Azərbaycanın yollar
şəbəkəsi rahatlığın güzgüsüdür
Avtomobil yollarının dünyanın
ən müasir standartlarına cavab verməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin müstəsna
xidmətləri olub
Hər bir xalq görkəmli şəxsiyyətləri ilə tanınır. Onlar xalqın zəkasını, elmini, mədəniyyətini və mənəviyyatını dünyaya nümayiş etdirirlər. Ölkəmiz və xalqımız bu faktorları ilə bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb və fəxr edib. Dünyada şöhrət tapmış dövlət xadimləri, siyasətçilər, uzaqgörənliyi ilə tanınan müdrik şəxsiyyətlər haqqında söz düşəndə, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin adı çəkilir. "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır" söyləyən Ulu Öndər Heydər Əliyev istər keçmiş sovetlər dönəmində, istərsə də 1993-cü ildən sonra ölkənin iqtisadi və sosial inkişafı istiqamətində mühüm addımlar atmış, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə böyük zəmin yaratmışdır. Arzusu və amalı Azərbaycanı hərtərəfli inkişaf etmiş müstəqil, dünya birliyində tanınan bütöv bir dövlət kimi görmək idi. Uzun illər Azərbaycana rəhbərlik etməsinin özü Heydər Əliyev şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür.
Ümumiyyətlə, bütün varlığı ilə Vətənə və xalqa qəlbən bağlı olan görkəmli şəxsiyyət və böyük dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Müstəqil dövlətçiliyimizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi-ideoloji əsası dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində həlledici rol oynamışdır. Azərbaycan ziyalısını son əsrlərdə ciddi düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin fəaliyyəti sayəsində strateji dövlət siyasətinə, əməli siyasi müstəviyə keçmiş və nəticədə azərbaycançılıq məfkurəsi şüurlara hakim kəsilmişdir. Azərbaycan kimi bir dövləti yaratmaq xilaskar kimi Ulu Öndər Heydər Əliyevə nəsib oldu.
Azərbaycan kimi bir dövləti yaratmaq xilaskar kimi Ulu Öndər Heydər Əliyevə nəsib oldu
Bir məqamı da, xüsusilə xatırlatmaq vacibdir ki, Ulu Öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri işləyərkən muxtar respublikada həyata keçirdiyi islahatlar sonradan daha böyük miqyasda, bütün Azərbaycanda tətbiq olundu. Onun Naxçıvanda yaşadığı illərə nəzər saldıqda, aydın görürük ki, bu gün haqqında ürək dolusu danışdığımız və ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artıran yeniliklərin, islahatların təməli, məhz o çətin illərdə qoyulub. O cümlədən, müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq xilaskar kimi Ulu Öndər Heydər Əliyevə nəsib oldu.
SSRİ-nin dağılması ilə çətin, müəmmalı iqtisadi-siyasi vəziyyət yaranmışdı. İttifaqın süqutundan sonra dövlət müstəqilliyi qazanmış Azərbaycanda anarxiya, xaos və özbaşınalıq baş alıb gedirdi. Bu, azmış kimi, Dağlıq Qarabağda yaradılan münaqişə Azərbaycan xalqını növbəti bir sınaqla üz-üzə qoymuşdu. Çox keçmədi ki, bu problemlərin sırasına daha biri əlavə olundu: hakimiyyət böhranı. Tez-tez baş verən hakimiyyət dəyişikliyi müstəqil Azərbaycanı parçalamaq həddinə çatdırmışdı. Belə çətin bir məqamda xalqın son ümid və pənah yeri dövlət idarəçiliyində böyük təcrübəsi olan Heydər Əliyev idi. Ona görə də Vətənin bu ağır günündə xalq Böyük Azərbaycanlı Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda vətəndaş müharibəsinin, müstəqil dövlətimizin parçalanmasının qarşısını aldı. Ulu Öndərin siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtarmış, qanunçuluğu bərpa etmiş və cəmiyyəti vahid məfkurə ətrafında birləşdirmişdir.
Ulu Öndər müasir Azərbaycanın qurucusu, memarı kimi tanındı, milyonların ehtiramını qazandı
Xarici ölkələrlə pozulmuş münasibətləri qaydaya salan, Azərbaycanı sülh, sabitlik, milli-dini tolerantlıq məkanına, fərqli mədəniyyətlərin dialoq meydanına çevirən Heydər Əliyev ölkəmizin demokratik inkişaf yolunu müəyyənləşdirmiş, Azərbaycan dövlətinin siyasi platformasını, iqtisadi əsaslarını, mənəvi və əxlaqi konsepsiyalarını yaratmışdır. Ən əsası isə Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl bir dövlətçilik ideologiyası formalaşdırmışdır. Məhz Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı.
1993-cü ildə ölkəmizin üzərini qara buludların aldığı çətin bir vaxtda, xalqın çağırışına səs verərək, düçar olduğumuz bəla və xaosu aradan qaldırmaq üçün heç bir dövlət başçısının öhdəsindən gələ bilməyəcəyi bir məsuliyyəti üzərinə götürməklə Azərbaycanın əbədi müstəqilliyini təmin etdi. Ulu Öndər müasir Azərbaycanın qurucusu, memarı kimi tanındı, milyonların ehtiramını qazandı. Elə həmin il oktyabrın 3-də yüksək etimad qazanan və 11 oktyabr 1998-ci ildə qələbəsini təkrarlayan Heydər Əliyev milyonların ürəyindən keçən istəkləri reallaşdırdı. "Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm,"- deyə vurğulayırdı.
Heydər Əliyev Fenomeni Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını artırdı
Onun Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycan iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı. Artıq Azərbaycanın səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidilir, diplomatik uğurları diqqət çəkirdi. Dünya siyasətində dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı və hazırlığı ilə fərqlənən Heydər Əliyev Şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilirdi. Bu, cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan Dahinin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini və nüfuzunu yüksəltdi.
Heydər Əliyev yolu və mütərəqqi yol quruculuğu siyasəti
Bütün sahələrdə olduğu kimi, ölkəmizdə yol quruculuğu, xüsusilə avtomobil yollarının dünyanın ən müasir standartlarına cavab verməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra, həyatın bütün sahələrində olduğu kimi, yol təsərrüfatında da tənəzzülə son qoyuldu. Ulu Öndərin "Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir" fikri də, məhz yol təsərrüfatının inkişafına göstərilən diqqət və qayğının parlaq təzahürü idi. Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir. Onun ölkəyə ikinci dəfə rəhbərlik etdiyi illərdən başlayaraq, ölkəmizin bütün regionlarında, həmçinin paytaxt Bakıda bu sahədə kompleks tədbirlər həyata keçirilmiş, mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaratmışdır. Məhz bunun nəticəsidir ki, bu amil ənənə şəklini alıb və hazırda Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti Cənab İlham Əliyev Azərbaycanda yol infrastrukturunun, yol quruculuğunun inkişafına böyük önəm verməkdədir.
Prezident İlham Əliyev - uğurlu yolun uğurlu davamı və məntiqi nəticəsi
Ümumiyyətlə, son illər ölkəmizin yol infrastrukturunun xeyli dəyişməsi, bu sahənin hərtərəfli inkişafı üçün çox böyük işlərin görülməsi deyilənləri kifayət qədər təsdiq edir. Belə ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, "Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı" çərçivəsində xeyli iş görülmüşdür. Paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidlərinin inşasını buna misal göstərmək olar. Təkcə ötən il 524,4 kilometr uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları çəkilmiş və ya yenidən qurulmuş, təmir edilmişdir. Bundan əlavə, 12 ədəd yeni avtomobil körpüsü tikilmiş, ikisi təmir edilmiş, 2 ədəd tunel və 7 ədəd piyada keçidi istismara verilmişdir.
Son illər dünyanın ən yaraşıqlı və füsunkar paytaxt şəhərlərindən birinə çevrilmiş doğma Bakımızda hərəkətin intensivliyinin artması küçə və yollarda tıxacların yaranmasına səbəb olduğu üçün, ölkə başçısı İlham Əliyev bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı konkret tapşırıq vermişdir. Məhz bunun nəticəsidir ki, son illər paytaxtda yol qovşaqlarının və piyada keçidlərinin tikintisi intensiv xarakter almışdır. Ötən müddətdə Bakıda 60-dan artıq yol ötürücüsü və tunelin istismara verilməsi avtonəqliyyat sistemində gərginliyi xeyli yüngünləşdirməklə yanaşı, paytaxtın simasına da əlavə yaraşıq gətirmişdir. Milli-memarlıq ənənələri və müasir texnologiyalar əsasında inşa olunan bu qurğular isə, heç şübhəsiz, ölkə Prezidenti İlham Əliyevin yol təsərrüfatı sahəsindəki məqsədyönlü siyasətinin məntiqi nəticəsidir.
Hazırda beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması ilə yanaşı, yerli əhəmiyyətli, rayon və kənddaxili yolların müasir səviyyəyə çatdırılmasına xüsusi diqqət yetirilir. Elə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının başlıca hədəflərdən biri də yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılmasından ibarətdir. Prezident İlham Əliyev sözügedən dövlət sənədlərinin uğurla yerinə yetirilməsində, ilk növbədə, müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini bildirərək demişdir: "Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil". Ölkə Prezidenti son illər dəfələrlə bölgələrə səfər etmiş, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi üçün konkret tapşırıqlar vermişdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində yol qurgularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilmişdir.
Yol infrastrukturunun yenilənməsi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir - bu yollar daha böyük, daha nəhəng inkişafa doğru aparır
Beləliklə, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan bu uğurlu siyasət zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafına da səmərəsini verərək, dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir. Bütün varlığilə Vətənə və xalqa qəlbən bağlı olan görkəmli şəxsiyyət və böyük dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Müstəqil dövlətçiliyimizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi-ideoloji əsası dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində həlledici rol oynamışdır. Azərbaycan ziyalısını son əsrlərdə ciddi düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin fəaliyyəti sayəsində strateji dövlət siyasətinə, əməli siyasi müstəviyə keçmiş və nəticədə azərbayançılıq məfkurəsi şüurlara hakim kəsilmişdir.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır. Qüdrətli şəxsiyyətin siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məntiqli siyasət ölkəmizi bütün sahələrdə tərəqqiyə aparır. Uğurla davam etdirilən siyasi kurs ölkədə vətəndaş cəmiyyətinin inkişafına yol açıb. Ona görə Azərbaycan cəmiyyəti sabahkı günə işıqlı bir ümidlə baxır və şübhə etmir ki, ölkə başçısı İlham Əliyev müstəqil dövlətçiliyimizin zəminində yaranmış bugünkü ənənələrimizi uğurla davam və inkişaf etdirəcəkdir.
Belə ki, ölkə Prezidenti İlham Əliyevin davam etdirdiyi və Heydər Əliyev kursundan formalaşmış siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında bu sahənin inkişafı önəmli yer tutur. Artıq tam əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün başdan-başa çiçəklənir, tərəqqi edir və müasirləşir. O cümlədən, yol infrastrukturunun yenilənməsi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Rahat və təhlükəsiz yollar isə insanlar üçün, əlbəttə, həyatdır. Burada böyük şair Nazim Hikmətin sözləri yada düşür: "Ev doğulmaq və ölmək üçündür. Əsl həyat yollardadır."
Biz də, sözün əsl mənasında, indi inamla deyə bilərik ki, Azərbaycanın yollar şəbəkəsi rahatlığın güzgüsüdür və bu yollar daha böyük, daha nəhəng inkişafa doğru aparır.
SALEH
MƏMMƏDOV,
"Azəravtoyol"
ASC sədri
Səs.- 2016.- 6 may.- S.8-9