Ulu öndər Heydər
Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar
bölgələrdə müxtəlif tədbirlər keçirilir
Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar bölgələrdə müxtəlif tədbirlər keçirilir. Ümummilli liderin tarixi xidmətləri minnətdarlıqla xatırlanır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Mingəçevirdə iməciliyik keçirilib. İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri bu aksiyada fəal iştirak ediblər. İlk növbədə ulu öndərin adını daşıyan parkda ağaclara qulluq edilib, yeni tinglər və gül kolları əkilib. Gün ərzində Dostluq və Sahil parklarında, Şəhər Mərkəzi Xəstəxanasınnı, Mingəçevir Dövlət Universitetinin, Turizm Kollecinin həyətlərində, mərkəzi küçə və prospektlərdə, Gəncə şossesində 3 mindən çox ting,15 minədək gül kolu salınıb.
Lənkəranda isə şəhər icra hakimiyyətinin, idarə və müəssisələrin kollektivləri ulu öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar. Lənkəran Şəhər İcra hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Lənkəran şəhər təşkilatının birgə təşəbbüsü ilə “Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir” mövzusunda konfrans keçirilib. Sonra Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib, 2 min 500 ağac tingi, 3 min gül əkilib. Lənkəranda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə də ağac əkmə kampaniyası keçirilib. Kampaniyada Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi, Lənkəran 1-saylı ərazi üzrə Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin Rayon şöbəsinin, eləcə də, Hirkan Milli Parkının əməkdaşları iştirak ediblər Onlar Lənkəran meşəbəyliyinin 19-saylı meşə dolayısının Bəlləbur kəndinin ərazisində yerləşən 2,5-hektar boş torpaq sahəsində 4 min 500 tuya, sərv, dəmirağacı, çinar, eldar şamı və küknar tingləri əkiblər.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Şirvan şəhərində keçirilən tədbirlərin işrirakçıları əvvəlcə ümummilli liderin abidəsini ziyarət ediblər. Toplantıda çıxış edən Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov müstəqil dövlətimizin yaradıcısı və memarı ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Sonra icra stukturlarının kollektivləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri Heydər Əliyev prospekti boyunca, parklarda və Şəhidlər Xiyabanın ətrafında ağac tingləri və gül kolları əkub.
Yevlaxda icra və hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisəlrinin kollektivləri, ictimaiyyətin nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər. Sonra yevlaxlılar iməciliyində iştirak edib, şəhərin mərkəzi prospekt və küçələri boyunca, yaşayış məhəllələrində, aeroport yolunda, ipək yolunun Yevlaxdan keçən hissəsində, Yevlax-Bərdə yolunun kənarlarında 6 min çinar, eldar şamı, sərv, göyrüş, söyüd tingi, 3 min gül kolu əkiblər. Rayon mərkəzi xəstəxanasının, orta məktəblərin hətində də səliqə-səhman yardılıb, yeni yaşıllıqlar salınıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Ağdaşda da qeyd olunub. Ulu öndərin abidəsi önünə gül dəstələri düzülüb. Ulu öndərin doğum günü ilə əlaqədar ümumrayon iməciliyi də keçirilib. Təxminən 2 min nəfərin iştirak etdiyi iməcilik zamanı Bakı-Şamaxı-Yevlax yolunun Ağdaşdan keçən hissəsinin, eləcə də Ağdaş-Ləki avtomobil yolunun kənarlarında, Ağdaş meşə mühafizəsi və bərpası müıssisəsinin ərazisində 5 min şam, çinar, qarağac, söyud və akasiya tingi əkilib və suvarılıb.
Ucar Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin kollektivləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini hörmət və ehtiramla anıblar. Ucarlılar ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə kompaniyasında da fəal iştirak ediblər. Təxminən 1000 nəfəri iştirak etdiyi iməcilkdə Ucar-Göyçay avtomobil yolunun kənarlarında, Məmməd Əmin Rəsulzadə, 28 may, 20 yanvar küçələrində 1500 ağac tingi əkib. Yeni yaşıllıqlara su verilib. Mövcud ağac və gül kollarına da qulluq edilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı Zərdabda əvəvlcə ulu öndərin abidəsini ziyarət edilib. Rayon icra hakmiyyətinin başçısı Lütvəli Babayev ulu öndərin tarixi xidmətlərindən danışıb. Toplantı iştirakçıları Heydər Əliyev Mərkəzinin eksponatları ilə tanış olan, ulu öndərin həyat və fəaliyyətini əks etdirən filmə tamaşa ediblər. Heydər Əliyev adına parkda məktəblilərin əl işlərinin və kitab sərgisi açılıb. Sərgidə 200 adda 1200 nüsxədən çox kitab nümayiş olunub. Sonra isə Zərdab-Ucar avtomobil yolunun kənarlarında 3 min 500 ağac tingi əkilib.
Sabirabad rayonunda da silsilə
tədbirlər keçirilib. Rayonun icra,
hüquq-mühafizə orqanlarının,
idarə və müəssislərin kollektivləri
əvvəlcə ulu öndərin adidəsi önünə gül düzülüb, xatirəsi
ehtiramla anıblar.
Sonra ulu öndərin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. Konfransda çıxış edən Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim
İsmayılov ulu öndərin həyat və fəaliyyətindən,
Azırbaycan tarixindəki
yeri və rolundan danışıb.
Sonra rayonda iməcilik keçirilib, Heydər Əliyev və Muğan prospektləri boyunca və məhəllələrdə səliqə-səhman
yaradıb, ağac tingləri əkiblər.
Ulu öndər
Heydər Əliyevin anadan olmasının
93-cü ildönümü Saatlıda da qeyd edilib. İdarə və
müəssisələrini kollektivləri, rayonun yüzlələ sakini ümummilli liderin abidəsi önünə
gül dəstələri
düzüb. Sonra Rayon İcra
Hakimiyyətinin təşəbbüsü
ilə agacəkmə
kampaniyası keçirilib.
Park və xiyabanlarda,
Qazıməmməd-Bəhrəmtəpə,
Saatlı-Musalı-Məzrəli avtomobil yollarının hər iki tərəfində
agac əkilib. Əkilən
tinglər arasında Gəncə çinarı
və küknar üstünlük təçkil
edib. Əkilən
hər bir tingə qulluq edilib, onların dibi bərkidilib,
suvarılıb və
mühafizəsi üçün
tədbirlər görülüb.
Kürdəmirdə keçirilən tədbirlərin
iştirakçıları ulu öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar. Ceyhun Cəfərov
çıxışında bildirib ki, ölkəmizdəki
ictimai-siyasi sabitlik, iqtisadi inikişaf, əhalinin həyata şəraitinin yaxşılaşması
ulu öndərin əsasını qoydugu siyasətin məntiqi davamıdır. Daha sonra
rayonda bütün idarə, müəssisə
və təşkilatların
kollektivlərinin iştirakı
ilə minlərlə
agac və gül kolları əkilib. Yaşlıllıqllar Bakı-Qazax magistral
avtomobil yolunun ətrafında, park və
xiyabanlarda, Bayraq meydanının ətrafında
salınıb. Əkilən tinglərə qulluq göstərilib.
Ümummilli lider Heydər Əliyevin dogum günü İmişli rayonunda da qeyd
olunub. Əvvəlcə ulu öndərin
abidəsi ziyarət edilib. İmişli rayon icra hakimiyyətinin
başçısı Vilyam
Hacıyev ümummilli
lider Heydər Əliyevin həyat və fəaliyyətindən
danışıb. Bildirilib ki,
1993-cü ildə ulu öndərin ölkə rəhbərliyinə qayıdışı
ilə vətəndaş
müharibəsinin qarşısı
alınıb, ölkəmizdə
ictimai-siyasi sabitlik bərpa edilib, iqtisadi inkişaf, hüquqi və dümokratik dövlət quruculuğu başlayıb.
Sonra rayonda yaşıllaşdırma
aksiyası keçirilib.
Müxtəlif növ agac və gül kolları əkilib, movcud yaşıllıqllara
qulluq edilib.
Daşkəsəndə ümummilli lider Heydər Əliyevin anadan olmasının
93-cü ildönümü bir sıra tədbirlərlə
qeyd olunub. Əvvəlcə içtimayyətin nümayədələri,
idarə, müəssisə
və təşkilatların
kollektivləri ulu öndərin abidəsini ziyarət ediblər.
Sonra Heydər Əliyev mərkəzində
eksponotlarla tanış
olublar. "Əbədiyaşar
lider" filmi nümayiş edilib. Rayon icra hakimiyyətinin
başçısı Əhəd
Abıyev "Müstəqil
Azərbaycan Heydər
Əliyevin şah əsəridir" mövzusunda
məruzə edib.
Tədbirdə Yeni Azərbyacan
Partiyası Daşkəsən
rayon təşkilatının yeni üzvlərinə vəsiqələr təqdim
olunub.
Səs.- 2016.- 12 may.- S.10-11