İnsan hüquq və azadlıqlarının müdafiəsində demokratiyanın rolu

Demokratiya anlayışı bəşəriyyətin düşüncə tarixinə 2500 ildən artıq bir müddətdir ki, daxil olmuşdur. Demokratiya (demos - xalq, kratos - hakimiyyət) yunan sözü olub "xalq hakimiyyəti", yaxud "xalq üsul-idarəsi" deməkdir. Min illər boyu bəşəriyyətin ən yaxşı mütəfəkkirləri cəmiyyətin inkişaf tarixini başa düşməyə çalışmış, bundan ötrü fəlsəfi sistemlər yaratmış, ideal cəmiyyət mənzərəsini təsvir etmişlər. Elə bir cəmiyyət ki, orada hər bir kəs həm öz həyatını, həm də həmvətənlərinin güzəranını yaxşılaşdıra bilərdi. Dünya əhalisinin əksəriyyətinin yaşadığı 193 ölkədən 118-i demokratik inkişaf yolu tutmuş ölkədir. Demokratik ölkələr siyasi və vətəndaş azadlıqlarının bərqərar olduğu dövlətlər hesab olunur. 

Demokratik dövlətin mahiyyəti vətəndaş cəmiyyətinə xidmət edən hüquqi dövlətin olmasındadır. Demokratik dövlət fərdi, milli, sinfi, mədəni ziddiyyətləri tənzim edir, sosial mənafeləri əlaqələndirmək vasitəsi kimi çıxış edir. Demokratik dövlət münaqişələri konsensus yolu ilə həll edir.

Politoloji ədəbiyyatda demokratiyanın prinsipləri müəyyən edilmişdir. Demokratiyanın əsas prinsiplərindən biri çoxluğun idarə etməsidir. O, xalq suverenliyi doktrinasının əsasını təşkil edir, xalq hakimiyyətin yeganə mənbəyi elan olunur.

Demokratiyada çoxluq üç formada olur: milli demokratiya, sosial demokratiya (sinif, zəhmətkeşlər), liberal demokratiya (şəxsiyyətin hüquqlarının muxtariyyətini elan edir. Xüsusi mülkiyyət, özünütənzimləmənin bazar mexanizmi və mənafelərin müdafiəsi liberal demokratiyanın əsasıdır).

Çoxluğun idarəsi prinsipi, bilavasitə və nümayəndəli demokratiya formasında həyata keçirilir.

Lakin çoxluğun idarəsi demokratiyanın mühüm prinsipi və şərti olsa da, azlığın hüquqlarının müdafiəsinin təmin edilmədiyi yerdə həqiqi demokratiya ola bilməz. Demokratik sistemlər vətəndaşlara geniş siyasisosial-iqtisadi hüquqlar nəzərdə tuturonlara təminat verirlər.

Demokratiyanın ən mühüm prinsiplərindən biri hakimiyyət funksiyalarının bölünməsidir. Buna əsasən, demokratik sistemlərdə qanunverici, icraedici və məhkəmə hakimiyyəti bir-birindən ayrılır və müstəqil fəaliyyət göstərir. Eyni zamanda, dövlət hakimiyyətinin başlıca qərarlarının, dövlət siyasətinin hazırlanmasında onlar birgə və əlbir fəaliyyət göstərirlər.

Yuxarıda qeyd etdik ki, demokratiyanın mühüm prinsiplərindən biri aşkarlıqdır. Onun təmin edilməsində "hakimiyyətin dördüncü qolu" hesab olunan kütləvi informasiya vasitələri mühüm rol oynayırlar.

Demokratik idarə üsulu üçün çoxpartiyalılıq səciyyəvidir. Demokratik dövlət öz partiyalarını yaratmaq üçün bütün siyasi qüvvələrə şərait yaratmalıdır.

Demokratiyanın mühüm prinsipi hakimiyyətin həddindən artıq mərkəzləşməsinin qarşısını almaq məqsədilə onun yerli özünüidarə orqanları arasında "paylaşdırılmasıdır". Demokratiya vətəndaşların yüksək siyasi fəallığını nəzərdə tutur. Lakin bu fəallıq mövcud dövlət quruluşunun dağıdılmasına deyil, onun möhkəmləndirilməsinə xidmət etməlidir.

Demokratiya güclü dövlət hakimiyyətinin olmasını tələb edir. Hakimiyyət ölkədə sabitliyi təmin etmək üçün xalqın gücünə möhtacdır. Bu, o deməkdir ki, xalq kütlələri demokratik idealları və sərvətləri qəbul etməli və onların tələblərinə əməl etməlidirlər.

Bu mənada, demokratiya mübarizədir, fasiləsiz mübarizə, ancaq bu, qanun çərçivəsində gedən mübarizədir.

Demokratik sistem fikirmövqe plüralizminə əsaslanır. Plüralizm cəmiyyətdə tolerantlığın (yad həyat tərzinə, davranışa, adətlərə, fikirlərə və s. dözüm deməkdir) olmasını nəzərdə tutur.

XX əsrin ortalarına yaxın demokratiyaya üç əsas yanaşma işlənib-hazırlanmışdır:

1. Hakimiyyət mənbəyi baxımından (demokratiya xalq hakimiyyətidir);

2. Hakimiyyətin məqsədləri baxımından (demokratiya insanlar naminə fəaliyyət göstərən hakimiyyətdir);

3. Nəhayət, hökumətin təşkili proseduru baxımından.

Demokratiya azadlığı müdafiə edən və prinsiplərin kompleks halında götürülməsi deməkdir. Demokratiya azadlığa qanuni status verilməsidir və deməli, demokratik prinsiplər aşağıdakı yerlərdə istifadə oluna bilər:

1. Dövlət münasibətləri sistemində;

2. İnsanların müxtəlif təşkilatlarının yaradılması və fəaliyyətində (ailə və məktəbdən tutmuş hər növ cərəyan və siyasi partiyalaradək);

3. Demokratiya insan hüququ şəklində siyasisosial sərvət kimi mövcud ola bilər.

 

Demokratiya mürəkkəb proses olub, tam mənada gerçəkləşən fenomen deyildir. V.Qavel dediyi kimi:

"Demokratiya, sözün tam mənasında, həmişə idealdan başqa bir şey olmayacaqdır. Kimsə ona lap yaxınlaşa bilər, kimin üçünsə o, həmişə üfüqdə parlayacaq, ona doğru aparan yollar yaxşı, yaxud pis olacaqdır, lakin ona tamamilə nail olmaq heç vaxt mümkün olmayacaqdır...".

Demokratiya yolunu tutmuş postsovet ölkələri kimi Azərbaycan Respublikasında da demokratiya özünəməxsus spesifik xüsusiyyətlərilə fərqlənir uzunmüddətli prosesdir.

Ulu Öndər Heydər Əliyev düzgün olaraq deyirdi: "Bəziləri belə hesab edirlər ki, Azərbaycanda demokratiya Böyük Britaniyada, Fransada, yaxud ABŞ-dakı kimi olsun. Biz bu səviyyəyə çatmağa çalışırıq. Demokratiyanı bir-iki gündə əldə etmək mümkün deyil. Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik heç bir inqilabla olmur, təkamül yolu ilə tədricən gedir".

Politoloqların fikrincə, Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapmış demokratiyanı siyasi praktikada həyata keçirmək lazımdır: hüquqi dövlətin prinsiplərini, onun demokratik əsaslarını həyata keçirmək, insan hüquqları azadlıqlarını ali dəyərlər kimi qorumaq ona əməl etmək; hakimiyyətin qanunverici, icraedici məhkəmə hakimiyyətini, habelə, digər konstitusion hüquqları həyata keçirmək. Çünki məhz onlar sayəsində cəmiyyət azad ola demokratiyanın üstünlüklərini hiss edə bilər.

Demokratiyaya keçid məqsəd deyil, sivilizasiyalı müasir sistemin - insanın normal həyatı üçün bütün zəruri şəraiti yaradan özü inkişaf edən, stabil sistemin yaradılması üçün yoldur. Ölkə üçün demokratiya problemi elə siyasi sistemin formalaşmasıdır ki, o, xalqın iştirakı ilə cəmiyyətin idarə edilməsini təmin etmiş olsun, insanların hüquq azadlıqlarına riayət edilməsinə qorunmasına təminat versin. Demokratiya problemi - cəmiyyətin iqtisadi siyasi reallıqlara əsaslanan dövlət sosial quruluşunun formaları problemidir.

Azərbaycan demokratiyası plüralist, daha dəqiq desək, kompleksliliyi (nümayəndəliliyi birbaşa olması) baxımından inteqrativdir. Demokratiyanın nümayəndəli xarakteri ümumsivilizasiyalı başlanğıcdır. Müasir Qərb demokratiyası əsas etibarilə nümayəndəlidir. Azərbaycan Respublikasının Konstitusiyasında deyilir ki, Azərbaycan vətəndaşları dövlət işlərinin idarə olunmasında birbaşa öz nümayəndələri vasitəsilə iştirak etmək hüququna malikdir. Nümayəndəli demokratiya parlamentarizmin prezident üsul-idarəsinin inkişafı ilə reallaşdırılır. Bu reallaşma, hər şeydən əvvəl, yerli özünüidarəetmə vasitəsilə baş verir. Yerli özünüidarəetmə özündə nümayəndəli demokratiya orqanlarını (vəzifəli şəxslərin seçilməsi) vətəndaşların ictimai funksiyaların yerinə yetirilməsində (yığıncaqlar, yerli hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət edən komissiyalarda iştirak), bilavasitə iştirakını birləşdirir. Burada əmək kollektivlərinin, müxtəlif ictimai təşkilatların hakimiyyət fəaliyyəti üçün geniş meydan açılır. Birbaşa demokratiyanın effektivliyi onun bütün hakimiyyət idarəetmə səviyyələrinə yayılması ilə ölçülür.

Bəzi politoloqlar demokratiyanın reallaşması üçün aşağıdakı yolları göstərirlər:

- demokratik təsisatlar səmərəli fəaliyyət göstərməlidir;

- vətəndaş cəmiyyəti formalaşmalıdır;

- başlıca siyasi qüvvələr əsas dəyərlər üzrə razılığa gəlməlidir;

- siyasi qruplaşmalar arasındakı münaqişələr qanunla tənzimlənməlidir.

Akademik R.Mehdiyev demokratik idarəçilik üçün yeni dövrün idarəetmə qrupunun aşağıdakı formalaşma yollarını tövsiyə edir:

- milli mənlik şüurunu qorumağa və Azərbaycan cəmiyyətinin milli ideyasını formalaşdırmağa imkan verən baxışların saxlanması və çoxaldılması;

- siyasi liderliyin institusionallaşması peşəkarlaşması, rasional elitar bürokratiyanın formalaşması;

- vətəndaş cəmiyyətinin qorunub-saxlanması inkişaf etdirilməsi, dövlət idarəçiliyi sisteminin maksimum demokratikləşməsi şəffaflığı;

- qanunun tələblərinin həm hakimiyyət orqanlarının özləri onların ayrı-ayrı nümayəndələri tərəfindən yerinə yetirilməsi, həm vətəndaşlar tərəfindən qanuna tam əməl olunması;

- "nəyin bahasına olursa-olsun" ideyasından imtina edilməsi, demokratiyaya zidd norma prinsiplərin qəbul edilmədiyi sivil cəmiyyət üçün təbii mühitin yaradılması;

- plüralizmin, ümumən demokratiyanın, yerli özünüidarənin vətəndaş cəmiyyəti tərəfindən hakimiyyətə nəzarətin başqa formalarının inkişaf etdirilməsi.

 

 Vahid Ömərov,  fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 6 oktyabr.- S.15