Azərbaycanda yeni hüquq konsepsiyası və insan haqları

 

Dövlət müstəqilliyi bərpa edildikdən sonra cəmiyyətimizin ictimai-siyasiiqtisadi həyatında baş vermiş əsaslı keyfiyyət dəyişiklikləri, dövlət və hüquq quruculuğunun yeni müasir modelinin müəyyən edilməsi və onun hüquqi əsaslarının yaradılması zərurətini doğurdu. Hüquq elmləri doktoru, professor Bəhram Zahidov yazır: "Bu mürəkkəb məsələnin uğurluhüquqi həllində Azərbaycan Respublikasının ilk müstəqillik Konstitusiyası yadda qalan hadisəyə çevrildi. Konstitusiyanın referendum yolu ilə qəbul edilməsi tariximizdə ilk təcrübə idi. Buna baxmayaraq, ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş konstitusiya xalqın suverenliyinə əsaslanmaqla, hakimiyyətin mənbəyi olan Azərbaycan xalqının iradəsinin ifadəsi idi. Konstitusiyanın gücü, legitimliyiümumxalq iradəsinin nəticəsi olmaqla, ölkədə ən yüksək hüquqi qüvvəyə malik olması və qanunvericilik sisteminin əsasında dayanması, onun əhəmiyyətini və dəyərini səciyyələndirən başlıca xüsusiyyət kimi qeyd oluna bilər. Bu sənəddə ölkəmizdə demokratik, hüquqi, dünyəvi və unitar respublika qurulduğu bəyan edilirdi. Hakimiyyət bölgüsü prinsipinə riayət edilməsi, demokratik-hüquqi islahatların aparılması mütərəqqi səciyyə daşıyırdı. Bütün bunlara görə də, ölkənin ümumi inkişafında iqtisadiyyatın mülkiyyətin toxunulmazlığına, xalqın suverenliyinə, azad bazar münasibətlərinə əsaslanması, müxtəlif sahələrdə köklü dəyişikliklərin və islahatların aparılmasını tələb edirdi.

Ulu Öndərimiz Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi və siyasi iradəsi əsasında konstusiyanın qəbulundan sonra ölkənin iqtisadihüquq sistemində əsaslı dəyişikliklər baş verdi. İnsan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirildi. Beynəlxalq standartlara cavab verən yeni hüquq konsepsiyası hazırlanıb, mərhələlərlə icra olunmağa başlandı. Bu zaman milli-mənəvi dəyərlərlə yanaşı, ümumbəşəri dəyərlərə, beynəlxalq hüququn üstünlüyünə xüsusi önəm verildi. Ölkənin üçpilləli məhkəmə sisteminin formalaşdırılması, kadrların seçilməsinin və yerləşdirilməsinin test üsulu ilə, şəffaflıq əsasında aparılması, dövlət həyatında qanunların aliliyini təmin edən tədbirlər sisteminin həyata keçirilməsi mühüm hadisəyə çevrildi. Ümumi formal bərabərlik prinsipindən doğan azadlığın hüquqi icazə və hüquqi qadağalar üsulu ilə həyata keçirilməsi istiqamətində görülmüş tədbirlər bu gündavam etməkdədir. Hüququn sosial funksiyaları, cəmiyyətdə ictimai razılıq sisteminin bərqərar olunması, sosial kompromisinehtimal olunan münaqişələrin hüquqi tənzimlənməsinə və həllinə verilən diqqət öz səmərəsini verməkdədir".

Bu gün ölkəmizdə cəmiyyət üzvləri arasında mənafelərin uzlaşması, sosial gerçəklikdə fərdi və xüsusi qrup mənafelərinin ahəngdar balansının gözlənilməsi, vətəndaş cəmiyyətinin inkişafına xidmət edən əsaslı tədbirlərin həyata keçirilməsi, ölkədə sosial tarazlıq üsulu kimi idarəçilik mexanizmlərinin normativ-hüquqi bazasının yaradılması, iqtisadiictimai münasibətlərin hüquqi tənzimlənməsinə verilən diqqət cəmiyyətin iqtisadi inkişafına, sosial islahatların uğurlu aparılmasına, həyat şəraitinin əhəmiyyətli dərəcədə yüksəlməsinə öz töhfələrini verməkdədir. Normativ-hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydasını təmin edən 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanunu, ölkə tarixində belə səciyyə daşıyan ikinci normativ-hüquqi akt olmaqla, hüquq sistemimizin beynəlxalq standartlara uyğun olan bir səviyyədə hazırlanması və qəbulu üçün əhəmiyyətli rol oynamağa başlamışdır.

Ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun bərqərar edilməsində, sosial rifah dövlətinin təşəkkülündə və inkişafında neft müqavilələrinin sistemli, ardıcıl və mərhələli bağlanması və reallaşdırılması müstəsna əhəmiyyətə malik olmuşdur. Ölkənin iqtisadi müstəqilliyi, eyni zamanda onun siyasi müstəqilliyini təmin etmişdir. İnformasiya texnologiyalarının sürətli inkişafı, azad sahibkarlığa göstərilən dövlət qayğısı, iqtisadi münasibətlərin hüquqi tənzimlənməsinə verilən diqqət, aparılan məhkəmə-hüquq islahatları, beynəlxalq hüquq sisteminin əsas meyarlarının və standartlarının nəzərə alınması, müsbət təcrübənin öyrənilməsi və tətbiqi, vətəndaş cəmiyyətinin inkişafı hüquq islahatlarının dərinləşməsinı tələb edir. Qanun yaradıcılığı son dərəcə mürəkkəb və məsuliyyətli vəzifə olmaqla, dərin ümumiləşmə, proqnozlaşdırma, nəzəriyyə və təcrübənin əlaqələndirilməsi, bu proseslərə müxtəlif sənət və peşə adamlarının, təcrübəli mütəxəssislərin cəlb edilməsinə zərurət yaradır. Əgər nəzərə alsaq ki, belə hüquq islahatları təxirə salınmadan ictimai-siyasi həyatın ən müxtəlif sahələrində aparılmaqla uğurla başa çatdırılmalıdır, onda bu sahədə nəzəriyyə və təcrübənin üzvi surətdə əlaqələndirilməsinin vacibliyi və əhəmiyyəti daha aydın təsəvvür edilə bilər.

Tarixən dövlət və hüquq münasibətlərinin biri-birinə təsiri, yeri, rolu və əhəmiyyəti barədə müxtəlif təlimlər mövcud olsa da, bu gün ölkəmizdə hüquqi dövlət quruculuğu dövlət və hüququn inkişaf tendensiyalarının nəzərə alınması, proqnozlaşdırılması, onların üzvi surətdə əlaqələndirilməsi, balanslaşdırılması, cəmiyyətin sifarişisiyasi proseslərin dərindən öyrənilməsi əsasında inkişaf etdirilməsi xüsusi olaraq qeyd edilməlidir. Bu məsələləri tədqiq edərək, akademik Ramiz Mehdiyev haqlı olaraq göstərir ki, ümumiyyətlə elmlərin mövcud vəziyyəti, ölkəmizin indiki inkişaf mərhələsinin irəli sürdüyü tələblər baxımından, qənaətbəxş hesab edilə bilməz. Bu isə bu gün, ictimai biliklərin insanın artan tələbatından, həmçinin cəmiyyətin həyatında baş verən hadisələrin analitik təhlilindən geri qalması ilə əlaqədardır. Buna görə də idarəçilik sistemində siyasi qərarların qəbul edilməsinə qədər olan mərhələdə zəruri elmi araşdırmaların aparılması günün əsas tələblərindən biri hesab olunmalıdır. A.Səməndərov yazır: "Əgər söhbət qanun yaradıcılığından və onun təkmilləşdirilməsindən gedirsə, onda elmi proqnozlaşdırılmanın son dərəcə vacib olduğu ortaya çıxır və bu da cəmiyyətimizdə qanun yaradıcılığı prosesində elmin rolunun ciddi surətdə nəzərə alınmasını tələb edir".

Azad bazar münasibətlərinin inkişafı haqsız raqabətin qadağan edilməsinə və monopoliyaya görə məsuliyyətin artırılmasına diqqət çəkir. Cəmiyyətin dinamik inkişafı informasiya kommunikasiyalarının genişlənməsi, açıq dövlət siyasətinin və beynəlxalq əlaqələrin gücləndirilməsi hüquqi tənzimləmə məsələlərinə yaradıcı yanaşmanı tələb edir. Bu gün qlobal proseslər sürətlə yayılır, bir ölkədən başqa ölkəyə keçir, yeni-yeni təzahürlərə səbəb olur. Son illər ölkənin ictimai-siyasihüquqi həyatında baş verən proseslərin dərindən öyrənilməsi, tədqiq edilməsi, problemlərin üzə çıxarılması və həll edilməsi sistemli şəkildə aparılmağa zəruri tələbat yaradır. Elə buna görə də davamlı insan inkişafı sahəsində Dövlət Proqramının, Elmin İnkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının, Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyasının, təhsil islahatlarının, sənayenin, informasiya texnologiyalarının, aqrar sektorun, yanacaqenerji sahəsində aparılan islahatların kökündə, əslində, cəmiyyətin sifarişi dayanır. Aydındır ki, cəmiyyətin iqtisadi inkişafı yüksək səviyyədə təmin edilmədən sosial dövlət ideyasını reallaşdırmaq, əhalinin sosial rifahının köklü dəyişikliklərinə nail olmaq mümkünsüzdür. Sosial sahədə islahatlar, idmanın, alternativ enerji ehtiyatlarının, yol infrastrukturunun, mənzil tikintisinin, sosial-tibbi sığortanın inkişafına göstərilən diqqət, neft kapitalının insan kapitalına çevrilməsi sahəsindəki çağırışlar, qanun yaradıcılığında proqnozlaşdırmanın rolunu və əhəmiyyətini artırmağı tələb edir. Ölkədə hüquqi şüurun, qanunvericilik sisteminin, hüquq mədəniyyətinin, dinlərarası, mədəniyyətlərarası problemlərin həllinə verilən diqqət multikultural dəyərlərə verilən önəm, bir çox dünya siyasətçilərinin və dövlət xadimlərinin diqqətini çəkməkdədir.

Ölkənin ictimai-siyasi, mədəni və hüquqi həyatında baş verən bütün bu dəyişikliklər, proqnozlaşdırmalar, dünyanın qabaqcıl təcrübəsindən bəhrələnmələr, ölkənin həyatında uğurla həyata keçirilironun sabahı haqqında böyük ümidlər yaradır. Bütün bunlara baxmayaraq, dövlət quruculuğununhüquq islahatlarının davamlı şəkildə aparılması, bu gün kifayət qədər aktuallaşmışdır. Bu sahədə islahatlar hər şeydən öncə ölkədə baş verən proseslərin dərindən tədqiq edilməsinə və öyrənilməsinə zərurət yaradır. 1995-ci ildə qəbul edilmiş konstitusiyaonun ayrı-ayrı normaları təkmilləşdirmələr tələb edir. Başqa normativ-hüquqi aktların da bir daha nəzərdən keçirilməsinə ehtiyac vardır. Lakin əsas məsələlərdən biri olan hüquqi dövlət quruculuğu sahəsində idarəçiliyin təkmilləşdirilməsi, hüquq mədəniyyətinin, hüquq maarifçiliyinin gücləndirilməsi, cəmiyyətdə yaranan aktual problemlərin və təzahürlərin dərin təhlilinin aparılmasını tələb edir. Sosioloji sorğular ayrı-ayrı tənzimləmələrin düzgün məcraya yönəldilməsində, əhalinin fikirlərinin və mülahizələrinin öyrənilməsinə və onların nəzərə alınmasına həyati zərurət yaradır. Hüquq düşüncəsi, hüquq yaradıcılığı, hüquq mədəniyyəti, hüquqi şüurun mənəvi-əxlaqi nəticələrindən yaradıcılıqla bəhrələnməyə diqqət çəkir. Konstitusiyamızda geniş hüquq və azadlıqlar təsbit olunmuşdur. Ölkənin hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyəti yenidən qurulmuşdur. Əhalinin rifah halı sosial təminat sistemi təkmilləşdirilmişdir. Təhsil və elmə göstərilən diqqət artmaqdadır. Əhalinin sayı və uzunömürlülük göstəriciləri bir sıra qabaqcıl ölkələrin səviyyəsinə yaxınlaşır. Buya digər sadaladığımız uğurlar ictimaisiyasi həyatda müəyyən qüsurların olmasını da istisna etmir. Bütün bunlar ölkənin ən müxtəlif sahələrində baş verən prosesləri və reallıqları dərindən öyrənməyi tələb edir. Narazılıqların və qüsurların yaranmasının əsl obyektiv səbəblərini bilməyə zərurət yaradır. Müstəqil dövlətçilik şəraitində və sosial-iqtisadi uğurların yüksəlişi kontekstində proqnozlaşdırmanı və qanun yaradıcılığını fəallaşdırmağı tələb edir. Bu münasibətlər ayıq başla, qərəzsiz olaraq və yüksək intellektual təhlillər aparmaqla, problemlərin aradan qaldırılmasına zərurət yaradır. İslahatların və qanunvericiliyin təkmilləşdirilməsi elə elmi və yaradıcı islahatlar aparılmasını tələb edir ki, bunlar, sözün əsl mənasında, xalqın dəstəyini qazanmış olsun.

    

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 11 may.- S.15