Əl-Fəcr” qəzetində ölkəmizin turizm potensialı haqqında məqalə dərc olunub

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) tanınmışƏl-Fəcrqəzetinin baş redaktoru Şərif Əl-Bəsilin ölkəmiz haqqında silsilə məqalələri çərçivəsində oktyabrın 31-də “Azərbaycan Qafqazın mirvarisi. Ərəb turistlərinin turizm qibləsisərlövhəli yazısı qəzetin çap elektron nüsxələrində dərc olunub.

Qəzetin bir səhifəsini əhatə edən məqalədə baş redaktor Azərbaycanın dünyanın ən gözəl ölkələrindən biri olduğunu oxucuların diqqətinə çatdırır. O, yazıda qədim tarixin nəhəng xəzinəsi təbii gözəllikləri ilə zəngin olan ölkəmizin turistlərin cəlb edilməsi üçün lazımi əsaslara malik olduğunu diqqətə çatdırır. Respublikamızın şanlı keçmiş, sehrli reallıq parlaq gələcəkdən ibarət unikal aləm olduğunu qeyd edir. Yazıda ölkəmizə gələn qonaqların Heydər Əliyev Beynəlxalq Aeroportuna düşdükləri ilk andan gülərüzlülük, sərhəd-keçid məntəqələrində isə prosedurların asanlığı ilə qarşılaşdıqları bildirilir.

Azərbaycanın Qafqaz regionunun ən əmin-aman ölkəsi olduğunu vurğulayan müəllif istənilən Körfəz ölkəsindən olan turistin 2 saat müddətində Azərbaycan Hava Yolları “Fly Dubai” aviaşirkətləri vasitəsilə Bakıya çata biləcəyini yazır. Məqalədə 2017-ci ilin martında Şarca Əmirliyinə məxsus “Air Arabia” aviaşirkətinin Şarca-Bakı marşrutu üzrə ilk uçuşa başlayacağı, eləcə Qəbələ Naxçıvan ilə birbaşa hava əlaqələrinin yaradılması istiqamətində səylərin göstərildiyi bildirilir.

Baş redaktor yazıda paytaxt Bakının gözəlliklərindən yaşıllığından, o cümlədənAlov qüllələrikompleksindəki “Fairmont Baku” otelinin digər müasir mehmanxanaların, Heydər Əliyev Mərkəzinin möhtəşəmliyindən bəhs edir. HəmçininİçərisəhərDövlət Tarix-Memarlıq Qoruğu, Şəhidlər xiyabanı, “Atəşgah MəbədiDövlət Tarix-Memarlıq Qoruğu, “YanardağDövlət Tarix-Mədəniyyət Təbiət Qoruğu digər tarix mədəniyyət abidələri, habelə 13 kilometrlik məsafəyə uzanan Dənizkənarı Milli Park barədə ətraflı məlumat verilir. Dövlətimizin bugünkü inkişafının, qazandığı nailiyyətlərin xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğu diqqətə çatdırılır. Vurğulanır ki, Heydər Əliyev müdrikliyi uzaqgörənliyi ilə xalqın arzularını reallığa, Azərbaycanı beynəlxalq aləmdə güclü dövlətə çevirməyə nail olub.

Müəllif bu siyasi kursun bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayır. O, Azərbaycanı daha da qüdrətləndirmək qabiliyyətinə, güclü siyasi iradəyə malik Prezident İlham Əliyevin öz xalqının etibarını, eləcə beynəlxalq ictimaiyyətin ehtiramını qazandığını xüsusilə qeyd edir.

 

Daha sonra məqalənin müəllifi ziyarət etdiyi Quba Qəbələnin ecazkar təbiətindən turizmimkanlarından ətraflı bəhs edib. Belə ki, o, Qəbələni təsvir edərkən, ilk növbədə, buranın təkrarolunmaz təbiətini bu mənzərənin dağların, təpələrin, düzənliklərin, meşələrin yaşıl ərazilərin sintezindən ibarət olduğunu qeyd edib. Müəllif qonaqların münasib qiymətin qarşılığında kanat yolu ilə dağlara çıxmaq yüksəklikdən möhtəşəm mənzərədən zövq almaq imkanı əldə etdiyi barədə məlumat verib.

Qəbələdə yerləşənQəbələndparkının Azərbaycanda ən böyük əyləncə mərkəzlərindən biri olduğunu bildirən müəllif burada böyüklərin uşaqların əylənmələri üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırır. O, rayonda muzey ticarət mərkəzləri ilə yanaşı, Qafqazda ən böyük dağ xizəyi kurortlarından birinin fəaliyyət göstərdiyini yazır.

Məqalədə Azərbaycanın şimalında, Böyük Qafqaz dağlarının şimal-şərq yamaclarında yerləşən Quba rayonunun təbii mənzərəsindən söhbət açılır. Yüksəklikdən axan şəlalələrdən, eləcə çaylardan müalicəvi xüsusiyyətlərə malik bulaqlardan bəhs edilir. Burada müalicəvi turizmin inkişaf etdiyi, habelə mövcud zəngin turistik infrastrukturuna görə Qubanın da Qəbələ kimi ərəb turistləri özünə cəlb etdiyi vurğulanır.

Məqalədə Azərbaycan xalqının adət-ənənələrindən, musiqisindən, ölkəmizdə keçirilən festivallardan da söhbət açılır.

 

Asya Hacızadə

Səs.- 2016.- 1 noyabr.- S.8