Bəstəkar ömrünün səhifələri  

 

 

Aprel ayında Azərbaycan Respublikası Dövlət Mükafatları Komissiyası elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 2016-cı ilin Dövlət Mükafatlarına bir çox işləri təqdim etmişdir. Mədəniyyət sahəsi üzrə təqdim olunan 8 arasında isə görkəmli bəstəkarımız Firəngiz Əlizadənin violonçelsimfonik orkestr üçün "Mərsiyə" adlı konserti də vardır. Bu məqsədlə 5 may 2016-cı ildə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində görkəmli bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, professor, Şöhrət ordenli Firəngiz Əlizadə ilə görüş keçirilmişdir. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, musiqişünaslar, Bakı Musiqi Akademiyası və Bakıdakı muzeylərin əməkdaşları, habelə xalq artistinin yaradıcılığının pərəstişkarları iştirak etmişlər.

Görüşü giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru əməkdar incəsənət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova açaraq qonaqları salamlayaraq tədbiri aparmaq üçün sözü Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamovaya verdi. Jalə Qulamova ilk öncə Firəngiz Əlizadənin yaradıcılıq yolu haqqında maraqlı məruzəylə çıxış etdi. Bəstəkarın yaradıcılıq yolunu əks etdirən filmviolonçelsimfonik orkestr üçün "Mərsiyə" adlı konserti izlənildi. Sonda görkəmli bəstəkar və musiqişünaslarımız Firəngiz xanım haqqqında öz ürək sözlərini dedi, onun mükafa təqdim edilən əsərinə öz müsbət fikirlərini bildirərək ona dəstək olduqlarını vurğuladılar.

Firəngiz Əlizadə haqqında çox deyilib, çox yazılıb. Onun şöhrəti təkcə bizim ölkəmizdə deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda yayılıb. O, Azərbaycan musiqi mədəniyyətini dünya miqyasında layiqincə təmsil edən ən görkəmli şəxsiyyətlərdən biridir. Mən bu gün bir daha onun yaradıcılığına qısa bir nəzər salmaq istyirəm.

Firəngiz Əlizadə XXI əsrdə dünya musiqi mədəniyyətində öz sözünü demiş, öz yeni dəsti-xətti ilə seçilən böyük bəstəkarlardan biridir. Onun musiqi təfəkkürünün mədəniyyət fəlsəfəsi iki mədəniyyətin - Qərb və Şərq mədəniyyətlərinin unikal birliyidir. Firəngiz Əlizadənin yaradıcılığı geniş və çoxşaxəlidir. İstedadlı bəstəkar, virtuoz pianoçu, tələbkar dirijor, dərin düşüncəli musiqişünas, təcrübəli pedaqoq, musiqi təbliğatçısı və ictimai xadim kimi müstəsna xidmətlərə malikdir.

Onun yaradıcılığında əsas sahə bəstəkarlıq olsa da, ifaçılıqda özünün parlaq, orijinal üslubunu tapmışdır. Onun çalğısında əsas yeri müasir, geniş tamaşaçıya az tanış olan, nadir hallarda ifa edilən musiqi əsərləri tutur. Con Keyc, Corc Kramb, Olivye Messian, Paul Hindemit, Arnold Şönberq, Alban Berq kimi bəstəkarların əsərlərinin azərbaycanda ilk ifaçısı məhz Firəngiz Əlizadə olmuşdur. O, eyni zamanda öz əsərlərinin təqdimatında pianoçudirijor kimi də çıxış edir.

Bir bəstəkar kimi onun yaradıcılıq irsi son dərəcə geniş və zəngindir. Bunu onun müraciət etdiyi müxtəlif janr və rəngarəng mövzularda görmək olar. Belə əsərlərdən simli kvartet, simfoniya, "Vətən haqqında nəğmələr" oratoriyası (N.Xəzrinin sözlərinə), violonçel ilə fortepiano üçün "Habilsayağı", orqan üçün fantaziya, " atlı haqqında əfsanə" rok-operası, "Üç akvarel" vokal silsiləsi (N.Rəfibəylinin sözlərinə), simli kvartet üçün "Dilogiya-1", "Dilogiya-II", "Dərviş" əsərinin, kinofilmlərə musiqis.-nin müəllifidir.

Eyni zamanda bəstəkarin böyük mənəvi və əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən "İntizar", "Sənin adın Dənizdir", "Boş beşik" və "Stadt-Graniza" baletləri, "Oazis", "Dərviş", "Abşeron" -müxtəlif ifaçılıq tərkibi üçün instrumental kompozisiyaları, "Silk Road" konserti, violonçel və orkestr üçün konsert "Mərsiyə", böyük simfonik orkestr üçün "İthaf", 12 violonçel üçün "Metamarfozlar" və s. bu kimi əsərləri mötəbər konsert səhnələrində bu günböyük coşqu ilə səslənir və dünyanın ən nüfuzlu musiqi ifaçılarının repertuarlarını bəzəyir.

Firəngiz Əlizadə bir çox müasir musiqi festivallarında iştirak etmişdir. Onun əsərləri dünya şöhrətli nüfuzlu ifaçılardan İvan Monigettinin, David Qerinqasın, Yo YO Manın, Evelinh Qlenninin, Elizabet Mozerin, Alim Qasımovun və məşhur ansambllardan KronsQuartet (ABŞ), Die 12 Cellisten der Berliner Philormoniker (Almaniya) və digərlərinin repertuarında öz yerini tutmuşdur.

 

Firəngiz Əlizadənin minlərlə insanın qəlbini fəth edən və məhz milli mənbələrdən, xalq musiqisinin dərin qatlarından qidalanan müxtəlif janrlarda yazdığı əsərləri artıq dünya musiqi xəzinəsinin sərvətinə çevrilmişdir. Elə təkcə bu il 2016-ci ildə Almaniyada - Koburg Opera ve Balet teatrinda Firəngiz Əlizadə musigisinə "Gizli əhvalatlar" adlı Balet goyulub və 11 tamasa gostərilib. 4 fevral tarixində San Franciskoda "DANCE" adlı yeni əsərinin premyerası Kronos kvarteti tətrəfindən olub. Daha sonra - Mart 11-də Munxendə, 21-də isə Vyanada"Geybe gedən gozellikler" əsərinin premyerası keçirilib.

Aprelin 27-də Heydər Əliyev Sarayında "İnklüziv cəmiyyətlərdə birgə yaşayış: çağırış məqsəd" şüarı altında keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun iştirakçıları üçün F.Əlizadənin rəhbərliyi ilə təşkil olunan qala-konsert çox böyük əks-səda doğuran hadisələr sırasındadır. Bu siyahını çox artırmaq, onlar haqqında saatlarla danışmaq olar.

Firəngiz Əlizadənin çoxtərəfli fəaliyyətinin bir sahəsi onun elmi yaradıcılıqla məşğul olmasıdır. O, daima dövri elmi mətbuatda maraqlı, aktual xarakterli, dərin mənalı məqalələrilə çıxış edir. Nəşr etdirdiyi kitabları dərin düşüncəli bir musiqişünas olduğından xəbər verir.

Bir qədər bu böyük insanın pedaqoq kimi fəaliyyətindən danışmaq istərdim. Tələbəlik illərində dünyaşöhrətli bəstəkar, pedaqoq, böyük musiqisiçi Qara Qarayevlə sıx sənət ünsiyyətində olması onun həm bir istedadlı bəstəkar, həm pedaqoq kimi formalaşmasında böyük rol oynamışdır. O, 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətlə məşğul olmuş, 1997-ci ilədək Mersin Konservatoriyasında professor vəzifəsində çalışmiş, 1999-cu ildə Almaniyaya, Berlin İncəsənət Akademiyasınına ("Akademie derKünste") dəvət almışdır. Yaradıcılığının 12 ili Almaniyanın Berlin şəhəri ilə bağlıdır. Burada o, müasir musiqidə araşdırmalar aparır, açıq dərslər verir. Onun Almaniyadakı açıq dərsləri - "Masster-class"ları bu günə qədər davam edir. Dünyanın hər yerindən yaz-yay aylarında Firəngiz Əlizadə dərslərini dinləməyə musiqiçilər gəlirlər.

Firəngiz Əlizadənin fəaliyyəti yalnız bəstəkarlıqla da məhdudlaşmır. Firəngiz xanımın bir ictimai xadim kimi mədəniyyət tariximizdə layiqli yeri var. O, 1974-cü ildən SSRİ Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olmuş, 1979-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, 2007-ci ildə isə bu təşkilatın sədri seçilmişdir. Sənətkar həmçinin milli musiqinin geniş təbliği istiqamətində Dövlət tərəfindən həyata keçirilən böyük layihələrin gerçəkləşməsində fəal rol oynayır. Son vaxtlar Azərbaycan Bəstəkarlar İttifaqının xətti ilə keçirilən tədbirlər, milli musiqimizin inkişafına xidmət edən layihələr məhz Firəngiz xanımın ideyalarına əsaslanır. Bu ideyalar milliliklə müasirliyin əsl təzahürünü özündə əks etdirir bu gün artıq Azərbayjanın musiqi həyatında geniş əks olunur, onun sələfləri tərəfindən davam etdirilir.

Sənətkar həmçinin milli musiqinin geniş təbliği istiqamətində Dövlət tərəfindən həyata keçirilən böyük layihələrin gerçəkləşməsində fəal rol oynayır. Belə layihələrdən son illərdə keçirilən "Muğam aləmi" Beynəlxalq muğam festivallarını, muğam ifaçılarının Beynəlxalq müsabiqələrini, "İpək yolu" Beynəlxalq Musiqi Festivalını xüsusi qeyd etmək lazımdır.

Bir qədər Firəngiz Əlizadənin Dövlət Mükafatına təqdim olunan violonçel orkestr üçün "Mərsiyə" adlı konserti haqqında danışmaq istərdim. Bu əsər dünyanın ən məşhur violonçelistlərinin orkestrlərinin ifasında səslənmişdir. Bu yaxınlarda bəstəkar əsərin ikinci redaksiyasını da işləyib hazırlamış əsər Rusiyada böyük təntənə ilə qarşılanmışdır. Firəngiz Əlizadənin bu möhtəşəm konserti 2001-ci il senytabrın 11-də Nyu-Yorkda baş verən faciəyə həsr olunmuşdur. Terror bütün tərəqqipərvər bəşəriyyət üçün ciddi təhlükədir. Terrorun harada kim tərəfindən törədilməsindən asılı olmayaraq, nəticə etibarə ilə onun günahsız insanların həyatına yönələn qəsd olması bəşəriyyətin bu ciddi təhlükəyə qarşı birgə mübarizəsini daim gündəmdə saxlayır. 11 sentyabr 2001-ci ildə Nyu-Yorkun məşhur "Əkiz göydələnləri"nin terrorçuların hücumuna məruz qalması ilə dünyada yeni proseslər cərəyan etməyə başladı desək yanılmarıq. Dünya siyasətində köklü dəyişikliklərə səbəb olan bu hadisədən sonra bütün dünyada sanki fəlakətlər tüğyan etməkdədir. Müharibələr, terrorlar, bu qanlı hadisələri qurbanına çevrilən günahsız insanlar... Firəngiz xanım bu əsərində məhz müasir dünyanın faciələrini, keşməkeşli ziddiyyətlərini əks etdirməyə çalışmış, insanların ağrı-acısını musiqi dili vasitəsilə verməyə nail olmuşdur. Bu əsər dünyada baş verən hadisələrə öz münasibətini bildirən bəstəkarın sanki dünya insanlarına bir çağırışıdır. Sonda isə bəstəkarın bütün əsərlərində olduğu kimi bu əsərdə nikbinlik, mübarizlik, gələcəyə böyük inam eşidilir.

Məhz bütün bu dediklərimiz bəstəkarın violonçel simfonik orkestr üçün "Mərsiyə" əsərinin Dövlət Mükafatına təqdim olunmağa tam layiq olduğunu deməyə əsas verir. Biz bunu dəstəkləyir, öz müsbət fikirlərimizi bildiririk. Gəlin unutmayaq ki, belə sənətkarın hər bir uğuru Azərbaycan musiqisinin geniş miqyasda nüfuzunun artması kimi çox mühüm bir işə xidmət edir. İnanırıq ki, onun əsərlərinin sədası bundan sonra da dünyanın ən məşhur konsert salonlarından gələcək. Bu işdə bizə yalnız uğurlar diləmək düşür.

 

Jalə Qulamova, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Səs.- 2016.- 13 may.- S.11.