Güclü dövlət konsepti:
Azərbaycan modelinin səmərəliliyi
Son zamanlar mütəxəssislər müstəqil dövlət quruculuğunun uğurlu modeli ilə bağlı tez-tez fikirlər söyləyirlər. Onlar güclü dövlət olmadan demokratik cəmiyyət formalaşdırmağın imkansızlığına vurğu edirlər. Lakin keçən əsrin 90-cı illərində Qərb ideoloqlarının təsiri altında alimlər daha çox liberal dəyərlərin dominantlığından bəhs edirdilər. Həmin çətin mərhələdə ulu öndər Heydər Əliyev Azərbaycan üçün güclü dövlət quruculuğu kursunu müəyyənləşdirdi və həyata keçirməyə başladı. Ötən müddət göstərdi ki, məhz bu model postsovet məkanında ən səmərəli modeldir. Dünyanın tanınmış alimləri də əsərlərində güclü dövlətin zəruriliyini vurğulamaqdadırlar. Onların sırasında Frensis Fukuyama və Andrey Sıqankov kimi təfəkkür sahibləri də vardır. Biz müasir alimlərin irəli sürdüyü tezislər müstəvisində Azərbaycanda həyata keçirilən güclü dövlət quruculuğunun bir sıra aspektlərinə nəzər salmaq istərdik.
Dövlət quruculuğu: milli təcrübə, dünya sistemi və "rəngli inqilablar"
XX əsrin 90-cı illərində
Sovet İttifaqının
dağılmasından sonra müstəqilliyini
əldə etmiş ölkələrin
hansı dövlət quruculuğu kursunu seçməsi ilə bağlı geniş diskussiyalar
başladı. Qərbin
təsiri ilə əksər respublikalarda
liberal demokratiya ideyaları
tüğyan edirdi. Bunun fonunda
dövlət quruculuğu
daha çox liberal dəyərlərin dominantlığını
təmin etməklə
əlaqələndirilirdi. Bu zaman ölkədə
nizam-intizamı, hüququn
aliliyini, təhlükəsiz
və firavan həyatı təmin edə biləcək dövlət strukturlarının
yaradılması məsələsi
sanki arxa plana atılırdı.
Həmin
dövrdə Heydər
Əliyev güclü
dövlət konsepsiyasını
Azərbaycanda reallaşdırmaqla
nə qədər uzaqgörən dövlət
xadimi olduğunu sübut etdi. Bunun məhz bu günlər
postsovet məkanı ilə yanaşı, dünyanın müxtəlif
regionlarında baş
verən hadisələr
də təsdiqləyir.Bəli,
Ulu Öndərin keçən əsrin
90-cı illərinin çox
qarışıq bir vaxtında seçdiyi yolun doğruluğunu təcrübə təsdiqlədi.
2004-cü ildə Frensis
Fukuyama yeni kitabının
girişində yazırdı:
"Bu kitabda mən göstərirəm ki, güclü dövlət quruculuğu müasir dünyanın ən vacib problemlərindən biridir, çünki dövlətin zəifliyi və dağılması dünyanın ən ciddi problemlərinin mənbəyidir..." (bax: Fukuyama F. State-Building: Governance and World
Order in the 21st Century. Cornell University Press, 2004, s.5).San-Fransisko Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər üzrə
professoru Andrey Sıqankov isə 2015-ci ildə yazdığı
"Güclü dövlət:
XXI əsrdə nəzəriyyə
və praktika" adlı məqaləsində
vurğulayır: "2008-ci ilin ikinci yarısından
dünya yeni inkişaf zolağına çıxdı... Yeni keçid dövrünün
istiqamətləri və
nəticələri hələ
aydın deyil... Qeyri-sabitliyin artması tendensiyası əksər
dövlətləri yeni
çağırışlar qarşısında son dərəcə
həssas hala gətirir" (bax: Üıqankov A.P. Silğnoe
qosudarstvo: teoriə i praktika v XXI veke/Rossiə v qlobalğnoy politike. 2015.
T.13, ¹3 May/İönğ. S.
8-18).Professor bunlardan çox
maraqlı bir nəticə çıxarır.
O, fikirlərinə davam
edərək yazır:
"Effektiv dövlətin
parametrləri və vəzifələrini yenidən
müəyyənləşdirmək zərurəti artır. İnkişafa yalnız milli
təcrübəyə və
ölkənin dünya
sistemindəki yerinə
uyğun gələn imkanlarını düzgün
müəyyənləşdirənlər
qabil olacaqlar. Digərləri isə,
"rəngli inqilablar"
təcrübəsi göstərir
ki, dağılacaqlar və ya dağılma
ilə zəifliyin sərhədində tarazlığı
saxlamağa çalışacaqlar"
(bax: əvvəlki mənbəyə).Burada alimin bir neçə
məqama vurğu etdiyini qeyd etmək
istərdik. Birincisi, ümumiyyətlə, dünya boyunca dövlətçiliyə yeni
çağırışlar meydana gəlib və onları bütövlükdə təhdidlər
kimi xarakterizə etmək olar. İkincisi, bu şəraitdə yalnız:
• milli təcrübə
əsasında dövlətin
imkanlarını düzgün
müəyyənləşdirə bilən;
• ölkənin müasir dünya sistemindəki yerini və rolunu obyektiv qiymətləndirən;
• "rəngli inqilablar"dan
uzaq duran ölkələrdə dövlət
öz funksiyasını
yerinə yetirə biləcək.
Deməli, müstəqilliyinə çatmış
ölkələr dövlətçilik
aspektində, faktiki olaraq, indi iki
düşərgəyə bölünüblər. Onların
bir qrupu güclü dövlət quruculuğunu həyata keçirərək sabitliyə
və inkişafa nail olublar. Digərləri isə "rəngli
inqilablar"ın təsiri
altına düşərək
xaosla nizamlılığın
sərhədində tərəddüd
edirlər. İkincilərin müstəqil dövlətçilik
kursunun baş tutub-tutmayacağı aydın
deyil.
Heydər
Əliyevin güclü
dövlət kursu: elmi qənaətlərin işığında
Bu fikirlərin işığında
Azərbaycanın dövlət
quruculuğu prosesində
məhz birinci qrupda olduğu tam aydın görünür. Hətta cəsarətlə
demək olar ki, postsovet məkanında
Heydər Əliyevin hazırladığı kurs
daha effektivdir. Rusiya Federasiyası belə Azərbaycan kimi səmərəli dövlət
quruculuğu apara bilməyib. Doğrudur, Rusiya başqasının
əsarəti altında
olmayıb və o, dünyanın ən böyük dövlətlərindəndir.Bu
faktı inkar etmək olmaz. Eyni zamanda, məhz bu səbəbdən, Rusiya Sovet İttifaqı
dağılandan sonra seçdiyi birmənalı
qiymətləndirilməyən dövlət quruculuğu yolundan çəkinərək,
Azərbaycanda tətbiq
olunan güclü dövlət kursuna uyğun xətti seçdi. Və məhz ondan
sonra Rusiyada dövlətçilik gücləndi.
Konkret desək, müəyyən
mənada Moskva Bakıdan nümunə götürdü. Sirr deyil
ki, Heydər Əliyevin dövlət quruculuğu konsepsiyasına
Kreml dəfələrlə
yüksək qiymət
verib.Belə çıxır
ki, Qərbin tanınmış alimlərinin
belə etiraf etdiyi güclü dövlət konsepti XXI əsrin ən səmərəli modelidir.
Bunu indi dərk edənlər Heydər Əliyevin hələ 23 il
əvvəl hazırlayıb
həyata keçirdiyi
siyasətin əhəmiyyətini
unutmasınlar. Azərbaycan dövlətinin
bu gün əldə etdiyi uğurların təməlində
məhz bu məqam dayanır. A.Sıqankovun yuxarıda vurğuladığımız
şərtləri aspektində
həmin tezisin doğruluğunu sübut edə bilərik.Heydər
Əliyev lap başlanğıcdan
xüsusi qeyd edirdi ki, dünyanın
inkişaf etmiş ölkələrinin dövlət
quruculuğu təcrübəsi
öyrənilməlidir, lakin
Azərbaycan üçün
bu sahədəki milli təcrübə əsasdır. Ulu Öndər
milli dövlətçilik
tarixini olduqca gözəl bildiyindən onun əsasında dövlət quruculuğunun
istiqamətini müəyyənləşdirdi.
O cümlədən Azərbaycan
Xalq Cümhuriyyətinin
təcrübəsini mütləq
surətdə nəzərə
aldı. Şərqin ilk demokratik respublikasının
hansı səbəblərdən
uzun müddət yaşaya bilmədiyinin bütün səbəblərini
analiz edərək, müasir şəraitə
uyğun xətt müəyyənləşdirdi.Heydər Əliyevin dövlət quruculuğu konsepsiyasının
çox mühüm cəhətini milli təcrübə əsasında
dövlətin imkanlarının
düzgün müəyyənləşdirilməsi
təşkil edir.
Özü də bunu Azərbaycan, ölkə üçün olduqca qeyri-müəyyən və
mürəkkəb olan
bir vəziyyətdə
də həyata keçirə bilir. Xatırlayaq ki, 90-cı illərin əvvəllərində dünyanın
böyük dövlətlərinin
ölkəmizə münasibəti,
açıq desək,
dostcasına deyildi.Onların
münasibətini müsbətə
doğru dəyişmək
üçün diplomatik
ustalıqla yanaşı,
qlobal sistemin obyektiv gerçəkliklərini
də nəzərə
almaq lazım idi. Bunun üçün düzgün
strateji-siyasi, iqtisadi, hərbi və mədəni addımları
ardıcıl atmaq gərək idi.Bizlər xatırlayırıq ki, həmin dövrdə Heydər Əliyev böyük səbir və peşəkarlıqla
həm Qərbin böyük dövlətlərinə
Azərbaycan həqiqətlərini
anladırdı, həm
də Rusiyanın dövlətçiliyimizə olan
münasibətini pozitiv
istiqamətdə dəyişirdi.
Bunları reallaşdırmaq üçün isə Azərbaycanın müstəqil
dövlət kimi dünya sistemindəki yeri və rolunu
obyektiv qiymətləndirmək
lazım idi. Təcrübə göstərdi ki,
dünyanın böyük
dövlətlərinin liderlərinin
belə anlamaqda çətinlik çəkdikləri
bu həqiqətləri
Heydər Əliyev tədricən sübuta yetirməklə, onların
mövqeyini tamamilə
dəyişdi. Azərbaycan dövlətçiliyi
tarixin sınağından
uğurla çıxaraq,
bütün çətinliklərə
qalib gəldi.Nəhayət,
"rəngli inqilablar"ın
yolunu Ulu Öndər əvvəlcədən
kəsmişdi. Bunu Heydər
Əliyev sosial-iqtisadi
islahatları, enerji siyasətini qətiyyətlə
həyata keçirməklə
etdi. Eyni zamanda, regionun
geosiyasi mənzərəsini
dəyişən addımlar
da atdı. Sui-qəsdlərə, bir sıra dairələrin
təxribatçı əməllərinə
sinə gərərək
dövləti maraqlara
uyğun gələn layihələri reallaşdırdı.
Həmin
sırada çox mühüm əhəmiyyət
kəsb edən məqam isə informasiya təhlükəsizliyinin
dövlət quruculuğu
fəlsəfəsində yerini
və rolunu dəqiq müəyyənləşdirməkdən
ibarət idi.Bu, strateji aspektdə olduqca vacib faktordur.
Çünki bu sahənin
mütəxəssisləri həmişə qeyd edirlər ki, informasiya vasitəsi ilə dövlətləri
və cəmiyyətləri
dağıtmaq mümkündür.
Zatən
indi də bu istiqamətdə bir sıra dövlətlərin
fəaliyyətini çoxları
görür. Təsadüfi
deyil ki, Çinin dövlət başçısı Si Szinpin
ABŞ-a məhz informasiya sahəsindəki
savaşı müzakirə
etmək üçün
səfər edir (bax: Si Üzinğpin popıtalsə v SŞA uspokoitğ
politikov i biznesmenov/"Lenta.Ru",
23 sentəbrə 2015). Belə çıxır
ki, dünyanın ən güclü dövlətləri üçün
belə informasiya təhlükəsizliyi strateji
önəm kəsb edir.Mütəxəssislər bütövlükdə
qlobal miqyasda informasiyanın rolunun yüksəlməsini vurğulayırlar.
Onlar hesab edirlər ki, müasir mərhələdə
informasiya vasitəsi ilə "insanların şüurunu manipulyasiya edirlər" (bax: Kara-Murza S.Q. Manipuləüiə
soznaniem. M.: GKSMO-Press, 2002. 832
s.). Yəni, onların psixologiyasına
elə təsir edirlər ki, insanlar yalanı həqiqət kimi qəbul edirlər. Bu əsasda vətəndaş
hətta öz dövlətinə və millətinə belə qarşı çıxa bilir.Bu reallıqlar Heydər Əliyevin dövlət quruculuğunda
informasiya təhlükəsizliyinin
təmininə verdiyi önəmin strateji əhəmiyyətini təsdiqləyir.
Azərbaycanda güclü dövlət
quruculuğunun həyata
keçirilməsi çox
doğru seçim idi. Bu əsasda
ölkədə demokratiyanı
da, vətəndaş
cəmiyyətinin formalaşdırılmasını
da uğurla başa çatdırmaq mümkündür.
Newtimes.az
Səs.- 2016.- 13 may.- S.6.