Hərbi qulluqçuların əlilliyə və ailə başçısını itirməyə görə pensiya təminatı

Hərbi qulluqçular üçün pensiyanın digər növünü əlilliyə görə pensiya təşkil edir. Əlillik hərbi qulluqçuların xidmət keçdiyi dövrdə və ya xidmətdən tərxis olunandan sonra 4 aydan gec olmayaraq, yaxud əlillik müddətindən sonra, lakin xidmət keçmə dövründəki yaralanma, kontuziya, şikəstlik və ya xəstəliyin nəticəsi kimi əmələ gəldikdə, hərbi qulluqçulara əlilliyə görə peasiya təyin edilir.

Namiq Əliyev yazır: "Əlilliyin qrupu və səbəbləri, habelə, əlilliyin başvermə vaxtı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə uyğun fəaliyyət göstərən həkim əmək ekspert komissiyaları tərəfindən müəyyən edilir. Əmək qabiliyyətini itirmə dərəcəsindən asılı olaraq, əlillər üç qrupa bölünürlər. Əlilliyin səbəbindən asılı olaraq, hərbi qulluqçular sırasından əlillər iki kateqoriyaya bölünürlər: 1) müharibə əlilləri, yəni hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi zamanı yaralanma, kontuziyaya şikəstlik nəticəsində, cəbhədə olmaqya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunun yerinə yetirilməsi ilə əlaqədar olan xəstəlik nəticəsində əlil olmuş hərbi qulluqçular; 2) hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə ilə əlaqədar baş vermiş şikostlik nəticəsində, yaxud cəbhədə olmaqya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunun yerinə yetirilməsi ilə bağlı olmayan xəstəlik nəticəsində əlil olmuş hərbi qulluqçular sırasından digər əlillər.

Qanunda əlilliyə görə pensiyanın məbləğləri dəqiq tənzimlənmişdir. Pensiyanın məbləğinin müəyyən edilməsi üçün meyar əlillik qrupudur. Belə ki, I qrup əlillərə (o cümlədən, xidməti vəziflərin yerinə yetirilməsi zamanı əlil olanlar) müvafiq təminat xərcliyinin 100 fizi miqdarında, II qrup əlillərə - 80 faizi miqdarında, III qrup əlillərə isə 55 faizi miqdarında pensiya ödənilir. I qrup digər əlillərin (o cümlədən, xidməti vəzifələrin yerinə) yetirilməsi ilə əlaqədar olmadan şikəst olanların) pensiyası müvafiq təminat xərcliyinin 60 faizi miqdarında, II qrup əlillərin - 55 faizi miqdarında, III qrup əliliərin - 35 faizi miqdarında müəyyən edilir.

Əlilliyə görə, pensiyaların məbləğləri müəyyən olunmuş minimumla xarakterizə olunur. I və II qrup müharibə əlillərinə, habelə, xidməti vəzifələrini yerinə yetirərkən əlil olmuş I və II qrup əlillərə əlilliyə görə pensiyaların minimum məbləği yaşa görə pensiyanın minimum məbləğinin 200 faizi miqdarında müəyyən edilir. Digər əlillər, o cümlədən, əlilliyi xidməti vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olmayan hadisə nəticəsində baş vermiş şəxslər üçün əlilliyə görə pensiyanın minimum məbləğləri aşağıdakı qaydada müəyyən edilir:

-  I və II qrup əlillər üçün pensiyanın minimum məbləğinin 100 faizi miqdarında;

 - III qrup əlillər üçün - yaşa görə pensiyanın minimum məbləğinin 150 faizi miqdarında müəyyən edilir.

Müəllifin fikrincə, hərbi qulluqçulara pensiyaların təyin olunması məsələsini tənzimləyərkən, qanunverici, ilk növbədə, təqaüdçülərin marağını təmin etmək məqsədi güdür. Ona görə də, bir sıra normalar variant xarakteri daşıyır. Belə ki, hərbi qulluqçular sırasından vətəndaşların pensiya təminatı haqqında qanunvericiliklə yaşa görə pensiya təyin edilməsi üçün əmək stajına (o cümlədən, güzəştli şərtlərlə) malik I və II qrup əlillərə əlilliyə görə pensiya müvafiq stajı olduqda qanunvcriciliklə yaşa görə müəyyən edilmiş pensiya miqdarında təyin edilə bilər.

Xidmət illərinə görə pensiyanın təyin edilməsi üçün lazımi xidimət ili olan hərbi qulluqçular sırasında I və II qrup əlillərin müvafiq xidmətləri olduqda, əlilliyə görə pensiya xidmətlərinə görə pensiya miqdarında təyin edilə bilər. Hərbi qulluqçuların pensiya təminatı haqqında hüquq normaları əlilliyə görə pensiyalara əlavələrin hesablanması nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, hərbi qulluqçulara əlilliyə görə pensiya həkim-əmək ekspert komissiyasının müəyyən etdiyi bütün əlillik dövrü üçün, 60 yaşından yuxarı əlil kişilərə və 55 yaşından yuxarı əlil qadınlara isə ömürlük təyin edilironlar yalnız öz ərizələrinə əsasən, yenidən müayinədən keçirilir. Pensiya yaşına çatmamış pensiyaçı əmək qabiliyyətli hesab edildikdə, ona pensiya əmək qabiliyyətli hesab edildiyi ayın sonunadək, lakin ən çoxu əlilliyin müəyyən edildiyi günədək ödənilir.

Pensiya təyin edildikdən sonra əlilliyin qrupu dəyişdikdə müvafiq olaraq pensiyanın məbləği də dəyişdirilməlidir. Belə halda, müharibə əlilinin əlilliyi ümumi xəstəlik, əmək şikəstliyi və ya peşə xəstəliyi ilə əlaqədar gücləndikdə pensiya, onun səbəbləri saxlanılmaqla, əlilliyin yeni qrupu üzrə təzədən hesablanmalıdır.

Hərbi qulluqçular sırasından olan əlillər tərəfindən həkim-əmək ekspert komissiyasında yenidən müayinə olunma müddətinin ötürülməsi ona pensiyanın ödənilməsinin dayandırılmasına səbəb olur. O, yenidən əlil hesab edildikdə, pensiyanın ödənilməsi onun yenidən əlil hesab edildiyi gündən etibarən təzələnir. Müayinə olunma müddəti üzürlü səbəblərə görə ötürüldükdə pensiya həkim-əmək ekspert komissiyasının şəxsi əlil hesab etdiyi bütün dövr üzrə ödənilməlidir. Yenidən müayinə zamanı şəxsin əlilliyinin  digər qrupu müəyyən edildikdə, göstərilən vaxt üzrə pensiya əlilliyin əvvəlki qrupuna görə ödənilməlidir.

N.Əliyev daha sonra yazır: "Ümumi  xəstəlik nəticəsində əlilliyə görə əvvəllər təyin edilmiş pensiya bu şərtlə bərpa olunur ki, müəyyən edilən əlillik müddəti qurtardığına görə, pensiya ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçməsin. Digər səbəblər üzündən əlilliyə görə əvvəllər təyin olunmuş pensiyanın bərpası müddətlə məhdudlaşmır. Fasilədən sonra əlillik yenidən üz verərsə, əlilliyə görə pensiya (pensiyaçının istəyi ilə) ümumi əsaslarla təyin edilə bilər.

Göstərilən pensiyaların üçüncü növünü hərbi qulluqçuların ailələrinə təyin edilən ailənin ailə başçısının itirilməsinə görə pensiya təşkil edir.  Hərbi qulluqçuların ailələrinə ailə başçısını itirməyə  görə pensiya ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan ən geci üç ay keçənədək, yaxud bu müddətdən sonra, lakin xidmət etdiyi dövrdə aldığı yara, kontuziya, zədə və ya xəstəlik nəticəsində vəfat edibsə, təyin edirlir. Həm də hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailələri cəbhədə həlak olanların ailələrinə bərabər tutulur.

Qeyd etmək lazımdır ki, hərbi qulluqçulara əlilliyə görə pensiya həkim-əmək ekspert komissiyasının müəyyən etdiyi bütün əlillik dövrü üçün, 60 yaşından yuxarı əlil kişilərə və 55 yaşından yuxarı əlil qadınlara isə ömürlük təyin edilironlar yalnız öz ərizələrinə əsasən, yenidən müayinədən keçirilir. Pansiya yaşına çatmamış pensiyaçı əmək qabiliyyətli hesab edildikdə, ona pensiya əmək qabiliyyyətli hesab edildiyi ayın sonunadək, lakin ən çoxu əlilliyin müəyyən edildiyi günədək ödənilir.

Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların öhdəsində olan əmək qabiliyyəti olmayan ailə üzvləri ailə başçısını itirməyə görə pensiya almaq hququna malikdirlər.

Müəllif göstərir ki, ailə başçısının öhdəsində olub-olmamasından asılı olmayaraq, pensiya aşağıdakılara təyin edilir:

1)  əmək qabiliyyəti olmayan uşaqlara;

 2)  ailə başçısının ölümündən sonra yaşayış üçün vəsait mənbəyini itirmiş əmək qabiliyyəti olmayan valideynlərə və ər-arvada;

3)  cəbhədə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirərkən, habelə, Azərbaycan Respublikasını müdafiə edərkən həlak olmuş hərbi qulluqçuların əmək qabiliyyəti olmayan valideyinlərinə və arvadlarına.

Ailə başçısını itirməyə görə pensiya almaq hüququ müəyyən edilərkən, əmək qabiliyyəti olmayan ailə üzvləri aşağıdakılar sayılırlar:

a)  18 yaşına çatmamış və ya həmin yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar-qardaşlar, bacılar və nəvələr, texniki-peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; həm də qardaşlar, bacılar və nəvələr əmək qabiliyyətli valideynləri olmadıqda pensyia almaq hüququna malikdirlər;

b)  ata, ana və ər (arvad) pensiya yaşına çatırlarsa: kişilər 60 yaşına, qadınlar 55 yaşına çatıbsa, yaxud əlildirlərsə;

c)  yaşından və əmək qabiliyyətindən asılı olmayaraq, ər (arvad) və ya valideynlərindən biri, yaxud baba, nənə, qardaş, bacı vəfat etmişya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına və ya nəvələrinə baxırsa və işləmirsə;

d)  baba və nənə - qanunla onları saxlamalı şəxslər yoxdursa.

Həlak olmuş hərbi qulluqçuların ayrı-ayrı kateqoriya valideynləri və arvadları üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti ailə başçısını itirməyə görə pensiya təyin edilməsinin digər şərtlərini müəyyən edə bilər.

Vəfat edənin ailə üzvləri onun tam təminatında olublarsaya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olan kömək alıblarsa, onun öhdəsində olmuş ailə üzvləri sayılırlar. Vəfat edənin köməyi yaşayışları üçün daimi və əsas vəsait mənbəyi olan, lakin özləri hər hansı pensiya almş ailə üzvləri yeni pensiyaya keçmək hüququna  malikdirlər.

Hər iki valideynini itirmiş, yəni tam yetim qalmış uşaqlara tam dövlət təminatında olduqları dövrdə pensiyalar tam məbləğdə ödənilir. Tam dövlət təminatında olan digər uşaqlara təyin edilmiş pensiyanın 25 faizi miqdarı ödənilir.

Övladlığa götürənlər valideynlərlə bir səviyyədə, övladlığa götürülənlər isə doğma uşaqlarla bir səviyyədə pensiya almaq hüququna malikdirlər. Ailə başçısını itirməyə görə pensiya almaq hüququna malik olan yetkinlik yaşına çatmayanlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.

Ögey oğulya qızın tərbiyəsi və ya saxlanılması ilə beş ildən az olmayaraq məşğul olan ögey ataana doğma ataya ana ilə bərabər pensiya almaq hüququnu əldə edirlər. Ögey oğul və qız doğma uşaqlarla bərabər pensiya almaq hüqüquna malikdirlər.

Ərin (arvadın) ölümü ilə əlaqədar təyin edilmiş pensiya pensiyaçı yeni nikah bağlayanda da saxlanılır.

Hərbi qulluqçuların ailələrinə ailə başçısını itirməyə görə pensiya aşağıdakı məbləğlərdə təyin edilir:

a)  Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə, hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış yara, kontuziyaya zədə nəticəsində, yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirilməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların ailələrinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının əmək haqqının 50 faizi. Ailə başçısının ölümünün səbəbindən asılı olmayaraq müharibə əlilləri sırasından olan vəfat etmiş pensiyaçıların ailələrinə və tərkibində hər iki valideynini itirmiş uşaqların (ata-anadan yetimlərin) olduğu ailələrə də pensiya bu məbləğdə hesablanır;

b)  hərbi xidməti vəzifələrinin (xidmət vəzifələrin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış zədə nəticəsində və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların ailələrinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının əmək haqqının 35 faizi.

 

VAHİD ÖMƏROV

Səs.- 2016.- 15 noyabr.- S.15