Şəmkirdə "Multikultural milli-mənəvi dəyərlər və gənclik" mövzusunda tədbir keçirilib

 

YAP Şəmkir rayon təşkilatında "Multikultural milli-mənəvi dəyərlər və gənclik" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Şəmkir rayon icra hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasihumanitar məsələlər şöbəsinin müdir müavini, Dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev, YAP Şəmkir rayon təşkilatı aparatının məsul işçiləri və YAP Şəmkir rayon təşkilatının fəal gəncləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan F.Vəliyev ilk öncə multikulturalizm haqqında məlumat veribqeyd edib ki, Ulu Öndər Heydər Əliyevin başlıca tövsiyələrindən olan multikultural ənənələrin inkişaf etdirilməsi insanların yaddaşında humanist dünyagörüşün formalaşması, gənc nəslin yüksək mənəvi dəyərlər əsasında tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.

Çıxış edən Şəmkir rayon icra hakimiyyətinin aparatında ictimai-siyasihumanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı R.Hacıyev isə tədbir iştirakçılarına xatırladıb ki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda söylədiyi nitqdə bir daha vurğulamışdır ki, "Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, ictimai sifarişdir. Çünki bu, bizim üçün normal həyat tərzidir". O bildirib ki, Prezident İlham Əliyevin 2016-cı ili multikulturalizm ili elan etməsi ölkə başçısının bu sahədə apardığı siyasətin bariz nümunəsidir. Multikulturalizmin bir ideoloji məsələ kimi öyrənilməsi milli təfəkkürdə multikultural dəyərlərin yer alması və inkişafına, eyni zamanda beynəlxalq imicimizin yüksəlməsinə müsbət təsir edəcəkdir. Azərbaycan tarixi prosesin bütün mərhələlərində multikultural dəyərlərin yaşandığı bir coğrafi məkan kimi tanınmış, bu gün də mədəniyyətlər və dinlərarası dialoqun unikal məkanına çevrilmişdir.

Digər çıxış edənlər-Şəmkir rayon gənclər və idman idarəsinin rəisi, YAP Şəmkir rayon gənclər birliyinin sədri Emin İsmayılov, Şəmkir rayon Heydər Əliyev Mərkəzinin direktor müavini Fəxri Yusufov, Şəmkir rayon Əhməd Cavad adına Mədəniyyət Evinin direktoru Tural Əliyev, Şəmkir rayon Statistika İdarəsinin müdiri Pərvin Gözəlov, dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanda çoxəsrlik tarixə malik multikultural dəyərlərin qorunmasını və inkişafını daim diqqət mərkəzində saxladığını bildiriblər. Azərbaycanda hökm sürən etnikdini tolerantlıq mühitinin dünyaya nümunə olduğunu, ölkəmizdə istər dini, istərsə də milliirqi ayrı-seçkiliyin olmadığını, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşmanın mövcud olduğunu qeyd etmişlər.

Tədbirdə iştirak edən fəal gənclər multikulturalizm, plüralizm, tolerantlığın mahiyyəti ilə, Azərbaycanın bu sahədə əldə etdiyi və edəcəyi uğurları ilə bağlı əhəmiyyətli məlumatlar əldə etmiş olublar.

    

RƏFİQƏ

Səs.- 2016.- 24 may.- S.12