IV Bakı Beynəlxalq Teatr Konfransı maraqlı yeniliklər vəd edir...
Bildiyiniz
kimi bir neçə gündən
sonra ölkəmiz dünya miqyaslı beynəlxalq tədbirə
ev sahibliyi
edəcək.
Belə ki, cari ilin 7 və 8 noyabr tarixlərində Bakıda "Teatr və multikulturalizm" mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı
ilə həyata keçiriləcək konfransda
dünyanın 40-a yaxın
ölkəsindən təqribən
150 teatr xadimi - teatr tənqidçiləri,
aktyorlar, rejissorlar, rəssamlar, Beynəlxalq teatr qurumlarının prezidentləri - iştirak
edəcək.
Milli.Az xəbər
verir ki, konfrans çərçivəsində
beynəlxalq teatr qurumlarına üzv olan Azərbaycan teatrlarının həmin
qurumların rəhbərləri
ilə görüşləri
keçiriləcək.
Beynəlxalq ASSİTEJ-ə üzv olan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
konfransda iştirak edəcək 10 Beynəlxalq
ASSİTEJ Milli Mərkəz
prezidentləri ilə
birgə görüş
keçirməyi nəzərdə
tutur. Konfrans çərçivəsində
baş tutacaq görüşdə qarşılıqlı
yaradıcılıq əlaqələrinin
genişləndirilməsi istiqamətində
görüləcək işlər,
müştərək layihələr
müzakirə olunacaq. Bundan başqa, ölkəmizdə
fəaliyyət göstərən
teatrlarda bir sıra treninq və seminarların keçirilməsi də nəzərdə tutulur.
Həmin
treninqlərdən biri
Dövlət Gənc Tamaşaçılar Teatrında
"Aktyor sənətində
improvizə" mövzusunda
təlimçi-pedaqoq Andrey
Sidelnikovun rəhbərliyi
ilə baş tutacaq. Məlumat üçün bildirək
ki, konfransın açılış mərasimində
Dövlət Gənc Tamaşaçılar Teatrının
25 əməkdaşı iştirak
edəcək.
Səs.-
2016.- 2 noyabr.- S.12