Azərbaycan multikulturalizm modeli dünyaya örnəkdir

 

Yeni Azərbaycan Partiyası Qadınlar Şurası partiyanın Binəqədi rayon təşkilatının qərargahında "Multikultural dəyərlər azərbaycançılıq" mövzusunda tədbir keçirib

 

Dünən YAP Binəqədi rayon təşkilatının qərargahında partiyanın Qadınlar Şurasının təşəbbüsü ilə "Multikultural dəyərlər azərbaycançılıq" mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon təşkilatının binası qarşısında ucaldılmış abidəsi önünə güllər düzüb, Ulu Öndərin əziz xatirəsini  böyük ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilaının sədri Ramiz Göyüşov Azərbaycanda mövcud olan multikulturalizm mühitindən, onun uzun illər boyu davam etdirilməsindən xalqımızın bu müqəddəs amallara hər zaman sadiqliyindən danışıb. Multikulturalizm siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bu gün dövlət başçısı İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini söyləyib.

Tədbirdə çıxış edən  YAP Qadınlar Şurasının sədr müavini, Milli Məclisin deputatı Sevinc Fətəliyeva multikulturalizm mövzusunun aktuallığından danışaraq, YAP Qadınlar Şurasının bu mövzu ətrafında respublikamızda silsilə tədbirlər keçirdiyini bildirib. O, Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsinin səbəbsiz olmadığını, multikulturalizm dəyərlərinin qorunması təbliğinə dövlət tərəfindən yüksək diqqət qayğı göstərildiyini qeyd edib. Ölkəmizdə dilindən, dinindən irqindən asılı olmayaraq bütün xalqların nümayəndələri üçün yaradılan yüksək şəraitdən danışıb. O, Azərbaycanda kilsələrin, sinaqoqların tikintisinə dövlət vəsaitinin ayrıldığını, onların sərbəst daha rahat ibadət etmələri, yaşamaları üçün hər cür şəraitin yaradıldığını qeyd edib.

 S.Fətəliyeva bildirib ki, artıq Azərbaycan neft ölkəsi kimi deyil, həm multukultural bir ölkə kimi tanınır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva multikulturalizm tolerantlıq ənənələrimizin beynəlxalq arenada təbliğinə böyük töhfələr bəxş edir. Özünün çoxəsrlik tolerantlıq multikulturalizm ənənələri olan Azərbaycan uğurlu multikulturalizm siyasətinin aparılmasına parlaq nümunədir.

Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanın özünəməxsus multikulturalizm dəyərlərinin olduğunu bu dəyərlərin daim qorunub-saxlanıldığını söyləyib. O, ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirləri, idman yarışılarını nümunə göstərərək, Azərbaycanın bununla bütün Avropaya dünyaya qucaq açdığını bildirib. Avropanın multikulturalizm dəyərləri ilə bağlı Azərbaycan təcrübəsindən yararlandığını bu siyasətin bundan sonra uğurla, məqsədyönlü şəkildə davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Bu istiqamətdə YAP qadınlarının, ölkəmizin ziyalı qadınlarının üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Hər bir vətəndaşın bu işə səfərbər olunmasının bu dəyərlərin təbliğinə böyük əmək sərf etməsinin əhəmiyyətini qeyd edib.

Tədbirdə YAP Binəqədi rayon təşkilatı qadınlar şurasının sədri Aytac Əliyeva, YAP Abşeron rayon təşkilatı qadınlar şurasının sədri Təyyubə Hüseynova, YAP Sumqayıt şəhər təşkilatı qadınlar şurasının üzvü Səkinə Sadıqova, Rus İcmasının nümayəndəsi Tatyana Məmmədova çıxış edərək, multikulturalizm siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıblar. Ölkə Prezidenti Cənab İlham Əliyevin  qeyd etdiyi kimi, multikulturalizm Azərbaycanda həyat tərzidir burada müxtəlif xalqların nümayəndələri birgə mehriban şəraitdə yaşayırlar. Onların sözlərinə görə, tarixən Azərbaycanda multikultural dəyərlər qorunub, bunu müxtəlif klassiklərimizin, intibah dövrü yazarlarının, maarifçi-demokratların əsərlərindən aydın görmək olar.

Tədbir mövzu ətrafında müxtəlif müzakirələrin aparılması ilə yekunlaşıb.

 

ZÜMRÜD BAYRAMOVA

 

Səs.- 2016.- 14 may.- S. 7.