq və tərəqqi yoluna çıxarmaq missiyasını da məharətlə yerinə yetirən Ümummilli Liderimizin çoxminillik tariximizdə yeri ən uca mərtəbədədir. Xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə və müstəsna tarixi roluna görə Ulu Öndəri dünya miqyaslı siyasi nəhənglərlə müqayisə edirlər. Çünki O, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzm və şərəflə yerinə yetirmişdir. Ulu Öndər respublikamıza rəhbərlik etdiyi illər ərzində böyük elmi, intellektual, kadr, iqtisadienerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qoruyub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna daim minnətdardır. Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı Ulu Öndər  Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Birmənalı şəkildə demək olar ki, Ulu Öndər Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdurola bilməz.  Həm də, onu qeyd etmək olar ki, müstəqil Azərbaycan Ümummilli Lİder Heydər Əliyevin şah əsəridir. Bu yerdə Dahi Öndərin dediyi tarixi fikiri yada düşür: "Mənim həyatım xalqıma məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir".

 

 

Müstəqillik təhlükə qarşısında olanda

 

1988-1990-cı illərdə dövlət müstəqilliyinin bərpası ərəfəsində Azərbaycanda xalqın oyanışında  Ulu Öndər Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq əhəmiyyətli addımlar atdı. 1990-cı ilin 20 yanvarında sovet qoşunları Bakıya hərbi müdaxilə edərək, yüzdən artıq vətəndaşımızı qətlə yetirməsinə və coxsaylı insanı yaralanmasına ilk etiraz səsini qaldıran, imperiya rəhbərliyini kəsgin tənqid edən Ulu Öndər Heydər Əliyev oldu. Ümummilli Lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlməsi və oradan xalqa səslənməsi, bu faciəni törədənləri kəskin ittiham etməsi tarixi prosesə, tarixi hadisələrə ciddi təsir göstərən addım idi. Heydər Əliyevin məhz həmin çıxışı, çağırışı Azərbaycanın siyasi həyatında böyük dəyişiklik məqamı oldumilli azadlıq və istiqlal uğrunda mübarizə başlandı. Bu mübarizə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə yekunlaşdı. Ancaq 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında qəbul edilmiş "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına müvafiq olaraq formal müstəqillik əldə etmiş Azərbaycan Respublikası müstəqilliyin ilk illərində kompleks problemlər və dərin kataklizmlərlə üzləşdi.  Səriştəsiz və səbatsız AXC-Müsavat çütlüyünün siyasi həngəmələri xalqın sabaha olan inamını sarsıtmışdır, hakimiyyətin bütün strukturlarında əyləşmiş siyasətçilərin səriştəsizliyi ucbatından cəmiyyəti hərc-mərclik bürümüşdü. Qanunsuz hərbi birləşmələr istədiklərini edirdilər. Respublikada yaranmış xaos Ermənistanın ərazilərimizi işğal etməsinə imkan yaradırdı. Çətin və mürəkkəb vəziyyətlə üzləşmiş Azərbaycan xalqı yenə də ən məsuliyyətli məqamda öz xilaskar oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Bütün varlığı ilə xalqadoğma Azərbaycana bağlı olan Heydər Əliyev xalqın arzu və istəyini, ölkənin mürəkkəb durumunu nəzərə alıb yenidən hakimiyyətə qayıtmağa razılıq verdi. O, bütün gücünü, səy və bacarığını səfərbər edərək xalqın üzləşdiyi təhlükəli problemləri aradan qaldırmağa müvəffəq oldu. Dahi Öndər ilk növbədə, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atıldı. 1994-cü ilin mayında cəbhədə atəşkəsə nail olundu. Atəşkəsin əldə edilməsilə yaranmış fasilədən Ümummilli Lider Heydər Əliyev ölkədə dövlət quruculuğu işinin aparılması və ictimai-siyasi sabitliyin bərqərar olması, iqtisadi və maliyyə sabitliyinin yaradılması üçün çox ciddi siyasətin həyata keçirilməsinə başladı. Aparılan düzgün, məqsədyönlü siyasətin ana xəttini isə qanunçuluq və möhkəm dövlət intizamının yaradılması təşkil edirdi.

 

Dünənin, bu günün və gələcəyin partiyası - Yeni Azərbaycan Partiyası

 

Birmənalı şəkildə demək olar ki, Ulu Öndər Heydər Əliyevin qısa müddətdə əldə etdiyi iqtisadi-siyasi uğurlarda artıq ümumxalq partiya adını qazanmış Yeni Azərbaycan Partiyasına arxalanması xüsusi rol oynamışdır. O ağır və şətin dövrdə  Yeni Azərbaycan Partiayasını yaratmaq heçasan olmamışdır. Anarxiyaxaosun, vətəndaş itaətsizliyinin hökm sürdüyü dövrdə respublikamızda 30-dan artıq siyasi partiya rəsmi qeydiyyatdan keçsə də, onlar Azərbaycan dövlətçiliyini qoruyub möhkəmləndirəcək amaldaiqtidarda deyildilər. Nə Vəzirov-Mütəllibov hakimiyyəti, nə də AXC-Müsavat cütlüyü Azərbaycanı düşdüyü ağır siyasiiqtisadi durumdan xilas etmək gücündə deyildi.  Belə bir ağır tarixi dövrdə xalqın yekdil arzusunu ifadə edən tanınmış ziyalılardan 91 nəfəri 1992-ci il oktyabr ayının 16-da "Səs" qəzeti vasitəsilə Ulu Öndər Heydər Əliyevə Azərbaycanı fəlakətlərdən qurtaracaq yeni bir siyasi təşkilatın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq vermək xahişi ilə "Azərbaycan Sizin sözünüzü gözləyir" adlı müraciət etdi.

1992-ci il oktyabrın 24-də "Yeni, müstəqil Azərbaycan uğrunda" proqram xarakterli çağırışı ilə xalqın səbirsizliklə, böyük inamla gözlədiyi cavabı verən Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiyaplüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram". Beləliklə, 1992-ci il noyabrın 21-də Dahi Şəxsiyyət Heydər Əliyevin Sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının 550 nəfərin iştirakı ilə təsis konfransı keçirildi, partiyanın yaradılması haqqında qərar qəbul olundu. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Amma partiya quruculuğuna yenə də əngəl olmağa cəhdlər göstərildi. Bütün süni maneələrə, əngəllərə baxmayaraq, biz Yeni Azərbaycan Partiyasını ölkəmizin bütün bölgələrində yarada bildik. Xatirələrimdə dərin iz buraxmış hadisələrdən biriodur ki, Yeni Azərbaycan Partiyasının quruculuğu prosesində Hacıbala Abutalıbov, Murtuz Ələsgərov, Osman Abutalıbov, Rizvan Vahabov, Rafael Allahverdiyev, Səfiyar Musayev və digərləri ilə respublikamızın bölgələrinə tez-tez səfər edib, partiyanın rayon təşkilatlarının təsis konfranslarında iştirak edirdik. Təbii ki, bu prosesdə AXC-Müsavat cütlüyünün demokratik prinsiplərdən, vətəndaş azadlığı dəyərlərindən uzaq olan ünsürləri bizim partiya quruculuğumuza mane ola bilmədilər. Çünki xalq Yeni Azərbaycan Partiyasını Ulu Öndər Heydər Əliyevin partiyası kimi qəbul edirona dəstək verməyi özlərinə borc bilirdilər. 1992-ci ildə Yeni Azərbaycan Partiyasına lazım olan 1050 imzanı topladıq və qeydiyyata alınmağımız üçün Ədliyyə Nazirliyinə müraciət etdik. Yenə də süni maneələrə baxmayaraq, o vaxtkı hakimiyyət Yeni Azərbaycan Partiyasının dövlət qeydiyyatına alınmasına mane ola bilmədi. Beləcə biz Yeni Azərbaycan Partiyasının təşkilatlanmasını, quruculuğunuqeydiyyata alınma prosesini uğurla həyata keçirdik.

 

 

Azərbaycan dünyanın iqtisadi mərkəzinə çevrilir

 

Təsis konfransından keçən qısa müddətdə Yeni Azərbaycan Partiyası ümumxalq partiyası kimi müstəqil dövlətçilik, azərbaycançılıq,  vətəndaş həmrəyliyi, sosial ədalət, həmçinin ideoloji-təşkilati baxımdan Azərbaycan cəmiyyətinin ən nüfuzlu və inanılmış siyasi təşkilatına çevrildi. Partiya quruculuğu, ictimai-siyasi sabitliyin yaradılması ölkədə genişmiqyaslı quruculuq-abadlıq işlərinin və iqtisadi islahatların aparılması ilə müşayət olundu. Beləliklə, 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə dünyanın 7 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti arasında  neft sazişi imzalandı. Bu saziş gənc Azərbaycan dövlətinin tarixində yeni bir səhifə açdı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib-hazırlanmış yeni neft strategiyasının təməl daşını təşkil edən "Əsrin Müqaviləsi" Azərbaycanın qapılarını xarici sərmayədarların üzünə açmaqla yanaşı, uzun illər sovet imperiyasının hərbi gücünün artırılmasına xidmət edən əvəzsiz təbii sərvətimiz olan nefti xalqımıza qaytardı. "Əsrin Müqaviləsi"nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edən Ulu Öndər Heydər Əliyev demişdir:  "Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq". Dahi Öndər demişdir ki, "Bakı-Tbilisi-Ceyhan" əsas ixrac neft boru kəməri var, olacaq və yaşayacaqdır. Bu, elə bir neft kəməridir ki, yüz il, bəlkə də ondan da çox yaşayacaqdır". Azərbaycan xalqının sosial-iqtisadi rifah halının yaxılaşmasına xidmət edən "Bakı-Tbilisi-Ceyhan" neft kəməri layihəsi imzalanıb, çəkilişləri təntənəli şəkildə həyata keçirildikdən sonra Ulu Öndər Heydər Əliyev "Bakı-Tbilisi-Ərzurum" qaz kəmərinin reallaşması üçün böyük siyasət həyata keçirdi.

      

 

Yeni dövrün yeni LİDERİ

 

2003-cü ildən sonra Azərbaycanda yeni dövrün əsası qoyuldu desək, səhv etmərik. Çünki Cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın davamlılığını təmin etdi. Ümummilli Lider Heydər Əliyevin 2003-cü ilin prezident seçkiləri ərəfəsində: "Mən ona özüm qədər inanıram", - deməklə özünün layiqli siyasi davamçısı kimi cəmiyyətə təqdim etdiyi Cənab İlham Əliyevin respublikaya rəhbərliyi dövründə əldə olunmuş böyük nailiyyətlər Azərbaycan xalqının seçimində qətiyyən yanılmadığını bir daha təsdiqləyir. Dahi Öndər Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsindən bəhrələnən Prezident İlham Əliyev Ulu Öndərimizin möhkəm təməllər üzərində formalaşdırdığı idarəçilik ənənələrini uğurla davam etdirir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan uzunmüddətli inkişaf strategiyasının son 12 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi öz bəhrələrini verir. Prezident İlham Əliyev bildirib ki, biz Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna, yaratdığı ictimai-siyasi sabitliyə və iqtisadi bazaya, xalqın möhkəm dəstəyinə söykənərək, çox böyük uğurlara imza atmışıq.

Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən Prezident İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir. Cənab İlham Əliyev YAP-ın I qurultayında (1999) partiya Sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn Cənab İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq etmişdir. Məhz Onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır. Cənab İlham Əliyev həm də, AŞPA-da Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeriBüro üzvü vəzifələrində səmərəli fəaliyyət göstərmişdir. Onun qətiyyəti, fenomen çıxışları ilə Azərbaycan həqiqətləri, xüsusilə də Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağda Ermənistanın işğal edilən yaşayış məskənlərində əhaliyə qarşı törədilən soyqırım aktları barədə faktlarsübutlar Avropalı parlamentlərinin diqqətinə çatdırılmışdır. Məhz bu cür müdrik, aktiv siyasi-diplomatik fəaliyyətin nəticəsi olaraq 2011-ci il də Azərbaycan BMT TŞ-nin üzvü seçilmişdir. Prezident İlham Əliyev tariximizdə ilk dəfə olaraq Azərbaycanın dövlət başçısı kimi Təhlükəsizlik Şurasının iclasına sədrlik etmişdir.

Söz yox ki, illər on illəri əvəz etsə də, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət dəyişməyəcək. Çünki bu siyasət, sosial- iqtisadi rifah, sülh və əmin-amanlıq, siyasi sabitlik, bir sözlə, gözəl və firavan həyat deməkdir. Azərbaycan dövləti və xalqı daim Ümummilli Lider Heydər Əliyev yolu ilə və ideyaları ilə uğurlara imza atacaqböyük zirvələri fəth edəcəkdir.

 

 

Misirxan Vəliyev,

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü

Səs.- 2016.- 5 may.- S.7