Bakı Dövlət Universitetində görkəmli alimin 80 illik yubileyi qeyd olunub

Noyabrın 2-də Bakı Dövlət Universitetində (BDU) görkəmli türkoloq, Əməkdar Elm Xadimi, “Şöhrətordenli, akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr edilənAzərbaycan filologiyası: inkişafın yeni mərhələsimövzusunda respublika elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda BDU-nun rektoru, akademik Abel Məhərrəmov T.Hacıyevin səmərəli elmi fəaliyyətindən, respublikamızda dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirilib ki, dilçi alim hələ gənc yaşlarından elmə böyük maraq göstərib, zəngin elmi fəaliyyəti ilə Azərbaycan dilçilik elminin inkişafında müstəsna rol oynayıb bütün ömrünü bu sahəyə həsr edib.

Rektor T.Hacıyevin 30 il BDU-nun türkologiya kafedrasına rəhbərlik etməsindən, türkoloq mütəxəssislərin yetişdirilməsindəki rolundan söz açıb. Diqqətə çatdırılıb ki, görkəmli alim 1969-cu ildən ömrünün sonunadək bu ali məktəbdə dosent, professor, müəllim, kafedra müdiri kimi çalışıb, filologiya dilçilik elminin, türkologiyanın inkişafında mühüm xidmətlər göstərib.

TədbirdəAkademik Tofiq Hacıyevin həyat fəaliyyətimövzusunda məruzə ilə çıxış edən BDU-nun filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Elçin Məmmədov görkəmli alimin yaradıcılığından, zəngin elmi irsindən, Azərbaycan ədəbi dil tarixi, dialektologiya türkologiya elminin inkişafında xidmətlərindən danışıb.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxışında T.Hacıyevin ömür yolundan, dilçilik sahəsində böyük bir məktəb yaratmasından, prinsipial mövqeyindən, milli təəssübkeşliyindən bəhs edib. Bildirilib ki, hər hansı bir ölkənin tərəqqisində elm müstəsna rol oynayır. Azərbaycan elminin əsl himayədarı olan ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə elmimizin inkişafına yüksək diqqət qayğı göstərib. Bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam inkişaf etdirilir.

Görkəmli dilçi alimlə bağlı xatirələrini bölüşən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar vurğulayıb ki, gözəl ailə başçısı, təvazökar səmimi insan olan T.Hacıyevin zəngin elmi irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət göstərəcək, nəsillərdən-nəsillərə ötürüləcək. T.Hacıyev kadr hazırlığı sahəsində çox işlər görüb, dil tarixi, dialektologiya üzrə respublikamız başqa türk xalqları üçün çoxlu elmi işçi yetişdirib. Onun elmi yaradıcılığındaKitabi-Dədə Qorquddastanı ilə bağlı tədqiqatlar mühüm yer tutur.

Daha sonra şərqşünas alim, BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Nizami Cəfərov, AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Mövsüm Nağısoylu, filologiya elmləri doktoru Qəzənfər Paşayev çıxış edərək akademik T.Hacıyevin türkoloq, türkoloq-azərbaycanşünas kimi fəaliyyətindən, yalnız ölkəmizdə deyil, türk dünyası miqyasındakı xidmətlərindən, apardığı araşdırmalardan danışıblar. Diqqətə çatdırılıb ki, ölkəmizdə ədəbi fikrin, ədəbi dilin tarixinin bu günə gəlib çıxması Azərbaycan dilinin türk dilləri müstəvisindəki mövqeyinin elmi-nəzəri baxımdan qiymətləndirilməsi alimin yaradıcılığının mərkəzində dayanırdı. Onun rəhbərliyi ilə 30-dək fəlsəfə doktoru elmlər doktoru hazırlanıb. Alim iştirakçısı olduğu mötəbər beynəlxalq tədbirlərdə çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib. T.Hacıyevin çoxillik axtarışlarının nəticələri respublikamızda onun hüdudlarından kənarda 500-dək elmi əsərdə, 20-dən çox kitabda, eləcə monoqrafiya dərsliklərdə əksini tapıb.

 

Akademikin Azərbaycan dilçiliyinin inkişafı sahəsində xidmətlərini elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirən natiqlər vurğulayıblar ki, T.Hacıyevin dilçiliyin müxtəlif istiqamətlərinə dair yüksək nəzəri səviyyəsi ilə seçilən çoxlu sayda araşdırmaları türkologiya elminin nailiyyətləri sırasındadır.

Mərhum alimin ailəsi adından çıxış edən oğlu Azər Hacıyev atasının xatirəsinə göstərilən yüksək hörmət ehtirama görə tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib.

Konfrans işiniTofiq Hacıyevgörkəmli türkoloq”, “DilçilikƏdəbiyyatşünaslıqbölmələrində davam etdirib. Bölmə iclaslarında ümumilikdə 117 məruzə dinlənilib, müzakirələr aparılıb.      

Səs.- 2016.-3 noyabr.- S.7