İnsan haqları və seçki orqanlarının hüquqi mexanizmləri

 

Seçki prosesi digər hüquqi proseslər kimi bir-biri ilə qarşılıqlı əlaqə və təsirdə olan müxtəlif mərhələlərin məcmusundan ibarətdir. Seçki prosesinin hər bir mərhələsi özünəməxsus xüsusiyyətlərə malikdiröz əhəmiyyəti ilə seçilir. Bu mərhələlərdən biriniseçki orqanlarının formalaşdırılması mərhələsi təşkil edir. Seçki prosesinin hər bir mərhələsi, o cümlədən seçki orqanlarının formalaşdırılması mərhələsi seçkilərin nəticələri üçün yetərincə önəmlidir. Belə ki, seçkilərin nəticələrinin ədalətli və obyektiv olması həm də seçki orqanlarının formalaşdırılması mərhələsindən, seçki orqanlarının hüquqi statusundan asılıdır.

Elşad Nəsirov yazır: "Seçki hüquq normalarının tənzim etdiyi seçki hüquqi münasibətlərinin böyük bir hissəsini seçki orqanlarının formalaşdırılması və fəaliyyəti ilə bağlı münasibətlər təşkil edir. Seçki orqanlarının konstitusiya hüquqi statusunun araşdırılması aşağıdakı bir sıra vacib məsələnin hərtərəfli tədqiqini tələb edir:

- Seçki orqanlarının sistemi;

- Seçki orqanlarının tərkibi, təşkili və fəaliyyəti qaydası;

- Seçki orqanlarının seçki prosesinin təşkili, idarə edilməsi, seçkilərin keçirilməsi üzrə səlahiyyətləri;

- Seçki orqanlarının dövlət hakimiyyəti orqanları sistemində yeri;

- Seçki orqanlarının qəbul etdiyi aktlar və onların hüquqi qüvvəsi.

Tədqiq olunması zəruri olan bu məsələlərin hər biri həm ayrılıqda, həm də kompleks şəkildə seçki prosesi üçün mühüm əhəmiyyət kəsb edir. Nəticə etibarilə, seçkilərin son taleyi bu seçkiləri təşkil edən orqanların üzərinə düşən funksiyanı hansı səviyyədə və hansı peşəkarlıqla həyata keçirməsi ilə bilavasitə şərtlənir.

Müasir dünyanın ayrı-ayrı ölkələrində fərqli seçki sistemləri tətbiq olunduğu kimi fərqli seçki orqanları sistemi mövcuddur. Seçkilərin keçirilməsini təşkil və təmin edən bu orqanlar fərqli tərkibdə və fərqli orqanlar tərəfindən formalaşdırılır. Bu orqanların hüquqi statusu, səlahiyyətləri və dövlət hakimiyyəti orqanları sistemində yeri də fərqli ola bilir".

Müəllifin fikrincə, bu orqanlara hər bir dövlətdə mərkəzi seçki orqanları rəhbərlik edirbu orqanlar təşkili qaydası, tərkibi və hüquqi statusundan asılı olmayaraq seçkilərin keçirilməsi ilə bağlı əsas yükü daşıyır. Aşağı seçki orqanlarının sistemi isə müxtəlif səbəblərdən fərqli ola bilir. Bir qayda olaraq, dairə və məntəqələrdə seçki orqanları yaradılır. Belə ki, seçicilərin siyahıya alınması və səsvermənin keçirilməsi, habelə məntəqə üzrə səsvermənin nəticələrinin müəyyən edilməsi və s. üçün məntəqə-seçki komissiyasının yaradılması mütləqdir. Məntəqə-seçki orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, seçki qanunvericiliyinin icrasına nəzarətin həyata keçirilməsi, dairə üzrə seçkilərin nəticələrinin müəyyən edilməsi, mandatların seçki dairəsi üzrə namizədlər arasında bölüşdürülməsi funksiyasını və s. həyata keçirmək üçün dairə-seçki orqanları yaradılır. Bundan başqa federativ quruluşa malik olan dövlətlərdə federasiya subyektlərinin də öz seçki orqanları yaradılır və bu orqanlar subyektlərin dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına keçirilən seçkilərə rəhbərlik edir, habelə subyekt ərazisində federal dövlət hakimiyyəti orqanlarına seçkiləri təşkil edir.

E.Nəsirov yazır: "Qeyd etdiyimiz kimi, müasir dövrdə seçki orqanlarının fərqli sisteminin mövcudluğu ilə yanaşı, həm də fərqli formaları mövcuddur. Bu orqanlar, bir qayda olaraq, seçki komissiyaları şəklində formalaşdırılır. Lakin seçkilərin təşkil edilməsi və keçirilməsi səlahiyyəti adi halda digər funksiyaları həyata keçirən və seçkilər zamanı konkret seçki hərəkətlərinin yerinə yetirilməsi səlahiyyətinə malik olan orqanlara da həvalə oluna bilər". Məsələn, bir sıra hallarda mərkəzi seçki orqanının funksiyasını Daxili İşlər Nazirliyi (İtaliya, Böyük Britaniya), habelə Mərkazi Statistika İdarəsi yerinə yetirir. Bəzi ölkələrdə bu nazirliyin nümayəndələri dairə və məntəqə-seçki komissiyalarının rəhbəri olur (məsələn, AFR-də), Böyük Britaniyada isə məntəqə-seçki komissiyasının funksiyasını məmur-qeydiyyatçı həyata keçirir. Rus alimi V.Y.Çirkin "Xarici ölkələrin konstitusiya hüququ" dərsliyində qeyd edir ki, "Latın Amerikası ölkələrində seçki orqanları qismində seçki tribunalları, seçki şuraları və mülki qeydiyyatçı (seçicilərin siyahılarını tərtib edən orqan) çıxış edir". Əslində, bu orqanlar seçki komissiyalarınm funksiyalarını yerinə yetirsə də, faktiki olaraq, seçki komissiyaları deyil, çünki onlar seçkilərlə bağlı olsa da seçki komissiyalarının funksiyalarına daxil olmayan məsələlərin həlli üzrə də müəyyən səlahiyyətlərə malikdirlər. Müəllif sonra qeyd edir ki, "onlar seçkilərin təşkili və keçirilməsi ilə məşğul olur, seçki qanunvericiliyinə riayət edilməsinə nəzarəti təmin edir və seçkilərin nəticələrini müəyyən edirlər. Seçki tribunalları seçki komissiyalarının funksiyalarını (səsləri hesablayır, seçkilərin nəticələrini elan edir) və bəzi məhkəmə və inzibati funksiyaları (seçkilərdə pozuntuya görə vəzifəli şəxsləri istefaya göndərə bilərlər) həyata keçirirlər".

Müəllifin qeyd etdiyi kimi, seçki komissiyasının anlayışı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 1.1.4-cü maddəsində verilmişdir. Orada qeyd olunur ki, seçki (referendum) komissiyası - bu məcəllə ilə nəzərdə tutulan qaydada formalaşdırılan və seçkilərin (referendumun) keçirilməsini təşkil edən və təmin edən kollegial orqandır. Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə respublikamızda seçkilərin təşkili və həyata keçirilməsi, seçki qanunvericiliyinin təmin olunması kimi funksiyaların yerinə yetirilməsi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının, dairə və məntəqə-seçki komissiyalarının səlahiyyətlərinə aid edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 18-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasında seçki (referendum) komissiyaları sisteminə aşağıdakı komissiyalar daxildir:

- Azərbaycan Respublikasının Mərkəzi Seçki (referendum) Komissiyası;

- dairə-seçki (referendum) komissiyaları;

- məntəqə-seçki (referendum) komissiyaları.

Seçki komissiyalarının işinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəhlərlik edir. Bir məsələni qeyd etmək lazımdır ki, seçki komissiyaları Seçki Məcəlləsinin 35.4-35.6-cı maddələrində göstərilən məntəqə seçki komissiyaları istisna olmaqla daimi fəaliyyət göstərən dövlət orqanlarıdır.

Seçki Məcəlləsinin seçki orqanlarının fəaliyyət prinsiplərini nəzərdə tutan 17-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında seçkilər referendumlar seçki (referendum) komissiyaları tərəfindən təşkil edilir keçirilir. Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki (referendum) orqanları - seçki (referendum) komissiyaları seçkilərin (referendumun) hazırlanmasını, keçirilməsini, səsvermənin nəticələrinin seçkilərin (referendumun) yekunlarının müəyyən edilməsini, vətəndaşların seçki hüquqlarının həyata keçirilməsini müdafiəsini təmin edir, həmin hüquqlara riayət olunmasına nəzarət edirlər. Deməli, seçki qanunvericiliyinə əsasən, respublikamızda seçkilərin təşkili həyata keçirilməsi ilə bağlı məsələlərin həlli ixtisaslaşdırılmış, kollegial peşəkar seçki orqanlarına - seçki komissiyalarına həvalə edilmişdir.

     Seçki orqanlarının sistemi ilə yanaşı, diqqət cəlb edən araşdırılması xüsusi əhəmiyyət kəsb edən digər bir məsələ seçki orqanlarının tərkibi təşkili qaydası ilə bağlı olan məsələlərdir. Müxtəlif ölkələrdə seçki orqanlarının fərqli orqanlar tərəfindən fərqli təşkili qaydaları fərqli tərkibi, fərqli statusları mövcuddur. Belə ki, seçki orqanları parlament (Azərbaycan Respublikası, Özbəkistan), hökumət (Avstriya), məhkəmələr (Kosta-Rika), yerli özünüidarə orqanları (Ukraynada yerli seçki komissiyaları) yuxarı seçki komissiyaları (Azərbaycan Respublikası) tərəfindən formalaşdırıla bilər.

Dünya dövlətlərində mərkəzi seçki orqanlarının formalaşdırılması prosesində müxtəlif dövlət hakimiyyəti orqanlarının birgə iradə ifadəsinin tələb olunduğu hallar da yetərincədir. Məsələn, Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası 15 nəfər üzvdən ibarətdir paritet əsaslarla 5 üzvü Dövlət Duması (Dumadakı fraksiyalar digər deputat birlikləri tərəfindən irəli sürülmüş namizədlər sırasından) 5 üzvü Federasiya Şurası (Rusiya Federasiyası subyektlərinin qanunvericilik (nümayəndəli) icra hakimiyyəti orqanları tərəfindən irəli sürülən namizədlər sırasından) tərəfindən, qalan 5 üzvü isə Rusiya Federasiyasının prezidenti tərəfindən təyin olunur.

Artıq qeyd etdiyimiz kimi, mərkəzi seçki orqanları parlament tərəfindən, prezident tərəfindən, məhkəmə hakimiyyətinin ali orqanları tərəfindən həm ayrılıqda, həm paritet əsaslarla formalaşdırıla bilər.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 18 may.- S.15.