İnsan hüquq və azadlıqları çox vətəndaşlılıq və vətəndaşsızlıq problemi kontekstində

SSRİ vətəndaşlığı haqqında 1938-ci ilin Qanununda ikili vətəndaşlıq məsələləri nəzərdə tutulmamışdır. Lakin 1956-1958- ci illərdə Sovet İttifaqı sosialisl ölkələri ilə (Albaniya, Bolqarıstan, Macarıstan, KXDR, MXR, Rumıniya, Çexoslovakiya, Yuqoslaviya) ikili vətəndaşlıq məsələlərinin tənzimlənməsi haqqında bir sıra ikitərəfli konvensiya bağladı. Bu konvensiyalara uyğun olaraq, ikili vətəndaşlığı olan şəxslər onları qəbul edəndən sonra bir il müddətində bunlardan birini seçmələri barədə məlumat verməli idilər. Onlar bu göstərişə əməl etmədikdə, onda hər ikı ölkə tərəfindən onlara yaşadıqları ölkənin vətəndaşı kimi baxılırdı. Bundan başqa, 1963-1966-cı illərdə bir sıra ölklərdə (Polşa, Bolqarıstan) ikili vətəndaşlığın qarşısının alınması haqqında konvensiyalar bağlandı, bunlara müvafiq olaraq, vətəndaşı olduqları ölkənin səlahiyyətli orqanlarının razılığı olmadan tərəflər şəxsləri öz vətəndaşlığına qəbul etmirdilər. SSRİ vətəndaşlığı haqqında Qanunda şəxsin xarici ölkənin vəiəndaşlığına məxsus olması hüququ tanınmırdı.

Professor E.A.Lukaşevanın  redaktoru olduğu "İnsan hüquqları" kitabında yazılır: "Hazırkı problemin həlledilmə üsulları ilk dəfə Rusiya Federasiyasının vətəndaşlığı haqqında qanunda qeyd olunmuşdur. Rusiya Federasiyası vətəndaşının ərizəsinə əsasən, eyni vaxtda müvafiq müqavilə bağladığı digər dövlətin də vətəndaşı olmasına icazə verilirdi. Lakin bu zaman o, Rusiya Federasiyasının vətəndaşlığından irəli gələn vəzifələri yerinə yetirməkdən yayına və məsuliyyətdən azad ola bilməz. RF-nin 1993-ci il Konstitusiyası ölkə vətəndaşları üçün ikili vətəndaşlıq imkanını qeyd etdionun qazanılma əsaslarını təkcə Rusiya Federasiyasının beynəlxalq müqaviləsi əsasında deyil, həm də federal qanuna uyğun olaraq genişləndirdi.

Hal-hazııda Rusiya TürkmanistanTacikistanla ikili vətəndaşlıq haqqındı saziş bağlamışdır. Saziş bağlayan tərəflər vətəndaşlarının öz ölkə vətəndaşlığını itirməmək şərtilə digər ölkənin vətəndaşlığını qazanmaq hüququnu nəzərə alır. Bu zaman onlar hüquq va azaddlıqlardan tam həcmdə istifadə edir, həmçinin, ərazisində yaşadıqları dövlətin vətəndaşlarının vəzifələrini daşıyırlar. İkili vətəndaşlığı olan şəxslər hər iki dövlətin müdafiə və himayəsindən istifadə edirlər. Bir qayda olaraq, üçüncü ölkədə onların hüquqları ərazisində daimi yaşadıqları dövlət tərəfindən müdafiə edilir, lakin onların xahişi ilə əlaqədar müdafiələri vətəndaşı olduqları ikinci dövlət tərəfindən də edilə bilər.

MDB və Baltikyanı ölkələrdə yaşayan həmvətənlərinin ikili vətəndaşlıqla bağlı problemlərinə Rusiya Federasiyasının dövlət hakimiyyəti orqanlarında baxılır. Rusiya Federasiyasının "Müstəqil Dövlətlər Birliyinin dövlət və hökumət başçılarına" 15 fevral 1995-ci il tarixli müraciətində Federal Məclisin Dövlət Duması zamanı etnik ruslara ikili vətəndaşlığın qazanılmasında bərabər hüquqların verilməsi zamanı razılaşma barədə məsələ qaldırdı. Bununla bərabər, MDB və Baltikyanı ölkələrin əksəriyyətinin qanunvericiliyində ikili vətəndaşlığın qazanılma imkanını istisna edən müddəalar saxlanılır.

Vətəndaşlığı olmayan şəxs (apatrid) heç bir dövlətin öz vətəndaşı kimi baxmadığı şəxsdir. Oxşar status adamın hər hansı bir səbəbdən öz xüsusi vətəndaşlığını itirdiyibaşqa ölkənin vətəndaşlığını qazanmadığı halda baş verir. Bu zaman həmin şəxslər öz əvvəlki vətəndaşı olduğu ölkənin diplomatik müdafisinə ümid edə bilmir və ərazisində yaşadığı ölkənin qanunvericiliyinə tam tabe olurlar.

Apatridlərin statusu haqqında 1954-ci il Konvensiyasına uyğun olaraq, vətəndaşlığı olmayan hər bir şəxsin yaşadığı ölkədə öhdəliklər vardır, çünki o, həmin ölkənin qanun və qərarlarına, həmçinin, ictimai asayişin saxlanılması üçün tətbiq olunan ölçülərə riayət etməlidir. Ümumi qaydaya əsasən, vətəndaşlığı olmayan şəxslərə dövlətin ərazisində yaşayan əcnəbilərə verilən konkret statusa uyğun status verilməlidir. Konvensiyaya uyğun olaraq, bir sıra hallarda, apatridləri öz qanunlarına görə, ölkənin vətəndaşları ilə bərabərləşdirirlər. Bura məhkəməyə müraciət etmək, ibtidai təhsil, hökumətdən kömək və yardım almaq hüquqları aiddir. Bundan başqa, həmin üsullar əməyə görə mükafatlandırılma, və istirahət vaxtı, qadınların və yeniyetmələrin əmək şəraiti, sosiai təminat məsələlərinə toxunur.

Adıçəkilən kitabda göstərilir ki, dövlətlər öz ərazisində vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi və yol sənədləri verir. Rusiya Federasiyası ərazisində hələ də qüvvədə olan, SSRİ Nazirlər Kabineti tərəfindən 26 aprel 1991-ci ildə 212 N-li qərarı ilə təsdiq edilmiş əcnəbi vətəndaşların SSRİ-də yaşama qaydalarına uyğun olaraq vətəndaşlığı olmayan şəxslərə daxili işlər orqanları tərəfindən 5 illik, 45 yaşa çatdıqda isə, müddətsiz pasport verilir. Şəxs daxili işlər orqanlarına həqiqi xarici ölkə pasportu təqdim edərsə, onda vətəndaşlığı olmayan şəxslər üçün pasport əcnəbi vətəndaşlar üçün olan pasportla əvəz edilir.

Rusiya Federasiyasının daxili işlər nazirliyinin verdiyi məlumata görə, 1997-ci il mayın 1-nə kimi Rusiya ərazisində 3193 vətəndaşlığı olmayan şəxs yaşayırdı. Federal qanunvericiliyə görə, bu şəxslər Rusiya vətəndaşlığını qazanmağa təşviq edilir  bununla belə, bu şəxslərin digər vətəndaşlıq alması üçün maneələr yaradılmır Vətəndaşlıq haqqında qanunda vətəndaşsızlıq hallarının azaldılmasına yönələn normalar təsbit edilir. Belə ki. ölkə ərazisində vətəndaşlığı olmayan şəxsdən doğulan uşaq Rusiyanın vətəndaşı olur. Respublika kimi keçmiş SSRİ-nin tərkibinə daxil olmuş dövlətlərin ərazisində yaşayan keçmiş SSRİ-nin vətəndaşları, həmçinin, 1992-ci ilin fevralın 6-dan bəri Rusiya ərazisinə yaşamağa gəliblər, 2000-ci ilin dekabrın 31-nə kimi bu barədə ərizə verərlərsə, onlar qeydiyyat qaydası ilə vətəndaşlıq qazana bilərdilər.

Vətəndaşlığı olmayan şəxslərin problemləri təkcə hüquqi deyil, həm də siyasi xarakterlidir. O, konkret şəxsin vəziyyətinə təsir edə və dövlətlərarası münasibətlərdə ziddiyyət və konfliktlər yarada bilər. Xususilə, Rusiya Federasiyası və Latviya Respublikası arasındakı münasibətlərin kəskinləşməsi, sonuncunun ölkənin daimi sakinlərinin mühüm hissəsini təşkil edən və əvvəllər SSRİ-nin vətəndaşları olmuş şəxslərə (onların özləri və ya ulu babaları 1940-cı ilin iyunun 17-nə kimi Latviya vətəndaşları olmayıblarsa) vətəndaşlıq verməkdən imtina etməsi ilə əlaqədardır.

"İnsan hüquqları" kitabında yazılır: "1994-cü ilin avqustunda Cenevrədə keçirilmiş keçmiş SSRİ-nin vətəndaşlığı haqqında qanunlara və beynəlxalq hüquqa həsr edilmiş işçi görüşündə qeyd edildiyi kimi, onun dağılmasından sonra yaranmış dövlətlərdəki vətəndaşlığı olmayan şəxslərin problemi, müəyyən qrup şəxslər barəsində yaşadıqları ölkənin vətəndaşlıq meyarına cavab verməyən diskriminasiya qanunvericiliyinin qəbul edilməsi, ya da ərazi dəyişkənliyi və suverenliyə keçid nəticəsində yaranmışdır. Avropa Şurasının nümayəndələri elə hesab edirlər ki, dövlətin dağılması və ya ərazisinin dəyişməsi zamanı vətəndaşlıq məsələsini iki və çoxtərəfli müqavilələr əsasında tənzimləmək lazımdır. Bu, mümkün olmadıqda, dövlətlər - hüquq davamçıları aşağıdakı şərtlərdə öz vətəndaşlığını həvalə etməlidirlər: 1) şəxs ləğv olunmuş dövlətin ərazisində vətəndaş və ya daimi sakin olmuşdur; 2) şəxs dövlətin - hüquq davamçılarının ərazisində yaşamağını davam etdirir.

Bu hallarda vətəndaşlığın verilməsinin iki prosedur qaydası mümkündür: avtomatik, amma seçmə hüququnu nəzərdə tutanya personal hüququnun - vətəndaşlığın verilməsi barədə şəxsin xahişlə müraciət hüququnun təsbit edilməsini nəzərdə tutan prosedura. Bundan başqa, göstərilən tələblərə cavab verən, lakin vətəndaşlıq almayan şəxslərin hüquq və vəzifələri başqa vətəndaşlar kimi, o zaman təmin edilir ki, bu zaman üç sfera - siyası hüquq, hərbi vəzifə və dövləti xidmət istisna olunsun.

Konsepsual demokratiyaonun institutları zorakılığı inkar edən, razılaşma və kompromis üsullarından istifadə edən cəmiyyət və dövlət əxlaqının təzahürüdür. Cəmiyyətin həmrəyliyinin formalaşması siyasi, sosial, hüquqi, milli və digər ixtilafların həlli yollarının əziyyəti, yorulmaz axtarışı olmadan mümkün deyildir."

Rusiya cəmiyyəti demokratiya yolunda yalnız ilk addımlarını atır, bu addımlar inamsız, bəzən də səhv olur. Bu da qanunauyğundur ona görə ki, "cəmiyyətin yenidən qurulması çoxlarına labüd, həm də uzunmüddət narahatlıq gətirən nəhəng tədbirdir". Bəzən kəskin formalar alan bu "nöqsan"ların aradan qaldırılması üçün müddət, təmkin və inad təbb olunur. O, təkcə siyasi yollarla həll edilmir; iqtisadi, sosial, milli islahatlar lazımdır, bunların əsasında ali əxlaqi məqsəd - insanın hüquq və azadlıqlarının təminatı və müdafiəsi olmalıdır. Bu məqsəd hüquq, hüquqisosialist dövləti, bütünlükdə, cəmiyyətin inkişafının əxlaqi vektorudur.

Müasir Rusiyada ən çətin olan - insan rolunun aşağı salınması onun hüquq, azadlıq və ləyaqətinə etinasızlıqla bağlı olan əsrlərlə formalaşmış stereotiplərin üstünlük təşkil etməsidır. Bu stereotiplər, ilk növbədə, müasir Rusiya cəmiyyətinin əxlaq prinsiplərinə zidd olmasını göstərir. Bu əxlaqsızlığı tədricən addım- addım aradan qaldırmaq üçün bütün vasitə, hər şeydən əvvəl, bütün konstitusional institut və mexanizmlərdən də istifadə etmək lazımdır.

İnsan hüquqları və azadlığını bütün siyasi, iqtisadisosial islahatların əsas məqsədi etmək lazımdır. Yalnız bu isiqamət Rusiya dövlət hakimiyyəti, qanunvericiliyinin siyasi proqram və fəaliyyətinə əxlaqi xarakter verəcək. Siyasət, hakimiyyət və qanunun əxlaq idealına nail olmaq üçün Rusiyanın qarşısında uzun və çətin yol durur.

BAHİD ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 12 noyabr.- S.15