Dünyanın multikulturalizm və tolerantlıq mərkəzi

Minilliklər boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı Azərbaycanda tarixin bütün dönəmlərində və mərhələlərində azsaylı xalqların hüquqlarının qorunmasına diqqət ayırmışdır. Belə ənənələrə sahib olan ölkəmiz dünyada nümunəvi dövlət kimi tanınır. Bu gün dünyanın multikulturalizm, tolerantlıq, dözümlülükhumanitar əməkdaşlıq mərkəzinə çevrilən Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Bu gün ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri tam qarşılıqlı anlaşma, milli həmrəylik şəraitində yaşamaları üçün bütün şərait yaradılıb. Prezident İlham Əliyevin III Bakı Beynəlxalq Humanitar Forumunda çıxışında qeyd etdiyi kimi, “Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dözümlülük və tolerantlıq məkanı olmuşdur. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur”.

Son illərdə ölkəmizdə keçirilən Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Avropaislam ölkələri mədəniyyət nazirlərinin konfransı və onlarla belə beynəlxalq tədbirlər ölkəmizin qısa müddət ərzində əldə etdiyi yüksək inkişaf səviyyəsini, demək olar ki, bütün dünyaya nümayiş etdirmək baxımından, belə böyük əhəmiyyət kəsb edir. Tədbirlərdə bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar və s. ətrafında məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olunur.

Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ilielan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamı ölkəmizdə multikultural mühitə olan münasibətin daha bir real ifadəsidir.

 

“AZƏRBAYCANIN GƏNC DOSTLARI KLUBU” İCTİMAİ BİRLİYİ ÜZVLÜYÜNDƏ AZƏRBAYCAN MULTİKULTURALİZMİNİN ÖLKƏMİZƏ QAZANDIRDIĞI XARİCİ GƏNCLƏR VƏ ZİYALILAR TƏMSİL OLUNUR

 

Azərbaycanda fəaliyyət göstərən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də ölkəmizdə multikultural dəyərlərə olan münasibətin daha bir ifadəsidir. Bildiyimiz kimi, bu yaxınlarda BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən və 16 ölkədən 50-dən çox tələbənin iştirak etdiyiMultikulturalizm Azərbaycanda həyat tərzi kimi: millidini dəyərlər” adlı III Beynəlxalq Multikulturalizm Məktəbi layihəsi çərçivəsində “Azərbaycanın Gənc Dostları Klubuİctimai Birliyi yaradıldı. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycanın Gənc Dostları Klubuİctimai Birliyinin www.youngfriends.az saytına istinadən birliyin üzvü İmas Xourin Nisa Fuciatin ölkəmiz haqqında təəssüratlarını, Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini təqdim edib. İmas Xourin Nisa Fuciati yazır ki, son bir neçə il ərzində Azərbaycana dəfələrlə səfər etmişəm. İnternet vasitəsilə ölkə haqqında ilk məlumatları öyrəndiyindən Azərbaycanın “Odlar ölkəsi” kimi təqdim edilməsi, xüsusilə, diqqətini çəkmişdi. Bir də öyrənib ki, Azərbaycan da İndoneziya kimi çoxmillətli və fərqli dini konfessiyaların qardaşcasına bir arada yaşadığı ölkədir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin keçirdiyi yay məktəbində iştirak edən İmas Xourin Nisa Fuciati bu fürsətdən yararlanaraq, Azərbaycanda olduğu 10 gün ərzində internetdə öyrəndiyi məlumatlardan daha çoxunu öz gözləri ilə görüb. Bu müddət ərzində Azərbaycan barədə, bu ölkənin multikultural dəyərləri, tolerantlıq ənənələri haqqında bir ömür unutmayacağı müsbət zəngin təəssüratlara sahib olub.

 

AZƏRBAYCANDA MULTİKULTURALİZM TƏKCƏ YÜZİLLƏR ƏRZİNDƏ TOPLANMIŞ BİRGƏYAŞAMA TƏCRÜBƏSİ DEYİL, HƏM DƏ ÖLKƏ RƏHBƏRLİYİNİN DİQQƏTDƏ SAXLADIĞI, DÖVLƏT SİYASƏTİNİN APARICI SİYASİ XƏTLƏRİNDƏN BİRİDİR

 

Qədim Qəbələnin tarixi məkanları, gözəl təbiəti, müasir istirahət mərkəzləri, burada müxtəlif xalqların bir arada dinc yaşaması onu valeh edib: “Qəbələnin Nic qəsəbəsində qədim xalqlardan olan udilərlə tanış olduq. Orada müsəlmanlarla xristianların tolerantlıq şəraitində yaşadığını öyrəndik. Onların bir kənddə əsrlərdir ki, mehriban şəraitdə birgə yaşaması dünyaya nümunədir. Qəsəbədəki Alban xristian kilsəsinin dövlət tərəfindən təmiri və mühafizəsi təqdirəlayiqdir. Eyni zamanda, biz Nic qəsəbəsində udilərin toy mərasimində də iştirak etdik, yerli adət-ənənə ilə tanış olduq. Bu da mənim üçün çox maraqlı idi. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ilielan olunmasını çox təqdirəlayiq hesab edirəm”. Çünki Azərbaycanda multikulturalizm təkcə yüzillər ərzində toplanmış birgəyaşama təcrübəsi deyil, həm də ölkə rəhbərliyinin diqqətdə saxladığı, dövlət siyasətinin aparıcı siyasi xətlərindən biridir, - yazaraq dünyada siyasi gərginliyin artdığı, terror və müharibələrin tüğyan etdiyi bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyevin multikulturalizm siyasətini prioritet kimi müəyyənləşdirməsini güclü siyasi iradənin və humanizmin təcəssümü kimi qiymətləndirib”.

Azərbaycanla bağlı zəngin təəssüratlarını bölüşərək  Beynəlxalq Multikulturalizm Məktəbi müddətində bütün mühazirələrin xoşuna gəldiyini, amma ən çox “Azərbaycanda milli müxtəliflik”  və “Terror multikulturalizmə qarşı” mövzusunda mühazirələrin yaddaşında dərin iz buraxdığını qeyd edir: “Ekskursiyalarımız da unudulmaz idi. Qubadakı dağ yəhudilər icmasına və Şəkidə Alban kilsəsinə səfərimiz məni mütəəssir etdi. İndoneziyaya qayıtdıqdan sonra beynəlxalq multikulturalizm məktəbi haqqında fikirlərimi dostlarımla, tanışlarımla, müəllim həmkarlarımla paylaşdım. Azərbaycan multikulturalizmini incəliklərinə qədər öyrəndiyimi hesab edirəm, İndoneziyada məmnuniyyətlə Azərbaycan multikulturalizmini tədris etmək istərdim, özümü buna hazır bilirəm”.

“Azərbaycanın Gənc Dostları Klubuİctimai Birliyi yarananda ilk günlərdən bu ölkənin dostlarının sırasında olmağından qürur hissi keçirərək, Azərbaycan haqqında silsilə məqalələr üzərində işlədiyini və bunları İndoneziya mətbuatında dərc etdirməyi, eləcə də “Azərbaycanın Gənc Dostları” şəbəkəsi vasitəsilə bütün dünyayla paylaşacağını bildirir. 

O, Azərbaycanın təkcə coğrafi mövqeyi, mültikultural dəyərləri ilə bağlı fikirləri qələmə almaqla kifayətlənməyib, onun ictimai-siyasi palitrasına da münasibətini ifadə edib: “Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını kəskin pisləyirəm. İndiyədək müxtəlif vaxtlarda dostlarım və həmkarlarımla İndoneziyanın paytaxtı Cakarta şəhərində İslam Konfransı Gənclər Forumunun dəstəyi ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində yürüşlərdə, İndoneziyanın, həmçinin, Cənub-Şərqi Asiyanın ən böyük məscidində minlərlə insanın qatıldığı soyqırımı qurbanlarının xatirəsinin anım mərasimində iştirak edərək, bununla da ruhən və cismən dost Azərbaycanın yanında olduğumuzu nümayiş etdirmişik. Bütün bu həqiqətlərə söykənərək, gələcəkdə “Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan dövlətinin multikulturalizm yanaşmasının rolumövzusunda elmi üzərində işləməyi planlaşdırıram”. 

Bəli, Azərbaycana səfər edən hər bir kəs tarixi İpək Yolunda yerləşən Azərbaycanda ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşmadialoq şəraitində yaşadığını əyani olaraq görür, ölkəmizdə multikulturalizmin  alternativi olmayan həyat tərzinə çevrildiyinin canlı şahidinə çevrilirlər.

 

Nəzakət ƏLƏDDİNQIZI

Səs.- 2016.- 4 noyabr.- S.2