II Azərbaycan Elm Festivalının
açılış mərasimi
keçirilib
Dünən AMEA-nın
təşəbbüsü ilə keçirilən II
Azərbaycan Elm Festivalının
açılış mərasimi
olub.
Tədbir
iştirakçıları əvvəlcə Fəxri
Xiyabana gələrək,
xalqımızın Ümummilli
Lideri, müasir müstəqil Azərbaycan
dövlətinin Memarı
və Qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı
önünə gül
dəstələri qoyublar.
AMEA-nın əsas binasında təşkil olunmuş tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə
II Azərbaycan Elm Festivalının
ölkəmiz və elmimiz üçün böyük əhəmiyyət
daşıdığını söyləyib: "Tədbirin
əsas məqsədi
elmimizin bugünkü
nailiyyətlərini geniş
ictimaiyyətə tanıtmaq,
müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi-tədqiqat işlərinə
marağı artırmaqdır.
Həmçinin, festival ictimaiyyətin elm sahəsində əldə
olunmuş yeniliklərlə
tanış edilməsi,
elm və cəmiyyət
arasında dialoqun yaradılması baxımından
böyük əhəmiyyətə
malikdir".
Diqqətə çatdırıb ki,
festival öz işinə
noyabrın 1-də Naxçıvanda,
noyabrın 2-də Sumqayıtda,
noyabrın 4-də Şəkidə
və noyabrın 5-də
Gəncədə davam
edəcək. 2014-cü ildə keçirilmiş
I Elm Festivalında 15 mindən
artıq insanın iştirak etdiyini xatırladan akademik A.Əlizadə qeyd edib ki, budəfəki
tədbir miqyasına və məzmununa görə fərqlidir və bura qatılanların
sayının 50 minə
çatacağı gözlənilir.
AMEA-da magistr təhsilinin təşkilinin
əhəmiyyətindən danışan akademik A.Əlizadə bunu elm və təhsilin inteqrasiyası istiqamətində
əldə olunan mühüm nailiyyətlərdən
biri kimi dəyərləndirib. Akademiyanın
magistratura pilləsinə
qəbulun nəticələrini
açıqlayan A.Əlizadə
qeyd edib ki, 2015-2016-cı tədris
ili üçün
7 institutda 9 ixtisas üzrə magistraturaya qəbul keçirilib. Bu il isə
19 ixtisas üzrə
56 nəfər akademiyanın
magistrantı adını
qazanıb.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov
festival haqqında fikirlərini
bölüşüblər. Diqqətə çatdırılıb ki, festival Azərbaycan elminin inkişafı və əldə olunan nailiyyətlərin təbliğində böyük
töhfədir.
Daha sonra
festival bədii hissə
ilə davam edib. Festivalın marşı səslənib,
əyləncəli elmi
şoular nümayiş
etdirilib, həmçinin,
ABŞ-ın "Acidic Band" qrupu çıxış
edib. AMEA rəhbərliyi,
digər rəsmi şəxslər və fəxri qonaqlar AMEA-nın Alimlər Evində təşkil edilmiş sərgi ilə tanış
olublar.
NƏZAKƏT
Səs.-
2016.- 1 noyabr.- S.8