Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin 35yaradılmasının 35 iliyinə həsr olunan tədbir keçirilmişdir

Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin yaradılmasının 35 illiyi ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Cavid nəslinin dəfn olunduğu məqbərəni ziyarət etmişburaya gül qoyublar. SİA-ya verilən məlumata görə, tədbiri Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Aparatının Şöbə müdiri Həsən Kərimov giriş sözü ilə açaraq bildirmişdir ki, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi ölkəmizdə sənətə və sənətkara göstərilən qiymətin ən gözəl nümunəsidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Cavid şəxsiyyətinə, ailəsinə, irsinə həmişə böyük diqqət və qayğı göstərmişdir. Məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1981-ci ilin 21 iyulundaHüseyn Cavidin 100 illiyi haqqında” qəbul olunan qərardan sonra böyük şairdramaturqa dövlət səviyyəsində yüksək qiymət verilmiş, sənətkara münasibət köklü şəkildə dəyişmişdir. Ötən əsrin 70-ci illərindən başlayaraq Cavid irsi geniş tədqiq olunmağa başlamış, əsərləri kütləvi tirajla nəşr olunmuş, pyesləri teatrlarda səhnəyə qoyulmuş, xatirəsini əbədiləşdirmək üçün mühüm işlər həyata keçirilmişdir.

 

Qeyd olunub ki, bu gün muxtar respublikamızda Hüseyn Cavidlə bağlı tədbirlərin keçirilməsi, sənətkarla bağlı elmi konfransların təşkil olunması artıq ənənəyə çevrilmişdir. Hər il oktyabrın 24-nun qədim diyarımızda “Hüseyn Cavid Poeziya Günükimi keçirilməsi böyük sənətkara məhəbbətin ifadəsidir.

 

Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz AxundovHüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin fəaliyyəti”mövzusunda çıxış edərək demişdir ki, muzeyin rəsmi açılışı 1984-cü il iyun ayının 9-da olmuşdur. Muzeyin rəsmi açılışı əsl ədəbi-mədəni hadisəyə çevrilmişdir. Azərbaycanın xalq yazıçıları Mirzə İbrahimov, Hüseyn Abbaszadə, görkəmli ədəbiyyatşünas, tənqidçi Qulu Xəlilov, akademik Bəkir Nəbiyev, həmçinin Özbəkistanın xalq yazıçısı Səid Əhməd, Litva yazıçısı Pronas Raşşyus və başqaları muzeyin açılış mərasimində iştirak etmişlər. O zaman muzeyin ekspozisiyası mərhum teatrşünas Tamilla Təhmasib tərəfindən hazırlanmışdır. Muzeyin yaradılması zamanı şairin qızı, Azərbaycan Teatr Muzeyinin direktoru Turan Cavidin bu sahədəki zəhməti də xüsusi qeyd edilməlidir. Turan xanımın muzeyin qurulmasında və tərtibatında verdiyi dəyərli məsləhətlər nəzərə alınmışdır.

 

Qeyd olunub ki, Hüseyn Cavidlə bağlı müxtəlif sənəd, fotoşəkil, qəzet və jurnal materialları, kitabların əldə edilməsində şairin dostu görkəmli ədəbiyyatşünas alim Əziz Şərufin köməyi də muzeyin zənginləşməsində əhəmiyyətli rol oynayıb. Muzey yaradıldığı dövrdə bir sıra görkəmli ədəbiyyat və elm adamlarına, dövlət qurumlarına müraciət olundu ki, bunun nəticəsində bir sıra tanınmış insanlardan, keçmiş Sovet İttifaqının arxivlərindən Cavidlə bağlı müəyyən qədər sənəd, fotoşəkil, qəzet və jurnal materialı, kitablar alındı və bunlar da muzeyin ekspozisiyasında öz yerini tutdu. Muzey yaradıldığı ildə cəmi 150 eksponatla fəaliyyətə başlayıb. 2011-ci ilin sonlarına yaxın muzeydə 8000-dən artıq eksponat toplanıb. Bu gün isə muzeydə 9200 eksponat mövcuddur. Bu eksponatların içərisində Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən xatirə əşyaları, təsviri sənət və heykəltaraşlıq nümunələri, ədibin əsərlərinin ilk nəşrləri qiymətli eksponatlardır.

 

Vurğulanıb ki, muzey yaradıldığı gündən buraya dünyanın müxtəlif ölkələrindən yüzlərlə qonaq gəlib. Rəy kitabında yazılan qeydlər, arzular bunu göstərir. Muzeyin Bakıdakı Hüseyn Cavid Ev-Muzeyi, Nizami adına Ədəbiyyat İnstitutu və Ədəbiyyat Muzeyi, Ədəbiyyat və İncəsənət Arxivibaşqa elm ocaqları ilə əlaqələri genişdir.

 

Bəhruz Axundov çıxışının sonunda bildirmişdir ki, həmişə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısını görmüşük. Muzeydə aparılan əsaslı təmir və bərpa işləri bu diqqət və qayğının ifadəsidir. 2015-ci ildə muzeyin adı dəyişdirilərək “Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi” adlandırılıb. Muzeyin yaxınlığındakı Xatirə Kompleksində Cavidlər nəsli uyuyur.

 

Azərbaycan Respublikasının Əməkdar elm xadimi, filalogiya üzrə elmlər doktoru Hüseyn Həşimli “Hüseyn Cavid irsinin tədqiqi və təbliğində Hüseyn Cavidin Ev Muzeyinin rolumövzusunda çıxışında bildirib ki, bu illər ərzində muzey böyük şairin irsinin təbliği baxımından mühüm işlər görüb. Muzeydə demək olar ki, böyük sənətkarla bağlı bütün kitablar, fotoşəkillər, teatr afişaları mühafizə olunub, saxlanılır. Bu gün muzeydə nümayiş etdirilən eksponatlar elmi-dəyəri ilə Cavid irsini öyrənmək baxımından çox qiymətlidir. Alim bildirmişdir ki, hələ 1990-cı ildə “Hüseyn Cavidin həyat və yaradıcılığı” adlı sərgi Belarus Respublikasının paytaxtı Minsk şəhərində nümayiş etdirilib və Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırılıb. 2007-ci ildə Hüseyn Cavidin anadan olmasının 125 illiyində “Hüseyn Cavidin dramaturgiyası” adlı sərgi Türkiyənin İstanbul şəhərində böyük şairin vaxtilə təhsil aldığı İstanbul Universitetində, başqa universitet və mədəniyyət ocaqlarında nümayiş etdirilmişdir. Bütün bunlar Cavid irsinin tanıdılmasında əhəmiyyətli olub.

 

Tədbirdə ziyalılardan yazıçı Əbülfəz Əsgərli, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Rövşən Hüseynov, pedaqogika üzrə elmlər doktoru Elbəyi Maqsudov, Bakıdakı “Turan Cavid” Qadınlar Mərkəzinin sədri Sevda Cəfərova, rəssam Qəhrəman Tağıyev, ziyalı Südabə Süleymanova və başqaları çıxış edərək ürək sözlərini deyibmuzeyin kollektivini təbrik edib.

 

Sonra C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru, xalq artisti Həsən Ağasoyaktrisalar Nurbəniz Niftəliyeva, Şölə Novruzbəylinin ifasında Hüseyn Cavid əsərlərindən hazırlanmış kompozisiya göstərilmiş və muzeyin fəaliyyətində fərqlənən bir qrup əməkdaş diplom və fəxri fərmanlarla təltif edilib.

Əli Rzayev

Səs.- 2016.- 23 noyabr.- S.13