ZƏHMƏTKEŞ ALİM, TƏCRÜBƏLİ PEDAQOQ, QAYĞIKEŞ İNSAN

 

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun "Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri" şöbəsinin müdiri, Rusiya Federasiyası Avrasiya  İnzibati Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə üzrə elmlər doktoru Sakit Yəhya oğlu Hüseynov ömrünü bütünlüklə Azərbaycan elminin inkişafına həsr etmiş, daim istedadlı gənclərin yoluna bir ziyalı kimi nur saçaraq, onların yanında olmuşdur. S.Y.Hüseynov 6 monoqrafiyanın, 1 dərslik, 20-dən çox metodik vəsait və broşüranın, həmçinin 170-ə yaxın elmi məqalənin müəllifidir.

S.Hüseynovun elmi fəaliyyəti çoxcəhətlidir. Sakit müəllimin elmi fəaliyyətinin çoxcəhətliliyi onun bütün monoqrafiya, dərslik və məqalələrində öz əksini tapıb. Alimin uzun illər ən çox məşğul olduğu tədqiqat sahələri sırasında məişət ekologiyasının sosial-fəlsəfi problemləri, davamlı inkişaf, davamlı insan inkişafının strateji istiqamətlərinin öyrənilməsi, dini tolerantlıq mədəniyyəti xüsusi yer tutur.

Onun məşğul olduğu tədqiqat sahələrindən biri məişət ekologiyasının sosial-fəlsəfi problemləridir. Məişət və ekologiya problemi ayrı-ayrılıqda tədqiq olunsa da "məişət ekologiyası" - həm bir anlayış kimi, həm də sosial ekologiyanın bir sahəsi kimi respublikamızda ilk dəfə olaraq S.Hüseynov tərəfindən araşdırılmışdır. Bu araşdırmaların nəticəsi onun 1996-cı ildə çap edilmiş "Məişət ekologiyası" adlı kitabında öz ifadəsini tapmışdır. S.Hüseynov bu kitabda "məişət ekologiyası" anlayışını - insan populyasiyasını inkişaf etdirən sosial-ekoloji məkan kimi şərh etmişinsan fəaliyyətinin yüksəlməsində məişət ekologiyasının rolunu yüksək dəyərləndirmişdir. Qeyd edək ki, sosial həyatımızın inkişaf dinamikası Sakit müəllimin bu elmi uzaqgörənliyinin aktual olduğunu təsdiq etməkdədir.

S.Hüseynovun elmi yaradıcılığı Davamlı İnkişaf və Davamlı İnsan İnkişafının sosial-fəlsəfi cəhətdən araşdırılması önəmli yer tutur. Onun bu araşdırmaları 2003-cü ildə nəşr edilmiş "Davamlı insan inkişafının strateji istiqamətləri" adlı kitabında öz əksini tapmışdır. Qeyd edək ki, S. Hüseynovun bu monoqrafiyasını respublikamızda Davamlı İnkişaf Konsepsiyasının sosial-fəlsəfi mahiyyətinə həsr edilmiş ilk kitab hesab etmək olar. Kitabın maraqlı cəhətlərindən biri odur ki, S.Hüseynov burada cəmiyyətin davamlı inkişaf modelinə keçməsinin konseptual istiqamətlərini fəlsəfi cəhətdən şərh etmiş, Azərbaycanda davamlı insan inkişafının müxtəlif aspektlərini siyasi-hüquqi, sosial-iqtisadi, ekoloji, demoqrafik, səhiyyə-sağlamlıq, ailə və məişət, elm və təhsil, informasiya, mədəniyyət, turizms. tədqiq etmişdir.

S.Hüseynovun elmi yaradıcılığının daha bir sahəsi də dinin fəlsəfəsi, dini tolerantlıq mədəniyyəti ilə bağlıdır. Məhz bu istiqamətdəki araşdırmalarını, gəldiyi nəticələri, o, 2012-ci ildə nəşr edilmiş "Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarixmüasirlik" adlı monoqrafiyasında əks etdirmişdir. Monoqrafiyada Azərbaycanda tarixən dini tolerantlıq mədəniyyətinin formalaşması araşdırılmış, islam dininin Qafqazda, o cümlədən Azərbaycanda yayılması, həm islam dininin özünün tarixən tolerant din olması, həm də Azərbaycanda dini tolerantlığın formalaşması və mövcud vəziyyəti faktlar əsasında tədqiq edilmişdir. Bundan başqa müəllif tərəfindən kitabda müstəqillik dövründə Azərbaycanda dövlət-din münasibətlərinin hüquqi tənzimlənməsi şərh edilmiş, dini etiqad azadlığının hüquqisosioloji aspektləri təhlil olunmuş, respublikamızda milli təhlükəsizliyin təmin olunmasında dini təhlükəsizliyin əhəmiyyəti izah edilmiş, davamlı inkişafa keçilməsində dinlərarası və mədəniyyətlərarası dialoqun rolu vurğulanmışdır.

Monoqrafiyada Azərbaycanda dini tolerantlıq mədəniyyətinin yüksəldilməsində və dövlət-din münasibətlərinin tənzimlənməsində Ulu Öndər Heydər Əliyevin rolu xüsusi olaraq işıqlandırılmış və Onun layiqli davamçısı Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlər geniş şəkildə şərh edilmişdir. Kitabda Sakit müəllim çox düzgün olaraq qeyd etmişdir ki, Ulu Öndər respublikamızda yaşayan bütün xalqlara, bütün millətlərə dilindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, başqa dinin nümayəndələrinə qarşı həmişə qayğıkeş münasibət göstərmişdir. Heydər Əliyev çıxışlarının birində ölkəmizdə müxtəlif dinlərə mənsub olan insanların birgəyaşayışı və tolerantlığından bəhs edərək demişdir: "Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir."

Eyni zamanda, S.Hüseynov öz kitabında göstərmişdir ki, Ulu Öndər başqa dinlərə qarşı dözümlülük və tolerantlıq münasibətini həmişə öz fəaliyyəti və öz əməli ilə sübut etmişdir. Heydər Əliyev Azərbaycanda yaşayan dini icmalara qarşı həmişə hörmət və ehtiramla yanaşmış, onların dini bayramlarını təbrik etmiş, adət-ənənələrinə qayğı ilə yanaşmışdır. Məsələn, İsa Peyğəmbərin Mövlud bayramı münasibəti ilə Azərbaycandakı Pravoslav İcmasını təbrik edən Heydər Əliyev demişdir: "Sizi İsa Peyğəmbərin Mövlud bayramı münasibətilə təbrik edirəm! Dünyanın bütün pravoslav xristianları üçün bu işıqlı gündə sizlərə can sağlığı, səadət diləyirəm. Arzu edirəm ki, sizin bütün nəcib niyyətləriniz yerinə yetsin, bütün diləkləriniz başa gəlsin. İnanıram ki, Azərbaycandakı Pravoslav İcmasının firavanlığı vətənimizin tərəqqisi və çiçəklənməsi, bütün vətəndaşlarımızın xoşbəxt gələcəyi üçün etibarlı zəmin olacaqdır."

S.Hüseynov Azərbaycanda fəaliyyət göstərən qeyri-islam dini icmalarına Heydər Əliyevin münasibətini faktiki materiallar əsasında şərh etmişdir. Həmçinin, o, öz monoqrafiyasında Ulu Öndərin 90-cı illərin əvvəllərində irəli sürdüyü tolerantlıq ideyalarının şərhində Dini Komitənin sədri işləmiş prof. R.Əliyevin kitabına istinad etmişdir. Lakin S.Hüseynov öz monoqrafiyasında müstəqil Azərbaycanda dini tolerantlıq ideyalarının dinamikasını genişkompleks şəkildə araşdırmağa nail olmuşdur. Bu baxımdan, "Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarixmüasirlik" adlanan kitabın IV fəslində Azərbaycanda dini tolerantlıq mədəniyyətinin Heydər Əliyevin dövlət qayğısı ilə əhatə olunduğunu, sonra isə Prezident İlham Əliyev tərəfindən dövlət siyasəti səviyyəsinə qaldırıldığını S.Hüseynov kompleks şəkildə tədqiq etmişdir. Burada dini tolerantlıq mədəniyyətinin inkişafında başda Allahşükür Paşazadə olmaqla Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rolunu şərh edən müəllif həmin qurumun bu sahədəki fəaliyyətinə xüsusi diqqət yetirmişdir.

Sakit müəllim həm də vətənpərvər alimlərimizdəndir. Belə ki, S.Hüseynov 1999-cu ildən başlayaraq işğal olunmuş ərazilərdə ermənilərin ekoloji cinayətləri haqqında KİV-də xeyli məqalələr çap etdirmişbu barədə beynəlxalq təşkilatlara müraciətlər göndərmişdir. 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində yaradılmış "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən operativ mərkəz"in işində S.Hüseynov ekspert kimi fəal iştirak etmişdir. Onun təşəbbüsü ilə 22 oktyabr 2004-cü ildə Milli QHT Forumunun fəalları ilə (K.Mahmudov, F.Mehtiyevb.) birlikdə beynəlxalq ekoloji təşkilatlara çoxsaylı müraciətlər göndərilmişdir. S.Hüseynov indisosial-ekoloji problemlər, davamlı inkişafs. sahələrdə öz elmi araşdırmalarını yorulmadan davam etdirir.

Məhz çalışqanlığın, elmin sirlərinə yaxından yiyələnməyin, daimi elmi axtarışda olmağın, zəhmətə qatlaşmağı bacarmağın, müasir fəlsəfəyə dərindən yiyələnməyin və vətəninə, millətinə hədsiz sevginin nəticəsidir ki, fəlsəfə elmləri doktoru Sakit Hüseynovun vətənpərvərlik, yoxsulluğun azaldılması və davamlı inkişaf, ekoloji problemlər, məişət ekologiyası və s. sahələrdə yazdığı 50-yə yaxın elmi əsər dünyanın müxtəlif nüfuzlu elmi nəşrlərində dərc edilmişbir çoxu müəyyən təltiflərə layiq görülmüşdür. Məsələn, Almaniyada yerləşən Nizami Mədəniyyət İnstitutunun Fəxri Fərmanı, Dünya Bankı tərəfindən "Yoxsulluğun aradan qaldırılması və davamlı inkişafın təmin edilməsi" mövzusunda aparılan elmi-tədqiqatlara görə verilmiş Fəxri Fərman və Diploms. məhz S.Hüseynovun elmi araşdırmalarına verilən qiymətin kiçik bir nümunəsidir. Yeri gəlmişkən, İran İslam Respublikasının Rudehen şəhərində 2008-ci ilin 23-27 aprel tarixində "Məşğulluğun təmin edilməsi və yoxsulluğun aradan qaldırılması" mövzusunda keçirilən və ümumilikdə, 250-dən çox elmi məruzənin dinlənildiyi Beynəlxalq Konfransda Qızıl medala layiq görülən beş  məqalədən biri zəhmətkeş alim Sakit Hüseynovun məruzəsi olmuşdur. Bütün bunlar, Sakit müəllimlə qürur duymağa, bu böyük insanla fəxr etməyə tam əsas verir.

Sakit müəllim həm də uzun illər səmərəli pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, müxtəlif mənbələrdən öyrəndiyi nəzəri bilikləri əməli cəhətdən tələbələrinə öyrətmək üçün böyük əmək sərf etmişdir. S.Hüseynov respublikamızın müxtəlif ali məktəblərində fəlsəfə, politologiya, sosiologiya, sosial ekologiya fənlərini tədris etməklə, gənclərimizdə milli-mənəvi dəyərlərin formalaşmasında və fəlsəfi dünyagörüşünün inkişaf etdirilməsinə az da olsa öz töhfəsini vermişdir. Məhz bunun nəticəsidir ki, Sakit müəllimin vaxtilə dərs dediyi tələbə və aspirantları indionun yanına gedib-gəlir, onu öz doğmaları kimi sevirlər. Biz düşünürük ki, alim, müəllim əməyinin bəhrəsinin dəyəri həyatda qazanılmış bu hörmət və ehtiramdır.

Məhz burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bir aforizmi yada düşür: "Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlər sırasında xüsusi yer tuturlar."

 

    

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun

"Dinşunaslıq və mədəniyyətin fəlsəfi problemləri" şöbəsinin bir qrup əməkdaşları

f.ü.f.d. E.M.Səmədov,

f.ü.f.d. H.B.Hüseynov,

f.ü.f.d. G.Q.Süleymanov,

elmi işçi A.C.Günəşli,

elmi işçi Ş.Ə.Zeynalov

Səs.- 2016.- 25 may.- S.10