Fərdi və kollektiv insan hüquqlarının qarşılıqlı münasibətləri

 

Sağlam ətraf mühitdə yaşamaq hüququ. Qloballaşma vətəndaş, siyasi, iqtisadi, sosial, mədəni hüquqların, bütövlükdə fərdi və kollektiv insan hüquqlarının tam həcmdə həyata keçirilməsinə, həmçinin ekoloji proseslərə mühüm təsir göstərir. Hüquqşünas  Rəşid Rumzadə yazır: "Hüquqi-demokratik dövlət və azad vətəndaş cəmiyyəti quruculuğu yolunu tutmuş dövlətlər əsas insan hüquq və azadlıqlarının, o, cümlədən ekoloji hüquqların səmərəli müdafiəsi bu gün milli prioritet kimi vurğulanır.

Eləcə də, ətraf mühitə dair milliqlobal siyasət, fərqli məqsədlər və yanaşma ilə reallaşdırılmaqdadır. Bütün məqsədlər isə fərdlərin sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi, ətraf mühit dəyərlərinin qorunması və inkişafı, ətraf mühitə dair effektiv siyasətin reallaşdırılmasıdır.

Bu baxımdan, əsas ekoloji hüquqların, xüsusilə də sağlam ətraf mühitdə yaşamaq hüququnun səmərəli müdafiəsinin, təbliğinin zəruriliyi də önə çıxır.

XX əsrin ikinci yarısından başlayaraq əhalinin sürətlə artımı və elmi-texniki inqilab biosferdə deqradasiya proseslərinin əlamətlərini yaratdı. Əsrlər ərzində formalaşan təbii ekosistemlər ciddi dəyişikliyə məruz qalaraq insanın xarici təsirinə qarşı davamsız vəziyyətə düşdü.

Elmi-texniki inqilab həyatda məlum olmayanağla sığmayan çox böyük gərginliklər yaratdi. Aviasiyaavtomobil nəqliyyatı, nüvə energetikası, kimya sənayesi və s. Bu və digər sahələr təbiət üçün zərərli olmaqla yanaşı, həm də təbii resursların azalmasına, bəzən tükənməsinə səbəb oldu. Belə ki, materiallardan və enerjidən istifadə son dərəcə sürətlə artaraq, hətta əhali artımını da keçdi. Bütün bunların nəticəsi olaraq, insan müəyyən dərəcədə mühitin əlverişsiz faktorlarının təsirindən qorunmağı da öyrənmiş oldu. Bununla da insan özüonu əhatə edən mühitə böyük təsir göstərməyə başladı".

 "Bu baxımdan dünya ictimaiyyətinin ətraf mühit problemləri ilə daha çox maraqlanmağa, gələcək baxımından narahatlıq hissləri keçirməyə başladı ki, sağlam ətraf mühitdə yaşamaq arzusuna, ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə öz təsir gücünü göstərmək əsas məqsədlərə çevrildi. Burada sağlam ətraf mühitdə yaşamaq hüququ insan hüquqları sistemində yer almaqla yanaşı, müzakirə obyekti olacaq bir sıra münasibətlər meydana gəldi. Bunlardan təbii sərvətlərlə bağlı yaranan münasibətlərı və s. qeyd etmək olar".

1972-ci ildə BMT tərəfindən təşkil olunan Stokholm Konfransı ətraf mühit problemlərinə beynəlxalq səviyyədə mühüm töhfə verməklə ölkələrin ortaq məsuliyyəti, konseptual strategiyaların tətbiqini önə çəkdi. Lakin bu konfransda qəbul edilmiş sənəd də imperativ öhdəliklər müəyyən etmədi.

Bu proseslərin əhəmiyyəti ətraf mühitə münasibətdə hüquqların beynəlxalq konvensiyalarda, həm müxtəlif dövlətlərin milli qanunvericiliyində öz əksini tapması konseptual yanaşma zərurətini önə çəkdi.

Qeyd olunanlarla yanaşı, şəxsin ekoloji maraqlarının həyata keçirilməsi ilə əlaqədar olan hüquqlar və şəxsin pozulmuşya pozulmaqda davam edən ekoloji maraqlarının müdafiəsinə yönələn hüquqları da fərqləndirməyimiz imkan verdi.

Azərbaycan Respublikası ''Ətraf mühitə dair informasiya aşkarlığı, ictimaiyyətin bu sahədə qərarlar qəbul olunmasında iştirakı və ədalət mühakiməsinin aşkarlığı barədə" 25 iyun 1998-ci il tarixli Aarhus konvensiyasının iştirakçısıdır. Bu Konvensiyanın 1-ci maddəsinə əsasən: "İndiki və gələcək nəslin nümayəndəsi olan hər bir insanın, onun sağlamlığı üçün əlverışli olan ətraf mühitdə yaşamaq hüququnun müdafiəsinin təmin edilməsi üçün konvensiyanın iştirakçıları olan tərəflər bu konvensiyanın şərtlərinə uyğun olaraq, ətraf mühitə dair informasiyanın aşkarlığına, ictimaiyyətin bu sahədə qərarlar qəbul olunmasında iştirakına və bu sahədə ədalət mühakiməsinin aşkarlığı barədə təminat verirlər".

Çində adı gedən konvensiyanın şərtlərinin cəmiyyətdə çox geniş tətbiqi nəinki onların məhkəmə təcrübələrindən məlumdur, bu, həmçinin əhali təbəqələrinin ekoloji problemlərlə əlaqədar kifayət qədər məlumatlandırılması və ictimaiyyətin bu sahədə qərarlar qəbul olunmasında bizim ictimaiyyətdən fərqli olaraq daha aktiv olmasında da özünü büruzə verir.

İqlim dəyişiklikləri nəticəsində baş verən maddifiziki itkilərlə yanaşı, insanlar həm də böyük mənəvi iztirablara, psixoloji stresslərə, etik normaların pozuntularına da məruz qalırlar ki, uzun müddət psixoloji reabilitasiyaya ehtiyacları olur və bunları nəzərə alaraq, hər bir ölkədə xüsusi hazırlıqlı psixoloqların hazırlanması və ixtisaslaşmış qeyri-hökümət təşkilatlarının, krizis mərkəzlərinin mövcudluğu zəruridir.

R.Rumzadə yazır: "İqlim dəyişikliklərinə qarşı dünya dövlətlərinin səmərəli fəaliyyətinin olmaması Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin təsbit etdiyi hüquqların mahiyyətini azaldır və odur ki, sözügedən məsələlərin həllində dünyanı regionlara bölmək yox, bu işdə məhz inkişaf etmişinkişaf etməkdə olan dövlətlərin həmrəyliyinə nail olmaq gərəklidir.

Beynəlxalq xarakterli təşəbbüslərin ən önəmlisi, əvvəldə də qeyd etdiyimiz kimi, Kopenhagendə keçirilmiş Üçüncü Ümumdünya İqlim Konfransı oldu ki, burada qəbul edililmiş "Kopenhagen razılaşması", təəssüf ki, məcburi hüquqi qüvvəyə malik olmadığından, dövlətlərin üzərinə imperativ öhdəliklər qoyan universal beynəlxalq hüquqi aktların qəbul olunması olduqca vacibdir.

Əhalinin sağlamlığının qorunması hüququ, əsas etibarilə, məhz ölkədəki ekoloji saflığın və təmizliyin nə dərəcədə təmin olunmasından, müxtəlif çirklənmələrin (torpağın, suyun və havanın) qarşısının alınmasından və bununla bağlı zəruri maarifləndirmə və əməli tədbirlərin həyata keçirilməsindən asılıdır. Eyni zamanda, sözügedən sahədə təkmil qanunvericilik sisteminin yaradılması və tətbiqi məsələsi də son dərəcə prioritet vəzifələrdəndir".

Cəmiyyət inkişaf etdikcə, mövcud ictimai münasibətlərin tənzimlənməsi sahəsində tətbiq edilən normaların təkmilləşdirilməsi zərurəti meydana çıxır. Belə ki, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə konstitusion hüquq islahatları həyata keçirilmiş və 18 mart 2009-cu il tarixdə referendum yolu ilə "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı qəbul edilmişdir. Referendum Aktına əsasən, Azərbaycan Respublikasının Konstitusiyasının digər maddələri ilə yanaşı, 39-cu maddəsinə də ekoloji hüquqların təmini baxımından əhəmiyyətli bir sıra əlavələr edilmişdir. Heç kəsin ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməməsi, dövlətin ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verməsi ilə bağlı normalar bu qəbildəndir.

Bu baxımdan, hazırda qlobal iqlim dəyişikliyinin, təbii və texnogen fəlakətlərin təsiri kontekstində insan hüquqlarına, etik normalara əməl edilməsinin, insan ləyaqətinə hörmətin həvəsləndirilməsi və dəstəklənməsi sahəsində fəaliyyətin gücləndirilməsi, ekoloji tarazlığın pozulması ilə bağlı insanı mümkün təhlükələrdən qoruyan yeni nəsil hüquqların (ekoloji hüquqlar toplusunun) formalaşması və təbliği prosesinə dəstək verilməsi böyük zərurətə çevrilmişdir.

"Xalqların öz müqəddaratını təyin etmək hüququ. İnsan hüquqlarına hörmət edilməsi prinsipi ilə, bilavasitə əlaqədar olan digər mühüm rəhbər başlanğıclar - dövlətlərin suveren bərabərliyi, beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi, mübahisələrin dinc yolla həlli, güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi BMT Nizamnamənin 2-ci maddəsinin tərkib hissəsini təşkil edir. Bu Nizamnamənin 55-ci maddəsi isə insan hüquqlarına hörmət prinsipinin digər aspektlərini müəyyən edir. Həmin maddədə göstərilir ki, millətlər arasında, xalqların hüquq bərabərliyi və hüquqlarını müəyyənetmə prinsipinə hörmət əsasında sülhdostluq münasibətləri üçün zəruri olan sabitlik və əmin-amanlıq şəraitini yaratmaq məqsədilə BMT aşağıdakılara dəstək verir: İnsanların həyat səviyyəsinin yüksəldilməsinə, əhalinin tam məşğulluğuna, iqtisadisosial tərəqqinin inkişaf etdirilməsinə, iqtisadi, sosial, səhiyyə və buna müvafiq sahələrdə beynəlxalq problemlərin həllinə, mədəniyyət və təhsil sahələrində beynəlxalq əməkdaşlığa, irqinə, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanların əsas hüquq və azadlıqlarına hamılıqla hörmət və riayət edilməsinin təmin edilməsi.

Qloballaşan dünyada isə bir çox münaqişələr gedişində və işğalçılıq siyasətini pərdələmək  məqsədilə "xalqların öz müqəddəratını təyin etmək hüququ" məntiqsiz şəkildə önə çəkilir.

Misal olaraq göstərmək olar ki, Ermənistan dövləti hazırda işğalçılıq siyasətini bu anlayışla pərdələmək niyyətindədir. Belə ki, xalqların öz müqəddaratını təyin etmək hüququ hər bir millətin onun iqtisadi, sosial, siyasi, mədəni baxımdan tam inkişafını təmin edə biləcək sabit bir şəraitdə yaşamaq hüququna malik olması başa düşülür və xalqın bir hissəsinə şamil oluna bilməz. Öz müqəddəratını təyin etmək hüququ BMT nizamnaməsinin 2.1 və 55-ci maddələrində öz əksini tapmaqla dövlətləri öz müqəddaratını nıüəyyən etmək hüququna hörmətlə yanaşmağa dəvət edərək, bu hüququn realizəsini diskriminasiyaya yol vermədən insan hüquq və azadlıqlarına hörməti mümkün edən sabit şəraitin mövcudluğu ilə xarakterizə edir. Helsinki Yekun Aktında (1975) öz müqəddəratını təyinetmə ayrılma kimi deyil, xalqların bərabərliyinə, dövlətlərin ərazi bütövlüyünə hörmət məzmununda və demokratik dövlət formasında insan hüquqlarına nail olmaq kimi başa düşülür.

1990-cı il 21 noyabr tarixində Parisdə ATƏT çərçivəsində qəbul edilmiş yekun sənəddə millətlərin öz müqəddəratını həll etmək hüququ nəzərdən keçirilərək, BMT nizamnaməsinə və sənəddə təsbit edilmiş prinsiplərə, xüsusilə ərazi toxunulmazlığı prinsipinə uyğun şəkildə bir daha təsdiq edilib. Millətlərin öz müqəddəratını təyin etməsi hüququ bir çox beynəlxalq hüquqi sənədlərdə təsbit edildiyi halda, ayrılma hüququ beynəlxalq hüquqa əsasən, ümumiyyətlə, hüquq kimi müəyyən edilməyib.

Müəllifin fikrincə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlar sadalanmaqla yanaşı, hər bir şəxsin cəmiyyət qarşısında öhdəliyə malik olması, həmin hüquq və azadlıqların həyata keçirilməsinin heç bir halda BMT-nin məqsəd və prinsipləri ilə ziddiyyət təşkil etməməsi, xususilə vurğulanır. Bundan əlavə, bəyannamənin preambulasında insan şəxsiyyətinin ləyaqəti və dəyəri, qadın və kişi hüquqlarının bərabərləşdirilməsi də xüsusi olaraq vurğulanır.

Son dövrlər qanunun aliliyidemokratiya ilə qarşılıqlı əlaqədə olan insan hüquqlarının inkişaf tendensiyası daha da güclənməkdədir. Belə ki, BMT-nin 2000-ci ildə qəbul etdiyi Minilliyin Bəyannaməsi də demokratiyanın dəstəklənməsi və qanunçuluğun möhkəmləndirilməsi, o cümlədən beynəlxalq hüquqla tanınmış insan hüquq və azaduqlarına hörmət edilməsi üzrə bütün səylərin birləşdirilməsini bəyan edir.

     İnsan hüquqlarına hörmət prinsipi bir çox regional beynəlxalq aktların da tənzimetmə obyektinin tərkib hissəsini təşkil edir. Helsinki Yekun Aktında müvafiq rəhbər başlanğıc "fikir, vicdan, din və əqidə azadlığı da daxil olmaqla, insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi" kimi göstərilir. Helsinki Yekun Aktında dövlətlərin bütün nəsil hüquq və azadlıqların səmərəli həyata keçirilməsini inkişaf etdirməsi, bu fəaliyyəti təşviq etməsi, onların milli azlıqlara münasibətdə təmin edilməsi, həmin hüquq və azadlıqların dostluq münasibətlərinin inkişafının bərqərar olması üçün zəruri sülh, ədalətlilik və rifah kontekstində tanınması, bütün bunların tərəqqisi üçün qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi daha aydın şəkildə təsbit edilmişdir.

21 noyabr 1990-cı il tarixli Yeni Avropa üçün Paris Xartiyasında isə dövlətlərin ən vacib öhdəliyi kimi əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi, onlara əməl edilməsi və onların həyata keçirilməsi vasitəsi qismində isə azadlığın əsası, ədalətlilik və sülh göstərilir.

Bu isə birbaşa olaraq insan hüquqlarına hörmət, onlara əməl edilməsi, onların dəstəklənməsi məqsədilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunması ideyasından irəli gəlir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1-ci maddəsi də analoji müddəanı müəyyən edir. 1969-cu il tarixli İnsan Hüquqları haqqında Amerikaarası Konvensiyanın fəsli, bütövlükdə dövlətlərin insan hüquqlarına hörmət etmək öhdəliyini təsbit edir.

Bu gün mövcud olan insan hüquqlarının beynəlxalq müdafiə mexanizmləri, universal həm də regional səviyyədə mövcud alətlərin və ya yeni mexanizmlərlə üçüncü nəsil hüquqları da əhatə etməsi zərurəti meydana çıxmaqdadır. Bu isə özlüyündə yeni yanaşma və tədqiqatların aparılmasım tələb edir.

    

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 21 may.- S.15