"Multikultral dəyərlər və azərbaycançılıq"

 

Bu mövzuda Yevlaxda Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının zona müşavirəsi keçirildi      

Dünən Yevlax şəhəri Mərkəzi Mədəniyyət Evində Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının zona müşavirəsi keçirildi. YAP Qadınlar Şurasının Qarabağ zonası üzrə regional müşavirəsində 3 şəhər, 8 rayon olmaqla, ümumilikdə regiondan 11 ərazi üzrə YAP Qadınlar Şurasının üzvüləri, eyni zamanda, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri qoydular. Sonra tədbir Mərkəzi Mədəniyyət Evində davam etdirildi.

Tədbiri giriş sözü ilə YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev açaraq bildirdi ki, 2016-cı il Möhtərəm  Prezident Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə "Multikulturalizm ili" elan olunmuşdur: "Multikultural dəyərlərin Azərbaycan modelinin təbliği istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilir. YAP cəmiyyətimizin siyasi avanqardı, ölkənin ən nüfuzlu və ən qüdrətli siyasi qüvvəsidir. Bu baxımdan, YAP Qadınlar Şurasının bu istiqamətdə gördüyü işlər tədqirəlayiqdir. Regionda bu cür tədbirin keçirilməsi multikultural dəyərlərin Azərbaycan modelinin aşılanması gözlənilən əlamətdar hadisədir".

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva multikultural dəyərlərin Azərbaycanda formalaşmasında və qorunmasında qadınların rolundan, onların ölkənin siyasi strukturunda özünəməxsus mövqeyindən geniş söz açdı. O, qeyd etdi ki, müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini gender bərabərliyi təşkil edir:"Azərbaycanın gender məsələləri ilə bağlı özünəməxsus dövlət siyasəti də qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlmişdir. Məhz bu siyasət nəticəsində, ölkədə qadınlar daha çox yüksək vəzifələrə layiq görülür, onlara, xüsusən, təhsil sahəsində böyük kollektivlər etibar olunur, idarəetmədə daha çox humanist və dəqiq olmaları nəzərə alınaraq, vacib strukturqurumlara rəhbər təyin olunurlar. Onu da qeyd etməliyəm ki, bu qadınların əksəriyyəti ölkənin yeganə hakim partiyası olan YAP üzvləridir. Bildiyiniz kimi, Azərbaycan tarixi İpək Yolunda yerləşən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Butün bunlar onu göstərir ki, Ulu Öndər Heydər Əliyevin qurub-yaratdığı azərbaycançılıq ideologiyası bu gün multikulturalizmin Azərbaycan modelini dünyaya bəxş etmişdir".

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının qadınlar şurasının sədri Əminə Əhmədova bildirdi ki, fəxrlə vurğulamağa dəyər ki, bu gün möhtəşəm YAP ordusunda qadınlar çoxluq təşkil edirbu qadınları YAP-ın sıralarına öz əqidələri, müstəqil dövlətimizi möhkəmləndirməkdə, sosialyönümlü siyasət yeritməkdə ona köməkçi olmaq istəkləri gətirmişdir. O, qeyd etdi ki, beynəlxalq anlayışda multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşüona uyğun siyasət kimi qəbul olunur:"Bəlkə də Azərbaycan dünyanın yeganə ölkəsidir ki, burada müxtəlif dinlərin və məzhəblərin rəhbərləri daim görüşür, məsləhətləşir, ümumdövlət tədbirlərində isə onları həmişə bir arada görmək olur. Sosial-mədəni inteqrasiyanın baş verməsi üçün dövlət siyasətinin mühüm əhəmiyyəti vardır. Bu siyasət bütün mədəni müxtəlifliyə eyni münasibət bəsləmək, eyni imkanlar yaratmaqdan ibarətdir".

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, YAP Ağcabədi rayon təşkilatı qadınlar şurasının sədr müavini Radə Qafarova, YAP Mingəçevir rayon təşkilatı qadınlar şurasının sədri Nurcamal Məmmədova, YAP Tərtər rayon təşkilatı qadınlar şurasının üzvü Türanə Məmmədzadə qadının cəmiyyətdə rolundan, onların ölkəmizin ictimai-siyasi həyatına verdikləri töhfələrdən danışaraq, qadınları cəmiyyətin ən aparıcı qüvvəsi kimi qiymətləndirdilər. Qeyd olundu ki, Azərbaycan qadını doğma yurdun əmin-amanlığı, inkişafı, gündən-günə çiçəklənməsi və öz övladlarının, ailəsinin xoşbəxtliyi naminə dövlətimizin, onun rəhbərinin yürütdüyü daxilixarici siyasətə yüksək dəyər və önəm verir. Tədbirdə o da vurğulandı ki, bu gün cəbhə bölgəsində yaşayan və çalışan Azərbaycan qadınları öz mərdlikləri, ruh yüsəklikləri ilə örnəkdirlər. Cənab Prezidentin, Azərbaycanın Birinci Xanımı  Mehriban xanım Əliyeva ilə birgə cəbhə bölgəsinə son səfəri cəbhə bölgəsində yaşayan xanımlara və analara böyük ruh yuksəkliyi vermişdir.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva yekun nitqi ilə çıxış edərək, bildirdi ki, bu gün azərbaycançılıq ideologiyası və multikulturalizm bir-birini tamamlayan, mənəvi impulslarla zənginləşdirən dəyərləri özündə birləşdirir: "Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır və müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır".

O, qeyd etdi ki, müasirimiz olan Azərbaycan qadını xoşbəxtdir, çünki ona özünü təsdiq etmək, seçib-seçilmək, övladlarının səadəti, doğma yurdun intibahı naminə fəaliyyət göstərmək, çalışmaq üçün bərabər imkanlar və bərabər hüquqlar yaradılmışdır.

       

Zümrüd BAYRAMOVA

Səs.- 2016.- 12 may.- S.6.