İstiqlal günü
(28 May
Respublikamızın Müstəqillik Günüdür)
Bu gün, Vətən oğlu, güldü növrağın,
Əlvan libasını geydi gülzarın.
Ucaldı baş üstə üçrəng bayrağın,
Yetişdi sonuna hər intizarın.
Çatdıq azadlığın təntənəsinə,
İmzamız imzalar içinə düşdü.
Səsimizi qatdıq bəşər səsinə,
Yurdumuz səadət mülkünə düşdü.
Üzlər sevinc tapdı, baxışlar fərəh,
Bayram ruhundadır açılan güllər.
Çaylar tək məcraya sığışmır ürək,
Bu gün fərəhindən
sevinir ellər.
Dəniz
şahə qalxır,
təlatümlənib,
Ləpələr sahilə çəkir sığalın.
Al-əlvan geyinib qərənfillərim,
Coşaraq eşqilə bu istiqbalın.
Şəlalə istiqlal təranəsilə,
Oyadır yuxudan meşəni, dağı.
Günəş şəfəq səpir
təntənəsilə,
Min bir rəngə
çalır üçrəng
bayrağım.
Geyib toy
libasın anamız Vətən,
Gülür fərəhindən bu
gün ürək,
can.
Jalələr səpilir yerə
göylərdən,
Gülür fərəhindən hər
tərəf, hər yan,
Çiçək tək bərq vurur yurd - Azərbaycan!
Aydın İsmayılov,
Təqaüdçü-mühəndis,
Sumqayıt şəhəri
Səs.- 2016.- 28 may.- S.12