Sivilzasiyanın insan hüquqları və azadlıqlarının müdafiəsinə təsiri

İnsan hüquqlarının humanist və mənəvi mahiyyətini qeyd etməklə bərabər, müasir dünyada insan hüquqlarının universal təzahür, dünyanın əksər dövlətlərinin isə hüquqi olmaması məsələsinə toxunmamaq mümkün deyil (onlar avtoritar, totalitar, o cümlədən qeyri-dəqiq xüsusiyyətli ola bilərlər). Elə təsəvvür yaranır ki, bu suala cavab vermək təkcə təmiz hüquqi xüsusiyyətlərlə əlaqədar deyil: o, sivilizasiya anlayışı ilə əhatə olunan daha geniş ictimai münasibətlər sferasına çıxır.

"İnsan hüquqları" kitabında yazılır: "Əgər tarixən insan hüquqları və hüquqi dövlət ideyalarının təşəkkültapma yolunu izləsək, onda onu hansısa müəyyən formasiya ilə birbaşa əlaqələndirmək olmaz. Artıq göstərildiyi kimi, bu ideyalar quldarlıq şəraitində, lakin demokratiya və yüksək mənəvi mədəniyyətin inkişaf etdiyi nadir regionlarında (Afina, Roma) əmələ gəlmişdir. İnsan hüquqlarının apofeozu bərabərlik, azadlıq və ədalət prinsipləri ilə birgə burjua inqilabları idi. Lakin heç da bütün burjua dövlətləri demokratiyainsan hüquqlarını lazımınca qiymətləndirə bilmədi.

   Eyni formasiya şəraitində insan hüquqlarına və hüquqi dövlətə müxtəlif münasibətlər mövcud ola bilər. Buna görə də, bəşəriyyət üçün qlobal olan belə problemləri sivil yanaşma kontekstində nələrdən keçirmək lazımdır. Formasiya yalnız sosial-iqtisadi inkişaf mərhələsini və siniflərin, cəmiyyətdə sosial qrupların vəziyyətini müəyyən edir. Formasion yanaşma insanın cəmiyyətdə yerini, dəyərini, onun təbii və bölünməz hüquqlar kataloqunu açıb göstərmir. Fərd  bütün öz mürəkkəb əlaqə və asılılıqları ilə birlikdə yalnız sivil yanaşma çərçivəsində durur. Buna əsaslanaraq, belə nəticəyə gəlmək olar ki, insan dəyəri ideyası, onun azadlıq və formal bərabərlik hüququ, fərdin hakimiyyət tərəfindən humanist münasibət tələblərini təmin edən cəmiyyətin hüquqa istinad etməsi, hər şeydən əvvəl, Avropa sivilizasiyası üçün xarakterikdir."

Sivilizasiya insanın həyat fəaliyyətinın üsulu kimi mədəniyyətin müəyyən səviyyəsi- fəlsəfə, mədəni dəyərlər sistemi, ictimai əhəmiyyətli ideallar, yaradıcılıq üslubu, ümumiləşdirilmiş dünyagörüşü ilə xarakterizə olunur. Sivil həyatın əsas prinsipi "xalqın həyatının ilkin əsası, onun əxlaqı, əqidəsi, özünə qarşı müəyyən olunmuş, münasibəti. davranışı, inam və ümidləri kimi özünü göstərir. Həyatın əsas prinsipi adamları xalq şəkilində bu sivilizasiyada birləşdirir, xalqın öz tarixi boyu birliyiniqorunub saxlanmasıını təmin edir."

Avropa sivilizasiyası yüksək humanist mədəniyyət yaratdı, onda fərdin dəyəri, hüququnona əsaslanan şəxsiyyət azadlığını təmin edən qaydanın əhəmiyyəti barədə təsəvvürlər meydana gəldi. Artıq qeyd olunduğu kimi, insan dəyəri ideyası antik cəmiyyətdə irəli sürülmüşdür. Əgər hesablama nöqtəsi əvvəl polis idisə, ellinizm dövründə bu, artıq fərd olur. Feodalizmdə dini düşüncə insan fərdiyyətinin qabağını kəsirdi, lakin yeni dövrdə mədəniyyət yenidən insanı bütün cisimlərin meyarı etdi. Burjua inqilabları təkcə cəmiyyətdə istehsal qüvvələrinin inkişafı ilə əlaqədar baş vermirdi, həm də maarifçilərin doktarinalarında qeyri-bərabərlik və silki məhdudiyyətlərlə bir araya sığmayan insan dəyəri ideyaları inkişaf etdirildiyinə görə olurdu.

Əlbəttə, bir sivilizasiya çərçivəsində dəyərlərin irəli çəkilməsi və praktiki reallaşmasında müvəqqəti ixtilaf ola bilər. Lakin söhbət bu va ya digər sivilizasiyanın əsas inkişaf yolundan gedir və nəticədə, bu yolla onun mədəniyyətinin əsas dəvərləri təsdiq olunur.

Şəxsiyyət və hakimiyyətin qarşılıqlı münasibət ideologiyasının daha irihəcmli təzahürlərini səciyyələndirərək, A.Obolonski fərdin yüksək nöqtə, "bütün cisimlərin meyarı" olduğu personosentrizmisistemosentrizmi (burada fərd ya ümumiyyətlə, yoxdur, ya da ona yalnız şəxsiyyətdən yuxarı nə isə əldə etmək üçün çoxya az xeyir gətirməyə qadir köməkçi bir şey kimi baxılır) əsas götürmüşdür.

   Bu təminata sivilizasiyanın müxtəlif tipləri daxil ola bilər. Lakin çox güman ki, günə kimi, yalnız Avropa sivilizasiyası personosentrik olaraq qalır. Bu, ən çox sivilizasiyanın dinlə sıx əlaqədə olması ilə izah olunur. N.Xlebnikov düzgün qeyd edir ki, hər cür sivilizasiyanın əsası və fonu, şübhəsiz ki, dindir və "bütün sivilizasiya dini başlanğıca əsaslanır".

   Belə ki, hindu dininin hökmranlığı hindu sivilizasiyasının xüsusi tipini müəyyən etdi. Hindu dini bütün ictimai həyatı müfəssəl tənzimləyən pedantik hazırlanmış qaydalar sistemi olaraq müəyyən həyat və davranış tərzinə göstərişlər verir, adət və ənənələri məntiqi qiymətləndirmək imkanını aradan götürürdü. Bu din digər sosial səbəblərlə yanaşı (iqtisadimilli parçalanma icmanın qapalı olması), icma və kastanın şərtsiz hakimiyyətini sınaqdan keçirmiş insan simasızlığına, amorfluğuna mühüm dərəcədə təsir etdi.

Adıçəkilən kitabda göstərilir ki, müsəlman dini Yaxın Şərq (ərəb-İran-türk) sivilizasiyasını yaratdı. İslamın yayıldığı ölkələrdə fərdin davranışının nizamlanma xüsusiyyətində əsas məqsəd "dindarların", bütünlükdə islamın maraqlarını təmin etməkdir. Özünü bu bütövlüyə qarşı qoyan adam islama dönük çıxır və ağır cəzalara məruz qalır. Müsəlman hüququ dini xarakter daşıyırdı, buna görə də, onun normalarını həyata keçirmək "dindarların" gözündə dini borc kimi idi. Müsəlman hüququ təkcə müsəlmanların zahiri davranışını deyil, həm də onun postulatlarının əsasında duran daxili səbəbləri ətraflı tənzimləməyi tələb edir. Bu, fərdin, eyni zamanda,"dövlətə inamı" olan islamın göstərişlərinə əsaslanan birliyə könüllü, düşüncəli tərzdə tabe olmasını müəyyənləşdirir. İslam mədəniyyəti kontekstində insan hüquqları ideyasının dövlətə iddiası dini quruluşların qəsd olunması kimi başa düşülürdü.

Xristian dininə əsaslanan Avropa sivilzasiyası fərdə daha çox seçki azadlığı verirpersonosentrizmin başlanğıc xarakterini daşıyırdı. İnsana yaxşı ilə pis arasında seçim etmək, öz keyfiyyətlərini təkmilləşdirməyə yol açmaq imkanı verilmişdir. Quldarlıq dövründə əməyin mənfur peşə kimi qiymətləndirilməsi təsəvvürləri, demək olar ki, dəyişilmişdir. Əməyin insan həyatının zəruri şərti, ləyaqətin yaranması kimi qiymətəndirilməsində xristian dininin rolu az olmamışdır.

Xristianlıq bütün insanların Allah qarşısında bərabərlik ideyasını irəli sürməsinə baxmayaraq, bununla belə, bu bərabərliyi günahkar adamların bərabərliyi adlandırmışdır, çünki "nə qədər paradoksal olsa da, bu bərabərlik insanların birləşməsinə deyil, daha çox ayrılmasına, fərdiyyətçilik ideologiya və psixologiyası, şəxsi qurtuluş ideyasının formalaşmasına səbəb oldu". Əgər ilkin yəhudi dinində (əsasən, icma-qəbilə-maldarlıq cəmiyyətinin dinlərində) Allahla münasibət problemi kollektiv təfəkkürün hökmran prinsipini əks etdirən "Allah-insan" kimi qoyulmuşdusa, o zaman həyatın ictimai formalarının differensasiyası və fərdin bu sistemdə ayrılması ilə həmin ideya dindarın şəxsi mükafatlandırılması ideyası, şəxsi əvəz və qurtuluş ideyası şəklini aldı.

Xristianlıq yəhudi dininin milli məhdudiyyətinə üstün gəlir, çünki şəxsi qurtuluş seçilmiş xalq üçün deyil, hər hansı bir xalqa mənsub olmasından asılı olmayaraq, seçilmiş dindar şəxs üçün hazırlanıb. Əlbəttə, insanın fərdiləşməsi onun zəngin daxili aləminin tanınması deyil, o, yalnız iri "xristian dünyası"nın elementar hissəciyi kimi çıxış edir. Yalnız Allahın ruhlandırdığı fərd ölməzdir.

N.Berdyayev Allah ideyasını alçaldan ilahiyyatin "öldürücü sxolastikasına" qarşı çıxaraq yazırdı: "Allah azadlıqdır, zəruriyyət, insan və aləm üzərində hakimiyyət, dünyaya təsir göstərən ali səbəbiyyət deyil. Teoloqların bəşəri azadlıqla müqayisə edib nemət adlandırdıqları məlum - insanda olan ilahi azadlıqdır. Demək olar ki, Allahın mövcudluğu insan azadlıqlarının Xartiyasıdır. Onun azadlıq uğrunda təbiət və cəmiyyətlə mübarizədə daxili etirafıdır."

İnsan həyatı uğrunda dinin mübarizəsi onun mənəvi aləminin dəyərinin təsdiqidir. N.A.Berdyayev yazırdı: "Köhnə istibdad inkvizasiya tonqalları ilə birlikdə insan fərdiyyəti üçün daha çox sərbəstlik verir, onunla daha çox hesablaşırdı. Ən dəhşətli dözülməzlik belə, yenə də insan fərdiyyətinə, insanın mənəvi həyatına hörmət ifadəsi ola bilər. Kilsə, hətta kafirləri uzaqlaşdırıb lənətlədiyi zaman da insan ruhunun sonsuz dəyərini tanıyır və onun təkrarolunmaz fərdi taleyinə diqqətli olur".

Öz dəyərlərini ABŞ, KanadaAvstraliyaya yaymaqla onun qabiliyyəti aşkara çıxırdı. Onlar dəyişkən müvəffəqiyyətlə bir sıra Latın Amerikası ölkələrinə də şamil edilirdi. XX əsrin ikincı yarısında ənənəvi Şərq cəmiyyətlərinin (Yaponiya, Cənubi Koreya, Hindistan, Çins.) Avropa sivilizasiyasının dəyərlərinə tədrici uyğunlaşması həyata keçirilirdi. Ənənəvi struktur stereotip dəyərlərinin ilkin "təmizlənmə" mərhələsi baş verirdi."

Avropa sivilizasiyasının dəyərləri sivilizasiyanın hər hansı müəyyən tipinə aid olmayan Rusiyada çox ləng, böyük çətinliklərlə həyata keçməyə başlayır. XVII əsrdən başlayaraq, Avropa sivilizasiyasının ən mühüm tərkib hissələrindən biri - insan hüquqları ideyası Rusiya mütəffəkirlərinin siyasi doktrinalarında heç vaxt əhəmiyyət kəsb etmədiyindən, ictimai şüurun müəyyənedici elementisosial inkişafın məqsədi ola bilmədi.

Buna görə də, 17 oktyabr 1905-ci il Manifestində "şəxsiyyətin həqiqi toxunulmazlığına, vicdan, söz, yığıncaq və ittifaq azadlığına əsaslanan vətəndaş azadlığının sarsılmaz əsaslarını əhaliyə hədiyyə etmək" təşəbbüsləri Rusiyada vəziyyəti dəyişə, ona yeni oriyentirlər - insan hüquqları və şəxsiyyət azadlığı verə bilmədi. Başqa cür düşünmə və fərdiyyətin sıxışdırılmasının əsrlik ənənələri "bağışlanılmış" azadlıqların elan edilməsindən sonra kütləvi siyasi repressiyalar şəklini aldı, insan hüquq və azadlıqları ideyasına əsaslanan cəmiyyətin sivil inkişafa doğru tarixi imkanı əldən verildi. Rusiyanın bütün sonrakı inkişafı onun yolunun "xüsusiliyini" təsidiq etdi, şəxsiyyətin kollektiv tərəfindən idarə olunması, fərdiyyətçiliyin sıxışdırılması, sistem əleyhinə olan istənilən cəhdin amansızcasına yatırılmasını çətinləşdirdi.

N.Bedyayev yazır ki, Rusiyada demokratiya ideyalarının mənimsənilməsi insan və vətəndaş hüquqları ideyasından ayrılmışdır. "Bizdə qəbul edilmiş açıq və sadələşmiş formada demokratiya ideyası bir sıra mənəvi nəticələrə gətirib çıxartdı. Mücərrəd-demokratik ictimai ideologiya şəxsiyyət və insan ruhundan məsuliyyəti götürdü. Buna görə də şəxsiyyəti muxtariyyat və ayrılmaz  hüquqlardan məhrum etdi."

Sistemosentrik dünyagörüşün təntənəsi insana münasibətdə mürəkkəb dövlət maşının "vinti" kimi təzahür etdi. Tapşırılan vəzifələrin yerinə yetirilməsi öhdəliyi daşıyan "vintin" daha hansı huquqları ola blər? İnqilabdan sonrakı Rusiyada kollektivçilik ideyası şəxsiyyətin muxtariyyatı və orijinallığı ilə bir araya sığmayan interpretasiyada göstərildi. Sovet konstitusiyaları ilə insana rəsmi formada "bağlanılmış" hüquq və azadlıqlar totalitartzmin xislətini gizlədən dekorasiya idi, hüquqi  dövlət isə kütləni aldatmağa yönəldilmiş burjua ideologiyasının hiyləgər uydurması elan edilirdi.

Ağır tarixi yük, dərin kök salmış sterotiplərin dağılması müasir Rusiyada hüquqi dövlətçiliyin məcrasına daxil olmağa, totalitar əsasları dəf etməyə, fərdi onun hüquq və azadlıqları ilə birlikdə ictimai inkişafın baş oriyentiri və məqsədi etməyə mane olur.

 

VAHİD ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 18 noyabr.- S.15