İnsan hüquqlarına hörmət tarixi zərurət və ümumbəşəri problemdir

 

Tarixi məlumatlara görə, əsas hesab edilən insan hüquqları və azadlıqları burjua inqilabları dövründə rəsmən elan edilmişdir. Elə bundan sonra da beynəlxalq miqyasda insan hüquqlarının tənzimlənməsi məsələsi gündəmə gəlmişdir.

Z.Nəbibəyli və İ.Cəlilbəyli yazırlar: "Əsas insan hüquqlarına hörmət məsələsi beynəlxalq hüquqi təcrübədə özünün ilk rəsmi ifadəsini 1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində qəbul etdiyi bəyannaməsində öz əksini tapmışdır. Qəbul edilmiş Nizamnamənin 1-ci maddəsinin 3-cü bəndinə əsasən, təşkilatın qarşısında duran başqa vəzifələrlə yanaşı, onun bir məqsədinin də, irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, bütün insanlar üçün əsas insan hüquqları və azadlıqlarına hörmət edilməsini təmin etməkdən ibarət olması göstərilmişdir.

İnsan hüquqları barəsində ümumi bəyannamənin ruhu və məzmunu elədir ki, ona yalnız demokratik cəmiyyətdə real şəkildə əməl edilə bilər. Əgər hər hansı dövlət və cəmiyyətdə quruluşundan, ölkədaxili mövcud sənəddən, onun mövcudluğundan asılı olmayaraq rüşvətxorluq, qohumbazlıq, yerliçilik, insana qarşı ədalətsizlik mövcuddursa, heç bir insan hüquqları və azadlıqları barəsində aparmaq mümkün olmayacaqdır.

XXI əsrin başlanğıcı olsa da, Azərbaycan Respublikası da daxil olmaqla, bir çox dünya dövlətlərində, təəssüflər olsun ki, reallıqlarla BMT-nin qərarları üst-üstə düşmür. Hansı ki, sənədin 1-ci maddəsində deyilir: "Bütün insanlar azad doğulurlar, ləyaqət və hüquq cəhətdən bərabərdirlər".

İnkişaf etmiş ölkələrin önündə gedən və bir çox ölkələrə demokratiya "ixrac" edən ABŞ-da rəsmən olmasa da dərili - qara dərili, islam - xristian, islam - yəhudi və s. dinlərə, millətlərə mənsub insanlara ikili münasibət həmişə mövcuddur. Yaxud günümüzdə Avropanın bir çox ölkələrində işə daxil olarkən cinsə, yaşa və dərinin rənginə görə ayrı-seçkilik böyük vüsət almışdır. Elə Türkiyəyə, Azərbaycana, bütün türk dünyasına türk olduğu üçün, islam dininə xidmət etdiyi üçün onlara qarşı "ikili" münasibət uzun illərdir davam etməkdədir.

Azərbaycan torpaqlarını işğala məruz qoymuş erməni-rus xristianlığına hər vəchlə bəraət qazandırmaq istəyən ölkələr özləri qəbul etdikləri beynəlxalq hüquqa əməl etmirlər.

Ümumi bəyannamə insanın həyat, azadlıq və şəxsi toxunulmazlıq hüquqlarını, ədalətli məhkəmə qarşısında müdafiə olunmaq hüququnu, mənzil toxunulmazlığı, məxfi yazışma, şəxsi həyat və ailə həyatı azadlığı, fıkir, söz, vicdan, din azadlığı, dinc yığıncaqlar və cəmiyyətlər azadlığı hüququnu elan etmişdir.

Gəlin görək söylənilənlərə bu sənədi qəbul edənlər özləri əməl edirlərmi, əlbəttə yox. Bu prizmadan baxdıqda, digər dövlətlərdə və o cümlədən, Azərbaycanda baş verənlərə az qalırsan ki, bəraət qazandırırsan və bundan isə müxtəlif dövlətlər və millətlər uduzur, inkişafdan geri qalır, ədalətli quruluş yaratmaq günü-gündən gələcək dövrlərə ötürülür.

Müəllifin fikrincə, Qərbdə, ABŞ-da uzun illərdir ki, vətəndaşlar siyasi əqidələrinə görə müəyyən peşələrdə çalışmaları qadağan edilmişdir. Bir çox ölkələrdə məhkəmələr seçilmir, təyin olunur, hakimiyyətdən asılıdır, bir çox dövlətlərdə, o cümlədən, Azərbaycanda da hakimlərin təyin edilməsi tamamilə onların namizədliklərini irəli sürən partiya liderlərindən asılıdır.

Ümumi bəyannamənin 21-ci maddəsində deyilir: "Hər bir adam öz ölkəsinin idarə olunmasında iştirak etmək hüququna malikdir". Millətlər Təşkilatının bu sənədi əmək, istirahət, təhsil, sosial təminat və tibbi xidmət hüququnu elan edir.

Gəlin görək bir çox ölkələrdə, eynilə bizim ölkələrdə bu maddənin şərtləri ödənilirmi?! Az qalıb ki, Azərbaycanda düz adama, savadlı adama, qanunla danışan adama "ruhi" xəstə və ya "çox geridə qalmış" adam etiketi vursunlar. Seçkilər pula, rüşvətlə, hakimiyyətlə münasibətlə, hansı bölgədən olması və s. əlamətlərlə aparılırsa, kağızda öz əksini formal qayda kimə lazımdır. Belə olan halda əhalinin ziyalı zümrəsi, vicdanlı zümrəsi, imkansız vətənpərvər zümrəsi, Milli Məclisdə özünə yer tuta bilərmi, əlbətdə yox. Bəs onda nə etməliyik? Əlbəttə, demokratik qayda deyilən qanunlarla və hamılıqla qanunlara əməl etməklə yaşamalıyıq, ədaləti 1-ci vicdanımızda bərpa etməliyik. Allahı, Tanrını, ədalət qanunlarını, insanlığın min illərlə formalaşdırdığı ümumi qanunlarla yaşamalıyıq".

Z.Nəbibəyli və İ.Cəlilbəyli yazırlar: "28-ci maddəsində deyilir: "Hər bir adamın elə bir sosial və beynəlxalq şəraitdə yaşamaq hüququ vardır ki, ümumi bəyannamədə şərh edilən hüquqlar və azadlıqlar həmin şəraitdə tamamilə həyata keçirilə bilsin". Və ya "Hər bir adamın azad inkişafı hamının azad inkişafı üçün şərtdir".

Bu prinsiplərə əməl edilirmi? Əlbəttə, yox! Erməniyə daş atırıqsa, bizi öz polisimiz tutub qazamata salır, orada xeyli "yatızdırır", döyür, təhqir edir, mənliyini alçaldır, bir işi varsa onu da əlindən alaraq, ailəsini ac qoyur.

1948-ci il BMT-də qəbul olunmuş "İnsan hüquqları haqqında ümumi bəyannamə"də əsas insan hüquqları və azadlıqları yetərincədir. Lakin bunların bir çoxu özünün inkişaf və rəsmi təsdiqini sonradan qəbul olunmuş bir sıra beynəlxalq hüquqi aktlarda da tapmışdır. Bunlardan 1960-cı il müstəmləkə ölkələrinə və xalqlarına istiqlaliyyət verilməsi haqqında bəyannaməni, insan hüquqları haqqında 1966-cı il müşahidələrini, qadınlar barəsində ayrı-seçkiliyin ləğv edilməsi haqqında 1967-ci il bəyannaməsini, köləliyin, kölələr ticarətinin (Çin, Azərbaycan və s. kimi), müharibələr qurbanları haqqında 1949-cu il Cenevrə sazişlərini, 1959-cu ildə uşaq hüquqları bəyannaməsini, əməyin tənzimlənməsi və s. göstərmək olar. Göstərilən bu rəsmi beynəlxalq hüquq sənədlərində ifadə olunan qaydalar insan hüquqlarının məcəlləsini təşkil edir Bu məcələnin məzmunu 1975-ci il Helsinki Bəyannaməsində də göstərilir. "İştirakçı dövlətlər irq, cins, dildin fərqlərindən asılı olmayaraq, insan hüquqlarına və əsas azadlıqlara, o cümlədən, fikir, vicdan, din və əqidə azadlığına hörmət edəcəklər. Onlar insan şəxsiyyətinə xas olan ləyaqətdən irəli gələn, insan şəxsiyyətinin azadtam inkişafı üçün əhəmiyyətli olan mülki, siyasi, iqtisadi, mədəni, başqa hüquqların və azadlıqların səmərəli şəkildə həyata keçirilməsini təqdir edəcək və genişləndirəcəklər".

 Deyilənlərə əsasən, dövlətlər şəxsiyyətin öz vicdanının hökmü ilə hərəkət edərək təklikdə və ya başqaları ilə birlikdə dinə və ya məzhəbə etiqad etmək azadlığına hörmət bəsləyəcəklərini və qanuni mənafelərini qoruyacaqlarını bildirirlər.

Bəyannamədə insan hüquqlarının və əsas azadlıqların bütün bəşəriyyət üçün əhəmiyyəti təsdiq edilir, sülhün və əmin-amanlığın mühüm amili olduğu göstərilir. İştirakçı dövlətlər insan hüquqları və əsas azadlıqlar sahəsində BMT Nizamnaməsinin məqsədlərinə, İnsan Hüquqları Barəsində Ümumi Bəyannaməyə uyğun hərəkət edəcəklərinə, bu sahədə beynəlxalq bəyannamələrlə və sazişlərlə, o cümlədən, insan hüquqları barəsində beynəlxalq paktlarla bağlıdırlarsa, həmin sənədlərdə göstərilənlərə əməl etməlidirlər".

 

Müəlliflər qeyd edirlər ki, real həyatda deyilənlər həmişə və hər yerdə qanunun tələbi çərçivəsində, yaxud dövlətlərin öz üzərlərinə götürdükləri öhdəliklər çərçivəsində də yerinə yetirilmir. Bir qrup insanlar istədiklərinə nail olur, çoxluq isə əzab-əziyyətlərə, hökumdarların təzyiq və təqiblərinə dözməli olurlar. Dözməyənlər isə vətənlərini tərk edir, vətənsiz həyat sürür, başqa millətə "çevrilir", başqa dövlət və xalqların tələbi ilə ömrünü başa vurmalı olur. Amma əslində, qanunsuzluq həmin ölkəni, həmin xalqı uçuruma aparır, millətin mənəviyyatı itir, torpağı itir, torpağı itir, dili itir, nəhayət, dövləti itir. Bunu başa düşən hər bir dövlət rəsmisi dövlətinin vətəndaşının hüququnun özününkü qədər müdafıə etməklə milli birliyə nail olur, istənilən xarici müdaxilənin qarşısını alır, ölkəsini, onun siyasi, iqtisadi, hərbi, elmi, mənəvi qüdrətini ən azı ətraf dövlət və millətlərdən yüksəklərə qaldıra bilir.

Arzu edək ki, bizim vətənimiz Azərbaycanda da belə olacaqdır. Hər bir dövlətin milli hüququndan fərqli olaraq, beynəlxalq hüquq, hüquqi münasibətlərin xüsusi bir sahəsini, dövlətlərarası suveren-iradəli münasibətləri də nizama salır. Beynəlxalq hüququn predmetini xüsusi subyektlər arasındakı siyasi, iqtisadi, mədəni və s. münasibətlər təşkil edir.

Digər hüquq münasibətlərindən fərqli olaraq, beynəlxalq hüquqi subyektləri başlıca olaraq dövlətlər, habelə öz müqəddəratını təyin etmək hüququnu həyata keçirərək, milli dövlət yaratmaqda olan millətlər sayılır. Bu isə müasir beynəlxalq hüququn məlum norma və prinsiplərinə zidd olmayıb BMT və təşkilatların müddəalarına əsaslanmalıdır.

Z.Nəbibəyli və İ.Cəlilbəyli yazırlar: "Beynəlxalq münasibətlər sahəsində subyekt kimi çıxış edən suveren hüquqlarından geniş istifadə etməklə bərabər, beynəlxalq məsuliyyət də daşıyırlar.

Hökumətlərarası rəsmi münasibətləri dövlət xadiməlri, diplomatlar, konsullars. kimi vəzifəli şəxslər icra edirlər. Qeyri-rəsmi ictimai təşkilat, cəmiyyətləri isə onların nümayəndələri təmsil edirlər ki, bunların hüquqi vəziyyəti milli qanunlarla müyyənləşir. Hər iki halda forma yox, mahiyyətə üstünlük verilir.

Bəzən də ərazi (xüsusən, sülh müqaviləsi bağlananda) beynəlxlaq hüquqi obyekti olur. Bu zaman o, adi qayda üzrə dövlət hüququnun tənzim etdiyi torpaq üzərində dövlət mülkiyyəti hüququnu, suveren dövlətin həmin ərazi üzərindəki ərazi üstünlüyü kimi başa düşülür.

Beynəlxalq hüququn qaydalarına, normalarına toxunan maddiya qeyri-maddi təbiətli bütün münasibətlər də beynəlxalq hüquq oyektidir. Dövlətlərin suveren hakimiyyəti ilə əlaqədar olaraq bəzi qruplara daxil olan fərdlərin hüquqi vəziyyəti, beynəlxalq müdafiəsi də (milli azlıqların qorunması, genosids. kimi beynəlxalq cinayətlərə qarşı ümumi mübarizə) beynəlxalq hüququn obyekti ola bilər. Suveren dövlətlərin könüllü saziş əsasında yaradılan və qarşılıqlı olaraq onların əxlaq qaydalarına zidd olmayan hüquq da beynəlxalq hüquq obyektidir.

Hazırki dövrdə isə inkişaf və tərəqqi olduğu şəraitdə, dövlətlər arasında beynəlxalq əməkdaşlıq getdikcə daha çox inkişaf tapır. İlk növbədə, beynəlxalq hüquq normaları dövlətlərin özlərini, əsasən müqavilə yolu ilə, bəyanat ilə, nota ilə, yaxud dinməzcə qəbuletmə, sazişə gəlmə yolu ilə yaradırlar. Bəzi hallarda isə məcburi olaraq beynəlxalq normanı nozanlar BMT nizamnaməsinə əsasən, təhlükəsizlik şurası tərəfındən təcavüzkarlıq və sülhü pozma hallarında) həyata keçirilir".

Bir sözlə, dövlətlərarası hüquq olan beynəlxalq hüquq suveren dövlətlərin könüllülüyü, hüquq bərabərliyi əsasında yaradılan əməkdaşlığa əsaslanır, normalarının gözlənilməsi isə ya dövlətlərin özlərinin fərdi, yaxud dünya ictimaiyyətinin gücü ilə həyata keçirilir.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 19 may.- S.15