"Heydər Əliyev və müasir Azərbaycan"

 

YAP Qusar rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

 

Dünən Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatı tərəfindən Qusar rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda elmi-praktiki konfrans keçirilib.

Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri düzüblər.

Konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvü, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Ümummilli Liderin Azərbaycanın ictimai-siyasi həyatındakı rolunu diqqətə çatdırıb. Çağdaş dövlətimizin Qurucusu, tariximizə qızıl hərflərlə adı həkk olunmuş Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu, xilaskar, dövlət xadimixalq məhəbbətini qazanan Ulu Öndər kimi qaldığını söyləyib:"Azərbaycanda müasir demokratik-hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin və mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Azərbaycan xalqının sabaha olan inamını özünə qaytardı. Bugünkü Azərbaycan reallıqlarına görə Heydər Əliyevə borcluyuq. Ölkədə aparılan islahatlarquruculuq işləri tez zamanda Azərbaycanın müstəqil bir dövlət kimi özünü təsdiqləməsinə və dünya miqyasında yer tutmasına səbəb oldu".

D.İbramxəlidov bu gün Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin, məhz Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi:"Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin məqsədyönlü və qabaqcıl siyasəti nəticəsində geniş nüfuz dairəsinə malik Azərbaycan dünya dövlətləri tərəfindən qəbul olunaraq tanınır, güclü, qüdrətli və yüksək potensiala malik bir dövlətə çevrilib".

Tədbirdə çıxış edən rayon partiya təşkilatının sədr müavini Nadirşah Şirinov, rayon təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyev, Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova Ümummilli Llider Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı, təhsilin və mədəniyyətin inkişaf sahələrindəki misilsiz xidmətlərindən söz açdılar.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş inşa yazı müsabiqəsinin respublika üzrə qalibi Qusar şəhər 1 saylı məktəbin şagirdi Murad Salmanova pul mükafatı və partiya sıralarına daxil olmuş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim olundu.

Tədbirin sonunda Ümummilli Liderə həsr olunmuş sənədli film nümayiş olundu.

 

NƏZAKƏT

525-ci qəzet.- 2016.- 6 may.- S.13