Fyodor Dostoyevskinin azadlıq ideyası

 

Böyük rus yazıçısı Fyodor Mixayloviç Dostoyevskinin yaradıcılığı XX yüzilliyin mənəvi həyatına əsaslı təsir göstərmiş, ədəbi modernizm, ekzistensializm, psixologiya, ilahiyyat və ədəbi tənqidin müxtəlif məktəbləri onun ideyalarının, bilavasitə təsiri altında formalaşmışdır.

Moskvada qatı dindar ailəsində doğulmuş Dostoyevski hərbi həkim olan atasının tələbi ilə hərbi-mühəndislik akademiyasına daxil olmuşdur. Lakin akademiyanı bitirdikdən sonra (1848) ixtisasını atmış, özünü bütövlükdə ədəbi yaradıcılığa həsr etmişdir.

1847-ci ildə Dostoyevski sosialistlər dərnəyinə getməyə başlayır və tədricən dərnək pərdəsi altında fəaliyyət göstərən inqilabi-terrorçu təşkilata cəlb edilir. Terrorçular çara qarşı sui-qəsd təşkil etməyə cəhd göstərirlər. Qəsd baş tutmur, dəmək üzvləri həbs olunur (1849) və ölüm cozasına məhkum edilirlər. Lakin çar lap güllələnmə ərəfəsində edamı Sibirə sürgünlə əvəz edir. Yaşanmış iztirablar Dostoyevskinin dünyagörüşünü büsbütün dəyişdirir. Sosializm ideyasından məyus olan Dostoyevski daha inqilabi-zorakılığı mübarizə metodu kimi qəbul etmək istəmir. On ildən sonra sürgündən qayıdan Dostoyevski ədəbi yaradıcılığa qurşanır, başlıca mövzuları ləyaqət, mərhəmət, fərdi məsuliyyət və insan qəlbinin rəhmdilliyinə inam olan dahiyanə romanlarını yaradır.

Dostoyevskini ən çox insan münasibətlərinin psixologiyası maraqlandırır, lakin o, gənclik illərindən cəlb olunduğu sosial-siyasi problemlərə də böyük diqqət yetirir. Onun "Ölü evdən qeydlər", "Karamazov qardaşları", "Əcinnələr" romanları peyğəmbəranə əsərlər sayılır. Belə ki, Dostoyevskinin yaratdığı, onun müasirləri olan peşəkar inqilabçıların portreti onların 1917-ci ildə hakimiyyətə gəldikdən sonra nümayiş etdirdikləri davranışa tam uyğun gəlir.

Əvvəlcə "Karamazov qardaşları"nın bir fəsli kimi nəzərdə tutulmuşçap edilmiş "Böyük inkvizitor" povestində Dostoyevski yaranmaqda olan demokratiyanın başlıca və həlledilməz problemlərindən birinə azadlığın daşınması bu qədər çətin olan "ağır yükü" probleminə müraciət edir.

Azadlıq məqsəddir, yoxsa yalnız xoşbəxtliyə nail olmaq alətidir? Azadlıqdan yalnız ayrı-ayrı güclü şəxsiyyətlər istifadə edə bilirlər, bəs onda daimi himayəyə ehtiyacı olan milyonlarca zəif nə etsin? İnsan üçün hansı yaxşıdır: azad cəmiyyətdə bədbəxtlik, ya totalitar rejim şəraitində xoşbəxtlik?

"Böyük inkvizitor" əsəri dünyada yeni ədəbi ənənənin  antiutopiya romanlarının əsasını qoydu. Bu əsərlər Dostoyevskinin başladığı mövzunun müzakirəsinin davamı idi: insanı zorən xoşbəxt eləmək mümkündürmüümumi xoşbəxtlik naminə insanı qurban vermək olarmı? Vladimir Zamyatinin Biz, Oldos Hakslinin "Yeni şanlı dünya", Corc Oruellin "1984", Entoni Bercesin "Yaylı portağal", Ken Kizinin "Ququ quşu yuvası üzərində uçuş"... Bunlar azadlıqsız xoşbəxtliyə malik cəmiyyəti təhlil edən əsərlərin yalnız kiçik bir qismi, lakin ən məşhurlarıdır.

Dostoyevskinin bədbin proqnozları çin oldu və XX yüzillik Lenin, Hitler, Mao Tszedununbunlardan da xırda çoxsaylı "millət ataları"nın simasında "bəşəriyyətin xoşbəxtliyi naminə dünyanın yarısını yandırmağa cəhd etmiş böyük inkvizitorları" üzbəsurət seyr edə bildi.

Hadisələr İspaniyada, Sevilyada, inkvizisiyanın ən dəhşətli dövründə cərəyan edir, elə bir dövrdə ki, o vaxt hər gün ölkədə tonqallar çatılır və mənfur kafirləri tonqallarda yandırırdılar...

budur, o (İsa Peyğəmbər), bir anlığa olsa da xalqın gözünə görünməkistədi... Zülm çəkən, iztirab içində olan, böyük günahlara batmış, amma yenə də onu körpə kimi sevən xalqın gözünə görünmək istədi.

Ah, əlbəttə, bu, onun özünün vəd etdiyi zühur, axır zaman günü, məşriqdən məğribə qədər işıq saçan şimşək kimi qəfıldən baş verəcək, şöhrəti yer-göyü bürümüş o peyda zühur günü deyildir. Yox, o, heç olmazsa bır anlığa öz övladlarına baş çəkmək və bunu, məhz kafırlərin tonqallarının çatırtı ilə yandığı yerdə etmək arzusuna düşmüşdü. O özünün hədsiz mərhəməti üzündən bir daha, on beş əsr bundan qabaq adamların arasında gəzdiyi kimi, insan qiyafəsində adamların arasından keçir. O, cənub şəhərinin "qızmar" geniş küçələrinə enir; bu, həmin şəhərdir ki, bir qədər əvvəl orada kralın, saray əyanlarının, cəngavərlərin, kardinalların və gözəl-göyçək saray xanımlarının iştirakı ilə bütün Sevilyanın saysız-hesabsız əhalisinin gözü qabağında kardinal - böyük inkvizitor Allahın şərəfinə az qala yüz nəfər kafirin hamısını birdən tonqalda yandırmışdı.

O, gözə görünmədən sakitcə peyda olmuşdu, lakin qəribədir, hamı onu tanıyır... Xalq yenilməz bir qüvvə ilə ona tərəf can atır, onu dövrəyə alır, onu əhatə edənlərin sayı get-gedə artır, onlar onun ardınca gedirlər. O, onların halına hədsiz acıdığını ifadə edən sakit bir təbəssümlə onların arasından keçir. Onun ürəyində Məhəbbət günəşi yanır, gözlərindən İşıq, Ziya və Qüvvət şüaları saçılır və bu şüalar insanların üstünə süzülərək cavab sevgisi ilə onların qəlblərini sarsıdır. O, əllərini geniş açıb adamlara tərəf uzadır, onlara xeyir-dua verironun bədəninə, nəinki bədəninə, hətta paltarlarına toxunanda, onlarda şəfaverici qüvvə təzahür edir.

Özün qərara gəl, kim haqlı imiş - sən, yoxsa o vaxt səni sorğu-suala tutan? Birinci sualı yada sal onun məzmunu hərfən olmasa da, mənaca belədir: "Sən xalq arasına getmək istəyirsən və yalın əllə hansısa bir azadlıq vəd edərək gedirsən, onlar özlərinin sadəlövhlüyü və anadangəlmə nadanlığı üzündən onun mənasını belə başa düşə bilməyəcəklər, onlar azadlıqdan qorxur və vahiməyə düşürlər, çünki heç vaxt insan üçün, bəşər cəmiyyəti üçün azadlıqdan daha dözülməz heç bir şey olmayıb! Bəs bu çılpaq, qızmar səhradakı daşları görürsənmi? Onları çörəyə çevir, onda insanlar sürü kimi sənin arxanca qaçacaq, sənə minnətdar və itaətkar olacaq, daim həyəcan keçirəcəklər ki, sən əllərini onların üstündən götürsən, o saat onların çörəkləri də kəsiləcək.

Amma sən insanı azadlıqdan məhrum etmək istəmədin və bu təklifi rədd etdin, çünki fikirləşdin ki, əgər itaət çörək bahasına satın alınıbsa, hansı azadlıqdan danışınaq olar? Sən etiraz etdin ki, insan təkcə ruzi ilə yaşamır, lakin bilirsənmi ki, həmin bu dünyəvi ruzisi naminə Yerin ruhu sənin üzünə duracaq, səninlə savaşacaq və səni məğlub edəcək.

Bilirsənmi ki, əsrlər keçəcək və bəşəriyyət öz müdrikelmli adamlarının (sosialistlərin - red.) dili ilə deyəcək ki, cinayət yoxdur, deməli, günah da yoxdur, yalnız aclar var. "Əvvəlcə onları yedirt, sonra onlardan xeyirxah işlər tələb et! Sənə qarşı qaldırılan bayrağın üstündə belə yazacaqlar, sənin məbədin də bu bayraqla dağıdılacaqdır...

Ah, biz olmasaq, onlar heç vaxt, heç vaxt özlərini dolandıra bilməzlər! Nə qədər ki, onlar azad olaraq qalırlar, heç bir elm onlara ruzi verməyəcək, axırı da bu olacaq ki, onlar öz azadlıqlarını bizim ayaqlarımız altına atıb deyəcəklər: "Yaxşısı budur ki, bizi kölə edin, amma bizi yedirin".

Sən onlara göylərin ruzisini vəd etmişdin, lakin yenə təkrar edirəm, zəif, daim günahkardaim naşükür olan insan tayfasının nəzərində o, dünya ruzisinə bərabər ola bilərmi? Və əgər minlərcə, on minlərcə adam göylərin ruzisi naminə sənin arxanca getsə, göylərin ruzisindən ötrü çörəkdən əl çəkmək iqtidarında olmayan milyonlarcaon milyonlarca məxluqun aqibəti necə olacaq?

Bəlkə səndən ötrü yalnız on minlərcə böyükgüclü bəndə əzizdir, yerdə qalan, dənizdəki qum qədər sayı-hesabı bilinməyən zəif, lakın sənı sevən milyonlar isə böyüklər və güclülər üçün yalnız material olmalıdır? Xeyr, bizdən ötrü zəiflər də əzizdir. Onlar günahkardır, qiyamçıdır, lakın axırda onlar həm də itaətkar olacaqlar.

Biz onlara başçılıq edib onların azadlıqlarını daşımağa və onlara agalıq etməyə razılıq verdiyimizə görə onlar bizə heyran olacaqbizi Allah hesab edəcəklər -  azad olmaq axırda onlar üçün bu dərəcədə dəhşətli olacaq!

Biz isə deyəcəyik ki, sənə itaət edirik və sənin xatirinə ağalıq edirik. Biz yenə onları aldadacağıq, çünki biz daha səni özümüzə yaxın buraxmayacağıq. Onları aldatmağımız bizə də əzab-əziyyət verəcək, çünki yalan danışmağa məcbur olacağıq.

Səhradakı birinci sualın mənası bundan ibarətdi və sən hər şeydən uca saydığın azadlıq naminə bunu rədd etməliydin. Halbuki bu sualda dünyanın böyük bir sirri vardı. Sən "ruzini qəbul etməklə istər ayrıca bir məxluqun, istərsə də bütün bəşəriyyətin ümumi, əzəli və əbədi bir qüssəli sualına cavab vermiş olardın. Budur həmin sual: "Kimə sitayiş etməli?"

İnsan azad qalanda ondan ötrü pərəstiş etməli olduğu kimsəni mümkün qədər tezliklə axtarıb tapmaq qayğısından daha aramsız və bundan daha iztirablı bir qayğı yoxdur. Lakin insan sitayiş etməkdən ötrü o kimsəni axtarır ki, onun sitayiş edilməyə şəksiz ləyaqəti olsun, o dərəcədə şəksiz olsun ki, bütün adamlar hamısı birdən, haramlıqla ona sitayiş etməyə razı olsunlar. Ona görə ki, bu yazıq məxluqların qayğısı təkcə mənim, ya başqa birisinin sitayiş etməli olduğu varlığı axtarıb tapmaqdan ibarət deyil, onların qayğısı elə bir varlığı axtarıb tapmaqdan ibarətdir ki, ona hamı etiqad bəsləsin və hamı sitayiş etsin, özü də hökmən hamı birlikdə sitayiş etsin. Bax, bu sitayişin ümumi olması tələbatı əsrlər boyu həm hər bir ayrıca fərdin, həm də bütün bəşəriyyətin ən başlıca iztirabıdır.

Sən bəşər təbiətinə xas olan bu sirri bilirdin, sən bunu bilməyə bilməzdin, lakin sən hamını sənə şəksiz sitayiş etməyə məcbur etmək üçün sənə təklif edilən yeganə mütləq bayrağı - "çörək bayrağını" rədd etdin, özüonu azadlıq və göylərin ruzisi naminə rədd etdin. Gör sən bundan sonra nə etmisən?! Özü də yenə hamısını azadlıq naminə!

Sən adamların azadlığına sahib olmaq əvəzinə, onlara daha çox azadlıq verdin! Bəlkə unutmusan ki, insan nəyin xeyir, nəyin şər olduğunu azad dərk etməkdənsə, əmin-amanlığı və hətta ölümü üstün tutur?! İnsandan ötrü vicdan azadlığından cazibədar bir şey yoxdur, fəqət, bundan cəfalı bir şeyyoxdur.

Sən insanların azadlığına sahib olmaq əvəzinə bu azadlığı artırdın və azadlıqdan irəli gələn iztirabları insanın qəlb evinə əbədi yük elədin. Sən istədin ki, insanın sevgisi azad olsun, o da sənə heyran olsun, sənin əsirin olsunözü sənin arxanca getsin. Məgər fikirləşmədinmi ki, əgər seçmək azadlığı kimi dəhşətli bir yükün əziyyətini çəkirsə, axırda o, hətta sənin simanı da, sənin həqiqətini də qəbul etməyəcək? Beləliklə, səltənətinin viran edilməsini özün təşkil etmisən və buna görə özündən başqa heç kəsi müqəssir bilmə.

Lakin məgər sənə təklif edilən bu idimi? Dünyada bu aciz qiyamçıları həmişəlik ram etməyə və onların vicdanını əsir etməyə qadir olan üç qüvvə var, yalnız üç qüvvə. Budur həmin qüvvələr: möcüzə, sirrnüfuz.

Sən müdrik ruhun bu üçüncü məsləhətini qəbul etsəydin, insanın yer üzündə axtardığı hər şeyin əvəzini verə bilərdin, yəni onların kimə itaət etməli, kimə ürəyini açmalı və nəhayət, hansı yolla bütün sakinlərin birlikdə və mehriban ömür sürdüyü qarışqa yuvasına bənzər bir cəmiyyət halında birləşməli olduqlarını öyrədərdin, çünki bütün dünyadakı insanların birləşməsi zərurəti onların üçüncü və axırıncı əzabıdır... Sən hökmdar qılıncını qəbul edib hökmdarlara məxsus uzun qırmızı xələti əyninə geysəydin, bütün dünyaya hökmdar olardın və bütün dünyada sülh yaradardın. Ona görə ki, əgər bir kimsə insanların qəlbinə hakim kəsilibsə və onların çörəyi onun əlindədirsə, onların hökmdarı başqa kəs ola bilməz...

Sən öz seçmə bəndələrinlə fəxr edirsən, lakin səninkilər yalnız seçmə bəndələrdir, biz isə hamıya təskinlik verəcəyik. Hələ bu da belədirmi: bu seçmə bəndələrin nə qədəri, səndən ötrü seçmə bəndəyə çevrilə biləcək kəslər səni gözləməkdən təngə gəldilər, ruhlarının gücünü və qəlblərinin hərarətini başqa sahəyə sərf etdilər və hələ yenə də sərf edəcəklər, axırda onlar özlərinin azadlıq bayraqlarını sənin də başına endirəcəklər. Lakin bu bayrağı sən özün öz başına endirdin.

Bizdə isə hamı xoşbəxt olacaq və indən belə onlarqiyam edəcəklər, nə də sənin azadlığında olduğu kimi, hər yerdə bir-birini qırıb, məhv edəcəklər. Ah, biz onları inandıracağıq ki, onlar bizdən ötrü öz azadlıqlarından imtina edəndə və bizə itaət edəndə - yalnız o vaxt azad olacaqlar. Necə bilirsən, biz haqlı olacağıq, yoxsa yalan danışmış olacağıq? Onlar özləri inanacaqlar ki, biz haqlıyıq, çünki sənin verdiyin azadlığın onları necə dəhşətli köləlik həddinə və hərc-mərcliyə gətirib çıxardığını yada salacaqlar.

 Azadlıq, azad zəka və elm onları elə əlçatmaz yerlərə aparıb çıxaracaq, onları elə möcüzələrlə və anlaşılmaz müəmmalarla qarşılaşdıracaq ki, onlardan bəziləri - yenilməz və tündməcazlar özləri özlərini qırıb məhv edəcək, başqaları - yenilməz, lakin gücsüzlər bir-birini qırıb məhv edəcək, üçüncülər - yerdə qalan aciz və bədbəxtlər bizim ayaqlarımıza düşüb fəryad edərək deyəcəklər: "Bəli, siz haqlısınızmış, onun sirlərini təkcə siz bilirdiniz, bizsizin yanınıza qayıdırıq, bizi özümüzdən xilas edin. Onlar bizdən çörək alanda aydın görəcəklər ki, biz onların öz çörəklərini, öz əlləri ilə qazandıqlarını onların özünə paylayırıq... Onlar bunu həddən artıq yüksək qiymətləndirəcəklər, həmişəlik itaət etmək budur! Və nə qədər ki insanlar bunu başa düşməyib, onlar bədbəxtdirlər".

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 26 may.- S.13.