Azərbaycanda I və II qrup əlillərə edilən güzəştlər
1. Əlillər dövlət hesabına mənzillə təmin edilirlər. I qrup əlillərə mənzillər növbədənkənar verilir. Fərdi bərpa proqramına uyğun olaraq əlillər binanın növünü, mərtəbəsini, abadlıq vəziyyətini və yaşayış üçün vacib olan digər şərtləri nəzərə almaqla yaşayış sahəsini seçmək hüququna malikdirlər.
2. Mənzil bölgüsü zamanı yerli hakimiyyət orqanları, müəssisələri, idarə və təşkilatlar əlillərin iş yerlərinin, qohumlarının yaşayış yerlərinin, bərpa müəssisələrinin yaxınlığında mənzillər ayrılmasına olan tələbatı nəzərə alırlar.
3. Tibbi göstərişlərə və arzularına uyğun olaraq əlillərə yaşayış evlərinin aşağı mərtəbələrində mənzil verilir (və ya dəyişdirilir).
4. I qrup əlillər ailədə adambaşına 9 kvm və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar.
5. Müharibə əlilləri və onlara bərabər tutulan şəxslər ev kirayəsi, kommunal xidmətləri haqqını ödəməkdən azaddırlar.
6. Müharibə əlilləri və onlara bərabər tutulan şəxslər respublika daxilində şəhərlərarası bütün nəqliyyat növlərindən (taksidən başqa) ildə bir dəfə pulsuz, bundan sonra il ərzində 50 faiz güzəştlə istifadə edirlər. Müharibə əlilləri və onlara bərabər tutulanlar şəhər sərnişin nəqliyyatından pulsuz istifadə edirlər.
7. I qrup əlillər, Çernobıl əlilləri, əlil uşaqlar, 20 Yanvar, Qarabağ, hərbi xidmət, milli münaqişə zamanı əlil olan şəxslər dərman preparatları ilə pulsuz təmin edilirlər.
8. Bütün kateqoriyadan olan I qrup əlillər üçün diş protezləri (qiymətli materiallardan hazırlanmış protezlərdən başqa) pulsuz hazırlanır və pulsuz təmir olunurlar.
9. 20 Yanvar faciəsi zamanı, Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olan şəxslər, müharibə əlilləri, 16 yaşınadək əlil uşaqlar, əlil tələbələr, ümumi səbəbdən və uşaqlıqdan əlil olub işləməyənlər, büdcədən maliyyələşən təşkilatlarda işləyən əlillər protezortopediya məmulatı, əlil kreslo və veloarabaları, bərpa vasitələri ilə pulsuz təmin olunurlar.
10. Əlillər eşitmə və tiflotexniki vasitələrlə pulsuz təmin edilirlər.
11. 20 Yanvar faciəsi zamanı, Azərbaycan Respublikasının müdafıəsi zamanı əlil olan hərbçilər və mülki şəxslər, müharibə əlilləri və onlara bərabər tutulanlar, Çernobıl əlilləri və digər kateqoriyadan olan I qrup əlillərin növbədənkənar telefon çəkdirmək hüququ vardır.
12. 20 Yanvar faciəsi zamanı, Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olan hərbçi və mülki şəxslərə, müharibə əlilləri və onlara bərabər tutulanlara, Çernobıl əlillərinə və I qrup işləməyən əlillərə 50 faiz güzəştlə telefon çəkilir və göstərilən bütün əlillər telefon haqqını 50 faiz ödəyirlər.
13. I qrup əlillər radio xidmətindən
pulsuz istifadə edirlər.
14. I qrup gözdən şikəst əlillər
4 kq-a qədər bağlamaları (banderolları)
respublika daxilində və xaricə pulsuz göndərirlər.
15. Əlillərin
ictimai təşkilatlarının
qəzet və jurnalları pulsuz yayılır.
16. Yerli hakimiyyət orqanları dayaq-hərəkət
sistemi pozulmuş və digər I qrup əlillərə öz yaşayış yerlərinin yaxınlığında
qaraj tikintisi üçün torpaq sahələri ayrılmasını
təmin edirlər.
17. I qrup əlillər üçün
həftədə 36 saatdan
çox olmayan qısaldılmış iş
vaxtı müəyyən
edilir.
18. Əmək vəzifələrini
yerinə yetirərkən
xəsarət alıb
şikəst olmuş
və bu səbəbdən əmək
qabiliyyətini itirmiş
I qıup əlillərin
işləmədiyi müddət
onların ümumi və fasiləsiz iş stajına daxildir.
19. Qəbul imtahanlarını
müsbət verən
əlillər ali və orta ixtisas təhsili
müəssisələrinə müsabiqədənkənar qəbul
edilmək hüququna malikdirlər.
20. Təhsil dövründə pensiyalar
və təqaüdlər
tam məbləğlə ödənilir.
I qrup əlil
tələbələrə aldıqları təqaüdün
50 faiz məbləğində
əlavə ödənc
verilir.
21. Siyahısı Nazirlər Kabineti tərəfındən müəyyən
olunanlardan başqa, digər müəssisə
və təşkilatlar
mövcud olan hər 25 iş yerindən birini əlillər üçün
nəzərdə tutmalıdırlar.
Onu da qeyd etmək lazımdır ki, I qrup əlillərə verilən güzəştlərdən
1, 8, 10, 13, 14, 15, 19, 20 və 21-ci maddələr yalnız kağız üzərində
mövcuddur. Səbəbi odur ki, birincisi, əlillər öz hüquqlarını
yaxşı bilmirlər,
ikincisi, cavabdeh olan dövlət təşkilatları üçün
yuxarıda sadalanan güzəştləri yerinə
yetirməməyə görə
cəza növü nəzərdə tutulmayıb.
1. II qrup əlillərə dərman
preparatları 50 faiz güzəştlə satılır.
2. Onların növbəsiz telefon çəkdirmək hüququ
vardır və telefon haqqının 50 faizini ödəyirlər.
3. II qrup gözdən şikəst
olan əlillər 4 kq-a qədər bağlamaları (banderolları)
respublika daxilində və xaricə pulsuz göndərirlər.
4. İşə qəbul zamanı II qrup əlillərə sınaq müddəti müəyyən edilmir.
5. Əmək vəzifələrini
yerinə yetirərkən
xəsarət alıb
şikəst olmuş
və bu səbəbdən əmək
qabiliyyətini itirmiş
II qrup əlillərin
işləmədiyi müddət
onların ümumi və fasiləsiz iş stajına daxil edilir.
6. Qəbul imtahanlarını
müsbət verən
əlillər ali və orta-ixtisas məktəblərinə
müsabiqədən kənar
qəbul edilmək hüququna malikdirlər. Təhsil dövründə pensiyalar
və təqaüdlər
tam məbləğdə ödənilir.
II qrup tələbə
əlillərə təqaüdün
50 faizi məbləğində
əlavə ödənc
verilir.
Azərbaycanın rəsmi orqanları əqli cəhətdən
zəif inkişaf etmiş şəxslər
haqqında bütün
məlumatları məxfi
saxlayır. 1993-cü ilin göstəricilərinə görə
hər il
Sumqayıtda 6500 uşaq
anadan olmuş, onların da ən azı 50 faizi travma ilə
doğulmuşdur. Təkcə Sumqayıt
şəhərində 10 000 uşaq şikəstdir.
Sumqayıt şəhərində insan
üçün zəhərli
olan üzvi birləşmələrin istehsal
səbəbindən bir
çox uşaqlar, həm də böyüklər əlil
olmuşlar. Ona görə də
90-cı illərin əvvəllərində
Sumqayıt "Ölü
şəhər" elan
olunmuşdu.
1970-ci ildən tətbiqi
qadağan olunan DDT zəhərli maddəsinin
pambıq tarlalarına
səpilməsi gizli olaraq 1988-ci ilə kimi davam etdirilmişdir. Nəticədə,
pambıq becərilən
bölgələrdə minlərlə
adam əsəb,
epilepsiya və poliomielit xəstəliklərinə
düçar olmuşdur.
Həmçinin, Azərbaycanda insanlarda əlillik törədə
bilən diskriminasiya faktları da qeydə alınmışdır. Belə ki,
Daxili İşlər
Nazirliyinin 2 nəfər
yüksək vəzifəli
əməkdaşı (Adil
İsmayılov, Nizami
Qocayev) vəzifələrindən
sui-istifadə edərək
istintaqa cəlb olunanlarla qeyri-insani hərəkətlərinə görə
həbs olunmuşlar.
Hətta
Bakıda yerləşən
internat məktəblərinin
birində tərbiyəçi-müəllim
də bu cür əmələ görə cinayət məsuliyyətinə alınıb.
Əlillərin Azərbaycanda bir
çox ictimai təşkilatları mövcuddur
Məsələn, Qarabağ Əlillər
Cəmiyyəti; Əfqanlar
Cəmiyyəti; Müharibə
veteranları cəmiyyəti;
Şəhid Ailələri
Cəmiyyəti; 20 Yanvar
Cəmiyyəti, 20 Yanvar
Fondu; Respublika Veteranlar Şurası; Karlar Cəmiyyəti, Korlar Cəmiyyəti və s.
Bu müəllifin fikrincə,
təşkilatlar bir-biri
ilə fəaliyyətlərini
tənzimləmirlər və
onların koordinasiya şurası yoxdur. Sadalanan cəmiyyətlərin
heç biri başqa dövətlərin
müvafıq təşkılatları
ilə, eləcə də, müxtəlif beynəlxalq qurumlarla əlaqə saxlanır.
Onların fəaliyyəti üçün
hökumət əlverişli
şərait yaratmayıb.
Əlil təşkilatları siyasi
proseslərə fəal
müdaxilə etmirlər,
çünki mövcud
iqtisadi durum və onların həyat şəraiti buna imkan vermir. Bütün göstərilənlər əlillərin
Azərbaycanda hüquqlarının
qorunmasında qeyri-sağlam
mühitin olduğunu göstərən amillərdir.
Bütün dünyada əlillik törədən səbəblərdən
başqa, Azərbaycanda
gözlənilməyən, başqa sözlə,
"özünəməxsus" əlillər kateqoriyasının
olduğu da vurğulanmalıdır. Əlilliyin əmələ
gəlməsi səbəblərinə
Azərbaycandakı ictimai,
sosial, iqtisadi və siyasi durumun çox ağır olması da öz təsirini
göstərir. BMT-nin
İnsan İnkişafı
haqqında 1999-cu il üçün hesabatında bildirilir ki, insan problemlərinin
həllində Azərbaycanın
səhiyyə sektoru gücsüzdür.
Son illərin ən mühüm hadisəsi 24 may 1990-cı ildə İqtisadi və Sosial Şura tərəfindən qəbul edilmiş 1990/26 saylı qətnamədir. Bu qətnaməyə əsasən, Sosial İnkişaf Komissiyasına tapşırılmışdır ki, əlilliyi olan uşaqların, gənclərin və yaşlıların imkan bərabərliyini təmin etmək və hüquqi normalar hazırlamaq üçün hökumətlərə xüsusi ekspert qrupları təşkil etməyi tövsiyə etsin. Əslində, bu sənəd əlillərin problemləri haqqında ilk beynəlxalq akt sayılır. Bu sənəd əlillərin imkan bərabərliyi və hüquqları ilə bağlı geniş əhatəli məsələləri özündə ehtiva edir.
Sadalanan beynəlxalq sənədlərdən üç əsas nəticə çıxarmaq mümkündür. Bunlar aşağıdakılardır:
1. Hüquqlarının bərabərliyi prinsipi. Bu, insan haqlarının əsas tərkib hissəsi olub bütün sənədlərdə öz əksini tapmışdır və digər şəxslərə verilən bütün hüquqların əlillərə də şamil edilməsini nəzərdə tutur.
2. Əlillər xüsusi hüquqlara malikdirlər. Bununla bağlı ikinci bölmədə daha geniş izahat verilmişdir.
3. Xüsusi hüquqlar heç bir məcmuda toplu halında yazılmayıb və səpələnmiş halda müxtəlif hüquqi sənədlərdə öz əksini tapıb, yaxud bilavasitə, məhkəmələr tərəfindən müəyyənləşdirilir. Xüsusi adlandırılan hüquqlar cəmiyyətin və dövlətin əlillərin minimal səviyyədə öz işlərinə kömək üçün hüquqlardan istifadəsinə və maddi-sosial vəziyyətlərinin yaxşılaşmasına göstərdiyi köməkdir.
Vahid Ömərov fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.-
2016.- 16 noyabr.- S.15