İnsan hüquq müdafiəsinin mexanizmləri, prosedurası, azadlıq və məsuliyyət

 

 

1966-cı il Beynəlxalq Müqavilələr Hüququ haqqında Vyana Konvensiyasında, müəyyən olunduğu kimi, MÜQAVİLƏ bir sənəddə və ya bir-biri ilə bağlı olan bir neçə sənəddə əks olunmasından, eləcə də necə adlandırılmasından asılı olmayaraq, dövlətlər tərəfindən yazılı formada bağlanmış və beynəlxalq hüquq tərəfindən tənzimlənən beynəlxalq razılaşmadır. Müqavilənin bu tərifi beynəlxalq təşkilatlar tərəfindən bağlanmış müqavilələrə də aiddir.

Ə.Abdullayev və digər müəlliflər yazırlar: "Beynəlxalq razılaşmalar müxtəlif cür adlandırıla bilər: konvensiya, pakt, saziş, müqavilə, xartiya, nizamnamə, protokols. Beynəlxalq hüquqda buya digər müqavilə sənədi üçün dəqiq adlandırma qaydası müəyyən edilməmişdir. Lakin KONVENSİYA hansısa xüsusi məsələyə, yekcins problemə dair razılaşmadır. Məsələn, Qaçqınların Statusu haqqında Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya, Avropa Mədəniyyət Konvensiyası. PAKTLAR müxtəlif qrup problemləri əhatə edən müqavilələrdir; İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, Vətəndaş Hüquqları və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt.

Beynəlxalq müqavilələr qəbul olunduqdan sonra deyil, müəyyən olunmuş sayda dövlətlər tərəfindən ratifikasiya olunduqdan (dövlətin qanunverici orqanı tərəfindən təsdiq edildikdən) sonra qüvvəyə minir. Qüvvədə olan beynəlxalq müqavilə onun iştirakçıları üçün məcburidir və onlar tərəfindən yerinə yetirilməlidir.

Müqavilənin imzalanması, ratifikasiya edilməsi, qəbul olunması və təsdiq edilməsi və ya ona başqa bir dövlətin qoşulması zamanı dövlət həmin müqaviləyə düzəliş edə bilər, daha doğrusu, elə birtərəfli bəyanat verə bilər ki, onun vasitəsilə öz ərazisində müqavilənin müəyyən müddəalarının hüquqi qüvvəsini dəyişmək və ya ləğv etmək istəyini ifadə edər".

Beynəlxalq müqəvilələr açıq, yaxud qapalı ola bilər. Açıq beynəlxalq müqavilələrə digər dövlətlər onun iştirakçısı olan dövlətlərin razılığı olmadan belə qoşula bilər.

İnsan hüquqları sahəsində razılaşmaların reallaşmasını müşahidə etmək məqsədilə müəyyən nəzarət orqanları - komitələr yaradıla bilər. Belə beynəlxalq müqavilələrin daha bir xüsusiyyəti ondan ibarətdir ki, iştirakçı dövlətlər öz öhdəliklərindən imtina edə və bu müqavilədən çıxa, yəni onu denonsasiya (xəbərdarlıq) edə bilərlər.

Məsələn, Vətəndaş Hüquqları və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt BMT Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı ildə qəbul edilmiş və 35 dövlət tərəfindən ratifikasiya olunduqdan sonra 23 mart 1976-cı ildə qüvvəyə minmişdir. Bu Paktla bağlı iki Fakultativ Protokol da mövcuddur. Pakta uyğun olaraq İnsan Hüquqları Komitəsi yaradılmışdır.

Birləşmiş Millətlər Təşkilatı özünün bütün strukturlarında insan hüquqlarına aid məsələləri müzakirə edir, lakin bizi maraqlandıran insan hüquqlarının müdafiəsi aspektində əsas rolu Baş Assambleya, İqtisadiSosial Şura, Konvensiya əsaslı və müqavilə əsaslı orqanlar, daha doğrusu, paktkonvensiyalarla yaradılmış müxtəlif komitələr oynayır.

Nəzarət MEXANİZMLƏRİ müəyyan təşkilati strukturlardan (insan hüquqları üzrə beynəlxalq məhkəmələr, beynəlxalq təşkilatlar, eyni zamanda, xüsusi məruzəçilərin işçi qrupları, komissiyaları, komitələri) ibarətdir. BMT və Avropa Şurasının təcrübəsində xüsusi fərdi məruzəçilər institutuna tez-tez rast gəlinsə də, beynəlxalq nəzarət mexanizmləri kollektiv orqanlardır (komitətər, qruplars.).

İnsan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq PROSEDURLAR insan haqlarının pozulmasına dair məlumat, bəyanat və digər informasiyalara baxılması, yoxlanması, təkliflərin hazırlanması və qərarların qəbul edilməsi metodları və qaydalarından ibarətdir.

Totalitar cəmiyyətlərdən fərqli olaraq açıq, demokratik cəmiyyətlər həyatın başqa prinsiplərini, "vətəndaş - dövlət", "insan - cəmiyyət", "hüquqlar - vəzifələr", "azadlıq - məsuliyyət" münasibətlərinin başqa paradiqmalarını formalaşdırır insan birgəyaşayışının belə əsasları bizim posttotalitar, postsovet şüurumuzla çətin dərk olunur və qavranılır. Bir çoxlarının ürəyində azadlıqdan qorxu gizlənir. Azadlıq bir tərəfdən şəxsi təhlükəsizliyə təhdid, korrupsiyaya uğramış məmurların, mafiyanın, ekstremistterrorçu təşkilatların özbaşınalığı qarşısında müdafiəsiz qalmaq kimi qiymətləndirilir, digər tərəfdən isə insanın özünün özünə gün ağlaması zərurəti ilə, hər şeyə görə insanın özünün məsuliyyət daşıması ilə qorxulu görünür. Patemalist siyasəti və "ümumxalq" sosialist dövlətinin ideologiyası insanlara sərbəstliyi, məsuliyyəti sanki unutdurmuşdu. Bir çoxlarının sosializm "nailiyyətləri və dəyərləri" üçün xiffət etməsi də, məhz buradan irəli gəlir.

Köhnə "hüquqlaronlara uyğun vəzifələr" düsturunun əvəzinə məsuliyyət anlamı bərqərar olmalıdır. Söhbət konstitusiya ilə tanınan hüquq və azadlıqlar çərçivəsində məsuliyyətdən gedir. Azadlıq heçbaşqa insanların maraqları və hüquqlarına etinasızlıq, sərhədsiz özbaşınalıq demək deyildir. Sərhədsiz azadlıq - cəmiyyətin özünü dağıtması ıə destruksiyasıdır. XX əsrin görkəmli filosofu K.Popperin yazdığı kimi, "azadlıq məhdudlaşdırılmırsa, özü-özünü məhv edir". Qeyri-məhdud azadlıq o deməkdir ki, güclü insan zəif insanı qorxutmaqda, onu azadlıqdan məhrum etməkdə azaddır. Məhz bu səbəbdən, biz azadlığın dövlət tərəfindən o qədər məhdudlaşdırılmasını istəyirik ki, bu zaman hər bir insanın azadlığı qanunla müdafiə olunsun. Heç kim başqasının mərhəməti hesabına yaşamamalıdır, hamı dövlət tərəfindən müdafiə hüququna malik olmalıdır. K.Popper sözünə davam edərək yazır: "Əlbəttə, dövlətin müdafiə etməli olduğu azadlığı təhtükəyə məruz qoymadan vətəndaşlara verilə biləcək azadlığın səviyyəsini dəqiq müəyyən etmək asan deyil. Bununla belə, bizim təcrübəmiz (daha doğrusu, demokratik dövlətlərin mövcudluğu) göstərir ki, bu səviyyəni təxminən müəyyən etmək mümkündür. Əslində, demokratik qanunvericiliyin əsas məqsədi də elə bu səviyyəni müəyyənləşdirməkdən ibarətdir. Bu, çətin məsələdir, lakin o qədər çətin deyil ki, biz buna görə öz əsas tələblərimizdən imtina edək; xüsusilə də, ona dövləti cinayətlərdən, yəni təcavüzdən müdafiə aləti kimi baxmaqdan imtina edək. Bundan başqa, azadlığın harda bitməsi və cinayətin harda başlanması həddinin müəyyənləşdirilməsinin çətinliyi barədə iddialara xuliqan haqqındakı məşhur rəvayət yaxşı cavab ola bilərdi: Onun "azad insan olaraq yumruğumla istənilən istiqamətdə hərəkət edə bilərəm" - iddiasına hakim belə bir cavab verir: "Sizin yumruğunuzun hərəkət sərbəstliyi zonası qonşunuzun burnunun durduğu yerlə məhdudlaşır".

İnsan hüquqları haqqında Ümumi Bəyannamənin yalnız bir maddəsi vəzifələrdən bəhs edir: "Hər bir insanın cəmiyyət qarşısında vəzifələri vardır, o cəmiyyətin ki, yalnız burada onun şəxsiyyətinin azadlığı və tam inkişafı mümkündür".

Lakin bu maddə heç də hüquqları müəyyən edən maddələrdən az əhəmiyyətli deyil. Bəyannamədə daha sonra göstərilir: "Hər bir şəxs öz hüquqlarını və azadlıqlarını həyata keçirən zaman yalnız o məhdudiyyətlərə məruz qalmalıdır ki, onlar müstəsna olaraq, demokratik cəmiyyətdə başqalarının hüquq və azadlıqlarının lazımi səviyyədə tanınması və müdafiə edilməsi, ədalətli mənəvi tələblərin, ictimai qaydanın və ümumi rifahın təmin edilməsi məqsədilə tətbiq edilmiş qanunlarda nəzərdə tutulsun".

Müəlliflərin fikrincə, cəmiyyət mənəvi qadağalar tətbiq edir (yalan danışmamaq, verilən sözü pozmamaq, xətirə dəyməmək və s.), dövlət isə (konkret olaraq, Azərbaycan Konstitusiyası) Respublikanın bütövlüyünün pozulmasına və konstitusiya quruluşunun əsaslarının zorla dəyişdirilməsinə, dövlətin təhlükəsizliyinin sarsılmasına, silahla birləşmələrin yaradılmasına, sosial, irqi, milli, dinidil ayrıseçkiliyinin qızışdırılmasına yönəlmiş fəaliyyətə qadağa qoyur. Sosial, irqi, milli, dinidil üstünlüyünün təbliğatını qadağan edir. Dövlət digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin, sağlamlığının, mənəviyyatın qorunması məqsədilə hüquq və azadlıqları müvəqqəti olaraq məhdudlaşdıra da bilər.

"...Bizə deyə bilərlər ki, rus xalqı tarixi inkişaf yoluna həddən artıq gec qədəm qoyub, şəxsiyyətin hüquq və azadlıqları, hüquqi qayda, konstitusiyalı dövlət ideyalarını işləyib hazırlamaq bizə lazım deyil, deyə bilərik ki, bu ideyalar çoxdan deyilib, detallarınadək inkişaf etdirilib, həyata keçirilibbuna görə də bizə yalnız onları olduğu kimi, qəbul etmək qalır. Bu cur olsaydı belə, biz bu ideyaları özümüzdən keçirməli idik; onları olduğu kimi qəbul etmək kifayət deyil, həyatın müəyyən anında, bütünlüklə onlara aludə olmaq lazımdır; buya digər ideya özü-özlüyündə nə qədər köhnə olursa-olsun, onun ilk dəfə yaşayan insan üçün o, həmişə yenidir; şüurun başqa elementlərlə qaynayıb-qarışaraq düşüncələrdə yaradıcı görür, bununla yanaşı rus ziyalılarının hüquqi düşüncəsi heç vaxt hüquqları və huquqi dövlət ideyası ilə tam əhatə olunmayıb və onlar bizim ziyalılar (tərəfindən tam yaşanmayıb" - deyə məşhur Rusiya hüquqşünası B.Kistyakovski "Vexi"də yazırdı.

Doğrudan da, müəyyən tarixi səbəblərdən Rusiya insan hüquqları, hüquqi dövlət ideyalarını yaşamağa, dərk etməyə, onları dünyaya öz baxışının bir hissəsinə çevirməyə müvəffəq olmamış, öz hüquqi şüurunun inkişafında əski demokratik ənənələrə malik ölkələrdən geri qalmışdır. Marksizm-leninizm təbii hüquq, insanın təbii hüquqları konsepsiyaları kimi hüquqi dövlət anlayışını da rədd edirdi. O zamanlar sovet hüquqşünaslarının verdikləri bir neçə tərifi yada salmaq yerinə düşər. "Hüquqi dövlət - burjua hüquqi ədəbiyyatında qərarlaşmış anti-elmi anlaytş olub burjua dövlətini guya icraedici hakimiyyətin özbaşınalığına yer olmayan, qanununqanunçuluğun hökm sürdüyu cəmiyyət kimi təqdim edir. Hüquqi dövlət nəzəriyyəsi üçün səciyyəvi cəhət ondan ibarətdir ki, burjua demokratiyası guya "təmiz", fövqəlsinfi cəmiyyət kimi alqışlanır. Bır çox döv lətlərin burjuaziyası hüquqi dövlət haqqında təlimdən öz sinfi maraqları naminə demoqogiya kimi istifadə edərək, ona mürtəce məna verir və beləliklə, də kütlələrə zərərli xülyaları aşılayaraq müasir burjua dövləti və hüququnun imperialist mahiyyətini ört-basdır etməyə çalışır. Hüquqi dövlət haqqında təlimlər fəhlə sinfinin inqilabi fəaliyyətinə, sosialist dövlətinin yaranmasından etibarən isə ona qarşı yönəlmişdir".

  Lakin demokratik dövlətlərin müasir təcrübəsi göstərdi ki, hüquqi dövlət yalnız demokratik qaydanın əldə edilməsi və qorunmasında müntəzəmliyi və ardıcıllığı təmin edən formal qanunçuluğu deyil, həmçinin, insan hüquqları və azadlıqlarının tanınmasına və hörmət edilməsinə əsaslanan ədaləti əks etdirir. İnsan hüquqları və hüquqi dövlət qarşılıqlı surətdə bir-birini şərtləndirən hadisələrdir. Onlardan biri olmadan digəri ola bilməz.

Sadələşdirilmiş formada hüquqi dövlət aşağıdakı əlamətlərlə səciyyələnir:

  insan və vətəndaş hüquqları və azadlıqlarının tanınması

və müdafiəsi;

  hüququn aliliyi;

  hakimiyyətin qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinə bölünməsi;

  vətəndaş və dövlətin qarşılıqlı məsuliyyəti.

Azərbaycan Respublikasının qüvvədə olan Konstitusiyası hüquqi dövlət haqqında müddəaları hakimiyyət bölgüsünün, qanunun aliliyinin kifayət qədər müfəssəl tənzimlənməsi, insan huquqlarının tanınması və ona dair öhdəliklər və s. elementlər şəklində təsbit edir və açıqlayır.

 

Vahid ÖMƏROV fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 2 noyabr.- S.15