"Heydər Əliyev şəxsiyyəti
multikultural və tolerant
dəyərlər işığında"
Dünən Siyəzən rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında" adlı dəyirmi masa keçirildi. Tədbirdə Siyəzən rayon müəssisə və təşkilatların nümayəndələri iştirak etdi.Tədbiri mərkəzin direktoru, YAP rayon qadınlar şurasının sədri Ramilə Seyidova açaraq bildirdi ki, bugünkü tədbirimizi Ümummilli Lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş cəmiyyətdə geniş vüsət alan, geniş təbliğ edilən və dövlət siyasətinin prioritet istiqamətlərinin biri kimi müəyyən edilən aktual və əhəmiyyəli bir movzuya həsr etmişik. Azərbaycan əsrlər boyu özünün multikulturalizm ənənələri ilə region və dünya ölkələrinə nümunə olub.Əminliklə deyə bilərik ki, Azərbaycan multikulturalizmin banisi Böyük Azərbaycansevər Heydər Əliyevdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən və Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra milli-dini dəyərlərimizin qorunmasında, islam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində öz əməli fəaliyyəti ilə böyük rol oynamışdır. Heydər Əliyev hər zaman deyərdi: "Tolerantlıq yüksək mədəniyyətin göstəricisidir".Sonra Balabəy Balabəyov Siyəzən rayon icra hakimiyyətinin İctimai-siyası və humanitar məsələlər şöbəsinin müdirinin müavini Cəfər Bağırov Siyəzən Rayon Təhsil şöbəsi metod kabinəsinin müdiri, 2 saylı tam orta məktəbin tarix müəlliməsi Səadət Əsədullayeva çıxış edərək bildirdilər ki, tarix boyu ölkəmizdə milli azlıqlar, etnik quruplar ayri-ayrı etiqad inanclara sahib insanlar dostluq qardaşılq şəraitində bir vətən halında yaşayıblar.Tədbir mövzu ətarfında ümumi diskussiya şəklində davam edib. Sonda "Multikulturalizm ili" adlı videofilmin nümayişi etdirilib.Tədbir iştirakçıları Siyəzən rayon Heydər Əliyev Mərkəzində yaradılan milli-mənəvi dəyərlərimizi təbliğ etdirən guşə ilə tanış oldular.
NƏZAKƏT
Səs.- 2016.- 6 may.- S.13