Vətəndaşlığın
qazanılması və itirilməsi
SSRİ-nin hüquqi varisi Rusiya Federasiyası Sovet İttifaqının vətəndaşı olmuş MDB və Baltık dövlətlərində yaşayanlara münasibətdə müəyyən öhdəliyi qoruyub-saxlayır. Onlara Rusiya qanunvericiliyinə müvafiq şəkildə sadələşdirilmiş qaydada vətəndaşlıq almaq imkanı verilmişdir. Belə ki. 1992-ci ilin fevralından 1996-cı il yanvarın 1-nə kimi 600 min nəfər, o cümlədən, Ukraynada 14, Azərbaycanda 18, Estoniyada 80, Latviyada 52, Qazaxıstan vo Özbəkistanda isə müvafiq olaraq 115 və 160 min nəfər Rusiya vətəndaşlığını qəbul etmişdir."İnsan hüquqları" kitabında yazılır: "Federativ dövlətlərdə vətəndaşlıq probleminin müəyyən spesifik xüsusiyyəti vardır. Göstərilən vəziyyətdə insan, bir qayda olaraq, yaşadığı ölkənin vətəndaşı və federasiyanın subyekti olur. Bununla bərabər, federal və regional vətəndaşlığa münasibətdə müxtəlif yanaşmalar vardır. Belə ki, ABŞ-da ölkənin vətəndaşlığı ilkindir, ştatın vətəndaşlığı isə törəmə xarakteri daşıyır, xaricdə yaşayan əcnəbilərin naturalizə olmasına yol verilir. Rusiya Federasiyasında vətəndaşlıq haqqında qanunvericilik amerikaliların əsaslandıqları üsul kimidir. Bununla belə, müəyyən spesifik xüsusiyyət vardır. Xüsusi vətəndaşlığı federasiyanın bütün subyektləri deyil, yalnız respublikalar qazanırlar. İsveçrə qanunvericiliyinə uyğun olaraq, konkret kontonun vətəndaşı olmadan ölkənin vətəndaşı olmaq mümkün deyildir. Həmin dövlətin qanunvericiliyində şəxsin yaşayış yeri və mənşəyi nəzərə alınmaqla onun iki kontonun vətəndaşı olmasına icazə verilir."Vətəndaşlıq problemi bölünmüş ölkələrdə özünəməxsus məzmun dəyişkənliyi kəsb edir. İki alman dövlətinin mövcud olduğu dövrdə 1967-ci ildən 1990-cı ilə qədər ADR vətəndaşlığı qüvvədə idi. Bölünməni tanımaq istəməyərək Qərbı Aimaniya hakimiyyətləri vahid alman vətəndaşlığının qüvvədə olmasını israr edirdilər. Almaniyanın 1990-cı ildə birləşməsindən sonra, məhz alman vətəndaşlığı hər bir ADR vətəndaşına Qərbi Almaniyaya getmək, orada yaşamaq və işləmək hüququ almasına imkan verdi. Vahid vətəndaşlığın tanınması, yaxud xüsusi vətəndaşlığın vahid ölkənin keçmiş vətəndaşlarına aid edilməsi ilə bağlı oxşar halları hal-hazırda Cənubi və Şimali Koreyanın qanunvericiliyində görmək olar.
İstənilən ölkənin vətəndaşlıq haqqında qanunları beynəlxalq konvensiya və ənənələrə, hamının qəbul etdiyi hüquq prinsiplərinə uyğun gəlirsə, o, digər dövlətlər tərəfindən tanınır. Əgər ölkə öz vətəndaşlığını başqa dövlətlərin suverenliyinə aid edilən şəxslərə onların xahişi olmadan verirsə, yaxud həmin şəxslərin bu dölətlərdə onun ərazisində olmaq, yaşamaq və doğulmaları cəhətdən əlaqələri yoxdursa, digər ölkələr belə naturalizə olunmanı tanımamalıdır və onun beynəlxalq hüquq nöqteyi-nəzərindən heç bir əhəmiyyəti yoxdur.
Beynəlxalq hüquq, standartlara uyğun olaraq, hər kəs vətəndaşlıq hüququna malikdir (İnsan Hüquqlarının Ümumi Bəyannaməsi, maddə 15, hissə 1). Müasir ölkələrin qanunvericiliklərində müxtəlif meyarların müəyyənləşdirilməsinə baxmayaraq, vətəndaşlığın doğulma və ya naturalizə olunma yolu ilə qazanılması daha genişləndirilmiş əsaslardandır."İnsan hüquqları" kitabında göstərilir ki, bütün ölklərlərdə doğum qanunvericilik üzrə vətəndaşlığın verilməsi imkanını möhkəmləndirir, halbuki bu yaşda insan öz üstünlüklərini müəyyən edə bilməz. Həmin üsul üzvlük fərziyyəsinə əsaslanır, buna müvafiq olaraq, müəyyən şəxsin doğulduğu zaman yüksək dərəcədə elə ehtimal yaranır ki, o, doğulduğu dövlətə münasibətdə loyallıq göstərəcək.Doğum üzrə vətəndaşlıq verilməsinin iki prinsipi var - "qan hüququ" (jus sanguinis), yəni valideyn və ya valideynlər konkret ölkənin vətəndaşıdırlar, "yer hüququ" (jus soli), yəni müəyyən ölkənin ərazisində doğulmaq. Müəyyən ərazidə ənənəvi yaşayan xalqın etnokultur birliyini saxlamağa çalışan dövlətlər mənşəcə, ümumiliyə - "qan hüququna" üstünlük verirlər (Almaniya, İsveçrə). İmmiqrasiya dövlətlərində (ABŞ, Kanada) belə hesab edilir ki, "yer hüququ" yeni mədəni-dövlət birliyi formalaşdırmağa kömək edir, yəni göstərilən misalda vətəndaşlığa özünəməxsus ərazi kimi baxılır.Naturalizasiya imkanının təsbit edilməsi İnsan Hüquqlarının Ümumi Bəyannaməsində (maddə 15, hissə 2) nəzərdə tutulmuş vətəndaşlığı dəyişdirmə hüququnun tanınması ilə bağlıdır. Əksər dövlətlər bu hüququ tanısalar da, yenə, praktiki olaraq, vətəndaşlığa iddia edənin uyğun gəlməli olduğu dəqiq meyarları müəyyən edirlər. Əgər insan xarici dövlətlə, müəyyən mənada (orada olma, onun ərazisində yaşama və ya doğulması ilə), bağlı deyilsə, onun xarici dövlət vətəndaşlığı almaq imkanı azalır.Xarici vətəndaşların müxtəlif naturalizə üsulları mövcuddur. Bir sıra ölkələrdə, o, dövlətin qatı diskresion səlahiyyəti kimi nəzərdən keçirilir (Almaniya, İsvçrə, Yaponiya). Namizəd müəyyən tələblərə cavab verməlidir, lakin o, bunları yerinə yetirə bildiyi halda belə, səlahiyyətli dövlət orqanının həmin şəxsə vətəndaşlığın verilməsinin ölkənin maraqlarına uyğun olub-olmadığını müəyyən etməyə haqqı vardır. Mənfi qərar əsaslandırılmır və bu barədə şikayət verilməməlidir. Naturalizasiya müəyyən insanlara verilən imtiyazdır. Həmin prosedura hər bir iddiaçının işinin diqqətlə nəzərdən keçiriiməsini tələb edir, naturalizasiyaya görə yüksək haqq müəyyən edilir.Bir sıra ölkələrdə (ABŞ, Kanada, İsveç) müəyyən edilmiş tələblərə cavab verən bütün namizədlər naturalizasiya olunurlar. Onlarda natuaçalzasiya immiqrantlardan gözlənilir ki, bu da dövlət tərəfindən təşviq edilir. Müəyyənləşdirilmiş prosedura kifayət qədər sadədir, formal olaraq, nisbətən, aşağı pul toplanışını nəzərdə tutur.Əksər xarici ölkələrdə vətəndaşlığa namizədlərə kifayət qədər ağır tələblər tətbiq edilmişdir. Praktiki olaraq, hər yerdə onlara yeni vətəndaşlıq alacağı ölkənin ərazisində müəyyən müddət yaşamaq lazım gəlir (İsveçrədə 12, Avstriyada 10, ABŞ-da 5, Argentinada 2 il). Bununla yanaşı, onlara maddi-maliyyə (AFR mənzil sahəsi, Yaponiya kifayət miqdarda kapital, sərbəst yaşamanı təmin etmək imkanı), mənəvi (Argentina yaxşı davranış) və cinayət-hüquq xarakterli (Avstriya məhkəmə hökmlərinin və cinayət qaydası ilə təqib) meyarlara cavab verməlidir.Əksər ölkələrin qanunvericiliyində qarışıq üsullar - "qan hüququ" və "torpaq hüququ"nun bu və ya digər normada birləşməsi təsbit olunur. Rusiya Federasiyasında uşaqların doğulmasına görə valideynlərdən biri Rusiyanın vətandaşıdırsa, həmçinin, həmin ölkənin ərazisində doğulan uşaqlarların valideynləri məlum deyil və yaxud vətəndaşlığı olmayan şəxslər sayılırlarsa, vətəndaşlıq qazanmağa yol verilir. Bundan başqa, valideynlərin mənşəyinə aid olan dövlət öz vətəndlaşlığını əcnəbi uşaqlara vermədikdə əcnəbilərin uşaqlarına Rusiya vətəndaşlığının verilməsi mümkündür.
Faktiki olaraq,
bütün Avropa
ölkələrində qanunvericilik ata və anaya öz vətəndaşlığını uşağa vermək üçün
bərabər imkanlar müəyyənləşdirir.
Lakin bir sıra
ölkələrdə uşağın hüquqi
statusu, əvvəllər olduğu
kimi, atasına görə müəyyən
edilir (Tailand,
Hindıstan, Banqladeş). Həmin ölkələrin
qanunvericiliyinə görə, uşaq
ananın vətəndaşlığını o zaman ala
bilər ki, atası vətəndaşlığı
olmyan və ya naməlum
şəxs olsun."İnsan
hüquqları" kitabında yazılır: "Vətəndaş
və Siyasi Hüquqlar
haqqında Beynəlxalq Pakta (maddə 24,
hissə 3) görə, hər bir uşaq vətəndaşlıq almaq hüququna malikdir. Təsadüfi deyil
ki, müxtəlif ölkələrin
qanunvericiliyində ölkə ərazisndə
tapılmış, valideynləri naməlum uşaqlara
vətəndaşlığın verilməsi haqqında normalara rast gəlmək olur. Rusiya qanunvericiliyində
uşağın yaşının əhəmiyyəti olmasa da, xarici
ölkələrdə yaş məhdudiyyətləri
tətbiq oluna bilər (ABŞ-da
5 yaşa qədər, Avstriyada
6 yaşa qədər uşaqlar).Naturalizasiya - doğulmağına görə
ölkə vətəndaşı olmayan
şəxsə səlahiyyətli orqanın qərarına əsasən,
vətəndaşlığın verilməsidir. Vətəndaşlığın
verilməsi hüququ, adətən,
dövlət hakimiyyətinin ali
orqanlarına həvalə edilir. Belçikada naturalizasiya
kralın və Nümayəndələr Palatasının, ABŞ-da federal məhkəmələrin,
İtaliya və Rusiyada
respublika prezidentinin,
Türkiyə və Fransada hökumətin
səlahiyyətlərinə daxildir. Bir sıra ölkələrdə bu məsələ ədliyyə ( Yaponiya), xarici
işlər (Meksika) və ya
daxili işlər (İsrail)
nazirliklərinin səlahiyyətlərinə aid
edilir.Rusiya Federasiyasında potensial vətəndaşlar üçün
yalnız oturaq həyat senzi
tətbiq edilir (əcnəbi vətəndaşlar
və vətəndaşlığı olmayan şəxslər
üçün - ərizə ilə
müraciət etməzdən qabaq - cəmi
5 il və ya 3 il fasiləsiz; qaçqınlar üçün göstərilən müddət
2 dəfə azaldılır), lakin qanunvericinin liberalizmi bu sahədə hüquq tətbiqi
üsulun və qanuni
aktların vasitəsilə heçə endirilir.
Belə ki, RF vətəndaşlığı
məsələlərinin baxılması qaydası
haqqındakı qanun Rusiya
ərazisinə əmək sazişləri, təhsil və digər
məqsədlərlə əlaqədar gəlmiş şəxslər
haqqında vətəndaşlıq məsələləri
üzrə materialların daxili işlər
orqanları tərəfindən tərtib edilməsı,
onların Rusiya ərazisindəki
yaşayış yerlərinin məsələsi həll
edildikdən sonra həyata keçirilir.""İnsan hüquqları" kitabında
yazılır: "Bir dövlətin ərazisinin
müəyyən hissəsi başqa
dövlətin hakimiyyətinə keçdiyi
hallarda optasiyadan, (vətəndaş
mənsubiyyəti dövlətinin könüllü
seçilməsi) istifadə olunur.
Seçmə hüququ digər dövlətə keçən
ərazidə yaşayan əhaliyə verilir. Bu zaman,
bir qayda olaraq, seçim
edən şəxsin vətəndaşı olduğu
dövlətin ərazisində yaşayacağı ehtimal olunur. Personal xarakter daşyıan optasiyadan
fərqli olaraq əhalinin yerdəyişməsi
kütləvi və ikitərəflidir, bu
könüllülük prinsipi
əsasında, adətən, milli əlamətlərinə
görə baş verir.Bir
sıra ölkələrdə vətəndaşlığın
qazanılması xarakteri hüquq və azadlıqların həcminə
təsir edə bilər. Bir qayda olaraq, söhbət
dövlət vəzifələrinin tutulmasından gedir. Ayrı-ayrı ölkələrdə (Estoniya,
Bolqarıstan, ABŞ) yalnız həmin ərazidə doğulan vətəndaş prezident
ola bilər. Filippində naturalizə olunmuş vətəndaşların hüquqlarındakı
məhdudiyyətlərin çox geniş siyahısı təyin olunur. Belə ki,
yalnız həmin ərazidə doğulan
vətəndaşlar prezident ölkənin
vitse-prezidenti, parlament,
Ali Məhkəmə və
aşağı məhkəmə üzvləri. konstitusiya komissiyalarının üzvləri, ombudsman və onun müavinləri,
insan hüquqları üzrə
komissiyanın üzvləri vəzifələrini tuta bilərlər. Cənubi Koreyada naturalizə olunmuşlar
diplomatik xidmətə qəbul oluna bilməzlər. Meksikada onlar
liman rəisi, aerodrom
komendantı, losman vəzifələrini tuta bilməz, ticarət, dəniz və ya hava limanında xidməl
edə bilməz." Rusiya
Federasiyasında vətəndaşlıqdan çıxmaq
hallarına, təcili hərbi və ya alternativ xidmətə
çağırış vərəqəsi aldıqdan sonra və onu başa
çatdırana qədər, həmçinin, əgər vətəndaşlıqdan
çıxmağa iddia edən şəxs
müttəhim qismində cinayət işinə cəlb edilibsə,
yaxud onun haqqında məhkəmənin
qüvvədə olan ittihamedici
hökümət varsa, yol
verilmir. Bundan başqa,
əgər şəxsin Rusiya
Federasiyasının fiziki və hüquqi şəxslərinin
qarşısında mülki öhdəlikləri,
yaxud dövlət qarşısında
yerinə yetirilməmiş vəzifələri varsa, Rusiya
Federasiyasında isə həmin şəxsin
yaşadığı və ya
köçmək istədiyi ölkə ilə hüquqi yardım haqqında müqavilə
yoxdursa, çıxmaq haqqında ərizə
rədd edilə bilər.Vətəndaşlığın
itirlməsi üçün əsaslar konkret dövlətin spesifik
xüsusiyyətlərindən asılıdır. Bir çox ölkələrdə
bu, könüllü
surətdə xarici vətəndaşlığın
qazanılması, digər dövlətin mülki
və ya hərbi xidmətinə daxil olması ilə əlaqədar, avtomatik olaraq, baş verir. Oxşar qaydalar İndoneziyada ölkənin
iştirakçı olmadığı beynəlxalq təşkilatlardakı
xidmətə də aid edilir.
Bu şərtlə
ki, şəxs xidmətə daxil olduqda, and içməlidir.Fransada bu
ölkənin vətəndaşı olan
şəxs dövlət təhlükəsizliyinə
qarşı cinayətə görə, hərbi mükələfiyyət
haqqında qanunla ona həvalə
edilmiş vəzifələrdən boyun qaçırdığına görə,
fransız qanununa əsasən, cinayət kimi
baxılan, 5 ildən artıq həbs cəzasına məhkum olmağa səbəb olan
hərəkətlərə görə tutulma
ilə əlaqədar vətəndaşlıqdan məhrum ola bilər (Vətəndaş Məcəlləsi,
maddə 98). Sonuncu halda, vətəndaşlıqdan
çıxarılma həm də şəxsin xaricdə tutulduğu halda mümkündür.
VAHİD ÖMƏROV, fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2016.- 4 noyabr.- S.15