Rəqabət hüququ və vətəndaşların azad sahibkarlıq fəaliyyətinin təminatı

 

Demokratik cəmiyyət və azad bazar iqtisadiyyatını öz inkişafının təməl prinsipləri kimi bəyan etmiş Azərbaycan Respublikası qarşısında duran ən ümdə məsələlərdən biri "iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermədən" vətəndaşların "qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək azad sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını" davamlı təmin etməkdir. Sürətlə qloballaşan çoxtərəfli beynəlxalq münasibətlər şəraitində yalnız bu yolla davamlı və rəqabət qabiliyyətli iqtisadiyyatı və sosial rifahı təmin etmək mümkündür.

Eldar Qocayev yazır: "Buna görə müasir qabaqcıl təcrübənin öyrənilməsi və müvafiq sahədə qanunvericilik və siyasətin daim təkmilləşdirilməsi inkişafda olan hər bir ölkə üçün çox vacibdir. Dünyada rəqabət qanunvericiliyi və siyasəti sahəsində ən səmərəli nümunələrdən biri Avropa İttifaqının (Aİ) rəqabət sistemi hesab olunurbir çox ölkələr müvafiq sahədə öz sistemlərinin təkmilləşdirilməsində bu modeldən bir nümunə kimi istifadə edir.

Avropa Komissiyası tərəfindən Aİ və Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlığa dair təqdim olunan müqavilədə "Antiinhisar Məcəlləsinin layihəsini qəbul etmək və müasir Aİ standartlarına uyğun antiinhisar qanunvericiliyi formalaşdırmaq üçün lazımi tədbirlər görmək" nəzərdə tutulmuşdur.

Ona görə də Aİ rəqabət hüququnun əsaslarının ölkəmizdə də daha düzgün anlaşılmasının vacibliyini nəzərə alaraq aşağıda Avropa İttifaqı (Aİ) sazişinin VII hissəsinin beşinci fəslinin 101-105-ci maddələrinin qısa şərhi verilmişdir.

Sazişinin 101-ci maddəsinin 1-ci hissəsi "ümumi bazarla bir araya sığmayan, məqsədi və ya nəticəsi ümumi bazar çərçivəsində rəqabəti məhdudlaşdıran, qarşısını alanbu sahədə qanunvericiliyi pozan istənilən müəssisələrarası razılaşmanı, müəssisə birliklərinin qəbul etdiyi qərarı və üzv dövlətlər arasında ticarətə təsir göstərən kartel hərəkətlərini qadağan edir".

Ümumi bazarda azad rəqabət mühitininqanunvericiliyinin pozulmasına görə qadağan edilən və cəza tətbiq edilməsi nəzərdə tutulan hal və hərəkətiərin təsnifatı 101-ci maddənin 1-ci hissəsinin dispozisiyasında aşağıdakı kimi verilmişdir:

a) alış və ya satış, yaxud digər ticarət şərtlərinə birbaşaya dolayı vasitələrlə qiymət müəyyənləşdirmək;

b) istehsal, bazarlar, texniki inkişafya investisiyanı məhdudlaşdırmaq və ya nəzarətdə saxlamaq;

c) bazarları və ya təchizat mənbələrini bölüşdürmək;

d) eyni cür müqavilələrə müxtəlif şərtlər tətbiq etməklə, digər ticarət partnyorlarına əlverişsiz rəqabət şəraiti yaratmaq;

e) partnyorlarla xarakterinə görə və ya ticarət təcrübəsinə müvafiq olaraq bu müqavilələrin predmeti ilə bağlı olmayan əlavə öhdəliklərin qəbulunu şərtləşdirən müqavilələrin bağlanması.

Maddənin 2-ci hissəsində qeyd edildiyi kimi, "bu maddənin qadağan etdiyi istənilən müqavilə və qərar avtomatik olaraq etibarsız hesab edilir". Lakin nəzərə almaq lazımdır ki, təsərrüfat münasibətlərində bəzən mahiyyətcə rəqabətə zərbə vurmayan, iqtisadi baxımdan faydalı, ancaq zahiri formal-hüquqi baxımdan 101-ci maddənin 1-ci hissəsinin təsiri altına düşməli olan müqavilələr qaçılmaz olur. Bu cür halları nəzərə alaraq mahiyyətcə mövcud normaları pozmayaniqtisadi baxımdan sərfəli olan müqavilələrin mətnindəki formal ifadə formasına görə zərər çəkmələrinin qarşısını almaq məqsədilə 101-ci maddənin 3-cü hissəsi, həmin maddənin 1-ci hissəsində göstərilən müddəaların tətbiqində müəyyən istisnaları nəzərdə tutur.

Belə ki, "əmtəə istehsalına, məhsulların çatdırılmasının (yayılmasının) yaxşılaşmasına, texnikiiqtisadi inkişafaya istehlakçıya keyfiyyətli və daha ucuz qiymətə mal (xidmət) əldə etməyə şərait yaradan-

a) sadalanan məqsədlərə çatmaq üçün müəssisələrə zəruri olmayan kartel məhdudiyyətləri tətbiq etməyən və

b) müəssisələrə müəyyən məhsulların (xidmətlərin) əhəmiyyətli hissəsini rəqabətdən qorumaq imkanı verməyən;

- müəssisələr arasında istənilən müqavilə və ya müqavilələr kateqoriyasına,

- müəssisə birlikləri tərəfindən qəbul edilmiş istənilən qərar və ya qərarlar kateqoriyasına və

- istənilən rəqabət siyasəti və ya bu cür siyasətin müxtəlif formalarına" 101-ci maddənin 3-cü bəndinə əsasən, bu maddənin 1-ci bəndində göstərilən qadağalardan istisnalar tətbiq edilir. Yəni 101-ci maddənin 3-cü bəndində göstərilən hallar olduqda müəssisələr (onlar arasında müqavilələr) həmin maddənin 1-ci bəndində göstərilən qadağalardan azad edilir.

E.Qocayevin fikrincə, AB Sazişinin 102-ci maddəsi - hökmran mövqedən sui-istifadəni qadağan edir. İnhisar mövqeyin mahiyyəti təsərrüfat subyektinin bazarda hökmran mövqeyi vasitəsilə nəzərə çarpır. Sazişdə "hökmran mövqe"nin konkret tərifi verilməsə də, o, Aİ rəqabət hüququnun əsas hədəflərindən biri olmaqla müəssisənin müvafiq bazarda normal rəqabəti dayandırmaq və müəyyən dərəcədə özünü rəqiblərdən, müştərilərdən və sonda istehlakçılardan müstəqil aparmağa imkan verən iqtisadi gücün olması kimi qəbul olunur.

Dünyanın bir çox ölkələrindən fərqli olaraq, Aİ-də hökmran mövqenin təyin edilməsi üçün konkret bazar payı müəyyənləşdirilməmişdir. Bununla yanaşı, "...əsasən, Aİ üzv ölkələrində 50 % bazar payı hökmran mövqe haqda gümanlar irəli sürmək üçün kifayət qədər əsas hesab olunur. Aİ rəqabət hüququnda "hökmran mövqe" məfhumunun rəsmi tərifi (anlayışı) ilk dəfə Avropa Komissiyası tərəfindən 1972-ci ildə "Continental Can" işi ilə əlaqədar olaraq verilmişdir. Bu anlayışa əsasən, "müəssisə o, hallarda hökmran mövqeyə malik olur ki, o, rəqibləri, alıcıları və satıcıları ilə hesablaşmadan müstəqil fəaliyyət göstərməyi özünə rəva görmək iqtidarında olur. Bu, elə bir vəziyyətdir ki, müəssisə bazar payı, həmçinin, texniki biliklər, xammal ehtiyatları və kapitala sahib olma səbəbindən, müvafiq əmtəəyə qiymət təyin etmək və ya istehsalına və ya bölüşdürülməsinə nəzarət etmək iqtidarına malikdir".

Təsərrüfat subyektlərinin bu cür mövqeyə malik olması qeyri-qanuni bir hal deyildir. Ümumiyyətlə, hər bir müəssisə fəaliyyət göstərdiyi müvafiq bazarda daim birinci olmaq, rəqiblərini qabaqlamaq və ən böyük paya malik olmaqla, daha çox gəlir əldə etmək istəyir. Bu azad bazar iqtisadiyyatında təsərrüfat fəaliyyətinin əsas qanunauyğunluqlarındandır.

Lakin bir sıra hallarda hökmran mövqeyə malik olan müəssisələr daha artıq gəlir əldə etmək məqsədilə bu mövqedən və bazardakı gücündən sui-istifadə edərək, qanunvericiliyi pozurnormal rəqabət mühitinə zərər vurur.

Ümumavropa bazarında, məhz bu cür hökmran mövqedən sui-istifadə hallarının qarşısının alınması və mövcud rəqabəti müdafiə etmək məqsədilə Sazişin 102-ci maddəsi inhisarbazar gücündən bəhs edir. "Onun hədəfi müəssisələr arasındakı müqavilələr (101-ci maddədəki kimi yox, hökmran mövqe ilə əlaqədar münasibətlərdir. O, hökmran mövqedən sui-istifadəni qadağan etməklə, digər rəqibləri bazarda fəaliyyət göstərən müəssisələrə qarşı sıxışdırıcı hərəkətlərdən çəkinməyə məcbur edir.

Belə ki, ümumi bazardaya onun əhəmiyyətli hissəsində birya bir neçə müəssisənin öz hökmran mövqeyindən sui-istifadə etməsini ümumi bazarla, o, həddən bir araya sığmayan hal kimi qadağan edilir ki, bu həddən sonra üzv dövlətlər arasında ticarətə zərər dəyə bilər. AB Sazişinin 102-ci maddəsində bu sui-istifadə halları aşağıdakı kimi müəyyənləşdirilmişdir:

a) birbaşaya dolayı vasitələrlə ədalətsiz alış və satış qiymətləri və digər ədalətsiz ticarət şərtləri müəyyənləşdirmək;

b) istehlakçılara zərər vuraraq istehsalı, bazarları və texniki inkişafı məhdudlaşdırmaq;

c) eyni cür müqavilələrlə əlaqədar ayrı-ayrı ticarət partnyorlarına müxtəlif şərtlər tətbiq etməklə, onlara əlverişsiz rəqabət şəraiti yaratmaq;

d) partnyorlarla, öz xarakteri etibarilə və ya ticarət praktikasına əsasən, bu müqavilələrin predmeti ilə əlaqədar olmayan, əlavə öhdəliklər qəbul etməsini şərtləşdirən müqavilələr bağlamaq.

Qeyd etmək lazımdır ki, sazişin 101 və 102-ci maddələri Aİ rəqabət hüququnun əsas istiqamət və hədəflərini müəyyənləşdirməklə digər maddələrdə irəli sürülən müddəaların da onların məzmununa uyğun olmasını şərtləndirir.

AB Sazişinin növbəti - 103, 104 və 105-ci maddələrı 101 və 102-ci maddələrin prinsip və müddəalarının İttifaqüzv dövlətlər səviyyəsində tətbiq olunması, nəzarət edilməsi və bunların təşkilati aspektlərindən bəhs etməklə bir-birini şərtləndirənya qarşılıqlı əlaqədə olan normaları əks etdirir.

Qeyd etmək lazımdır ki, Aİ rəqabət hüququnun bir məqalə çərçivəsində təqdim olunması mümkün olmayan mənbələrini əks etdirən əsas və törəmə normativ-hüquqi aktları özlüyündə böyük bir sistem təşkil edir.

Bu qısa təhlildən də göründüyü kimi, Aİ rəqabət hüququnun norma və müddəaları Azərbaycan da daxil olmaqla, rəqabət siyasəti və qanunvericiliyini təkmilləşdirmək istəyən ölkələr üçün yaxşı bir nümunədir. Bu cür təcrübənin öyrənilməsi Aİ ilə əməkdaşlıq, tərəfdaşlıq və Şərq qonşuluq siyasətinə dair müqaviləyə əsaslanan münasibətlər quranstrateji hədəfi bu quruma tam hüquqlu üzvlüyü olan bir sıra ölkələr, xüsusən, keçmişdə inzibati-amirlik təsərrüfatı və idarəçilik sisteminə malik olmuş ölkələr üçün nəinki faydalı, hətta zəruridir.

Eyni zamanda, Aİ-yə üzv ölkələrin bir çoxunun əvvəllər planlı iqtisadiyyata malik olmalarını, digər qismində isə dövlət mülkiyyətində olan müəssisələrin xüsusi yer tutduğunu və Azərbaycan Respublikası ilə bu ölkələrin iqtisadi sistem və idarəçilik metodlarında mövcud olmuş ümumi cəhətləri nəzərə alsaq, yeni dövrdə onların rəqabət qanunvericiliyi və siyasətinin təkmilləşdirilməsi sahəsində əldə etdiyi müsbət təcrübədən istifadə edilməsi daha məqsədəuyğun görünür.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2016.- 14 may.- S. 15.