İnsan hüquqlarının müdafiəsinin tarixinə dair

Kişilər üçün ümumi seçki hüququ Fransada 1852-ci, ABŞ-da 1870-90-cı, Almaniyada 1871-ci, İngiltərədə 1918-ci ildə tətbiq edilməyə başlamışdır. Qadınlar ümumi seçki hüququnu Yeni Zelandiyada 1893, Almaniyada 1928, ABŞ-da 1919, İngiltərədə 1928, Fransada 1946-cı ildə qazanmışlar. Danimarkada kişilərlə qadınlara ümumi seçki hüququ eyni vaxtda - 1915-ci ildə verilmişdir.

70 ildən bir qədər əvvəl, 1918-ci ildə Britaniya Parlamenti çox mühüm bir qanun qəbul etdi. Bu qanun, ilk dəfə olaraq, qadınlara seçmək hüququ verdi. Seçmək hüququna bəzən "sufraj" da deyilir. Bu hüquq uğrunda mübarizə aparan qadınlar "sufrajist qadınlar" adlanırlar. Bir çox ölkələrdə qadınlar bu hüquq uğrunda uzun müddət və ağır mübarizə aparmalı olmuşlar.

İngiltərədə sufrajist hərəkatı 19-cu əsrin ortalarından başlanmışdır. Maraqlıdır ki, qadınlar yalnız səs vermək üçün deyil, qızlar üçün daha yaxşı, keyfiyyətli təhsil də tələb edirdilər. Amma onlar güclü müqavimətlə rastlaşırdılar. İlk sufrajist qadınlar qanuna hörmət edirdilər, sülhpərvər idilər. Onlar Parlamentə məktublar yazır, petisiyalar təşkil edirdilər. Amma bunlar heç bir nəticə vermirdi. 1903-cü ildə Emmelin Panhorst adlı bir qadın və onun qızları bu hərəkatın geniş kütləyə çatdırılması qərarına gələrək, qadınları qanunu pozmağa çağırdılar. Onlar küçələrdə yürüşlər təşkil edir, divarlarda rəngli boya ilə "Qadınlara səs" sözlərini yazır, mağazaların şüşələrini sındırırdılar. Bəziləri Parlament binasının və Baş nazirin iqamətgahının hasarlarına özlərini zəncirlə bağlayırdılar. Qadınlar təkcə hökumət tərəfindən deyil, camaat tərəfindən də tənqid edilir, ələ salınırdı. Çoxlu sayda qadın tutulub həbsxanaya salınıb, işgəncələr alırdı. Ən dəşhətli hadisə isə 1913-cü ildə Kral atlarının çapdığı cıdırda baş verdi. Emili Devidson adlı bir qadın özünü çapar atın altına ataraq ölür. O, bu hərəkatda həyatını itirmiş ilk qadın idi.

İngiltərədə zaman keçdikcə, insanların qadınların səs vermədə iştirakına münasibəti dəyişdi. Birinci Dünya müharibəsindən sonra qadınların müharibə illərində gördükləri işləri nəzərə alaraq, yaşı 30-dan çox olan qadınlara səs vermə hüququ verildi. Yalnız 1928-ci ildə 21 yaşından başlayaraq, bütün qadınlar səs vermək hüququ qazandılar.

Hər bir insan mədəni, iqtisadi, siyasisosial inkişaf prosesində iştirak etmək və onun nemətlərindən istifadə etmək hüququna malikdir. Bir çox hallarda qadınlar iqtisadisosial ehtiyatların paylanmasında ayrı-seçkiliyə məruz qalırlar. Bu da onların iqtisadi, sosial və mədəni hüquqlarının pozulması deməkdir.

Qadınlar öz hüquqlarını həyata keçirmələri üçün hüquqi sistemdən istifadə etsələr də, çox vaxt bu hüquqların mövcudluğu barədə kifayət qədər məlumatın olmadığı səbəbindən, onların insan hüquqlarının tam şəkildə gerçəkləşməsi və bərabərliyin bərqərar olunmasını xeyli məhdudlaşdırır.

Hələ 20-ci əsrin əvvəllərində Misir mütəfəkkiri Qasim Əminin "Təhrir-ul-maral" əsərində "Müsəlman dünyasının azadlığı qadının azadlığından asılıdır" fikrini söyləmişdir.

İnsan hüququnu qorumaq bütün ölkələrin konstitusiyalarında, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, Helsinki Yekun Aktı (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı - ATƏT) kimi beynəlxalq müqavilələrdə öz əksini tapmışdır.

Hüquqların müxtəlif kateqoriyaları arasında fərqi müəyyənləşdirmək mühüm məsələdir. Son vaxtlara qədər, xüsusən, beynəlxalq təşkilatlar arasında belə bir meyil vardır ki, əsas insan hüquqlarının siyahısını genişləndirsinlər. Onlar söz, qanun qarşısında bərabərlik kimi əsas hüquqlara məşğuliyyət, təhsil, hər hansı bir şəxsin öz mədəniyyətinə və ya milliyyətinə müvafiq həyat standartları hüquqlarını da əlavə etdilər. Bunların hamısı dəyərli tədbirlərdir, lakin bu sadalananlar hüquq kimi çoxaldıqda, əsas hüquqların mənası aşağı düşür.

İkinci Dünya müharibəsindən sonra insanlar başa düşdülər ki, insanlar bir-birlərinə qarşı nə qədər də insafsız ola bilərlər və bunun qarşısını almaqdan ötrü müəyyən bir normalar tərtib edib, onlara riayət edilməsi qərarına gəldilər.

1945-ci ildə San-Fransiskoda imzalanan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 7 bəndi insan hüquqlarının müdafiəsinə aiddirbu maddələri nəzərə alaraq BMT nəzdində İnsan Hüquqları Komissiyası yaradılır. 1947-ci ilin fevral ayından başlayaraq, Elenora Ruzveltin rəhbərliyi altında müxtəlif ölkələrdən olan adamlar İnsan Hüquqları Bəyannaməsinin mətni üzərində işləməyə başlayırlar. 10 dekabr 1948-ci ildə BMT-nin Baş Assambleyasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edilir. Bu sənəd 20-ci əsrin, ümumiyyətlə, bəşəriyyət tarixinin ən mühüm sənədlərindən biridir. Bəyannamə bütün ölkələri insan hüququ sahəsində ümumi normalara riayət olunmasına çağırır.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsində bildirilir ki, insan hüquqlarına hörmət bütün hökumət və xalqların ümumi qayğısı və borcudur. Bəyannamənin ardınca ona hüquqi qüvvə verən daha iki sənəd qəbul edilmişdir: İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt (1966), MülkiSiyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (1966) və axırıncı sənədə aid iki könüllü protokol. Bütün bunlar 1976-cı ildə İnsan Hüquqları haqqında Beynəlxalq Bill qüvvəyə mindikdən sonra reallığa çevrilmişdir. O, beynəlxalq fikrə hərtərəfli və konstruktiv təsir göstərir. 15 dekabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunan iki könüllü protokola görə dünya dövlətləri ölüm hökmünü ləğv etmək üçün bütün zəruri tədbirləri görməlidirlər.

Elenora Ruzvelt BMT-nin Baş Assambleyasında çıxış edərək, Bəyannamənin əhəmiyyəti barəsində demişdir: "Biz həm Birləşmiş Millətlər Təşkilatı üçün və həm də bütün bəşəriyyət üçün əhəmiyyətli olan bir hadisənin astanasındayıq. Bu Bəyannamə bütün yer üzərindəki insanların azadlığı üçün Beynəlxalq Böyük Xartiya ola bilər. Onun BMT-nin Baş Assambleyası tərəfindən elan edilməsi 1789-cu ildə fransız xalqı tərəfindən "İnsan Hüquqları", Birləşmiş Ştatlarda "Hüquqlar haqqında Bill" və digər ölkələrdə bu kimi sənədlərinin elan edilməsinə bərabər hadisədir".

İnsan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyası bu gün dünyada ictimai inkişaf prosesinə istiqamət verən mühüm ideyalardan biridir. İnsan hüquqları ciddi elmi araşdırmaların predmetinə, daxili siyasətlə bağlı qızğın müzakirə və mübahisələrin mövzusuna, əksər ölkələrin konstitusiyasının ana xəttinə, sülh və əməkdaşlıq haqqında beynəlxalq sazişlərin başlıca məğzinə çevrilmişdir. Dünyanın əksər ölkələrində insan hüquqları insanın mövcudluğununmilli inkişafın ən vacib şərti kimi qəbul olunur.

Bəşəriyyət tarixində ən barbar müharibənin qurtarmasından sonra dünya ölkələri, nəhayət, kompleks prinsiplər qəbul etdilər ki, onların vasitəsilə bəşəriyyəti yeni bir yola istiqamətləndirsinlər: bütün ölkələr öz hərəkətlərinə görə həm ölkə daxilində və həm ölkə xaricində məsuliyyət daşımalıdırlar.

Ümumdünya İnsan Haqları Bəyannaməsi Birləşmiş Millətlər Təşkilatının qətnaməsi olmasına baxmayaraq, qanun qüvvəsinə malik deyildir. Qətnamə məcburi hüquqi akta malik olmayıb dünya ölkələri üçün tövsiyə xarakteri daşıyır. Ancaq Cek DonelliRoda Hovardın "İnsan haqları haqqında məlumat" kitabında qeyd etdikləri kimi, "Ümumdünya Bəyannaməsinin rolu adi tövsiyədən daha çoxdur." FranklinElenora Ruzvelt adına İnstitutun verdiyi məlumatlara görə, Bəyannamə 1948-ci ildən sonra tərtib edilən 90-na yaxın milli konstitusiyaların əsasını təşkil edir.

İnsan Hüququnun Müdafiə Edilməsi üçün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, o cümlədən, onun xüsusi mövzulara dair məruzəçiləri, müstəqil ekspertləri, işçi qrupları, onun ayrı-seçkiliyin qabağının alınması və milli azlıqların müdafiəsi üzrə yarımkomissiyaları, Sosial İnkişafa dair Komissiya, Cinayətkarlığın Qarşısını Almaq üçün Komissiya, Qadınların Vəziyyəti üzrə Komissiya və həmçinin, BMT sistemində olan bütün müvafiq təşkilatların arasındakı əməkdaşlığın güclənməsi vacibdir.

Din azadlığı (istədiyin dinə etiqad etmək) və vicdan azadlığı (dinə inanmaqya inanmamaq) vətəndaşların ən mühüm hüquqlarındandır. Hökumət heç bir vəchlə vətəndaşların bu hüquqlarına müdaxilə edə bilməz və hər bir vətəndaşın bu hüquqlarını mühafizə etməlidir. Dinin azadlığa və vicdanın azadlığa münasibətləri barəsində yüz illərlə mübahisə aparılır. Müxtəlif dövrlərdə bu mübahisələr müxtəlif cür vurğulanmışdır. Bu gün əksər din xadimləri belə hesab edirlər ki, Allaha inamla insanların azad və bərabərliyi sıx əlaqədardır. Bu fikir ilə razılaşmaq olar. Ancaq nəzərə almaq lazımdır ki, dini düşüncə daimi kateqoriyalara əsaslandığı halda, insanlar cəmiyyətdə yaşadıqlarından, onlar üçün bərabərlik və azadlıq müxtəlif tarixi formalarda təcəssüm olur. Bəzən bu formalar dini hissiyyatlarla ruhlandırılmışdır. Dəfələrlə orta əsr "küfr"ləri ümumi bərabərlik prinsiplərini bütün cəmiyyətə tətbiq etmək istəmişlər. Bundan başqa, protestantizm XVI-XVII əsrlərdə İngiltərə və Hollandiya inqilablarında siyasi azadlıq mübarizəsinin hərəkətverici qüvvəsi olmuşdur. Elə dövrlər də olmuşdur ki, dini konfessiyalar liberaldemokratik meyillərə düşmən münasibət bəsləmişlər. Çox vaxt liberal ideoloqlar da dinə rəğbətlə yanaşmamışlar. Buna misal olaraq, Volterin katolizmə münasibətini göstərmək olar. Alman filosofu F.Nitsşe xristian dininə hücum edərək, İsa peyğəmbəri liberallıqda təqsirləndirmişdir. Nitsşeyə görə xristianlıq azadlığın mənasını təhrif edərək, dünyaya məhvedici təsir göstərən insanların bərabərliyi anlayışını vermişdir.

Tam əks-fikrə - dini dünyagörüşündən kənarda insan azadlığı və bərabərliyi haqqında düşünmək olmaz. Karl Popperə görə azadlıq, bərabərlik probleminə cavabı həm dində və həm də ondan kənarda axtarmaq lazımdır.

 

Vahid ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 11 noyabr.- S.15