DÖVLƏT QULLUQÇULARININ HÜQUQİ TƏMİNATLARI

 

Hüquq üzrə fəlsəfə doktoru Oruc Məmmədov yazır: "Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş səmərəli islahatlar müasir dövrdə Onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları tərəfindən uğurla davaminkişaf etdirilərək həyata keçirilir". Xüsusi qeyd etməyə dəyər ki, Azərbaycan Respublikasında vətəndaş cəmiyyətini, demokratik-hüquqi dövlətin dayanıqlı və davamlı inkişafını, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, hüquqi dövlət quruculuğu prosesinin davaminkişaf etdirilməsinə yönəldilmiş sosial-siyasi, iqtisadihüquqi islahatlar konstitusion təminatların realizəsini şərtləndirir. Təsadüfi deyildir ki, İlham Əliyev Cənabları Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı 2003-cü ildə imzaladığı ilk 4 Fərmandan 1-i sosial-iqtisadi xarakterli olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları iqtisadiyyatda müşahidə olunan müsbət meyilləri möhkəmləndirmək və daha da inkişaf etdirmək, sosial sahədə qarşıda duran problemlərin həllini sürətləndirmək məqsədilə "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsı tədbirləri haqqında" 2003-cü il 24 noyabr tarixli Fərman  imzalamışdır".

Akademik R.Ə.Mehdiyev qeyd edir ki, hansı sosial-iqtisadi modeli yaratmaq istəməyimiz, insan potensialımızdan istifadə etməklə bağlı planlarımız və bunun nəticəsi kimi yaxın 30-40 il ərzində çata biləcəyimiz zirvələr bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bunlar xəyal deyil, milli tariximizə, mənəvi dəyərlərimizə, intellektual insan resurslarımıza və millətin potensialına layiq inkişaf səviyyəsinə çatmağın yollarını bilən xalqın hədəfləridir. Bu baxımdan dövlət qulluqçularının sosial müdafiəsinə dair konstitusion müddəalar və müvafiq qanunvericilikdə təsbit edilmiş normalar onların sosial müdafiəsinin təminatlar sistemini yaratmaqla hüquqi dövlət quruculuğu prosesində özünəməxsus yer tutur. Dövlət qulluğu hüquq münasibətləri sistemində elmi təhlili zəruri olan aktual məsələlərdən biri də dövlət qulluqçularının sosial müdafiəsinin hüquqi təminatlarıdır. S.P.Matveyev haqlı olaraq belə nəticəyə gəlir ki, dövlət qulluqçularının sosial müdafiəsi özünəməxsus institusional xüsusiyyəti və ona məxsus xarakterik quruluşu ilə normativ əsasa malikdir. Bu xüsusiyyətin mahiyyətinin dərk edilməsi inzibatiqulluq hüququnda dövlət qulluqçularının sosial müdafiə institutunun yerinirolunu aydınlaşdırmaq zərurəti ilə qırılmaz surətdə bağlıdır.

Dövlət qulluqçularının sosial müdafiəsinin hüquqi təminatlarının dövlət quruculuğu prosesində tutduğu yerə dair elmi təhlil aparmaqda əsas məqsəd həmin sahə üzrə islahatların istiqamətlərini ümumiləşdirməkdən və davamlılığını əsaslandırmaqdan, nəzəri və təcrübi problemlərini əhəmiyyətini müəyyən etməkdən, mövcud qanunvericiliyin təkmilləşdirilməsinə, yeni normativ-hüquqi aktların qəbul edilməsinə olan zərurətə dair elmi mülahizələr irəli sürməkdən ibarətdir.

Ümummilli Lider Heydər Əliyevin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nda dövlət qulluğunda əmək haqqı səviyyəsinin məsuliyyət və peşəkarlıq dərəcəsinə müvafiq olaraq artırılması; buna görə də əmək haqqı sistemində çevikliyin təmin olunması; əmək haqlarının dekompressiyası; eləcə də, öz vəzifələrində qalan işçilərin əmək haqlarının artırılması sahəsində islahatların həyata keçirilməsi nəzərdə tutulmuşonun əsas inkişaf istiqamətləri müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2006-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsullugun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda dövlət qulluğu sistemində, o cümlədən yüksək ixtisaslı kadrların dövlət qulluğuna cəlb olunması və onların işlərinin keyfiyyətinin yaxşılaşdırılması üçün onların sosial müdafiəsi sisteminin gücləndirilməsi sahəsində islahatların həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin Dövlət Proqramının həyata keçirilməsinə dair 2008-2010-cu və 2011-2015-ci illər üzrə iki mərhələni əhatə etmiş Tədbirlər Planlarında dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi, dövlət qulluqçularının sosial müdafiəsi sisteminin gücləndirilməsi, əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi, fəaliyyətin nəticələrinə əsaslanan həvəsləndirilmə sisteminin yaradılması, onların özlərinin və ailə üzvlərinin dövlət hesabına icbari tibbi sığortasının tətbiqi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi kimi məsələlər nəzərdə tutulubdur.

Uğurla həyata keçirilən islahatların davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının "Azərbaycan 2020: gələcəyə baxış'' İnkişaf Konsepsiyasının hazırlanması barədə” 2011-ci il 29 noyabr tarixli Sərəncamı ilə Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyması elan edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə 2020-ci ilədək dövr üçün ölkənin perspektiv inkişaf hədəf və istiqamətlərini müəyyənləşdirmək və onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası'' təsdiq edilmişdir.

Konsepsiyanın "İnsan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması"na dair bölməsinin alt bölmələri ilə: əhalinin sağlamlığının və səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələrin; müasir təhsil sisteminin formalaşdırılmasının; sosial müdafiə sisteminin təkmilləşdirilməsinin; gender bərabərliyinin təmin olunması və ailənin inkişafının; gənclərin potensialının və idmanın inkişafının əsas istiqamətləri müəyyən edilmişdir. Konsepsiyada qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsi istiqamətində tədbirlərin ardıcıl olaraq həyata keçirilməsi üzrə qarşıya qoyulmuş məqsədlərdən birini də dövlət qulluqçularının sosial müdafiəsi və sosial təminatı sisteminin gücləndirilməsi təşkil edir. Sosial təminat hüququ əhalinin sosial müdafiəsində əsas əsas yerlərdən birini tutmaqla təminatlar sisteminin ayrılmaz tərkib hissəsidir. Y.N.Starilovun fikrincə, təminat - dövlət qulluqçularının statusunu sosial-hüquqi tərəfdən xarakterizə etməklə, qanunvericiliyin əsas müddəaları ilə müəyyən edilir. D.M.Ovsyanko hesab edir ki, təminata "dövlət qulluqçularının həm vəzifəsinin, həm də ümumi hüquq və vəzifələrinin həyata keçirmə istiqamətlərinin iqtisadi, sosial, təşkilati və hüquqi xarakterinin ölçüləri" daxildir. N.Ş.Hüseynovanın fikrincə, dövlət qulluqçularının öz qulluq vəzifələrini keyfiyyətlə icra etməsini və hüquqlarını reallaşdırmasını təmin etmək üçün əsas təminatlar mühüm əhəmiyyət kəsb edir. Bu təminatları dövlət qulluqçusunun statusunun sosial-hüquqi tərəfini səciyyələndirən əsas müddəlar kimi də qiymətləndirmək olar. Nəticə etibarilə belə qənaətə gəlmək olar ki, hüquqi dövlət quruculuğunun müasir inkişaf mərhələsində dövlət qulluqçularınm sosiai miidafiəsinin hüquqi təminatları sahəsində həyata keçirilən islahatlar mürəkkəb daxili komponentlərlə xarakterizə olunur. Bu isə, onu sübut edir ki, dövlət qulluqçularının sosial müdafiəsi onların statusunun lıüquqi təminat sisteminin tərkib hissəsi olaraq daha çox islahatlar yolu ilə təkmilləşdirilməyə ehtiyac duyulan sahələrdən biridir.

   Dövlət qulluqçularımn sosial-iqtisadi hüquqları sistemində onların əlavə təhsil hüququ böyük əhəmiyyət kəsb edir. Bütün sahələr üzrə dövlət siyasətinin səmərəli surətdə  həyata keçirilməsini şərtləndirən əsas amıllərdən biri məhz müasir biliklərə yiyələnmiş, elmi və dünyagörüşünə malik, sərişləli, ixtisaslı kadr korpusunun formalaşdırılmasıdır. Qeyd edilənlərin fonunda dövlət qulluqçularının əlavə təhsili də xüsusi yer tutur. Dövlət qulluqçularının əlavə təhsil hüququna dair münasibətləri tənzim edən normaların təkmilləşdirilməsi dövlət qulluğu haqqında qanunvericiliyin əsas inkişaf istiqamətlərindən biri hesab etmək olar. Nəticə etibarilə dövlət qulluqçularına əməyinin qiymətləadirilməsi zamanı əlavə təhsilin nəzərə alınması onların sosial-iqtisadi hüquqlarının təmin edilməsinə yönəlmiş olar.

 Dövlət qulluğu xüsusi fəaliyyət növüdür. Buna görə də, dövlət qulluğu hüququ vətəndaşa mənsub hüquq kimi siyasi hüquqlar sisteminin tərkib hissəsi olaraq sosial, iqtisadi və mədəni hüquqlar sisteminə daxil olan elementləri özündə ehtiva edir. Bununla da, dövlət qulluqçularının sosial-iqtisadi hüquqlarının xarakterik xüsusiyyətləri formalaşır. Prof. Ə.İ.Əliyevin fikrincə, sosial hüquqlar cəmiyyət və dövlət tərəfindən qəbul edilən və normativ-hüquqi aktlarda təsbit edilən hər bir insanın normal fizioloji, maddi və mənəvi mövcudiyyəti və inkişafı üçün layiqli sosial həyat və ictimai əhəmiyyətli fəaliyyəti üçün zəruri olan imkan, maraq və müəyyən xüsusiyyətini müdafiə və təmin edən hüquq və azadlıqların kompleksidir.    Prof. Ə.İ.Əliyevin sosial hüquqlarla mülkisiyasi hüquqların qarşılıqlı vəhdəti barədə irəli sürdüyü dəyərli elmi mülahizə ilə razılaşmamaq olmur. Müəllif qeyd edir ki, sosial hüquqların reallaşması çox vaxt mülkisiyasi hüquqların möhkəmlənməsinə səbəb olur. Mülkisiyasi hüquqların həyata keçirilməsi isə, öz növbəsində, yalnız o halda təmin oluna bilər ki, hər bir insana əməkdə, qidalanmada, mənzildə, sağlamlığın mühafizəsində, təhsil və mədəniyyətdə bütün ilkin həyatı ehtiyaclarını təmin etmək üçün lazımi və bərabər imkanlar verilmiş olsun.

 Prof. M.N.Əliyev fikrincə, sosial hüquqlar insanın layiqli həyat səviyyəsini və sosial müdafiəsini təmin edir. Pensiya təminatı, sosial müavinət, sosial yardım, sosial xidmət və tibbi xidmət də daxil olmaqla, sosial təminat hüququ ən mühüm sosial hüquqlardan biridir. Cəmiyyətdə artıq çoxdan ədalətlilik, azadlıq, insanın ayrılmaz hüquqları, o cümlədən, sosial hüquqlar haqqında ümumbəşəri ideyalar və dəyərlər formalaşmışdır. Getdikcə daha geniş məzmuna malik olmaqla, bu ideyalar hüquqisosial dövlət konsepsiyasının əsasında dayanır. Cəmiyyətin sosial həyatının təşkili və insanlar arasında qarşılıqlı münasibətlərin əsas prinsipləri artıq beynəlxalq aktlarda təsbit olunmuşdur. Bu prinsiplər bütün inkişaf etmiş və sivilizasiyalı ölkələrin hüquq sisteminin əsasını təşkil edir. A.E.Kozlovun fikrincə, sosial hüquqların xüsusi qrupda birləşdirilməsi onun əsas xüsusiyyəti kimi şəxsiyyətin maddi və qənaətbəxş tələbatına yönəlməsilə müəyyən edilə bilər.

   Dövlət qulluqçularının sosial-hüquqi müdafiəsinə dair məsələnin qanunvericilikdə təsbit edilmiş dövlət qulluğunun prinsipləri sırasında öz əksini tapması onların konstitusion hüquqi təminatlar sisteminin tərkib hissəsi kimi xarakterizə edilir. H.e.d. Ə.H.Rzayev dövlət qulluğunun prinsiplərini: qanunçuluq, demokratikləşmə, nəzarət, məsuliyyət və sosial-hüquqi müdafiə sistemlərini qruplarda birləşdirmişdir. Dövlət qulluqçularının sosialhüquqi müdafiəsi, onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi prinsipi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun 4-cü maddəsində təsbit edilmişdir.

 Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində dövlət qulluqçularının dövlət məvacibi almaq, əlavə təhsili və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla, qulluqda irəli çəkilmək və ya dövlət maaşının məbləğinin artırılması iddiasında olmaq, elmi və yaradıcılıq fəaliyyətilə məşğul olmaq, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsilə pedaqojibaşqa ödənişli fəaliyyətlə məşğul olmaq, əmanətlərdən, depozitlərdən, qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək, müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaqmüvafiq təlim keçmək, habelə təhsil məqsədilə məzuniyyət almaq, qanunvericilikdə nəzərdə tutulmuş hallardaqaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özününya ailə üzvlərinin müalicəsilə əlaqədar və elmi məzuniyyətlər), özününya ailə üzvlərinin əlilliyi, sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar pensiyalar və müavinətlər almaq kimi sosial hüquqları təsbit edilmişdir. Ş.İ.Əliyevin fikrincə, sosial hüquqlar cəmiyyətdə sosial gərginliyin aradan qaldırılması məqsədilə əhalinin sosial müdafiəsinin həyata keçirilməsi və praktiki təşkili ilə bağlı ictimai münasibətləri tənzimləyən beynəlxalq hüquq institutu kimi nəzərdən keçirilir.

  

   Vahid Ömərov,

   fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 12 may.- S.15.