İnsan hüquqları,
azadlıqlarının müdafiəsi və hüquqi
statusun mahiyyəti
Dövlət və fərd arasında yaranan mürəkkəb əlaqələr, insanların bir-biriləri ilə qarışılıqlı münasibətləri dövlət tərəfindən hüquqi formada - insan və vətəndaşın hüquqi statusunu yaradan hüquq, azadlıq və vəzifələri formasında qeyd olunur. Bu. cəmiyyətin sosial quruluşu, demokratiyanın səviyyəsi və qanunçuluğun vəziyyəti ilə sıx bağlı olan ən mühüm siyası-hüquqi kateqoriyalardan biridir.
İnsan və vətəndaşın hüquqi statusu dövlət tərəfindən qanunverici şəkildə konstitusiya və digər normativ-hüquqi aktlarda təsbit edilmiş hüquq və vəzifələr sistemi kimi səciyyələnə bilər. Hüquq və vəzifələr hüququn əsas elementidir. Q.V.Malsevin bu fikri ilə razılaşmaq lazımdır ki, hüquq strukturunda mahiyyətcə ondan vacib heç nə yoxdur. Hüquq və vəzifələr sistemi özəkdir, hüquqi sferanın mərkəzidir, burada əsas hüquqi problemlərin açarı vardır.
Hüquq və vəzifələrdə təkcə dövlətin sosial sisteminin normal həyat fəaliyyəti üçün vacib, faydalı, məqsədəuyğun hesab etdiyi əxlaq, nümunə və standartları qeyd olunmur. Həm də dövlətin və şəxsiyyətin qarşılıqlı münasibətinin əsas prinsipləri göstərilir.
Dövlət və fərdin qarşılıqlı əlaqəsi dəqiq tənzimlənmə və nizamlanma tələb edir. Bu, mövcud quruluşun saxlanılması, onun normal fəaliyyəti üçün belə münasibətin xüsusi zəruriliyindən irəli gəlir. Fərdin hüquqi slatusu onun vətəndaş, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olub-olmamasından asılı olaraq fərqlənir. Göstərilən dövlətin yurisdiksiyasında olan əksər əhali üçün hüquq və vəzifələr əldə edilməsinin ilkin şərti insanın müəyyən siyasi-hüquqi vəziyyəti olan vətəndaşlıqdır. Fərdin hüquq və azadlıqlarından istifadə etməsi qanunla, yəni vətəndaşın hüquqi statusunun əsası ilə müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməsində vətəndaşlıq hüquqi əsasdır.
Hüquqi dövlətdə hüquq və vəzifələr dövlət və şəxsiyyətin qarşılıqlı əlaqələrinin demokratik prinsiplərə əsaslanmış mürəkkəb sistemini qeyd edir. Yuridik hüquq və vəzifələr cəmiyyətin ictimai əlaqələr strukturunda şəxsiyyətin davranışının ən vacib parametrilərini müəyyənləşdirir.
Hüquqi status, hüquq və vəzifələrin təbiəti hüquq elminin əsas anlayışı kimi hüquqşünasların bütün diqqətini cəlb edir. Şəxsiyyətin hüquqi statusunun müəyyənləşdirilməsinin bir çox yolları mövcuddur. Hüquqi statusun tərkibinə bu ünsürlərin müxtəlif yığımı daxil edilir.
Bəzi alimlər vətəndaşlığı şəxsiyyətin hüquqi statusuna birbaşa daxil edirlər. Lakin bizim fikrimizcə, vətəndaşlıq fərdin hüquqi statusunu müəyyən edən istisnasız ilkin şərtdir. Məlumdur ki, müəyyən dövlətdə yaşayan əcnəbilər də vətəndaşlığı olmayan şəxslər kimi məhdudlaşdırılmış həcmdə hüquqi statusa malikdirlər (bu cür məhdudiyyətlər ya konstitusiya, ya da bu və ya digər ölkənin qanunvericiliyi ilə təyin olunur).
Hiiquqi statusun strukturuna, həmçinin, hüquq səiahiyyətini, təminatları, qanuni maraqları, hüquqi məsuliyyəti və s. daxil edirlər. Bizim fikrimizcə, bır sıra əlavə ünsürləri ya hüquqi statusun ilkin şərti (məsələn, vətəndaşlıq və ümumi hüquq salahiyyəti), ya əsas ünsürlərə münasibətinə görə ikinci dərəcəli (necə ki, hüquqi məsuliyyət vəzifələrə münasibətdə ikinci dərəclidir, vəzifəsiz məsuliyyət yoxdur), ya da hüquq statusu hüdudlarından uzaqlaşmış kateqoriyalar (təminatlar sistemi) kimi hesab etmək lazımdır Qanuni mənafeləri, yəni yuridik hüquq və vəzifələrdə möhkəmləndirilməmiş mənafeləri, çətin ki, hüquqi statusun sərbəst ünsürləri kimi ayırmaq lazım olsun. Mənafeyin qanunvericilikdə birbaşa möhkəmləndirilib-möhkəmləndirilməməsindən, yaxud sadəcə olaraq, onun "dövlət tərəfindən hüquqi müdafiəyə" lüzumu olub-olmamasından asılı olmayaraq, mənafe hüquq və vəzifələrdən qabaq gəlir. Mənafe hüquqdankənar, yaxud "hüquqaqədərki" kateqoriyadır, təkcə konkret hüquqi təlimatlarda deyil, həm də ümumi hüquq prinsiplərində möhkəmələndirilir. Buna görə də bizim fikrimizcə, hüquqi status anlayışını və onun strukturunu dəqiq təyin etməyə imkan verən hüquq və vəzifə kateqoriyaları ilə məhdudlaşdırmaq lazımdır. Çox güman ki, statusdan qabaqkı və statusdan sonrakı ünsürləri N.V.Vitruk və V.A.Kuçinskinin təklif etdiyi kimi "şəxsiyyətin hüquqi vəziyyəti" anlayışına daxil etmək məqsədəuyğundur.
Hüquqi slatusun məzmunu ilə bağlı daha bir sual yaranır: ona insanın prosessual hüququ daxildirmi, yəni onlar hüquqi statusun təminat qaydalarıdırmı? K.Ştern prosessual hüquqların onların daha üstün təzahür etdiyi dövlət hüquq sistemi olmadan mümkün olmadığını göstərərək, onları əsas hüquqlar siyahısına daxil edir. Almaniyanın Federal Konstitusiya Məhkəməsi təkcə insanın ilkin prosessual-hüququ deyil, həm də məhkəmə icraatının obyektiv-hüquqi prinsipinin əsas qanuni məqsədinə görə konstitusion və prinsipcə ayrılmaz olduğunu göstərərək, belə yanaşmanı təsdiq etdi.
Bizim qənaətimizə görə məhkəmə icraatı prinsiplərinin fərdin hüquqi statusuna daxil edilməsi əsassızdır. Hüquqi status subyektiv, o cümlədən, həm də prosessual hüquqlardan ibarətdir ki, bunlara da dövlət orqanlarına şikayət və ərizələrlə müraciət, öz hüquq və azadlıqlarının qanunla qadağan edilməyən bütün üsullarla müdafiə, məhkəməyə, dövlətlərarası müdafiə orqanlarına və s. müraciət etmək hüquqları daxildir. Lakin bu proseduraların obyektiv-hüquqi prinsipləri (inzibati, məhkəmə, təşkilati-subyektiv hüquqların, deməli, hüquqi statusun hüdudlarından kənardadır və bu statusun təminatının qarantıdır. Dövlət insan hüquqlarının müdafiəsi üzrə orqanlar sisitemi yaradır ki, bunlar da müəyyən prinsiplərə istinad etməlidir (onlar kitabın insan və vətəndaş hüquqlarının təminatına həsr olunmuş fəsillərində açıqlanacaqdır). İnsan hüquqlarını müdafiə edən müəssisələr sisteminə məhkəmə və inzibati orqanlar, parlament və prezident strukturları, Ombudsman İnstitutu (İnsan Hüquqları üzrə Müvəkkil) və s. daxildir ki, burada həm də müdafiənin konkret hüquqi mexanizm və üsulları müəyyənləşdirilir. Hər bir ölkənin şəxsiyyətin hüquq və azadlıqlarının müdafiə üsulu və mexanizmlərinin komplekti, bu cür müdafiə orqanlarının sistemi vardır. Bu vasitələrin ehtiyatları zəngin və müxtəlifdir. Hüquqi dövlət heç vaxt öz vətəndaşiarının hüquqlarını yuridik olaraq qeyd etməklə kifayətlənmir. Dövlət şəxsiyyətin hüquq və azadlıqlarını təntənəli surətdə elan edərək, onların həyata keçirilməsini təkcə hüquqi deyil, həm də iqtisadi-siyasi və mədəni vasitələrlə təmin etməlidir.
Hüquqi statusun - yuridik hüquq və vəzifələrini təşkil edən ünsürlərin mahiyyətini nəzərdən keçirək.
Artıq qeyd edildiyi kimi, fərdin hüquq və azadlıqları onun sərbəst istifadə edə biləcəyi nemət və imkanların kataloqu ilə müəyyən edilmiş normal həyat fəaliyyəli üçün şəraitdir. Burada digər insanların azadlıqları ilə birləşdirilə bilən azadlığın dərəcəsi göstərilmişdir. Bu formal möhkələndirilmiş hüdudlarda fərdin öz müqqəddəratını həll etməsi həyata keçirilir, sosial nemətlərdən şəxsi, siyasi, iqtisadi, ictimai və mədəni həyatın müxtəlif sferalarında səmərəli istifadə imkanı müəyyənləşdirilir.
İnsan huquqlarının fərdin potensial deyil, real imkanlarını ifadə edən, konstitusiya və qanunlarda möhkəmləndirilmış subyektiv hüquqlarıdır. Göstərilən vəziyyəti xüsusi qeyd etmək lazımdır, çünki hüquqşünaslıqda subyektiv hüquq anlayışına yalnız yuridik faktın iştirakı zamanı əmələ gələn konkret hüquqi münasibətlərin ünsürü kimi rast gəlinir ki, bu münasibətlər də yuridik faktdan törənir.
Hüquq ədəbiyyatında belə mövqe tənqidə məruz qalmışdır. Ədalətli olaraq, qeyd edilmişdir ki, bu və ya digər hüquqların yaranma üsulu, təzahür forması və həyata keçirilməsinin subyektiv hüquqlar kimi səciyyələndirilməsinin prinsipial əhəmiyyəti yoxdur!
Əlbəttə ki, şəxsiyyət hüquqları məzmunu, həcmi və həyata keçirilmə üsullarına görə son dərəcə müxtəlifdir. Lakin bu və ya digər subyektiv hüququn qanunvericilikdə təsbit olunması fərdin müəyyən nemətdən real istifadə etməsinin, qanunda göstərilmiş qaydada və hüdudlar daxilində müəyyən işlər görməsinin real imkanını bildirməlidir.
Dövlət şəxsiyyət hüquqlarını özbaşına təsbit etmir. O, insanın təbii hüquqlarını, həmçinin, cəmiyyətin iqtisadi inkişaf səviyyəsi ilə əlaqələndirilmiş hüquqlar toplusunu yuridik tərtib edir, Qanunverici yalnız o hüquqları təsbit edə bilər ki, onların həyata keçirilməsi üçün real ictimai münasibətlərdən doğan ilkin sosial-iqtisadi və siyasi şərtlər formalaşsın. Şəxsiyyət hüququ qanunvericisinin "hədiyyəsi" deyil, iasanın müəyyən yaşayış standartını təmin edən sosial imkanlardır. Qanunverici süni surətdə hüquq və azadlıqların həcmini "endirə" və ya "qaldıra" bilməz. O, təbii hüquq prinsip və normaları, insanın sosial qarşılıqlı əlaqə şəraiti, cəmiyyətin iqtisadi inkişafının vəziyyəti ilə bağlıdır.
Əlbəttə ki, heç bir kəs özünün hüquq statusuna daxil olan bütün subyektiv hüquqları birdən həyata keçirə bilməz. Lakin bu, huquqi statusun müxtəlifliyi, yaxud subyektiv hüquqların həcmi barədə nəticə çıxarmağa əsas vermir. Hər bir subyektiv hüququn forma, üsul və həyata keçmə mərhələləri onun mahiyyəti və insanların praktik davranışına keçmə mexanizmi ilə, həmçinin, qanunda göstərilən real şərtlərlə müəyyənləşir.
Subyektiv hüquq yuridik kateqoriya kimi müəyyən əlamətlər toplusu vasitəsilə aşkara çıxır: verilmiş sosial nemətdən istifadə imkanı; müəyyən hərəkəti etmək və digər şəxslərdən müvafiq hərəkətləri tələb etmək səlahiyyəti; hüquq normaları ilə müəyyən edilmiş hududlar daxilində davranmaq və hərəkət etmək azadlığı; pozulmuş hüququn müdafiəsi üçün dövlətə müraciət etmək imkanı.
Fərdin hüququ (subyektiv hüquq) onun mənafeyinin maddi va mənəvi sferada təmin edilməsi ilə daim bağlıdır. Buna görə də, mənafe insanın hüquqi əlaqələrinin hərəkətverici qüvvəsi kimi çıxış edir, onun hüquqların istifadəsinə münasibətini müəyyən edir. Cəmiyyət və dövlət insanın qanunvericilikdə təsbit edilmiş imkanlarını həyata keçirməsinə heç də laqeyd yanaşmır. Onlar fərdin demokratik cəmiyyətin inkişafının vacib şərti olan fəallığında maraqlıdırlar.
Biz hüquq və azadlığa hüquqi statusun ünsürü kimi baxaraq, ona təkcə əsas (konstitusiya) hüquqları deyil, həm də qanundan irəli gələn (dövlətdaxili və beynəlxalq) bütün hüquqlar kompleksini daxil edirik, insan hüquqları haqqında beynəlxalq normaların müasir dünyada şəxsiyyətin hüquqi statusunun genişlənməsinə təsirini xüsusi qeyd etmək lazımdır. Bu və ya digər müqavilənin təsdiq olunması aktı dövlət üçün öz qanunvericiliyini üzərinə götürdüyü öhdəçiliklərə uyğunlaşdırmağın zəruriliyini göstərir. Bir sıra ölkələrdə (ABŞ, İspaniya, Fransa, Almaniya) beynəlxalq müqavilələr dövlət-hüquqi təsdiqini taparaq, avtomatik surətdə daxili hüququn tərkib hissəsi olur. Lakin beynəlxalq sazişlərin heç də bütün normaları (xüsusilə, insan hüquqları sahəsində) öz-özünə həyata keçən deyildir. Onu həyata keçirməyin yeganə yolu müvafiq dövlətdaxili qanunverici aktın nəşridir. Beynəlxalq hüquq tədricən universallaşır, onun norma və prinsipləri isə beynəlxalq cəmiyyətin üzvü olan bütün dövlətlər üçün vacib sayılır.
Hazırkı Rusiyada qanunvericilik insan hüquqları üzrə beynəlxalq-hüquqi aktların nəzərəçarpacaq dərəcədə təsirini hiss etməkdədir. RF Konstitusiyasının 17-ci maddəsinin I-ci bəndində deyilir: "Rusiya Federasiyasında insan və vətəndaşın hüquq və azadlıqları bu konstitusiyaya müvafiq beynəlxalq hüququn hamı tərəfindən tanının prinsip və normalarına uyğun tanınır və təmin olunur". Konstitusiyanın bu müddəası Rusiyanın insan və vətəndaşın hüquqi statusunu, vətəndaşların hüquq və azadlıqlarını özündə saxlayan dövlətdaxili və beynəlxalq normaların vahid kompleksi kimi başa düşməyə əsas verir.
VAHİD ÖMƏROV, fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.-
2016.- 9 noyab.- 15