Hərbi qulluqçuların sosial təminatı, sağlamlıq, imtiyaz almaq və xidmət yerini dəyişdirmə hüquqları

 

Hərbi qulluqçular həftəlik istirahət, bayram günlərinin və digər ödənilən məzuniyyətlərin (müddətli həqiqi xidmət hərbi qulluqçuları istisna olmaqla), habelə, istirahət və qidalanmaq üçün gündəlik fasilələrin verilməsi ilə təmin olunur. Xidmət vaxtının davamlılığı və bölüşdürülməsi hərbi hissənin gündəlik qaydası və hərbi hissənin (bölmənin) döyüş hazırlığının daim təmin edilməsi tələblərinə müvafiq olaraq zabitlərin və müddətdən artı xidmət hərbi qulluqçuların xidmət vaxtının reqlamenti ilə müəyyən edilir. Belə ki, müddətli həqiqi xidmət hərbi qulluqçular və hərbi tədris müəssisələrinin kursantları üçün bir istirahət günü olmaqla, 6 günlük xidmət həftəsi, zabit və müddətdən artıq xidmət hərbi qulluqçular üçün 2 istirahət günü olmaqla, 5 günlük xidmət həftəsi miiəyyən edilmişdir. Növbəti məzuniyyətlər ildə bir dəfə aşağıdakı qaydada verilir: zabitlərə - 45 sutkalıq, gizirmiçmanlara - 35 sutkalıq, müddətdən artıq hərbi quliuqçulara - 30 sutkalıq, əsgərlərə (matroslara) və çavuşlara - 10 sutkalıq. Silahlı Qüvvələrdə 20 və ondan artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlər istisna olmaqla) 40 günlük illik məzuniyyət verilir. Bu zaman məzuniyyətin keçiriləcəyi yerə getmək və geri qayıtmaq üçün tələb olunan vaxt nəzərə alınmır. Müvafiq ailə vəziyyəti yarandıqda bütün hərbi qulluqçulara 10 sutka müddətində qısa müddətli məzuniyyətlər verilə bilər. Belə məzuniyyətlər, həmçinin, müddətli həqiqi xidmət hərbi qulluqçularına həvəsləndirmə qaydasında verilə bilər. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmişehtiyataya yaşa, yaxud xəstəliyə görə istefaya çıxan hərbi qulluqçulara, tərxis olunmazdan əvvəl, hərbi xidmətdən tərxis olunma ilə bağlı olan məsələlərin həlli üçün 3 ay müddətində növbəti məzuniyyət  verilir.

 

Namiq Əliyev yazır: "Qanunvericilikdə hərbi qulluqçuların mənzillə təmin olunmaq hüququ təsbit olunmuşdur. Bütün hərbi qulluqçulara (müddətli həqiqi xidmət hərbi qulluqçular istisna olmaqla) xidmət yerinə gəldikdən sonra üç aydan gec olmayaraq, qaununvericiliklə müəyyən olunmuş normalara cavab verən xidməti mənizil verilir. Xidməti mənzil Müdafiə Nazirliyinin, digər nazirliklərin, mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondundan ayrılır. Xidməti mənzil alanadək hərbi  qulluqçular və onların ailə üzvləri xidmət yeri üzrə (məsələn, hərbi hissənin ünvanı bu ya müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınmaqla onlara müvəqqəti mənzil kirayəsi üçün xidmət yeri üzrə pul kompensasiyası ödənilir. Ali hərbi-tədris müəssisələrin ailəli kursantları, ailə yataqxanalarında yerləşdirilirlər, belə yataqxanalar olmadıqdı isə, onlara müvəqqəti mənzil kirayəsi üçün kompensasiya ödənilir. Kompensasiyaların məbləğləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən  müəyyən olunur."

Müəllif göstərir ki, hərbi qulluqçular üçün mühüm hüquqlardan biri də sağlamlığının qorunması və səhhətinə vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququdur. Onlar sanitar-gigiyena, epidemiya əleyhinə, müalicə-profilaktika tədbirlərinin keçirilməsi, səhhət üzərində daim nəzarətin həyata keçirilməsi, tibb bölmələrində, hissələrində və idarələrində tibbi yardımın bütün növlərinin göstərilməsi və dərman və tibb ləvazimatlprının pulsuz verilməsi ilə yerinə yetirilən tibbi təminat hüququna malikdirlər. Hərbi qulluqçular üçün məcburi qaydada ambulatorya stasionar müayinə aparılır. Hərbi quiluqçuların xidmət yeri üzrə hərbi tibb müəssisələri olmadıqda, habelə, təcili tibbi yardım göstərilməsi zəruri olduqda onlara belə yardım mülki səhiyyə müəssisələrində onların idarə tabeçiliyindən asılı olmayaraq, pulsuz göstərilir.

Hərbi qulluqçuların imtiyazlar almaq hüququnuonlara şamil edilən digər güzəştləri qanunvericilikdə müəyyən edironlara təminat verir. Həmin hüququn tərkib hissələri ilə aşağıda ətraflı tanış olaq.

  Hazırlığı, xidmət keçməsi və vəzifəsi nəzərə alınmaqla hərbi qulluqçu növbəti hərbi rütbənin vaxtında verilməsi hüququna malikdir. Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətlərini göstərmiş, vəzifə borcunu nümunəvi yerinə yetirmiş zabitlərə növbəti hərbi rütbə onların vəzifələri müqabilində nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yüksək və ya verilmiş hərbi rütbədən bir pillə yüksök hərbi rütbə vaxtından əvvəl verilə bilər.

Xidmət zamanı səy göstərdiklərinə və fərqlənməyə görə hərbi qulluqçuların mükafatlandırma hüququ var. Vəzifə borcunun icrası zamanı mərdlik və şücayət göstərilməsinə, hərbi xidmət vəzifələrinin nümunəvi yerinə yetirilməsinə görə onlar Azərbaycan Respublikasının dövlət təltifi üçün təqdim edilə bilərlər.

N.Əliyev yazır: "Qanunvericilik hərbi qulluqçuya xidmət yerini dəyişdirmək hüququnu verir. Hərbi qulluqçununya onun ailə üzvlərinin səhhətinə, ailə vəziyyətinə görə, habelə, xüsusi şəraitli yerlərdə xidmət üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin müəyyən etdiyi müddətin başa çatdırlmasına görə xidmət yerini dəyişdirmək hüququna malikdirlər.

Hərbi qulluqçuların statusu haqqında Qanunun 18-ci maddəsinə müvaiq olaraq, qanunvericiliklə və ya kontraktla müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə, həqiqi hərbi xidmətdə  olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə, dinc dövrdə həqiqi hərbi xidmətə yararsız  sayılmış hərbi qulluqçuların ehtiyataya istefaya buraxılmaq hüququ var. Yeri gəlmişkən, qanunun "səhhətinin  vəziyyətinə görə" termin işlədilən 18-ci maddəsinin həmin qanunun, fikrimizcə, haqlı olaraq "xəstəliyə görə terminii işlədilən 12 və 13-cü maddələri ilə uyğunlaşdırılmasının məqsədəuyğunluğunu qeyd etmək lazımdır.

Qadınlar və müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə, həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə bundan başqa, birzabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə həqiqi hərbi xidmətdən tərxis oluna bilərlər.

Hərbi xidmət vəzifələrinin icrası zamanı və xidmətdən kənar vaxtlarda hərbi quluqçular qanunvericiliklə müəyyən edilmiş qaydada ştat (şəxsi) silah gəzdirmək, saxlamaq və tətbiq etmək hüququna malikdir.

Hərbi qulluqçuların statusu haqqında Qanunun 22-ci maddəsi hərbi qulluqçuların təltif, ərizə və şikayət vermək hüququnu tənzimləyir. Hərbi qulluqçular dövlət orqanlarına, ictimai birliklərə və hərbi-idarəetmə orqanlarına təkliflər və ərizələr, habelə, müəyyən edilmiş qaydada vəzifəli şəxslərin, dövlət orqanlarının  ictimai birliklərin, hərbi idarəetmə orqanlarının, həmçinin, vətəndaşların (o cümlədən, hərbi qulluqçuların) qanunsuz hərəkətlərindən şikayət vermək hüququna malikdirlər. "İctimai birliklər" termini artıq qanunvericilikdə özünə yer tapdığı və istifadə edildiyi üçün burada qanunvericiliyə qanunun həmin maddəsindən artıq yararsız olan "ictimai təşkilatlar" termininin çıxarılmasını tövsiyə etmək istərdim."

Müəllif göstərir ki,  Azərbaycan hərbi qulluqçularının təklif, ərizə və şikayət vermək hüququnun həyata keçirilməsi ilə bağlı olan hüquq normalarının təhlili burada da xüsusi hüquqi statusun özünü büruzə verməsini müşahidə etməyə imkan verir.  Hərbi qulluqçuların qeyri-qənaətbəxş azuqə, barələrində komandirlərin  (rəislərin) və ya digər  hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) və digər məsələlər üzrə şikayətləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilmiş qaydada verilir və həll edilir.  Belə bir təcrübəyə bir çox xarici ölkələrin  hərbi hüququnda rast gəlmək olar. Belə ki, İspanıya Konstitusiyasının 29-cu maddəsinə əsasən, bütün ispanlar yazılı şəkildə, qanunla müəyyən edilmiş forma və məqsədlərlə fərdi və kollektiv şikayət vermək hüququna malikdirlər. Lakin silahlı qüvvələrdə, hərbi intizama tabe olan hərbi idarələrdə və ya korporasiyalarda xidmət edən şəxslər özlərinin bu hüququnu fərdi qaydadaxüsusi qanunvericiliyə müvafiq surətdə həyata keçirirlər.

N.Əlyiev  yazır: "Vəzifəli şəxslərin və hərbi idarəetmə orqanlarının hərbi qulluqçuların hüquqlarını pozan, onların şəxsi ləyaqətinə xələl gətirən, habelə, nizamnamədən irəli gələn münasibətlərdən kənara çıxan qanunsuz hərəkətlərindən məhkəməyə şikayət verilə bilər.

Şikayətin verilməsinə mane olma, şikayət verən şəxsi təqib etmə, habelə, bilərəkdən yalan məlumat və ya böhtan xarakterli şikayətin verilməsi qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olur.

Bütövlükdə, hərbi qulluqçuların hüquqlarının həyata keçirilməsinin təmin edilməsinə hərbi qulluqçuların hüquqlarının müdafiəsi üzrə Milli Məclisin səlahiyyətli müvvəkkili institutunun, habelə, Silahlı Qüvvələrdə vəkil edilmiş şəxs institutunun tətbiq edilməsi xidmət edirdi. Hərbi ombudsmen - hərbi qulluqçuların müraciətlərinə baxmaqla, habelə, qanunda nəzərdə tutulmuş parlament prosedurları vasitəsilə hərbi qulluqçuların hüquqlarını müdafiə etməli olan parlament komissarıdır. Hər bir hərbi qulluqçu səlahiyyətli nümayəndəyə, bilavasitə, o cümlədən, konfidensial qaydada müraciət etmək hüququna malik olmaqla, onun qismində müstəqil hüquq müdafiəçisinə malik olardı. Öz hərbi hissələrində seçilən vəkil edilmiş şəxslər bir növ vasitəçi olmaqla və münsiflər məhkəməsi funksiyasını yerinə yetirməklə komandanlıq və hərbi qulluqçular arasında yaranmış ziddiyyətlərin həllində komandanlığa köməklik göstərə bilərdilər. Xarici dövlətlərin, xüsusən, Almaniyanın təcrübəsinin təhlili Azərbaycanda göstərilən institutların təsbit edilməsinin hərbi qulluqçuların hüquqlarının səmərəli şəkildə müdafiə olunacağını güman etməyə imkan verir.

Hərbi xidmətin şəraiti və xarakteri ilə şərtləndirilən Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş hüquqların hərbi qulluqçular barəsində məhdudlaşdırılması, xüsusilə, qeyd edilməlidir. Belə məhdudiyyətlərin sayı cəmi yeddidir: hərbi qulluqçuların tətil hüququ yoxdur; hərbi qulluqçular həmikarlar ittifaqının üzvü ola bilməzlər; hərbi qulluqçulara sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, istehsalat və vasitəçilik fəaliyyətini həyata keçirən kooperativlərdə ödənişli ştat vəzifələrini tutmaq qadağan edilir; hərbi qulluqçuların istirahət vaxtı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər (digər sözlə, xidmət vaxtı artırıla bilər); müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına mülki aliorta ixtisas tədris müəssisələrində təhsil almağa icazə verilmir; hərbi qulluqçulara daimi yaşayış üçün xaricə getmək qadağan edilir; hərbi qulluqçuların yaşayış yerini seçmə və sərbəst yerdəyişmə hüququ hərbi hissələrin dislokasiya şəraiti ilə əlaqədar olaraq məhdudlaşdırılır. Bundan əlavə, anunvericilik müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçunun məzuniyyətini onun hauptvaxtda saxlanıldığı günlərin sayına bərabər müddətə məzuniyyətinin qısaldılmasına imkan verir."

Beləliklə, hərbi qulluqçunun xüsusi hüquqi statusu onun tərkib hissəsi olan ümummülki hüquqlarla müəyyən edilən ümumi, şəxsiyyətin konstitusion hüquqi statusunun məhdudlaşdırılması ilə səciyyələnir.

Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının hərbi qulluqçularının hüquqları haqqında qanunvericiliyinin beynəlxalq təcrübə nəzərə alınmaqla, işlənib qəbul edilməsi qənaətinə gəlmək olar. Onun əsasını  müvafiq güzəştlər verilməklə əvəz edilən A.M.Dobrovolskinin təbirincə desək, "hərbi qulluqçuların hüquqlarının məhdudlaşdırılması" prinsipinin bəyan edilməsi ilə bağlı olan ingilis-sakson hüquq sisteminin prinsipləri təşkil edir. Hərbi hüquq hərbi qulluqçular üçün buya digər xüsusi normaların müəyyən edilməsinin məntiqi zərurətini aydınlaşdırmalı, onların tətbiq edilməsinin hüdudlarını və dairəsini göstərməlidir.

 

VAHİD ÖMƏROV,  fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 23 noyabr.- S.15