“Naxçıvan
dünyanın ən qədim şəhərlərindən biri” kitabının təqdimatı olub
AMEA Naxçıvan Bölməsinin Dəyirmi zalında AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Gingiz Qacarın rus dilində nəşr edilən "Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri” kitabının təqdimat mərasimi keçirilib.
AMEA
Naxçıvan Bölməsinin İnformasiya
şöbəsindən "Kaspi”yə bildirilib
ki, tədbiri AMEA Naxçıvan Bölməsinin
sədri akademik İsmayıl Hacıyev açaraq ilk öncə akademik Gingiz Qacarın
salamlarını mərasim iştirakçılarına
çatdırıb. O, Naxçıvan tarixinə həsr edilmiş kitabın əhəmiyyətindən
danışıb. Bildirib ki,
Ulu öndər Håydər
Əliyåvin əziz xatirəsinə həsr olunan
və Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin
elmi redaktorluğu ilə
"Əcəmi” nəşriyyatında yüksək poliqrafik səviyyədə çap
edilən dəyərli əsərdə Naxçıvanın
tarixi, arxeolojiyası, etnoqrafiyası, mədəniyyəti, eyni zamanda, görkəmli şəxsiyyətləri
barəsində məlumatlar və foto
şəkillər öz əksini
tapıb.Daha sonra "Dünyanın qədim
şəhərlərindən biri-Naxçıvan tarixinə
həsr edilmiş dəyərli əsər”
mövzusunda AMEA Naxçıvan Bölməsinin
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun
şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli
Baxşəliyev geniş məruzə
edib.Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı
elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Musa Quliyev, həmin institutun şöbə müdiri,
tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şxəliyev çıxış edərək
"Naxçıvan dünyanın ən qədim şəhərlərindən
biri” kitabının rus
dilində nəşr olunmasını Naxçıvan tarixinin dünyada təbliği
istiqamətində böyük əhəmiyyət
kəsb etdiyini bildiriblər.
Səs.-
2016.- 16 noyabr.- S.10