Abbasqulu Ağa Bakıxanovun siyasi irsiinsan haqları

 

Abbasqulu Ağa  Bakıxanov XIX yüzilliyin birinci yarısında Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafında özünəməxsus şərəfli yer tutan ən parlaq simalardan biridir. Abbasqulu Ağa görkəmli tarixşünas, ədəbiyyatçı, şair, filosof, astronom, dilçisiyasi xadim kimi hərtərəfli biliyə malik olan bir şəxsiyyətdir. Onu çox haqlı olaraq Azərbaycan tarixşünaslığının banisi adlandırırlar. Mütəfəkkirin bütün ömrünü elmin və mədəniyyətin tərəqqisinə həsr etməsi təsadüfi olmamışdır. A.Bakıxanov "Gülüstani-İrəm" əsərində yazır: "Mən ürək və ağıl üçün gərəkli olan bir çox şeylər görmüşonlardan fayda götürməyə çalışmışam. İnsan əməllərini nəzərdən keçirərkən, əmin olmuşam ki, dünyada əbədi heçyoxdur, sərvət və hakimiyyət itkiyə məruzdur, şəxsi ləyaqət olmadan hər hansı yüksək mənsəb qürbətdə naməlum, Vətəndə isə məzəmmətə məhkumdur. Yalnız əqli əsərlərdə təzahür edən elm bizə yer üzündə xoşbəxtlik gətirə bilər və ölümdən sonra mövcudluğumuzu yaşada bilər".

A.A.Bakıxanovun sosial-syiasi görüşləri öz mütərəqqiliyi ilə seçilən mənəvi sərvətdir. Geniş müşahidəçilik qabiliyyətinə və iti zəkaya malik olan mütəfəkkirin sosial-syiasi görüşlərinin gücü xalqın istək və arzularını ifadə etməsindədir. Bu görüşlər, hər şeydən əvvəl, öz humanist məzmunu və insanlara vətənpərvərlik, mərhəmətli olmaq hissləri aşılaması ilə diqqəti cəlb edir. Azərbaycanı qarış-qarış gəzməsi mütəfəkkirə xalqın həyat və məişəti ilə yaxmdan tanış olmaq imkanı vermişdir. Ona görə də Azərbaycan xalqının vəziyyətini yüngülləşdirmək, onun maariflənməsi qayğısına qalmaq Abbasqulu Ağanı ömrü boyu narahat edən məsələlardən biri olmuşdur. Çünki mütəfəkkir öz xalqına bütün varlığı ilə bağlı idi.

Görkəmli tədqiqatçı Aqşin Quliyev yazır: "Yeni dövr Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi kimi A.Bakıxanov belə hesab edirdi ki, xalq arasında insan hörməti, biliyi, hər hansı bir faydalı işi ilə qazana bilər. Mütəfəkkirin fikrincə, hər hansı bir işi, insanlara yaxşılıq etmək qaydalarını həyatda böyük təcrübəsi olan və qabiliyyətilə hörmət qazanmış adamlardan öyrənmək lazımdır.

Abbasqulu Ağa dünyagörüşünün formalaşması Azərbaycan tarixinin ən ziddiyyətli və son dərəcə ağır dövrlərindən birinə təsadüf etdiyindən, XIX yüzilliyin birinci rübündə baş vermiş hadisələrin üzərində qısa şəkildə də olsa dayanmağı zəruri və məqsədəuyğun hesab edirik. Bu, həm də Abbasqulu Ağanın sosial-siyasi görüşlərinin obyektiv qiymətləndirilməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.

"Gülüstan" və "Türkmənçay" müqavilələri nəticəsində böyük bir xalqın ikiyə parçalandırılıb onun bir hissəsinin (Cənubi Azərbaycanın) İranın tərkibinə qatılması, bir hissəsinin (Şimali Azərbaycanın) isə zorla Rusiya imperiyasına birləşdirilməsi Azərbaycanın müstəqil bir dövlət kimi inkişafına tarix səhnəsində vurulan sarsıdıcı zərbə idi. Azərbaycan xalqının Cənubda qalan hissəsi İran mülkədarlarının (şah-feodal rejiminin) Şimalda qalan hissəsi isə Rusiya kapitalizminin (jandarm-çar rejiminin) hakimiyyəti altına düşdü".

Siyasət bazarının sahibsiz obyektinə çevrilən Qədim Azərbaycanın taleyini buna nə mənəvi, nə də hüquqi haqqı olmayan İranRusiya istədikləri kimi həll etdilər. Nəticədə, Azərbaycanın iqtisadiyyatından və digər maddi sərvətlərindən dünya bazarında öz malı kimi istifadə etməyə başlayan rus imperiyası zəngin mədəniyyətə malik olan bir xalqı və onun dövlətini öz müstəmləkəsinə çevirdi. Bununla da xalqımızın milli hisslərinin planladığı və sərvətlərimizin talan edildiyi dövr başlandı.

A.Quliyev yazır: "Azərbaycanın zorla Rusiyaya birləşdirilməsi müstəmləkəçiliyin russayağı erasının başlanğıclarından biri idi. Hətta, maddi və mənəvi mədəniyyətimizin nümuriələri dünya xalqlarına müstəmləkəçi Rusiyanın möhürürus mədəniyyəti adı altında təqdim edilməyə başladı. Xalqımızın minilliklər ərzində yaratdığı incilərin dünya mədəniyyətinə öz adı ilə daha yaxından yaxınlaşması qarşısına keçilməz sədlər çəkildi. Ruslaşdırma siyasəti dilimizin, etiqadımızın, adımızın və soyadımızın köklərini saxtalaşdırdı, adət və ənənələrimiz zorla unutdurulmağa başladı. Bu, tarixdə bənzəri az olan, yaxud heç olmayan ədalətsizliklərindən biri idi.

Azərbaycanın dövlət müstəqilliyinin əlindən alınması xalqımızın milli şüurunun inkiaşfı prosesinə əngəllər törətməklə, ictimai-siyasi fikirdə milli özünüdərketmənin, azad fikirliliyin tərəqqisi üçün buxova çevrildi. Böyük bir imperiya russayağı düşünməyi, yalnız onun mövqeyindən danışmağı təkidlə tələb edirdi.

Azərbaycanın öz dövlət müstəqilliyini itirməsi nəticəsində xalqımızın neçə-neçə yüzilliklər ərzində milli əxlaqına hopmuş etiqadı, inam və əqidəsi, ən nəcib hissləri təhqir edilməklə amansız qəsdlərə məruz qaldı. İslamçılıq, hətta onun ən mütərəqqi cəhətlər (islam dinindəki ideyaların mahiyyəti xalqımıza Rusiyanın bunda xüsusi marağı olan dairələri tərəfindən təhrif edilmiş şəkildə təlqin edilirdi) xalqın yaddaşmdan silindirilirdi. Bununla da Azərbaycan xalqının təkcə türkdilli xalqlarla (xüsusilə də Türkiyə ilə) deyil, bütün müsəlman dünyası ilə əlaqələrinin kəsilməsinin əsası qoyulurdu. Bu, təpədən-dırnağadək azğınlaşmış bir imperiyanın haqsızlığının və qeyri-əxlaqiliyinin son həddi idi.

Belə bir ağır və mürəkkəb vəziyyət yaradıcı ziyalılarımızın dünyagörüşünə və təfəkkür tərzinə sirayət etməyə bilməzdi. Məsələnin daha bir ziddiyyətli məqamı onda idi ki, xalqın maddisosial vəziyyəti, iqtisadi-siyasi proseslər barəsində həqiqətlər rus imperiyasının iyrənc müstəmləkəçilik siyasətinin nəticəsi kimi deyil, feodalizm quruluşunun (hərçənd ki, belə qüsurların olması da istisnalıq təşkil etmirdi) qüsurlar, dini-fanatizminintellektual geriliyin fonunda verilirdi. Sosial-iqtisadisiyasi əsarətin əsl səbəbləri Rusiya müstəmləkəçiliyinin siyasətində deyil, feodalizm quruluşunun zorakılıq və istismarında axtarılırdı.

Bütün bunlara baxmayaraq, xalqımızın qabaqcıl fikirli ziyalıları öz etiraz səslərini ucaltmaqdan çəkinmirdilər. Həmin dövrün Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Mirzə Kazım bəy kimi mütəfəkkirləri xalqın mövcud vəziyyətini məhdud mənada deyil, geniş sosial-siyasi mənada başa düşüröz yaradıcılıqlarında ciddi problemlərə toxunurdular. A.A.Bakıxanovun dünyagörüşü belə bir tarixi şəraitdə və mühitdə formalaşmağa başlamışdır".

A.Quliyev daha sonra yazır: "A.A.Bakıxanovun cəmiyyətə baxışları onun idealizmi ilə səciyyələnir. Onun fikrincə, cəmiyyət adamların öz tələbatını ödəməsi üçün lazım olan birgə yaşayışdır və ehtyiacdan irəli gələn bu əlaqə məişət tərzi adlanır. Abbasqulu Ağanın cəmiyyətə baxışları, hər şeydən əvvəl, müasiri olduğu quruluşun reallıqlarma tənqidi yanaşma ilə müşayət olunur. Bu, heç də təsadüfi deyildir. Belə ki, mütəfəkkirin etik görüşlərinin özü müəyyən dərəcədə siyasi səciyyə daşıyır və həmin konsepsiya cəmiyyətdəki proseslərin həm əxlaqi, həm də siyasi cəhətdən qiymətləndirilməsi zəminində təzahür edir.

A.A.Bakıxanovun sosial-siyasi görüşlərində zəmanənin haqsızlıqlarından narazılıq poetik dillə bir növ bədbinlik fövqündə ifadə olunsa da, haqqın və ədalətin qalib gələcəyi günə dərin inam ruhu hakimdir. Mütəfəkkirin ideyaları nikbin təsir bağışlayır.

Abbasqulu Ağanın sosial-siyasi ideyalarında XIX əsr feodalizm quruluşunun çatışmazlıqları, onun sosial mənzərəsi mütəfəkkirin, bilavasitə özünün hadisələrə şəxsi münasibətilə ifadə olunur. Onun şəxsi hiss və duyğularına sığmayan pərişanlığı dəniz kimi təlatümə gələrək, can yuvasında rahatlıq tapmır və müasiri olduğu cəmiyyətin həyatını, insanların psixoloji aləmini, əxlaqını və onların real gerçəkliklərə baxışlarını, münasibətini yaxından müşahidə edən mütəfəkkir, sosial çətinliklərin səbəblərinə sağlam zəka ilə yanaşmış, ictimai bəlaların aradan qaldırılmasında xalqın maariflənməsini həmişə ön plana çəkmişdir".

Yaşadığı dövrün dərd və möhnətlərini, ədalətsizlkilərini hiss etmiş Abbasqulu Ağa öz müasirlərini zəmanənin zahiri gözəlliklərinə uymamağa çağırırdı. Onun fikrincə, xalqın əməyi hesabına varlanıb xüsusi imtiyazların daşıyıcısı olan sultanların maddi və mənəvi rahatlığını təmin edən quruluşun ədaləti və mərhəməti yoxdur, onun üzü çirkaba batmışdır. Bakıxanova görə, batini eybəcər olan zəmanənin cəmiyyət üzvlərinə bəxş etdiyi sərvət zahiri saxtakarlıqdan başqa bir şey deyildir.

Müəllifin fikrincə, A.A.Bakıxanov zəmanənin haqsızlıqlarından danışarkən öz mülahizə və ideyalarını yalnız şəxsi sarsıntıları kimi deyil, müasiri olduğu bütün qabaqcıl fikirli ziyalıların dərdi və şikayəti qismində irəli sürür. Mütəfəkkirin zəmanənin ədalətsizliklərinə qarşı etiraz və iradları səbəbsiz olmamışdır. Belə ki, zəmanə insan ləyaqətini lazımınca qiymətləndirmir, düşünən beyinlərin cəmiyyətdən təcrid olunmasına çalışır və xalqa həqiqətləri çatdırmaqda mütərəqqi fikirli şəxsiyyətlərə hər vasitə ilə mane olurdu. Bu isə, öz növbəsində bir növ ideoloji mübarizə fonunda baş verirdi.

Xalq Azərbaycanı öz ideologiyasının müti icraçısı etməyə çalışan və buna demək olar ki, nail olan imperiyanın qanunları ilə yaşamaq istəmirdi. İmperiya isə millətin yüzilliklər boyu yaşatdığı ənənəvi qayda-qanunları özünün müstəmləkə qanunları ilə əvəz edir, xalqın milli varlığını və mənliyini puç etməyə var qüvvəsi ilə səy göstərirdi. Bu misli görünməz ədalətsizlik qabaqcıl fikirli ziyalıların vətənpərvərlik hisslərini daha da artırır və gücləndirirdi.

Sosial-siyasi mövqeyindən bəlli olduğu kimi, Abbasqulu Ağanın bütün yaradıcılığı xalqın məhəbbət və onun taleyi üçün dərin narahatlıq hissi ilə haşiyələnmişdir. Mütəfəkkirin vətənpərvərliyi və qayğı dolu sosial-siyasi konsepsiyası xalqın ağır vəziyyətini yüngülləşdirməyə xidmət edirdi. Bakıxanovun fikrincə, cəmiyyətdə haqsızlıqlar yaradan səbəblərdən biri həmin cəmiyyətin tüfeyliliyi, yüksək təbəqələrinin varlanmaq ehtirası, mal-dövlət yığmaq hərisliyi və tamahkarlığıdır. Əxlaqa zidd olan belə rəzil, qeyri-insani və eybəcər keyfiyyətlər insanları bir-birini didib-parçalamağa (xüsusilə də, yuxan dairələrdə) vadar edir, cəmiyyəti fəlakətlərə sürükləyir. Abbasqulu Ağa cəmiyyətin mənəvi rahatlığını insnaların xoş niyyətli əməllərində və onların arasındakı qarşılıqlı yaxşılıqlarda görürdü. O "Hind əfsanəsi" əsərində yazır: "Rahatlıq vəziyyətin yaxşılığındadır, mal, dövlət və vəzifədə deyildir. Çox olmuşdur ki, bir kasıb bir tikə çörək tapıb, asudəlik və şadlıqla yeyib, amma dövlət və cah-cəlal sahibləri öz işlərinin dolaşıqlığı üzündən təşviş və möhnət içində yaşayıb".

Görkəmli mütəfəkkir göstərir ki, mala, sərvətə aludəçilik cəmiyyəti faydalı işlər görməkdən çəkindirir, onu əməllərdən yayındıraraq pis əməllər törətməyə sövq edir. Belə vəziyyət cəmiyyəti mənəvi şikəstliyə, natəmizliyə və başqa naqis hərəkətlər etməyə yuvarlandırır. Buna görə də Abbasqulu Ağa öz müasirlərini, xüsusilə də gəncləri gözü dünya malında olanlardan uzaq olmağa çağırır və yazırdı: "Dünya malını sevən və yüksək mövqe axtarmağa həris olan adam dostluğa yaramaz, çünki o, həmişə öz xeyrini güdüb, başqalarına ziyan verməyə çalışır".

A.Quliyev yazır: "A.A.Bakıxanovun müasiri olduğu feodalizm quruluşundanonun haqsızlıqlarından narazılığı, eyni zamanda məzlum, zəhmətkeş və əzabkeş xalqın qorunmayan mənafelərini müdafiə edən sosial-siyasi motivlər idi. Məhz xalqın mənafelərinin müdafiəsi nöqteyi-nəzərindən həmin narazılıq və etirazlar həm də ümumbəşəri mahiyyət daşıyırdı.

Böyük mütəfəkkiri, hər şeydən əvvəl, xalqının taleyi, Vətəninin düşdüy çıxılmaz vəziyyət maraqlandırırdı. Doğrudur, Azərbaycan xalqının zor ilə ikiyə parçalanması nəticəsində ölkənin şimal hissəsinin Rusiya imperiyasının köləsinə çevrilməsinə münasibətdə Abbasqulu Ağanın mövqeyinin qeyri-müəyyənliyi tarixi şəraitdən irəli gələn bir

 

 

Vahid Ömərov

Səs.- 2016.- 25 may.- S.13