Azərbaycan vətəndaşlarına
güzəştli mənzillər veriləcək
Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən gələn ilin may ayından bu istiqamətdə işlərə start veriləcək
Azərbaycanın sosial-iqtisadi inkişafına görə nümunəvi dövlət kimi diqqət mərkəzində olması heç kəsə sirr deyildir. Hər gün artan siyasi çəkisi ölkəmizin regional və qlobal siyasətdə yerini və rolunu müəyyənləşdirir. Eyni zamanda, Azərbaycanın gücünü nümayiş etdirən faktorlardan birini də demoqrafik üstünlük təşkil edir. Təsadüfi də deyildir ki, hər il Azərbaycanda 80-85 min insan evlənir. Lakin bir sıra məqamlarda, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da gənc ailələrin mənzillə təminatı problemə çevrilir. Azərbaycanda gənc ailələrə dəstək olmaq üçün ipoteka, o cümlədən sosial ipoteka kreditləri verilir, amma bunlar kifayət etmir. Çünki hər kəsin əmək haqqı ipoteka ilə mənzil almağa imkan vermir. Məhz bütün bunları nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyev gənc ailələrə dəstək olmaq məqsədilə sosial evlərin tikilməsi və uzun müddətə kreditlə insanlara verilməsi kimi yeni modeli tətbiq etdi.
Ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə, bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək məqsədilə dövlətimizin başçısı İlham Əliyevin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı.
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev bildirib ki, torpaq sahələrinin seçilməsində şəhərsalma baxımından çoxmənzilli binaların tikintisi üçün əlverişli və mövcud iş yerləri mərkəzlərinə yaxın olan, habelə, mühəndis kommunikasiyalarının çəkilməsində problemi olmayan ərazilərə üstünlük verilir.
Azərbaycanda sosial evlərin tikintisi işi bu sahədə qabaqcıl təcrübəyə malik ölkələrin praktikasından da istifadə edilir. Dünyanın bir çox ölkəsi əhalinin mənzilə və yaşayış şəraitinin yaxşılaşdırılmasına artan tələbatının ödənilməsi, sosial mənzillərin tikintisi sahəsində çox geniş təcrübəyə malikdir. Məsələn, Almaniya, Sinqapur, Türkiyə, Rusiya və digər ölkələrin təcrübəsi məqsədəuyğundur.
Göründüyü kimi, Azərbaycanda sosial evlərin tikintisi ilə bağlı işlər sürətlə aparılır. Bu da gənc ailələrdə əminlik yaradır ki, onlar yaxın zamanlarda mənzil şəraitini yaxşılaşdıracaq. Bunu isbatlayan daha bir addım da Prezident İlham Əliyev tərəfindən atıldı. Belə ki, dövlət başçısı imzaladığı Fərmanla "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nı təsdiq etdi.
Fərmana əsasən,
"MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin
sərəncamında olan mənzillərin
güzəştlə əldə edilməsi məqsədi ilə
"Elektron hökumət"
portalında "Güzəştli mənzil" sistemi yaradılacaq və 2017-ci il mayın 1-dən tətbiq ediləcək.
Sistemdə mənzillərin güzəştlə
əldə edilməsi üçün tələb
olunan sənədlərin siyahısı və
şərtlər barədə məlumat yerləşdiriləcək,
mənzilləri güzəştlə əldə etmək istəyən
şəxsin elektron müraciəti real vaxt rejimində qeydiyyata alınaraq cəmiyyətə göndəriləcək.
Bununla yanaşı, mənzilləri
güzəştlə əldə etmək məqsədi ilə
müraciət etmiş şəxslərin
vahid və ictimaiyyət üçün
açıq olan qeydiyyatı
aparılacaq. Mənzili güzəştlə əldə
etmək istəyən şəxs yaradılmış elektron kabinetdə şəxsiyyətini təsdiq
edən sənəd, nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi
ürzə, həmçinin, iş yerini təsdiq edən və ailə tərkibi
barədə məlumatları daxil edəcək.
Bir xüsusi hal ondan ibarətdir ki, mənzillərin
əvəzləşdirilməsi halları istisna
olmaqla, cəmiyyətin, eləcə də
onun törəmə və asılı təsərrüfat
cəmiyyətlərinin sərəncamında olan
mənzilləri vətəndaşların güzəştlə
əldə etməsinə o şərtlə
yol verilir ki, müvafiq
müqavilədə mənzilin üç
il müddətində özgəninkiləşdirilməsinə,
həmin mənzilin kredit hesabına cəmiyyətdən
əldə edilməsi üçün ipoteka ilə yüklü
edilməsi halları istisna olmaqla, digər öhdəliklərin təminatı
məqsədi ilə ipoteka ilə yüklü edilməsinə, habelə, üç il müddətində
mənzilin icarəyə və ya kirayəyə
verilməsinə məhdudiyyət nəzərdə tutulmuş olsun.
Səs.-
2016.- 23 noyabr.- S.6